Nikahsız analar, sənədsiz uşaqlar: Kimdir günahkar?

2024-cü ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən 13 228 uşaq doğulub. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin "Azərbaycan rəqəmlərdə" adlı qısa məcmuəsində əks olunub. Qeyd edilib ki, bu uşaqların 5 158-i şəhərdə, 8 070-i isə kəndlərdə dünyaya gəlib. Məlumata əsasən, bu rəqəm diri doğulan uşaqların ümumi sayının 12,9 faizini təşkil edib. Kənd yerlərində belə hallar daha çoxdur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi, hüquqşünas Rafiq Mahmudovun sözlərinə görə, nikahdan kənar dünyaya gələn uşaqların sayında əvvəlki illər ilə müqayisədə 2024-cü ildə cüzi azalma müşahidə olunsa da, rəqəm yüksək olaraq qalmaqdadır. 2022-ci ildə bu rəqəm 18 min idi, 2023-cü ildə isə 15 minə kimi enib (15.622). Onun sözlərinə görə, komitənin fəaliyyəti nəticəsində erkən nikahların sayında xeyli azalma müşahidə olunub və tam olaraq qarşısının alınması üçün işlər davamlı olaraq aparılır: "Məsələn, 2024-cü ildə Dövlət Komitəsinin təşəbbüsü ilə Azərbaycanda nikah yaşının bir il azaldılmasına yol verilən hal aradan qaldırılıb. Əgər əvvəllər vətəndaşlar (burada daha çox valideynləri qeyd etmək lazımdır) müvafiq icra hakimiyyəti orqanlarına müraciət edib nikah yaşını bir yaş azalmasına nail olurdularsa, 2024-ci ildə qanunvericilikdə aparılan dəyişikliklərdən sonra və 1 iyul 2025-ci ildən etibarən bunu etmək mümkün olmayacaq. Nikaha daxil olmaq istəyən hər bir şəxs üçün nikah yaşı minimum olaraq 18 yaş müəyyən edilib”.
R.Mahmudovun fikrincə, nikahdankənar dünyaya gələn uşaqların mövcudluğu bir neçə səbəblə bağlıdır: "Bu, 2024-cü ilin ortalarına kimi cəmiyyətdə yayılmış erkən nikah problemi və son dövrdə yayılmaqda olan qeyri-rəsmi münasibətlərin, nikahların mövcudluğudur. Nikaha daxil olan şəxslər və ya onların yaxınları (valideynləri) öncə rəsmi yox, dini kəbinin bağlanmasına üstünlük verirlər. Rəsmi nikah olmadan dini kəbinin bağlanması qeyri-qanunidir. Bu kimi nikahları bağlayan din xadimləri inzibati və cinayət məsuliyyətinə cəlb oluna və gələcəkdə onların fəaliyyətlərinə qadağa qoyula bilər. Bu kimi şəxslərin fəaliyyətinin aşkar edilməsi üçün müvafiq dövlət orqanları tərəfindən mütəmadi olaraq işlər aparılır”.
Hüquqşünas bildirdi ki, digər səbəb son illərdə aparılan təbliğatdır: "Seriallar, sosial şəbəkələr və bəzi tanınmış simaların davranışları cəmiyyətdə nikahsız birlikdə yaşamağın getdikcə daha geniş şəkildə normal qəbuluna səbəb olur. Əvvəllər qınanan bu davranış bu gün müasirlik və "azad seçim” kimi təqdim olunur. Bu da ailə institutunun formalaşmasına mənfi təsir göstərir. Bu tendensiya və ya ailə modeli daha çox Avropa ölkələrində müşahidə olunur. Xüsusiyyəti ondan ibarətdir ki, ailə bir valideyndən ibarətdir və bu da ailədə dünyaya gələn uşağın həm psixoloji, həm də mədəni olaraq formalaşmasında müəyyən boşluqların yaranmasına gətirib çıxarır. Bu uşağın tənha qalma riskləri daha çoxdur. Hər bir uşağın tərbiyəsində hər iki valideynin iştirakı mütləqdir. Bu, uşağın şəxs kimi formalaşmasına, eyni zamanda onun psixoloji cəhətdən möhkəmlənməsinə kömək edir”.
