Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...

Ermənistan tarixi şansı qaçırsa, bu, Bakının planlarına heç bir təsir etməyəcək; Azərbaycan fərqli marşrut seçməyi yubatmayacaq
“Azərbaycan və Türkiyə arasında nəqliyyat sektorunda ən böyük layihə Zəngəzur dəhlizidir”. Bunu noyabrın 20-də jurnalistlərə açıqlamasında Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu deyib.
“Bu istiqamətdə biz Azərbaycan tərəfi ilə operativ şəkildə prosesləri davam etdiririk. Dəhlizin haradan - Ermənistan və ya İran ərazisindən keçəcəyini isə azərbaycanlı qardaşlarımız həll edəcək. Sonra bu dəhliz Naxçıvandan Türkiyəyə keçəcək. Türkiyədə biz layihəmizi tamamladıq, tender keçirdik, yaxın günlərdə tikinti işlərinə başlayacağıq və Türkiyə ilə Azərbaycan arasında birbaşa nəqliyyat əlaqəsini təmin edəcəyik”, - deyə nazir qeyd edib.
Əslində bu, türkiyəli nazirin Ankara və Bakı adından İrəvana son çağırışı və ya xəbərdarlığıdır. Təəssüf ki, Ermənistan Zəngəzur dəhlizi məsələsini süni bəhanələrlə ləngidir. Bu istiqamətdə real addımlar atmır. Baş nazir Nikol Paşinyan son olaraq, Kazanda Prezident İlham Əliyevlə görüşdə məsələ ilə bağlı Azərbaycana sadələşdirilmiş keçid təklif edib.
Ermənistan bütün diqqətini Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsinə qoşulmaq üçün infrastrukturun yaradılmasına yönəldib. İrəvan beynəlxalq maliyyə qurumlarından layihəyə qoşulmağa imkan verəcək eyni adlı magistral avtomobil yolunun tikintisi üçün irihəcmli kreditlər alır. Ötən həftə Avropa İnvestisiya Bankının (EIB Global) bölməsi Sisian-Kacaran yolunun tikintisini birgə maliyyələşdirmək üçün Ermənistanla 236 milyon avroluq kredit sazişi imzalayıb. İran sərhədindən Gürcüstan sərhədinə qədər uzanacaq magistralın 2030-cu ilin sonunadək tam hazır olması nəzərdə tutulur - əgər bütün tikinti işləri vaxtında reallaşarsa. İndiyədək yolun yalnız 50 faizə qədərinin tikintisi üzrə müqavilələr bağlanıb, maliyyələşmə təmin edilib. Buna görə də yerli ekspertlər belə onun tamamlanmasının 10 ilə mümkün olacağını proqnozlaşdırırlar. Buna baxmayaraq, İrəvan rəhbərliyi Hindistandan İran üzərindən göndərilən yüklərin mühüm hissəsini öz ərazisinə cəlb etməkdə son dərəcə maraqlıdır. Lakin bu maraqla reallığın üst-üstə düşməsi kifayət qədər çətin və problemlidir.
Nəzərə alsaq ki, ABŞ-da hakimiyyətə İrana qarşı ən sərt siyasəti dəstəkləyən Donald Tramp gəlir, onda Hindistanın Şimal-Cənub nəqliyyat dəhlizi üçün İran ərazisindəki infrastruktura nəzərdə tutulan yatırımlarının ən azı 4 il dondurulmuş vəziyyətə düşəcəyini proqnozlaşdırmaq elə də çətin deyil. Ən azı ortada Trampın əvvəlki prezidentlik dövrünün təcrübəsi var...
Azərbaycanın şərq rayonlarından Naxçıvana nəqliyyat dəhlizi həm İran, həm də Ermənistan ərazisindən keçə bilər.
Ajans.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu “Kanal7"yə müsahibəsində bildirib.
“Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars xəttinə alternativ dəhlizdir. Bu da onun imkanlarını artıracaq. Layihə Xəzər dənizini keçərək Azərbaycandan Ermənistana və ya İrana, oradan isə Naxçıvan, Dilucə, İğdır, Qarsa keçəcək. Azərbaycan tərəfinin mühüm hissələri tikilib, Naxçıvan tərəfdə mövcud xəttin bərpasına başlanacaq, Türkiyə tərəfində 224 km-lik tender keçirmişik, sonra tikintiyə başlayacağıq”, - deyə Türkiyə nümayəndəsi bildirib.
