Sahibə Qafarova İspaniya Deputatlar Konqresinin sədri ilə görüşdü
Cəmiyyət20 may 2025 22:01

Milli Məclisin sədri Sahibə Qafarova İspaniya Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin Deputatlar Konqresinin sədri Fransina Armenqol ilə görüşüb.
Qaynarinfo xəbər verir ki, Milli Məclisin sədrini salamlayan Deputatlar Konqresinin sədri Fransua Armenqol bu səfərin parlamentlərimiz və ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə öz töhfəsini verəcəyinə inamını ifadə edib. O, COP29-un ölkəmizdə yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə təşəkkürünü bildirib və diqqətə çatdırıb ki, mühüm qərarların qəbul edildiyi həmin konfransda İspaniya Krallığı Hökumətinin sədri də iştirak etmişdi.
Söhbət zamanı Deputatlar Konqresinin sədri qeyd edib ki, Azərbaycan-İspaniya əlaqələrinin hazırki vəziyyəti məmnunluq doğurur və belə bir inamı ifadə edib ki, bundan sonra da parlamentlər hökumətlər arasında əməkdaşlığı dəstəkləməyə davam edəcəklər. Bildirilib ki, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı da mühüm əhəmiyyət kəsb edir və bir sıra ispan şirkətləri Azərbaycanda işləməkdə olduqca maraqlıdırlar. Bu da Azərbaycanın siyasi və coğrafi əhəmiyyətindən irəli gəlir.
Milli Məclisin sədri Sahibə Qafarova öz növbəsində onu İspaniyaya səfərə dəvət etdiyinə görə Deputatlar Konqresinin sədrinə təşəkkürünü bildirib. O, Azərbaycan-İspaniya əlaqələrinin mövcud vəziyyəti və inkişafı barədə fikirlərini bölüşüb. Sahibə Qafarova İspaniya Krallığı Hökumətinin sədri Pedro Sançezin COP29 çərçivəsində ölkəmizə səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar zamanı əlaqələrin inkişafı üzrə əldə olunmuş razılaşmaların uğurla icrasının əməkdaşlığımızı daha da inkişaf etdirəcəyinə əminliyini bildirib.
Görüşdə Azərbaycan-İspaniya iqtisadi əlaqələri haqqında da fikir mübadiləsi aparılıb. Milli Məclisin sədri bərpaolunan enerji və digər sahələrdə əlaqələrin inkişafı üçün yaxşı perspektivlər olduğunu qeyd edib. O, bildirib ki, həm Azərbaycan, həm də İspaniya bərpaolunan enerji sahəsində mühüm işlər görürlər.
Azərbaycan hazırda bu sahədə mühüm layihələri icra edir və əldə olunan enerjinin Avropaya ixracı üçün işlər görür. Hazırda ölkəmiz Avropa ölkələrinin, o cümlədən İspaniyanın etibarlı enerji təchizatçısıdır və İspaniya şirkətinin TAP-da iştirakı da əməkdaşlığımızın uğurlu nümunələrindən biridir. Milli Məclisin sədri iqtisadi əlaqələrdən danışarkən, Azərbaycanın nəqliyyat-tranzit imkanlarını xüsusi vurğulayıb, Orta Dəhliz üzrə fəaliyyətin Azərbaycan-İspaniya arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri ola biləcəyinə diqqət çəkib.
Görüşdə Cənubi Qafqazda mövcud vəziyyət barədə də danışılıb. Milli Məclisin sədri Azərbaycan-Ermənistan normallaşma prosesi, iki ölkə arasında mövcud olmuş münaqişənin tarixi, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, işğaldan azad edilmiş ərazilərimizdə aparılan tikinti-quruculuq işləri barədə geniş məlumat verib.
Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, görüşdən əvvəl Milli Məclisin sədri Sahibə Qafarova Deputatlar Konqresinin Fəxri qonaqlar kitabını imzalayıb.
Oxşar xəbərlər
- Prezident İlham Əliyev Misir Senatının sədrini qəbul edib
25 may 2025 11:42
- Köçəryan gecə Moskvadan qayıtdı...-Kiminlə görüşdü? Hansı tapşırığı aldı?..-"Hraparak"
24 may 2025 11:02
- Çingiz Abdullayev: Bəlkə də, aclıqdan ölsəydim, rüşvətxor olardım..
