- Türkan Şoray buna görə çox sevilir – Özü AÇIQLADI
- Günəşdən 300 000 dəfə isti - 5 TRİLİYON DƏRƏCƏ İSTİ
- İran İsrailə 27 ballistik raket atdı 11 nəfər yaralanıb
- Tramp İranın nüvə obyektlərinin bombalanmasını Ağ evdən CANLI İZLƏYİB - FOTO
- Natanyahu ABŞ-ın İranın üç nüvə obyektini bombalamasının TARİXİ DƏYİŞƏCƏYİNİ deyib
Milli Məclis ölkə iqtisadiyyatı üçün çox önəmli qanun layihəsini qəbul etdi

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirə olunub.
Musavat.com-un məlumatına görə, layihələr barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov kazino fəaliyyətinə icazə verilməsini nəzərdə tutan 9 normativ-hüquqi akta dəyişikliklərin edilməsi ilə bağlı ətraflı çıxış edərkən öncə qanun layihəsi barədə hörmətli həmkarı Əli Hüseynlinin mahiyyəti üzrə məlumat verdiyini vurğulayıb. Daha sonra bu layihənin iqtisadi aspektlərinin olduğunu nəzərə alaraq bəzi məqamlardan bəhs edib: “Layihəyə əsasən “Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Qanuna “Süni torpaq sahələrində sahibkarlıq fəaliyyəti” adlanan yeni fəsil əlavə olunur. Dünya təcrübəsi göstərir ki, bu cür ərazilərdə tikinti işlərinin aparılması, infrastrukturun yaradılması böyük investisiya qoyuluşları tələb edir. Və həmin ərazilərdə investisiya ehtiyacının qarşılanması üçün sahibkarlıq fəaliyyəti təşviq olunur və onun inkişafına hər cür şərait yaradılır. Təsadüfi deyildir ki, təqdim edilən layihəyə görə süni torpaq sahələrində qanunla qadağan olunmayan bütün sahibkarlıq fəaliyyəti növləri həyata keçirilə bilər. Mahiyyətcə bu həmin ərazidə investorlar və sahibkarlar üçün liberal iqtisadi məkanın, sərbəst bir meydançanın yaradılması deməkdir. Bu eyni zamanda bir tərəfdən həmin ərazinin inkişafı üçün, digər tərəfdən də yeni iqtisadi platformada biznesin təşkili üçün perspektivlər vəd edir. Xüsusi olaraq vurğulamaq istərdim ki, süni torpaq sahələrinin yaradılması və bu ərazidə müasir infrastrukturun təşkili kimi meqa layihələrin həyata keçirilməsi bir tərəfdən dövlətimizin yüksək hədəflərə yönəlmiş fəaliyyətindən, yenilikçi təşəbbüslərindən, digər tərəfdən də onun iqtisadi gücündən, maliyyə-investisiya potensialından irəli gəlir”.
A.Əmiraslanov deyib ki, süni torpaq sahəsi dedikdə, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan torpaq sahəsi başa düşülür: “Bu sahədə isə ən perspektivli fəaliyyət istiqaməti məhz premium və elit turizmin inkişaf etdirilməsi ilə bağlıdır. Ölkəmizdə premium seqmentli turizmin inkişafı və müvafiq infrastrukturun qurulması üzrə təşəbbüslər və perspektivlər var. Turizmin bu seqmenti yüksək keyfiyyət standartları, müasir infrastruktur, komfort istirahət şəraiti ilə yanaşı, əyləncə xarakterli tamamlayıcı elementlərin olmasını da tələb edir. Təqdim edilən layihə süni torpaq sahələrində sahibkarlıq fəaliyyətinə hərtərəfli şərait yaratmaqla yanaşı, premium turizmin bir komponenti olaraq “oyun turizmi”nin təşkili üçün də hüquqi əsaslar yaradır. Belə bir hüquqi bazanın yaradılması təşəbbüsü heç də ölkə ərazisində “oyun biznesi”nin təşviqi və ya təbliği anlamına gəlmir. Hər şeydən əvvəl ona görə