R.Mahmudovun sözlərinə görə, bu nikahlar qeyri-rəsmi olduğundan nikahda olan şəxslərin, əsasən də qadınların və dünyaya gələn uşaqların hüquqlarının pozulması riskləri daha çoxdur: "Belə nikahların pozulması üçün müvafiq qurumlara və ya məhkəməyə müraciət etmək lazım deyil, nikahların pozulması qısa bir müddətdə aparılır. Ən əsası odur ki, digər ailə üzvlərinin fikri və istəyi nəzərə alınmır. Bu isə birgə nikah dövründə əldə olunmuş daşınan və daşınmaz əmlakın bölünməsi və ya vərəsəliyin müəyyən edilməsində problemlərin yaşanmasına, o cümlədə 18 yaşına çatmayan övladlarına məhkəmə yolu ilə təyin olunan alimentin alınmasında problemə çevrilə bilər. Əgər uşağın sənədlərində onun əsl atasının adı və kimliyi qeyd olunmayıbsa, bunu sübut etmə prosesi uzun və çətin olur. Vətəndaşlar rəsmi nikaha daxil olmaqla özünü və dünyaya gələcək uşağın hüquqlarını, maraqlarını qoruyurlar”.
Baş məsləhətçi bildirir ki, dövlət komitəsi ailə institutunun möhkəmləndirilməsində maraqlıdır. Çünki ailə institutu cəmiyyətin özəyi, bünövrəsidir.
Ads by 

0
Reklamınızı SmartBee ilə effektiv edin.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, "Ümidli gələcək” İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumovanın fikrincə, burada tək iki insandan söhbət getmir. Həmçinin dünyaya gələn uşaqlar və onların gələcəyi də var. Nikahdankənar doğuşların baş verməsi ailə dəyərlərinə də təsir edir: "Belə hallar ailə institutunu da zəiflədir. Statistika göstərir ki, normativlər artıq dəyişib. Əgər belə davam edərsə, uşaqların atasının soyadını daşıması, aliment vərəsəliyi kimi hüquqlarda çətinlik yaşanacaq. Rəsmi münasibətlərə inam azalacaq”.
K.Aşumova düşünür ki, hazırkı dövrdə gənclər rəsmi nikah bağlamaqdansa, qeyri-rəsmi yaşamağı daha üstün tuturlar: "Gənclərin nikahdankənar münasibət yaşamağı seçməsi onların hüquq məsuliyyəti və sosial təzyiqdən yayınmaq istəməsi ilə bağlıdır. Məsuliyyət götürməkdən çəkinirlər. Kişi düşünür ki, sabah məndən mülk, yaxud aliment istənilməyəcək. Azadlıq istəyi və fərdi həyat tərzi də gənclərin rəsmi nikahdan yayınmasına səbəbdir. Boşanma statistikalarını da görürlər, eşidirlər, bu da ailə qurmaqlarına maneə yaradır. Qadınların iqtisadi asılılığı və hüquqsuzluğu da rol oynayır. Qadın bu və digər səbəblərdən bu addımı atmağa razılıq verir. Erkən nikah da belə hallarda baş verir. Bəzən illər keçsə də, rəsmi nikah bağlanmır”.
Müsahibimizin sözlərinə görə, qanunvericilikdə həmin qadınların, uşaqların sosial təminatını, təhsil və gələcək həyatını əhatə edən sosial islahatlara ehtiyac var. Nikahdankənar uşaqların və qadınların hüquqlarının qorunması, kişilərin isə məsuliyyət daşıması üçün tədbirlərin görülməsi vacibdir: "Regionlarda, kəndlərdə xidmət, məsləhət mərkəzlərinin olması lazımdır ki, insanlar hüquqları pozulduqda haraya müraciət edəcəklərini bilsinlər. Təbliğat və maarifləndirmə də vacibdir. Nikahın hüquqi əhəmiyyəti barədə regionlarda geniş işlər aparılmalıdır. 2023-cü ildən məktəblərdə qızlar və oğlanlar üçün ayrı-ayrılıqda reproduktiv sağlamlıq mövzusunda dərslər keçirilir. Cinsi təhsil, hüquqi biliklər, ailə planlaşdırılması kimi mövzuların, xüsusilə regionlarda artırılması və genişləndirilməsinə ehtiyac var. Bunun tək uşaqlara deyil, həmçinin gənclərə, ailə qurmağa hazırlaşan insanlara aşılanması çox vacibdir. Nikahın stimullaşdırılması üçün həvəsləndirici tədbirlər təşkil edilməli, güzəştlər olmalıdır. Gənclərin istifadə etdiyi platformalarda, sosial şəbəkələrdə real hekayələrlə, sosial çarxlarla onlara mesaj ötürə bilərik. Rəsmi nikah olmadan dini nikah bağlanması ilə bağlı cəzalar olmalıdır. Atalığın sübutu ilə bağlı DNT testləri asanlaşmalıdır”.