Azərbaycan Zəngəzur dəhlizinin bir qolunun İran ərazisindən keçməsi istiqamətində ilk addımlarını 2022-ci ildə atıb. Həmin il martın 11-də Bakıda Azərbaycanın Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev və İranın yollar və şəhərsalma naziri Rüstəm Qasimi Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalayıb.
Sənəddə İran ərazisindən Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunu və Naxçıvan Muxtar Respublikasını birləşdirən yeni nəqliyyat arteriyası yaradılması nəzərdə tutulur. Dəhliz İran-Ermənistan sərhədindən 5 kilometr cənubdan keçərək Şərqi Zəngəzur ilə Naxçıvanı birləşdirən dəmiryol sahəsindən, çoxzolaqlı avtomobil şosesindən, elektrik enerji ötürmə xətlərindən, rəqəmsal rabitə və başqa elementlərdən ibarət olacaq.
2023-cü ilin oktyabrında Bakıda Baş nazirin müavini Şahin Mustafayev ilə İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş arasında görüş zamanı sənədlər imzalanıb. Eyni zamanda Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında müvafiq inşaat işlərinə başlanılması və inşa ediləcək yeni dəmiryolu xətti və körpülərinin planlarının müzakirəsi aparılıb.
Danışıqların yekunlarında iki ölkə arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur İqtisadi Rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu xəttinin və dəmir yolu körpülərinin tikintisi haqqında Niyyət Protokolu; Azərbaycan-İran dövlət sərhədində Ağbənd (Azərbaycan Respublikası) - Kəlalə (İran İslam Respublikası) dövlət sərhədinin buraxılış məntəqələrində Araz çayı üzərində avtomobil sərhəd körpüsünün və piyada keçidinin tikintisinə dair Birgə İşçi Qrupun həmsədrlərinin görüşünün Protokolu imzalanıb.
Azərbaycan tərəfi artıq İran sərhədinə qədər dəmiryol xəttinin tikintisini 60 faizdən çox başa çatdırıb. Bu ilin oktyabrında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib ki, artıq Horadizdən Ağbənd istiqamətinə doğru sürətlə dəmir yolu çəkilir: “İrana baş tutan səfərimizin əsas məğzi Ağbənd - Salam Məlik (Ordubad rayonu) istiqamətində çəkiləcək dəmir yolu xətti layihəsinin həyata keçirilməsi ilə bağlı idi. İran tərəfdən keçəcək dəmiryolu xəttinin marşrutu bir daha müzakirə olundu. Ən uyğun və optimal marşrut demək olar ki, razılaşdırılıb, körpülərin yerləri və dəmir yolu xəttinin keçəcəyi marşrut üzərində son danışıqlar aparılır”.
R.Rüstəmov onu da bildirib ki, Naxçıvan Muxtar Respublikasının dəmir yolunun yenidən qurulması üçün layihə sənədləri hazırlanır. Naxçıvanın dəmir yol sisteminin Türkiyə dəmiryolları ilə birləşdirilməsi işlərinə isə 2020-ci ildən start verilib. Həmin il fevral ayının 25-də “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Qars-İğdır-Aralık- Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsi ilə bağlı Anlaşma Memorandumu” imzalanıb. Bununla yanaşı, 2023-cü ilin sentyabr ayının 25-də Naxçıvanda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”nu imzalayıblar.
Qars-Naxçıvan dəmir yolu layihəsinin tikintisinə yönəlmiş texniki hazırlıqlar davam edir və texniki-iqtisadi əsaslandırma hesabatı təsdiqlənib. Dəmir yolu 224 kilometr uzunluğunda və 5 stansiyadan ibarət olacaq. Saatda 160 kilometr sürət üçün nəzərdə tutulan layihə çərçivəsində uzunluğu 638 metr olan 10 körpü, 18 kilometr uzunluğunda 465 suötürücü, ümumilikdə 5,5 kilometr uzunluğunda 144 yeraltı keçid tikiləcək. Layihənin 5 il müddətində başa çatdırılması nəzərdə tutulub.
