Özbəkistan səfərindən tez-tələsik təəssüratlarım - iLQAR TAĞI

Özbəkistan səfərindən tez-tələsik təəssüratlarım
Ölkə əhalisi sanki başqa parametrlərdə yaşayır. Özbəklər nəzakətsiz ola bilmirlər. Evdədirlərsə, qapıları daim açıq, yaxud yarıaçıq saxlanılır. Yəni - "qapımız hər kəsin üzünə açıqdır". Bu ənənə bizdə çoxdan tarixə qovuşub. Çünki, burda hamı hər kəsə inanır, güvənir... Bu fakt sosiallaşmanın ən önəmli göstəricisi kimi diqqətimi çəkdi. Ənənələrinə sadiqlik sövq-təbiidir. Bu, onların geyimlərindən, mətbəxindən, məişətdəki rəftarlarından, sürücülərinin yol hərəkəti qaydalarına riayətlərindən tutmuş, arxitekturalarına, qanunlarına kimi, gözlənilir. Bizə görə qeyri-demokratik sayılan bu ölkə üçün "demokratik dəyərlər" anlaşılmaz və qəbul da olunmaz. O mənada ki, əsl Şərqli insanı üçün demokratik dəyərlər Azərbaycanda olduğu kimi, əcaib şəkilsə təzahür edər deyə, buna sanki öncəgörənliklə, yol verilməyib. Özbəkistan Qərb dəyərlərinin Şərq dəyərləri ilə calağın baş tutmayacağına əmin olduğum ölkədir. Burda nə yaxşı ki, bizim "demokratiyadan" yoxdur... Ölkədə müasirlik var, amma o, bizdəki kimi "çığırmır". Burda lütlənənləri görməzsən, orientasiyası fərqli olanlar haqda məlumat eşitməzsən, narkomaniya barədə söhbət yoxdur, korrupsiya, rüşvət varsa belə, bu gizlin baş verir və bu eybəcərliklərin adi insanların məişətinə sirayət etdiyinin işartısını belə, görmədim... Hər gördüyüm müasir arxitektura qurğusunda modernistliklə bərabər, millilik də ornament və naxışlarda təzahür edir. Üç şəhərdə oldum, - Daşkənd, Səmərqənd və Buxarada - amma yeni tikili gözümə sataşmadı. Tikililər şəhərdən kənarda aparılır. Bu şəhərlər Bakı kimi toz burulğanına bürünməyib. Hər yer el dililə desəm, çiçək kimidir. İnsanlar hüzur içindədir... Bu şəhərlərin hüzurlu siması insanların ruhlarına da naxış-naxış sirayət edib. Şəhər mərkəzlərində yeni tikilən yaşayış və inzibati binalar köhnələrə uyğunlaşdırılaraq inşa edilir. Özbəkistanı başdan-başa muzeylər ölkəsi adlandırmaq olar. Beş min ildən qabağa gedən Zərdüştlükdən tutmuş İslam tarixinə kimi, qanlı qəhrəmanlıq tarixi yazmış Əmir Teymirdan tutmuş, tarixə önəmli töhfələr vermiş Uluqbəy, İbn Sina kimi tarixi şəxsiyyətlərin ruhunu yaşadan bu ölkə doğallığıyla riqqətə gətirir. Türk ruhu başlanğıcını buralardan götürüb. Qədim və zəngin tarixləri hər addımda duyulur. Ölkəyə turist axını var. Dəstə-dəstə sıralanan türkiyəli turistlərdən tutmuş, yaponiyalılara kimi... Ölkə sanki İsveçrə saatı kimi dəqiqliklə qurulub və təmirə, tənzimləməyə ehtiyac olmadan işləyir. Burda müəllimlər dərs verməkçün işləyir, həkimlər insanların səhhəti üçün çalışır, mühəndislər bina inşa etməkçün işləyir, polisləri insanların asayişi üçün çalışır. Və sair... Bu bizdə də belədir. Amma və lakin, - kağız üzərində... Burdan aldığım müsbət energetika mənə pozitiv olmağı diqtə edir. Amma, müqayisədə, bizdəki naqisliklər çox qabarıq görünür və doğma vətənimdə belə pozitiv qalacağıma əmin deyiləm. Təəssüratlar çoxdur. Bu yazını mən Buxara- Daşkənd qatarının təkərlərinin nizamlı tarak-tarakları altında yazdım. Necə deyərlər, atüstü... Çoxdan arzuladığım səyahəti xoş, ülvi təəssürat və xatirələrlə başa vurdum. Elə xatirələrlə ki, işığıyla mənə bir ömür boyu bəs edəcək.
Buxara - Daşkənd qatarı.
