***
Prezident və birinci xanım Ağdama səfər edib (YENİLƏNİB)
Siyasət18 fevral 2025 15:18

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərində "Hilton Garden İnn” hotelində aparılan tikinti işləri ilə tanış olublar.
Qaynarinfo xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma hoteldə görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, "Hilton Garden İnn” hoteli Ağdam şəhər mərkəzinə yaxın ərazidə inşa olunub.
Ümumi sahəsi 2,16 hektar olan hotel 2, 6 və 7 mərtəbəli 3 bloklu binadan ibarətdir. Ən müasir standartlara cavab verən hotel binasında 127 otaq var, qonaqların zövqünü oxşayan interyer işləri görülüb.
Birinci mərtəbədə qonaqları foye və rahat gözləmə zonası qarşılayır. Hoteldə müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans və iclas zallarının yaradılması nəzərdə tutulur. Buradakı restoran, banket zalları qonaqların həm yüksək səviyyədə qidalanmalarına, həm də asudə vaxtlarını keçirmələrinə geniş imkanlar yaradır.
Müasir hoteldə qonaqların sağlamlığını və istirahətini təmin etmək məqsədilə hovuz, fitnes və SPA mərkəzləri də yaradılır.
Bildirildi ki, hoteldə işlərin icrası 60 faiz yerinə yetirilib.
"Hilton Garden İnn” hotelində 100-dən çox işçinin fəaliyyət göstərməsi nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycanda turizmin inkişafı istiqamətində mühüm işlər görülsə də, böyük turizm potensialına malik Qarabağ işğal altında olduğundan bu proseslərdən kənarda qalmışdı. İlin dörd fəslində füsunkar təbiəti ilə qonaqları heyran edən, saf havası, müalicəvi suları, tarixi abidələri ilə dillərdə dastan olan bu diyar Müzəffər Ali Baş Komandanın qətiyyəti və Ordumuzun rəşadəti sayəsində artıq düşmən tapdağından azad edilib. Qarabağın işğaldan azad olunmasından qısa müddət ötməsinə baxmayaraq, bu tarixi torpaqlarımızın dirçəldilməsi prosesi sürətlə davam etdirilir. Bu prosesdə diqqət yetirilən əsas sahələrdən biri də işğaldan azad olunmuş ərazilərimizdə turizmin inkişaf etdirilməsidir.
Ağdam rayonunda ən müasir standartlara cavab verən hotellərin inşası sürətlə dirçəldilən tarixi ərazilərimizin inkişafına mühüm töhfə verəcək. Bu, həm də işğaldan azad edilən ərazilərimizdə, o cümlədən Ağdam rayonunda sosial layihələrin davamlı şəkildə həyata keçirilməsinin növbəti nümunəsidir.
***
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışında iştirak edib.
"Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlət başçısına Mərkəzdə görülən işlər barədə məlumat verdi.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Azərbaycanın işğaldan azad edilən ərazilərində elektrik şəbəkələrinin qəza vəziyyətindən çıxarılması, enerji təhlükəsizliyinin təmin olunması və yaradılacaq infrastrukturların elektrik enerjisi ilə təchizatı üçün "Azərişıq” ASC tərəfindən genişmiqyaslı təmir, yenidənqurma və tikinti işləri aparılır. Ağdam şəhərinin Baş Planına uyğun olaraq, şəhər ərazisində 35/0,4 kilovoltluq iki transformator məntəqəsi inşa edilib. Bu məntəqələr güc mərkəzləri olaraq, ilk mərhələdə ətrafda salınacaq yeni yaşayış sahələrini elektrik enerjisi ilə təmin edəcək. Baş Planda həmin transformator məntəqələrinin digər yaşayış sahələri üçün inşa ediləcək güc mərkəzləri ilə əlaqələndirilməsi və dairəvi elektrik təchizatı sxeminin yaradılması nəzərdə tutulub. Eyni zamanda, şəhərdə Baş plana uyğun yaradılacaq müxtəlif təyinatlı infrastrukturun keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi həyata keçirilib. Prezident İlham Əliyev tərəfindən 2023-cü il mayın 2-də təməli qoyulan bu Regional Rəqəmsal İdarəetmə Mərkəzi yüksək səviyyədə inşa olunub.