ki, 9 normativ-hüquqi akta edilən dəyişikliklərin heç biri bu cür oyunların keçirilməsini təşviq etmir. Əksinə xüsusi reqlamentləşmə və məhdudiyyətlərin tətbiqi gözlənilir. Bir çox ölkələrdə “oyun biznesi” üçün liberal iqtisadi və hüquqi rejim formalaşdırıldığı halda layihəyə görə ölkəmizdə bu sahə üzrə ciddi nəzarət və tənzimləmə nəzərdə tutulur. Eyni zamanda 21 yaşadək şəxslərin uduşlu oyunlara buraxılmasına yol verilmir. Bütün bunlar onu göstərir ki, layihədə bu məsələyə liberal deyil, mühafizəkar yanaşma var. Belə bir mövqe həm də həssas vətəndaş kateqoriyalarını qorumaq niyyətindən irəli gəlir. İkincisi, layihəyə əsasən bu cür oyunlar xüsusi və məhdud bir ərazidə - yalnız və yalnız süni yaradılmış torpaq sahələrində təşkil edilə bilər. Bu artıq coğrafi məhdudiyyətin tətbiq edilməsi deməkdir. Üçüncüsü, ölkəmizin quru ərazisində, başqa sözlə materik hissəsində “oyun biznesi”nin təşkili və keçirilməsi qadağan edilib. “Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında” 27 yanvar 1998-ci il tarixli prezident sərəncamı bu gün də qüvvədədir. Həmin sərəncam ölkə ərazisində pul uduşlu oyunların keçirilməsinə qarşı sərt tədbirlərin görülməsi ilə bağlı tapşırıqlardan ibarətdir. Buna görə də, layihə heç də qeyri-qanuni fəaliyyət göstərən ənənəvi və ya virtual kazinoların leqallaşdırılmasını nəzərdə tutmur. Hər bir halda bu leqallaşma deyil. Əksinə, təqdim edilmiş layihənin qəbul edilməsi qeyri-qanuni pullu oyunların təşkilinə qarşı mübarizəni həm aktuallaşdıracaq, həm də sərtləşdirəcəkdir. Dördüncüsü, pul uduşlu oyunların keçirildiyi əyləncə yerləri sərt lisenziyalaşma əsasında fəaliyyət göstərəcəklər. Bu “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişikliklərdə əksini tapır. Lisenziyaların alınmasına görə yüksək məbləğdə dövlət rüsumunun müəyyən edilməsi də bu sahədə məhdudiyyətin bir göstəricisidir. Belə ki, rüsumun təklif edilən məbləği hər il təkrar ödənilmək şərti ilə 340 min manat təşkil edir. Bu məqsədlə “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər təklif olunur. Xüsusi olaraq qeyd etmək istərdim ki, icazə və lisenziya tələb olunan fəaliyyət sahələrindən heç biri bu məbləğdə dövlət rüsumuna cəlb edilmir”.
Komitə sədri müzakirə olunan layihə ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirmək məqsədi ilə bəzi məqamların üzərində xüsusi olaraq dayanmaq istədiyini bildirdi: “Bu məqamlar hansılardır? Dünya təcrübəsi göstərir ki və reallıq da bundan ibarətdir ki, əyləncə və oyun turizmi bölgəyə xarici turist axınını artırır, otellər, restoranlar və digər xidmət sahələri üçün yeni iş yerlərinin açılmasına səbəb olur, xarici və yerli investisiyaların turizm infrastrukturuna cəlb edilməsinə imkan verir, büdcə üçün əlavə gəlir mənbəyi yaradır, ölkəyə xarici valyuta axını kanallarından birinə çevrilir. Bununla belə, müzakirə etdiyimiz layihə qətiyyən ölkəmizdə “kazino iqtisadiyyatı”nın və ya şəbəkəsinin qurulmasını nəzərdə tutmur. Əgər belə təsəvvürlər varsa tamamilə yanlışdır. “Oyun biznesi” yalnız və yalnız elit turizmin sadəcə bir tamamlayıcı elementi və ya komponentidir. Oyun