5 AYDA doğuldu, ÇƏKİSİ 285 QRAM, BOYU 24 santimetr - Zərrəcə yaşamaq şansı yox idi- YAŞADI

Zərrə qədər yaşamaq şansı yox idi... - Ən vaxtsız doğulan körpə bir yaşında
Dünyanın ən vaxtsız doğulan körpəsi - ABŞ-ın Ayova ştatında yaşayan Neş Kin həkimlərin "yaşamaq şansı sıfırdır” dediyi halda sağ qalaraq ilk doğum gününü qeyd edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Neş Kin 2024-cü il iyulun 5-də, cəmi 21 həftəlik hamiləlik dövründə – normadan 133 gün əvvəl doğulub. Doğulduqda onun çəkisi cəmi 285 qram, boyu isə 24 santimetr idi. O, Ginnesin Rekordlar Kitabına düşərək tarixdə sağ qalan ən vaxtsız doğulmuş körpə statusunu qazanıb. Əvvəlki rekord isə Alabama ştatında 132 gün erkən doğulan körpəyə məxsus idi.
Neşin anası Molli Kin 2022-ci ildə uşaq itkisi yaşamış və sonradan onda uşaqlıq boynu yetməzliyi və polikistik yumurtalıq sindromu aşkarlanmışdı. Bu səbəbdən hamiləlik riskli idi. 20-ci həftədə uşaqlıq boynu açılmağa başlamış, bir neçə gün sonra doğuş sancıları başlamışdı.
Neş hamiləliyin 21-ci həftəsində doğulub. Doğulduqdan dərhal sonra Ayova Universiteti nəzdindəki Stead Family uşaq xəstəxanasının həkimləri onun nəfəsini sabitləşdirərək həyatını xilas etməyə nail olublar.
"Biz valideynlərə dedik ki, şans sıfırdır. Amma əlimizdən gələni edəcəyik", deyə xəstəxananın neonatologiya şöbəsinin rəhbəri, doktor Patrik Maknamara xatırlayır.
Neş 198 gün ərzində xəstəxanada həkim nəzarətində olub. Bu müddətdə bağırsaq əməliyyatı keçirib, ürəyinə müalicə alıb və müxtəlif dərmanlarla terapiya olunub. 2025-ci ilin yanvarında körpə nəhayət ki, evə buraxılıb.
Hazırda Neş qulaq aparatından istifadə edir, qidalanmaq üçün zondla bəslənir və ürəyində yüngül problemlər qalmaqdadır. Lakin o, hər gün terapiya alır və inkişafı davam edir. Neonatoloq Eymi Stenfordun sözlərinə görə:
"Hədəfimiz budur ki, o 5 yaşına çatanda heç kim onun vaxtından çox əvvəl doğulduğunu fərq etməsin".
Anası Molli Kin deyir:
"İstəyirəm ki, o, öz hekayəsini bir güc mənbəyi kimi qəbul etsin. Və həmişə xatırlasın ki, onu dəstəkləyən insanlar ilk gündən çox idi".
Aydın
Oxşar xəbərlər
- İki dövlətin SƏRHƏD-inin EVLƏRİN içindən keçdiyi şəhər
1 avqust 2025 10:03
- 31 yaşlı KÖRPƏ - 31 İI ƏVVƏL DONDURULMUŞ SPERMA-dan UŞAQ doğuldu
1 avqust 2025 09:15
- Rusiya Dövlət Dumasının deputatı BURYATLARI təhqir etdi
29 iyul 2025 23:39
- Azərbaycanda OTBİÇMƏ YARIŞI keçirildi ...))) - Fotolar
26 iyul 2025 09:50
- Azərbaycanda problemli kreditlər sürətlə artır: Bir ayda 19 milyon manat...
25 iyul 2025 11:47
- Polşa Belarusla sərhədə 5 metr hündürlükdə DİVAR çəkdi
24 iyul 2025 08:53
- Generallar üçün sianidli qəhvə - 4 komandanı 4 dəqiqədə necə öldürmək istəmişdilər?