Mərkəz iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə hər birinin gücü 2500 kVA olan 35/0,4 kilovoltluq iki güc transformatoru, 35 və 0,4 kilovoltluq qapalı paylayıcı qurğular, ikinci mərtəbədə idarəetmə, texniki və köməkçi otaqlar yerləşir.
Regional Rəqəmsal İdarəetmə Mərkəzinin elektrik təchizatı üçün 110/35/10 kilovoltluq "Ağdam-2” yarımstansiyasından 35 kilovoltluq hava-kabel xətti çəkilib.
Mərkəz şəhərin müxtəlif təyinatlı infrastrukturunun elektrik enerjisinə tələbatını ödəməklə yanaşı, təchizat sxeminə daxil olan şəbəkələrin real vaxt rejimində və rəqəmsal formatda idarə olunmasını təmin edəcək. Müasir tipli Mərkəz vasitəsilə ətraf ərazilərin də elektrik təchizatının etibarlılığına və dayanıqlığına nəzarət təmin olunacaq. Eyni zamanda, burada mühəndis-texniki heyətin səmərəli işini təmin edən müasir avadanlıqlarla təchiz olunmuş iş otaqları, vətəndaş qəbulu üçün lazımi şərait yaradılıb.
Prezident İlham Əliyev "Azərişıq” ASC-nin Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzini işə salıb.
Təlim-Tədris Kompleksində beynəlxalq tədbirlərin keçirilməsi üçün bütün zəruri şərait yaradılıb. Burada yerli və xarici təlimçilərin iştirakı ilə elektroenergetika sahəsi üzrə ixtisaslı kadrların hazırlığı, bərpa olunan enerji mənbələrinin tətbiq və istismar qaydaları, peşə vərdişlərinin əldə edilməsi, real iş şəraitində təlimlər və ustalıq yarışları təşkil ediləcək. Kompleksdəki tədris zalı 35/0,4 kilovoltluq müasir şəbəkə modelinin, 35 və 0,4 kilovoltluq fiber-optik kabellərin, kompozit şüşə-lifli dayaqların tətbiq sahələrinin perspektiv inkişafı və üstünlüklərini əyani şəkildə təqdim edilməsi üçün nəzərdə tutulub.
Həmçinin Kompleksdə xüsusi dayaqlarda şəbəkədə istifadə olunan element və ləvazimatlar nümayiş etdirilir. İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerji mənbələrinin (Günəş və külək enerji qurğuları) tətbiqinə dair model yaradılıb. Bu modelin həm işçi heyətin, həm də gələcəkdə aktiv istehlakçıların maarifləndirilməsi təlimlərində istifadəsi nəzərdə tutulub. Eyni zamanda elektroenergetika sahəsində qazanılmış tarixi nailiyyətləri əks etdirən elektron guşə və əyani vəsait stendləri, müasir uçot cihazları (SMS, Smart, NFC-sayğacları), təhlükəsizlik texnikası və idarəetmə plakatları nümayiş olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam Muğam Mərkəzində görülən tikinti işləri ilə tanış olublar.
***Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də "Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış olublar.
***Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərində 1267 mənzilli 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olublar.
***
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanış olublar.
Oxşar xəbərlər
- Mikаyıl İsmаyılovun köhnə 06-sı , yаxud аvtomobil kolleksiyаsı...