08.09.25, saat 21.31
- Prezident bu şəxsləri təltif etdi
13 oktyabr 2025 22:09
- 102 tələbə Prezident təqaüdü alacaq
4 oktyabr 2025 12:24
- Dənizkənarı Bulvar İdarəsinin həbsdə olan sədri AÇDI SANDIĞI, TÖKDÜ...
1 oktyabr 2025 13:12
- Qanuna tüpürdülər, Elmira Axundovanın - SAĞ ƏLİ - olan dələduzu vaxtından əvvəl azad etdilər! – AD GÜNÜ HƏDİYYƏSİ
26 sentyabr 2025 16:19
- Özbəkistan Rusiyaya nota verdi
16 sentyabr 2025 13:08
- Ayaz Mütəllibov və Ter-Petrosyan Yeltsinlə birgə –35 il əvvəl Rusiyanın sülh planı necə iflasa uğrayıb?
4 sentyabr 2025 10:39
- Aybəniz İlqar haqqında hüquqi-işləmlərə başlanıldı
7 sentyabr 2025 23:05
- Eldar Namazov Seçim Komissiyasının üzvü oldu
1 sentyabr 2025 22:09
- Əfsanəvi Azərbaycan futbolçusu Banişevski 1997-də dərman üçün 100 manat tapmayıb və...
31 avqust 2025 13:23
- Küçədən tapdığı 8 yaşlı uşağı zorla diləndirdi - Məhkəmədən ağır cəza
23 avqust 2025 19:51
- Azərbaycanlı kəşfiyyatçı Ukraynada həlak oldu (FOTO)
14 oktyabr 13:44
- Divarların o üzündə qalan nəfəs - Əlişir Əhəd yazır
14 oktyabr 12:33
- Camaat yapışır yaxamdan ki, 2025 də bitir... - Videomüsahibə
14 oktyabr 12:13
- İlham Əliyev Rebuild Karabakh sərgisinin iştirakçılarına müraciət ünvanladı
14 oktyabr 11:50
- Bakıda beynəlxalq konfrans keçirilir
14 oktyabr 11:14
- Ağsu sakinlərinin Mikayıl İsmayılovla bağlı Prezidentə MÜRACİƏTİ
14 oktyabr 10:57
- Prezidentin Trampla görüşündən - Fotolar
14 oktyabr 02:56
- Türkiyənin görməli olduğunuz ən gözəl yerləri
13 oktyabr 22:38
- Prezident bu şəxsləri təltif etdi
13 oktyabr 22:09
- Elçin Mirzəbəyli ƏHD Partiyasından ayrıldı
13 oktyabr 22:04
- Ərdoğan yeni QƏRAR imzaladı: Türk soylular Türkiyədə ƏCNƏBİ sayılmayacaq
13 oktyabr 11:15
- Ərdoğana çox hörmət edirlər - Tramp
13 oktyabr 09:53
- Çoxsaylı QƏTLLƏR TÖRƏTMİŞ cinayətkar Bakı aeroportunda tutuldu
13 oktyabr 09:47
- Əlisəmid Kür vəfat etdi
13 oktyabr 09:35
- Gürcüstanda etirazlar yenidən başladı
13 oktyabr 00:47
- Qərar verildi: Pedofilləri axtalamağa başlayırlar
12 oktyabr 23:25
- Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda (FOTO)
12 oktyabr 22:58
- Timoşenko AÇIQLADI: Müharibənin sonu yaxınlaşır
12 oktyabr 19:50
- Sabah leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
12 oktyabr 19:31
- Prezident Misirə getdi (FOTO)
12 oktyabr 18:45
- 92 yaşlı prezident yenidən NAMİZƏD OLDU
12 oktyabr 16:33
- Abşeronda şəhid qəhrəmanlarımızın anım günləri qeyd edilib
12 oktyabr 13:57
- Azərbaycanda 16 yaşlı qız ana oldu - ATA TAPILMIR
12 oktyabr 13:26
- Tufan Sadıqov büdcədən 30 MİLYARD mənimsəyib? - ŞOK
12 oktyabr 13:11
- PƏRİ ÇINQIL - Süleyman Rəhimovun hekayəsi
12 oktyabr 12:22
- İlham Əliyev İspaniya Kralını təbrik edib
12 oktyabr 12:04
- Pakistan Əfqanıstanla sərhəddə 19 nəzarət-buraxılış məntəqəsini ələ keçirdi
12 oktyabr 11:14
- Bəşər Əsəd bütün gün İQRA oynayır...
12 oktyabr 11:07
- Geyim markasını REKLAM etmək üçün 32 MİLYON QONORAR alacaq
12 oktyabr 10:46
- Əfqanıstan-Pakistan sərhədində döyüşlər gedir
12 oktyabr 01:06