biznesinin gələcəkdə iqtisadiyyatımıza müəyyən dolayı təsirləri olsa da, o Azərbaycanda nə sahibkarliq fəaliyyətinin, nə qeyri-neft sektorunun əsasını təşkil etmir. Nə dövlətimiz, nə də cəmiyyətimiz ölkəmizin gələcək iqtisadi inkişafı ilə bağlı gözləntilərini tamamilə bu sahə ilə bağlamır. Oyun biznesi ölkəmizdə lisenziyalaşdırılan və icazə tələb edən 160-a yaxın sahibkarlıq və iqtisadi fəaliyyət növündən yalnız biridir. Bundan başqa Azərbaycanda 2024-cü ilin nəticələrinə əsasən fəaliyyətdə olan sahibkarlıq subyektlərinin sayı 322 mindən çoxdur. Bunun təkcə 76 mini hüquqi şəxs olan sahibkarlardır. Ölkəmizdə rəqabət qabiliyyətli milli iqtisadiyyatın qurulması, innovativ təşəbbüslərin dəstəklənməsi, sahibkarlığa kömək, sənayeləşmənin həyata keçirilməsi, aqrar sahənin inkişafı, ixrac potensialının artırılması, tranzit imkanlarımızın reallaşdırılması iqtisadi sahədə dövlət siyasətinin əsas istiqamətləri kimi müəyyən edilib. Və bunu gerçəkləşdirmək üçün ölkəmizdə sənaye parkları, texnoparklar, aqroparklar yaradılmaqdadır. Dövlətimizin iqtisadi strategiyası da, sənaye və sahibkarlıq siyasəti də, sosial inkişaf və məşğulluq konsepsiyası da bəllidir”.
A.Əmiraslanov bildirib ki, bir çox hallarda “oyun biznesi”nin təşkili çirkli pulların yuyulması təsəvvürünü yaradır: “Lakin təqdim edilən layihənin müddəalarına əsasən “oyun biznesi” “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun təsir dairəsinə düşür. Bu məqsədlə, adı çəkilən qanuna bununla bağlı müvafiq dəyişikliklərin edilməsi təklif olunur. Sonda qeyd etmək istərdim ki, biz layihənin yalnız əyləncə turizmi ilə bağlı aspektlərinə fokus olunmamalıyıq. Bu gün yaradılan hüquqi əsaslarla, gələcəkdə süni torpaq sahələri təkcə elit turizmin deyil, həm də azad sahibkarlığın sərbəst iqtisadi məkanına çevrilə bilər. İqtisadi siyasət komitəsi olaraq dünya təcrübəsini və mövcud reallıqları, layihəyə əsasən süni torpaq sahələrində çoxşaxəli sahibkarlıq fəaliyyəti üçün liberal iqtisadi şəraitin yaradıldığını, premium və elit turizm seqmentinin inkişafı sahəsində mövcud imkanları, qanunvericiliklə bu sahədə dövlətin ciddi tənzimləyici və nəzarətedici rolunun müəyyən edildiyini nəzərə alaraq, layihənin 1-ci oxunuşda dəstəklənməsini məqsədəuyğun hesab edirik”.
Deputatların təkidi ilə qanun layihəsi müzakirə olunmadan qəbul edilib.
- Rosqvardiyanın azərbaycanlı idarə rəis həbs edildi
22 iyun 2025 13:08
- Rusiyanın öz başına gəldi – Dağlıq Altay türkləri ÜSYAN EDİR
22 iyun 2025 11:12
- Ərdoğandan : MÜSƏLMAN ÖLKƏLƏRİ BİRLƏŞMƏLİDİR
22 iyun 2025 09:17
- Hazırda İran şahının oğlu ABŞ Konqresinin üzvləri ilə MÜZAKİRƏ EDİR...
22 iyun 2025 09:08
- ABŞ İrana qarşı müharibəyə qoşuldu! Tramp İranın NÜVƏsini vurdu! Fordo yer üzündən SİLİNDİ
22 iyun 2025 07:43
- Məmurlara saxta diplom ittihamı - Araşdırma başlanacaqmı?
21 iyun 2025 10:52
- Eskalatorlar niyə işləmir? - QURUMDAN AÇIQLAMA
21 iyun 2025 10:38
- Deputat Azər Allahverənov Zabrat qəsəbəsində vətəndaş qəbulu keçirib
21 iyun 2025 01:33
- Azərbaycan-Türkiyə qardaşlığı və sarsılmaz müttəfiqliyinin bariz nümunəsi...