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın da sözlərinə görə, qeyri-rəsmi nikahlardan dünyaya gələn uşaqlar sənədsiz olduqlarından bir çox problemlərlə üzləşirlər: "Sovet dönəmində təbliğat bu idi ki, birinci rəsmi nikah olmalıdır. Yalnız yaşı xeyli yuxarı olan, ahıl yaşlı insanlar birgə yaşayırdı. Hazırda isə dini nikahın daha vacib olduğu ilə bağlı təbliğat gedir. Əgər bu yanaşma normaya çevrilsə, rəsmi nikahların sayında xeyli azalma yaranacaq. Bu da ölkəmiz üçün xoşagəlməz nəticələrə səbəb ola bilər. Ola bilər ki, ikili münasibətlər olur. Evli insanların kənarda başqa uşağı da dünyaya gəlir. Belə hallarda atalığın müəyyən edilməsi ilə bağlı çətinliklər yaşanır. Əksər vaxt həmin uşaqlar vərəsəlik hüququndan məhrum olur. Qadınlar rüsum ödəyə bilmir. Övladlarına sənəd almaq üçün rəsmi atalığın müəyyən edilməsini gözləyirlər. Bəzi hallarda uşağın sənədi olmadığından uzun müddət təhsildən yayınır. Sağlamlıq problemləri zamanı normal müayinələrdən keçə bilmir”.
Sosioloq Mail Yaqubun fikrincə, bu kimi halların qarşısının alınması üçün maarifləndirmə, cəza tədbirləri paralel aparılmalıdır: "Bunların bir hissəsi dini kəbinlə dünyaya gələn uşaqlardır. Kənd yerlərində bəzi insanlar rəsmi nikah bağlamağa həvəs göstərmirlər və dini kəbinlə kifayətlənirlər. Bu da hüquqi maarifləndirmənin olmamasından irəli gəlir. Rəsmi nikahın olmaması dövlətin işinə də maneədir. Çünki hər hansı proqram hazırlanırsa, rəsmi doğulan uşaqları nəzərə alır. Qeyri-rəsmi qeydiyyat nəzərə alınmır. Bu, sonradan insanlara sosial problemlər yaradır. Kəndlərdə daha çoxdur, çünki oradakı insanların hüquqi savadı şəhərə nisbətən daha azdır. İnsanlar öz hüquqlarını bilmirlər. Rəsmi nikahın zərurətini anlamırlar. Sadə dildə insanlara hüquqlarını başa salmaq lazımdır. Müəyyən cəza mexanizmləri də nəzərdə tutula bilər. Yəni, nikahdankənar dünyaya gələn uşaqlar varsa, bu halda valideynlər müxtəlif formada cərimə oluna, cəza tətbiq oluna bilər. Bunlar olmalıdır, çünki rəqəmlər artmaqdadır”.
Mənbə: "Kaspi" qəzeti
Oxşar xəbərlər
- 6 aylıq körpəyə baxanda belə həzz alırlar - Pedofillər axtalansınmı?
11 oktyabr 2025 17:38
- Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
9 oktyabr 2025 10:57
- Azərbaycanda niyə rəsmi milyonçuların siyahısı yoxdur?