İranın yeni prezidenti Məsud Pezeşkian Azərbaycanla birlikdə icra olunan layihələrin iqtisadi əhəmiyyətini yüksək qiymətləndirdiyini nümayiş etdirməkdədir. O, ölkənin nəqliyyat infrastrukturunun və regional dəhlizlərin son vəziyyətini nəzərdən keçirən yol nazirliyinin iqtisadi rəsmiləri ilə görüş keçirib. Ölkənin beynəlxalq avtomobil və dəmir yolu dəhlizlərinin vəziyyəti ilə bağlı yollar nazirinin və digər aidiyyəti məsul şəxslərin izahatlarını dinləyən dövlət başçısı Azərbaycanla sərhəd dəhlizinin icrasının sürətləndirilməsini, eləcə də beynəlxalq Şimal-Cənub Dəmir yolu xəttinin başa çatdırılmasının zəruriliyini vurğulayıb: “Bu regional dəhlizlərin əhəmiyyətini nəzərə alaraq, onlar mümkün qədər tez başa çatdırılmalıdır”.
İran prezidentinin qeyd etdiyi hər iki layihə Azərbaycanla birlikdə icra olunur. Rəsmi Tehran Azərbaycanla reallaşdırılan layihələrdən əldə edəcəyi dvidentləri doğru qiymətləndirməyi bacarır. Buna görə də birgə layihələrin icrasını sürətləndirməyi ən doğru yol hesab edir.
Ermənistanın kompromisə getməməsi onun mühüm beynəlxalq və regional layihələrdən kənarda qalmağa davam etməsinə gətirib çıxaracaq. Zəngəzur dəhlizinin işə salınması İrəvanın Azərbaycanın iştirakçısı olduğu Asiyadan Avropaya və əksinə yükdaşımaların ən optimal variantı olan Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinə qoşulmasını təmin edə bilər. İştirakçı ölkələr arasında bu marşrutun ötürücülük qabiliyyətinin ildə 10 milyon tona çatdırılmasını nəzərdə tutan fəaliyyət planı qəbul edilib. Bu hədəfə yaxın 2 ildə, yəni 2025-2026-cı illərdə nail olunması planlaşdırılır. Artıq bu ilin ilk 10 ayında Xəzər dənizi ilə 6,4 milyon tondan çox yük daşınıb. İlin sonunadək daşımaların 7-7,5 milyon tona çatacağı gözlənilir.
Azərbaycanın dəmiryol sistemi sürətlə təkmilləşdirilir. Hazırda bu sistemin tranzit yükdaşıma imkanları ildə 25 milyon tona çatır. İran üzərindən Naxçıvana çəkiləcək yeni xəttə bu imkanı daha da artıracaq. Rəsmi məlumata əsasən Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2024-cü ilin yanvar-oktyabr aylarında 15,5 milyon ton yük daşınıb. Bunun mühüm bir hissəsi tranzit yüklərdir.
Bakı İrəvana göstərir ki, onun ərazisindən olmasa belə, Naxçıvanla zəruri əlaqəni yaradacaq, ölkənin iqtisadi maraqlarından irəli gələn layihələri həyata keçirəcək. Ermənistan bu layihələrdən bəhrələnmək istəyəcəksə, Azərbaycanın təkliflərini qəbul edəcək. İstəməyib kənarda qalacaqsa, bu, Bakının planlarına heç bir təsir etməyəcək...
Dünya SAKİT,
“Yeni Müsavat”
- Xəzər sahilində 117 ölü suiti tapıldı
25 may 2025 21:32
- Bakıda 100 min manata qəbir yeri satılır - AÇIQLAMA
25 may 2025 18:23
- Distant təhsil: Hüquqi, texniki və metodoloji boşluqlar
25 may 2025 13:07
- Azərbaycanda DƏHŞƏT: Qаrаbаğ Veteranı olаn oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - FOTO
24 may 2025 23:37
- Mərkəzi Bankın 37, FED-in 6 mərtəbəli binası– Tikintilərinə nə qədər xərc çəkilib?