23 may 2025 00:01
- Fuad Nağıyev Aparat rəhbəri vəzifəsini ona tapşırdı
22 may 2025 12:12
- Sumqayıt Şəhər Bələdiyyəsinin sədri dəyişdi
19 may 2025 19:36
- Deputat papağına görə iclasdan çıxarıldı - Fotolar
17 may 2025 22:14
- 5 nəfər Ədalət Partiyasının sədri olmaq istəyir
21 aprel 2025 16:21
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 2025 12:22
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 2025 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 2025 11:44
Xəbər lenti
- Türkiyədə 10 milyon dollardan çox sərvəti olan 6138 nəfər var
25 may 18:34
- Bakıda 100 min manata qəbir yeri satılır - AÇIQLAMA
25 may 18:23
- Zelenski İlham Əliyevi təbrik etdi
25 may 18:08
- Türkiyə vətəndaşı Rusiyaya gedərək keçmiş həyat yoldaşını öldürüb
25 may 13:27
- Azərbaycan ən varlı ölkədən 18 dəfə kasıb, ən kasıb ölkədən 30 dəfə varlıdır
25 may 13:21
- Distant təhsil: Hüquqi, texniki və metodoloji boşluqlar
25 may 13:06
- Səhərlər acqarına cəfəri və limon yeyin - 5 təəccüblü faydası
25 may 12:12
- Rusiya bu şəhəri yer üzündən SİLDİ
25 may 11:56
- Prezident İlham Əliyev Misir Senatının sədrini qəbul edib
25 may 11:42
- Azərbaycanəsilli rejissorun filmi -Kann - festivalının qalibi oldu
25 may 00:43
- Qadağaları ilə adətlərimizi xatırladan ölkə (VİDEO)
25 may 00:34
- Azərbaycanda DƏHŞƏT: Qаrаbаğ Veteranı olаn oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - FOTO
24 may 23:37
- Mərkəzi Bankın 37, FED-in 6 mərtəbəli binası– Tikintilərinə nə qədər xərc çəkilib?
24 may 21:53
- Azərbaycan yeganə müsəlman ölkəsidir ki... – İsrail səfiri
24 may 21:22
- Şuşada -Xarıbülbül- festivalının açılışı oldu
24 may 21:12
- Bu il Azərbaycana Rusiyadan 8 milyon həşərat gətirilib
24 may 17:43
- Abdullah Gül Özbəkistana üz tutdu
24 may 17:27
- Bakıda məşhurlaşan qurbağa əti- Zəhərli maddələr çoxdur - VİDEO
24 may 14:06
- Sahil Babayevin başladığı islahatlar - Sıra digər nazirliklərdə?
24 may 13:56
- Bakıda qəbir yerlərinin qiyməti niyə artır?
24 may 12:26
- Köçəryan gecə Moskvadan qayıtdı...-Kiminlə görüşdü? Hansı tapşırığı aldı?..-"Hraparak"
24 may 11:02
- Tutun sağlamlığımıza faydası
24 may 10:50
- Lukaşenko İlham Əliyevi təbrik etdi
24 may 00:28
- Törətdiyi cinаyət əməlinə görə qalmaqallı eks vəkil Sevil Hacıyeva barəsində İTTİHАM HÖKMÜ çıxarıldı
23 may 22:59
- Bakıda icra başçısı məktəb direktorunu özünə müavin təyin etdi
23 may 20:19
- Axtarışda olan məşhur milyonçunun oğlu məhkəməni uduzdu - adını da, alimenti də verəcək! - ŞOK QƏRAR
23 may 19:25
- Veysəloğlu Şirkətlər Qrupu -Qida təhlükəsizliyi ayı- elan etdi
23 may 19:12
- Prezident bu ölkələrin DİN rəhbərlərini qəbul etdi - FOTOLAR
23 may 11:35
- Çingiz Abdullayev: Bəlkə də, aclıqdan ölsəydim, rüşvətxor olardım..
23 may 00:01
- Şahbaz Şərif Azərbaycana gələcək
22 may 20:46
Video & Fotoqalereya
Video
Fotoqalereya