7 oktyabr 2025 11:25
- Leninqradın ADAM ƏTİ YEYƏNLƏRİ - ÇOXU QADINLAR OLUB
7 oktyabr 2025 00:59
- Oqtay Şirəliyevin övladları: Moskvanın eks-naziri, sabiq bank işçisi (FOTO)
6 oktyabr 2025 15:34
- Bakı Dövlət Sirkinin DİREKTORU olmaq istəyən Murad Abdullayev KİMDİR ?
6 oktyabr 2025 09:56
- Polad Bülbüloğlu və Çingiz Abdullayev bizi Kremlə SATDILAR – şok görüntülər...
2 oktyabr 2025 13:42
- Yeni GENERAL Anar İsmayılov kimdir?
30 sentyabr 2025 21:00
- Xurmanın orqanizmə faydaları
30 sentyabr 2025 10:29
- Prezidentin əlindən tutduğu Nilay kimdir ? (FOTO)
27 sentyabr 2025 20:15
Xəbər lenti
- Azərbaycanlı kəşfiyyatçı Ukraynada həlak oldu (FOTO)
14 oktyabr 13:44
- Divarların o üzündə qalan nəfəs - Əlişir Əhəd yazır
14 oktyabr 12:33
- Camaat yapışır yaxamdan ki, 2025 də bitir... - Videomüsahibə
14 oktyabr 12:13
- İlham Əliyev Rebuild Karabakh sərgisinin iştirakçılarına müraciət ünvanladı
14 oktyabr 11:50
- Bakıda beynəlxalq konfrans keçirilir
14 oktyabr 11:14
- Ağsu sakinlərinin Mikayıl İsmayılovla bağlı Prezidentə MÜRACİƏTİ
14 oktyabr 10:57
- Prezidentin Trampla görüşündən - Fotolar
14 oktyabr 02:56
- Türkiyənin görməli olduğunuz ən gözəl yerləri
13 oktyabr 22:38
- Prezident bu şəxsləri təltif etdi
13 oktyabr 22:09
- Elçin Mirzəbəyli ƏHD Partiyasından ayrıldı
13 oktyabr 22:04
- Ərdoğan yeni QƏRAR imzaladı: Türk soylular Türkiyədə ƏCNƏBİ sayılmayacaq
13 oktyabr 11:15
- Ərdoğana çox hörmət edirlər - Tramp
13 oktyabr 09:53
- Çoxsaylı QƏTLLƏR TÖRƏTMİŞ cinayətkar Bakı aeroportunda tutuldu
13 oktyabr 09:47
- Əlisəmid Kür vəfat etdi
13 oktyabr 09:35
- Gürcüstanda etirazlar yenidən başladı
13 oktyabr 00:47
- Qərar verildi: Pedofilləri axtalamağa başlayırlar
12 oktyabr 23:25
- Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda (FOTO)
12 oktyabr 22:58
- Timoşenko AÇIQLADI: Müharibənin sonu yaxınlaşır
12 oktyabr 19:50
- Sabah leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
12 oktyabr 19:31
- Prezident Misirə getdi (FOTO)
12 oktyabr 18:45
- 92 yaşlı prezident yenidən NAMİZƏD OLDU
12 oktyabr 16:33
- Abşeronda şəhid qəhrəmanlarımızın anım günləri qeyd edilib
12 oktyabr 13:57
- Azərbaycanda 16 yaşlı qız ana oldu - ATA TAPILMIR
12 oktyabr 13:26
- Tufan Sadıqov büdcədən 30 MİLYARD mənimsəyib? - ŞOK
12 oktyabr 13:11
- PƏRİ ÇINQIL - Süleyman Rəhimovun hekayəsi
12 oktyabr 12:22
- İlham Əliyev İspaniya Kralını təbrik edib
12 oktyabr 12:04
- Pakistan Əfqanıstanla sərhəddə 19 nəzarət-buraxılış məntəqəsini ələ keçirdi
12 oktyabr 11:14
- Bəşər Əsəd bütün gün İQRA oynayır...
12 oktyabr 11:07
- Geyim markasını REKLAM etmək üçün 32 MİLYON QONORAR alacaq
12 oktyabr 10:46
- Əfqanıstan-Pakistan sərhədində döyüşlər gedir
12 oktyabr 01:06
Video & Fotoqalereya
Video
Fotoqalereya