24 may 2025 21:53
- Azərbaycan yeganə müsəlman ölkəsidir ki... – İsrail səfiri
24 may 2025 21:22
- Şuşada -Xarıbülbül- festivalının açılışı oldu
24 may 2025 21:12
- Sahil Babayevin başladığı islahatlar - Sıra digər nazirliklərdə?
24 may 2025 13:56
- Bakıda qəbir yerlərinin qiyməti niyə artır?
24 may 2025 12:26
- Köçəryan gecə Moskvadan qayıtdı...-Kiminlə görüşdü? Hansı tapşırığı aldı?..-"Hraparak"
24 may 2025 11:02
- Mikаyıl İsmаyılovun köhnə 06-sı , yаxud аvtomobil kolleksiyаsı...
25 may 22:09
- Xəzər sahilində 117 ölü suiti tapıldı
25 may 21:32
- Kivini qabığı ilə yemək olarmı? - Az bilinən, amma maraqlı fakt
25 may 20:08
- Türkiyədə 10 milyon dollardan çox sərvəti olan 6138 nəfər var
25 may 18:34
- Bakıda 100 min manata qəbir yeri satılır - AÇIQLAMA
25 may 18:23
- Zelenski İlham Əliyevi təbrik etdi
25 may 18:08
- Türkiyə vətəndaşı Rusiyaya gedərək keçmiş həyat yoldaşını öldürüb
25 may 13:27
- Azərbaycan ən varlı ölkədən 18 dəfə kasıb, ən kasıb ölkədən 30 dəfə varlıdır
25 may 13:21
- Distant təhsil: Hüquqi, texniki və metodoloji boşluqlar
25 may 13:06
- Səhərlər acqarına cəfəri və limon yeyin - 5 təəccüblü faydası
25 may 12:12
- Rusiya bu şəhəri yer üzündən SİLDİ
25 may 11:56
- Prezident İlham Əliyev Misir Senatının sədrini qəbul edib
25 may 11:42
- Azərbaycanəsilli rejissorun filmi -Kann - festivalının qalibi oldu
25 may 00:43
- Qadağaları ilə adətlərimizi xatırladan ölkə (VİDEO)
25 may 00:34
- Azərbaycanda DƏHŞƏT: Qаrаbаğ Veteranı olаn oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - FOTO
24 may 23:37
- Mərkəzi Bankın 37, FED-in 6 mərtəbəli binası– Tikintilərinə nə qədər xərc çəkilib?
24 may 21:53
- Azərbaycan yeganə müsəlman ölkəsidir ki... – İsrail səfiri
24 may 21:22
- Şuşada -Xarıbülbül- festivalının açılışı oldu
24 may 21:12
- Bu il Azərbaycana Rusiyadan 8 milyon həşərat gətirilib
24 may 17:43
- Abdullah Gül Özbəkistana üz tutdu
24 may 17:27
- Bakıda məşhurlaşan qurbağa əti- Zəhərli maddələr çoxdur - VİDEO
24 may 14:06
- Sahil Babayevin başladığı islahatlar - Sıra digər nazirliklərdə?
24 may 13:56
- Bakıda qəbir yerlərinin qiyməti niyə artır?
24 may 12:26
- Köçəryan gecə Moskvadan qayıtdı...-Kiminlə görüşdü? Hansı tapşırığı aldı?..-"Hraparak"
24 may 11:02
- Tutun sağlamlığımıza faydası
24 may 10:50
- Lukaşenko İlham Əliyevi təbrik etdi
24 may 00:28
- Törətdiyi cinаyət əməlinə görə qalmaqallı eks vəkil Sevil Hacıyeva barəsində İTTİHАM HÖKMÜ çıxarıldı
23 may 22:59
- Bakıda icra başçısı məktəb direktorunu özünə müavin təyin etdi
23 may 20:19
- Axtarışda olan məşhur milyonçunun oğlu məhkəməni uduzdu - adını da, alimenti də verəcək! - ŞOK QƏRAR
23 may 19:25
- Veysəloğlu Şirkətlər Qrupu -Qida təhlükəsizliyi ayı- elan etdi
23 may 19:12