19 iyul 2025 13:06
- Elman Əhmədovun 27 yaşında nazir müavini vəzifəsinə yüksəlməsi həmkəndliləri kimi bizi çox fərəhləndirdi
19 iyul 2025 11:08
- AMAZONİYA - Azərbaycanda qadın dövləti
19 iyul 2025 01:17
- İki bacı çayda boğulub öldü
17 iyul 2025 21:36
Xəbər lenti
- Prezident Vaşinqtondadır - Video - Fotolar
07 avqust 18:44
- 90 yaşım var, güclə beş addım atıram... - Artur Rasi-zadə
07 avqust 14:20
- Cahangir Əsgərov İspaniyaya köçüb? - Hər ay 1,2 milyon manat...
07 avqust 10:51
- Təxmini 6 İL YUXU GÖRÜRÜK
07 avqust 10:33
- SON DƏQİQƏ! Şəmkirdə AĞIR QƏZA : 9 NƏFƏR ÖLDÜ
07 avqust 10:13
- Avstraliyada onminlərlə müəllim etiraz tətilinə çıxıb
07 avqust 09:55
- Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır - Həkimdən ciddi xəbərdarlıq
07 avqust 09:43
- Bakıda =od qiyməti=nə, Xaçmazda 17 QƏPİK - Səbəb nədir?
07 avqust 02:17
- Saaakaşvili: Bakı-İrəvan sülhü Qafqazın Rusiyadan azadlığı günü olacaq
07 avqust 01:49
- Bakıda jurnalist çay qiymətinə etiraz etdi: 26 manat 40 qəpik – bu nə deməkdir?
07 avqust 00:20
- Pezeşkianın oğlundan Azərbaycanı ittiham edənlərə SƏRT SÖZLƏR
06 avqust 22:04
- Ağ Evdə Əliyev-Paşinyan görüşü: sülh memorandumu imzalanacaq, yekun saziş təxirə salınır
06 avqust 15:40
- Sağlam böyrəklərin 5 sirri: Çatışmazlığa qarşı erkən tədbir vacibdir
06 avqust 15:22
- Qarabağ Qazisi 2 ilə yaxındır ki, diplomunu ala bilmir - İşləmək istəyirəm, çarəsiz qalmışam...
06 avqust 15:07
- Atalar tabut arxasınca getməsin - Qəzalarla bağlı təsirli paylaşım
06 avqust 14:49
- Meşədə kabab çəkən müğənni Gülnaza AYI hücum elədi ... - Foto
06 avqust 14:41
- Vanqadan avqust ayı üçün dəhşətli proqnoz
06 avqust 11:30
- Tramp Azərbaycan və Ermənistan liderləri ilə ayrı-ayrılıqda görüşəcək
06 avqust 11:19
- Türkiyə bu ölkədə kosmik baza qurur – 350 milyon dollarlıq layihə
06 avqust 00:08
- Mənim hansısa partiyada siyasi fəaliyyətim mümkünsüzdür - Eks-sədr
05 avqust 23:05
- POLİS haqqında Qanuna dəyişiklik edildi
05 avqust 16:39
- Yevgeniya QUTSUL 7 il azadlıqdan məhrum edildi
05 avqust 16:03
- Bu dəfə aliment verməyən ANA cəzalandırıldı
05 avqust 12:22
- 2 ay səsi tutuldu, Həbib Bayramov bunu bilirdi... -İslam Rzayevi kimlər zəhərləmək istəyib?
05 avqust 10:10
- Azərbaycanda yeni qanun - Heç bir şirkət ƏSL SAHİBİNİ gizlədə bilməyəcək
05 avqust 09:53
- Ərdoğan Kiyevə səfər edəcək
05 avqust 09:26
- Təranə Muradova yubileyinə hazırlaşır
05 avqust 02:57
- Elçindən geriyə qalanlar: Biri hakim, o biri deputat...
05 avqust 01:12
- İlham Əliyev və xanımı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
04 avqust 23:15
- Putin 90-cı illərdə istintaqdan qaçaraq BU ADAYA SIĞINIB – İLK DƏFƏ SENSASİON BİLGİLƏR
04 avqust 11:03
Video & Fotoqalereya
Video
Fotoqalereya