20 iyun 2025 22:21
- DİN-in Hərbi İnstitutunda növbəti buraxılış oldu - FOTO/VİDEO
20 iyun 2025 13:06
- Türkan Şoray buna görə çox sevilir – Özü AÇIQLADI
22 iyun 14:49
- Rosqvardiyanın azərbaycanlı idarə rəis həbs edildi
22 iyun 13:08
- Günəşdən 300 000 dəfə isti - 5 TRİLİYON DƏRƏCƏ İSTİ
22 iyun 12:46
- Prezident Administrasiyasınında 25 il aparıcı MƏSLƏHƏTÇİ işləyən şəxs vətəndaşlara 100 MİN atıb və...2 İL CƏZA
22 iyun 12:02
- Rusiyanın öz başına gəldi – Dağlıq Altay türkləri ÜSYAN EDİR
22 iyun 11:12
- Ölkəyə külli miqdarda qeyri-qanuni SİQARET GƏTİRƏN....
22 iyun 10:49
- İran İsrailə 27 ballistik raket atdı 11 nəfər yaralanıb
22 iyun 10:36
- Tramp İranın nüvə obyektlərinin bombalanmasını Ağ evdən CANLI İZLƏYİB - FOTO
22 iyun 10:14
- Natanyahu ABŞ-ın İranın üç nüvə obyektini bombalamasının TARİXİ DƏYİŞƏCƏYİNİ deyib
22 iyun 09:56
- Ərdoğandan : MÜSƏLMAN ÖLKƏLƏRİ BİRLƏŞMƏLİDİR
22 iyun 09:17
- Hazırda İran şahının oğlu ABŞ Konqresinin üzvləri ilə MÜZAKİRƏ EDİR...
22 iyun 09:08
- ABŞ-nin İrana hücumundan sonra telefonla danışdılar
22 iyun 08:45
- ABŞ Prezidenti Donald Trampın XALQA MÜRACİƏTİ ...
22 iyun 08:16
- İranın FORDO-su yer üzündən SİLİNDİ – ABŞ 30 tondan çox bomba atdı
22 iyun 07:59
- ABŞ İrana qarşı müharibəyə qoşuldu! Tramp İranın NÜVƏsini vurdu! Fordo yer üzündən SİLİNDİ
22 iyun 07:43
- Netanyahu GEDƏCƏK , amma İran QALACAQ - Medvedev
22 iyun 02:29
- Dilqəm Əsgərov oğlunun ittihamlarına cavab verdi: Müalicəyə ehtiyacı var
22 iyun 02:16
- Sevil Əliyevanın oğlu evləndi
22 iyun 01:04
- Ötən il Azərbaycanda 1420 KÖRPƏ ÖLÜB
21 iyun 23:37
- Ərdoğandan SƏRT MESAJ: İran bu sınaqdan qalib çıxacaq!
21 iyun 22:07
- İlham Əliyevin bu müraciəti BMT sənədi kimi yayılıb
21 iyun 22:02
- Axundla qaçan qızdan ŞOK açıqlama: Ailəmin işgəncəsinə görə…
21 iyun 21:53
- DTX-nin saxladığı eks-icra başçısı HƏBS OLUNDU
21 iyun 20:59
- Milli Məclis ölkə iqtisadiyyatı üçün çox önəmli qanun layihəsini qəbul etdi
21 iyun 13:58
- BAKCELL-in brend strategiyası beynəlxalq nəşrdə...
21 iyun 13:51
- Fransa səfiri ilk dəfə Şuşaya getdi, elə sözlər dedi ki...
21 iyun 12:36
- Şantaja görə həbs edilən sayt rəhbəri və baş redaktora hökm oxundu
21 iyun 12:27
- Azərbaycana YAY fəsli daxil oldu
21 iyun 11:06
- Məmurlara saxta diplom ittihamı - Araşdırma başlanacaqmı?
21 iyun 10:52
- Eskalatorlar niyə işləmir? - QURUMDAN AÇIQLAMA
21 iyun 10:38