25 may 2025 22:09
- Türkiyədə 10 milyon dollardan çox sərvəti olan 6138 nəfər var
25 may 2025 18:34
- Bakıda 100 min manata qəbir yeri satılır - AÇIQLAMA
25 may 2025 18:23
- Zelenski İlham Əliyevi təbrik etdi
25 may 2025 18:08
- Türkiyə vətəndaşı Rusiyaya gedərək keçmiş həyat yoldaşını öldürüb
25 may 2025 13:27
- Distant təhsil: Hüquqi, texniki və metodoloji boşluqlar
25 may 2025 13:07
- Rusiya bu şəhəri yer üzündən SİLDİ
25 may 2025 11:56
- Prezident İlham Əliyev Misir Senatının sədrini qəbul edib
25 may 2025 11:42
- Azərbaycan yeganə müsəlman ölkəsidir ki... – İsrail səfiri
24 may 2025 21:22
- Şuşada -Xarıbülbül- festivalının açılışı oldu
24 may 2025 21:12
Xəbər lenti
- İmişli sakini güllələndi
26 may 00:13
- Mikаyıl İsmаyılovun köhnə 06-sı , yаxud аvtomobil kolleksiyаsı...
25 may 22:09
- Xəzər sahilində 117 ölü suiti tapıldı
25 may 21:32
- Kivini qabığı ilə yemək olarmı? - Az bilinən, amma maraqlı fakt
25 may 20:08
- Türkiyədə 10 milyon dollardan çox sərvəti olan 6138 nəfər var
25 may 18:34
- Bakıda 100 min manata qəbir yeri satılır - AÇIQLAMA
25 may 18:23
- Zelenski İlham Əliyevi təbrik etdi
25 may 18:08
- Türkiyə vətəndaşı Rusiyaya gedərək keçmiş həyat yoldaşını öldürüb
25 may 13:27
- Azərbaycan ən varlı ölkədən 18 dəfə kasıb, ən kasıb ölkədən 30 dəfə varlıdır
25 may 13:21
- Distant təhsil: Hüquqi, texniki və metodoloji boşluqlar
25 may 13:06
- Səhərlər acqarına cəfəri və limon yeyin - 5 təəccüblü faydası
25 may 12:12
- Rusiya bu şəhəri yer üzündən SİLDİ
25 may 11:56
- Prezident İlham Əliyev Misir Senatının sədrini qəbul edib
25 may 11:42
- Azərbaycanəsilli rejissorun filmi -Kann - festivalının qalibi oldu
25 may 00:43
- Qadağaları ilə adətlərimizi xatırladan ölkə (VİDEO)
25 may 00:34
- Azərbaycanda DƏHŞƏT: Qаrаbаğ Veteranı olаn oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - FOTO
24 may 23:37
- Mərkəzi Bankın 37, FED-in 6 mərtəbəli binası– Tikintilərinə nə qədər xərc çəkilib?
24 may 21:53
- Azərbaycan yeganə müsəlman ölkəsidir ki... – İsrail səfiri
24 may 21:22
- Şuşada -Xarıbülbül- festivalının açılışı oldu
24 may 21:12
- Bu il Azərbaycana Rusiyadan 8 milyon həşərat gətirilib
24 may 17:43
- Abdullah Gül Özbəkistana üz tutdu
24 may 17:27
- Bakıda məşhurlaşan qurbağa əti- Zəhərli maddələr çoxdur - VİDEO
24 may 14:06
- Sahil Babayevin başladığı islahatlar - Sıra digər nazirliklərdə?
24 may 13:56
- Bakıda qəbir yerlərinin qiyməti niyə artır?
24 may 12:26
- Köçəryan gecə Moskvadan qayıtdı...-Kiminlə görüşdü? Hansı tapşırığı aldı?..-"Hraparak"
24 may 11:02
- Tutun sağlamlığımıza faydası
24 may 10:50
- Lukaşenko İlham Əliyevi təbrik etdi
24 may 00:28
- Törətdiyi cinаyət əməlinə görə qalmaqallı eks vəkil Sevil Hacıyeva barəsində İTTİHАM HÖKMÜ çıxarıldı
23 may 22:59
- Bakıda icra başçısı məktəb direktorunu özünə müavin təyin etdi
23 may 20:19
- Axtarışda olan məşhur milyonçunun oğlu məhkəməni uduzdu - adını da, alimenti də verəcək! - ŞOK QƏRAR
23 may 19:25
Video & Fotoqalereya
Video
Fotoqalereya