Dünya fəlakətlə üz-üzə - Rusiya nüvə DÜYMƏSİNƏ BASIR!

Rusiya prezidenti strateji nüvə qüvvələrinin təlimində iştirak edib və bu silahdan necə istifadə olunacağını açıqlayıb; NATO da Rusiya ilə sərhəddə ən böyük artilleriya təlimlərinə başlayır - polkovnikdən izah
Rusiyaya qarşı daha genişmiqyaslı sanksiyalar çağırışı, habelə Ukraynanın genişzolaqlı bombardman əməliyyatları üçün dəstək istəməsinin fonunda Kremlin daha qəddar cavab addımlarına hazırlaşması müşahidə edilir. Şimali Koreyadan 3 min əsgərin gətirilməsinin ardınca Rusiya prezidenti Vladimir Putin strateji nüvə qüvvələrinin məşqini keçirib.
“Yeni Müsavat” yazır ki, Rusiya lideri Kremldən Hava Kosmik Qüvvələri vasitəsilə strateji nüvə qüvvələrinin təlimində iştirak edib. Rusiya prezidenti bildirib ki, təlimlər zamanı rəsmilərin nüvə silahının praktiki atışlarla istifadəsi üzrə hərəkətləri tətbiq olunacaq. RF lideri qeyd edib ki, Rusiya Federasiyası üçün daim istifadəyə hazır olan müasir strateji qüvvələrin olması vacibdir. “Rusiya öz nüvə çəkindirici qüvvələrinin bütün komponentlərini təkmilləşdirəcək, bunun üçün kifayət qədər resurslar var. Nüvə silahından istifadə ölkənin təhlükəsizliyini təmin etmək üçün son çarədir”, - deyə Rusiya lideri vurğulayıb.
Bu məşqlər NATO-nun noyabrın əvvəlində nəzərdə tutulan ən böyük artilleriya təlimlərinin Finlandiyada, məhz Rusiya ilə sərhəd alyans ölkəsində keçirildiyi bir vaxta təsadüf edib. Moskva bununla Şimali Atlantik Alyasına bir növ “əzələ” nümayiş etdirib. Belə ki, NATO Rusiya ilə sərhəddəki Rovayarvi poliqonunda “Lightning Strike 24" adlı ən böyük artilleriya təlimi keçirəcək. Təlim noyabrın 4-dən 28-dək davam edəcək. Finlandiya Müdafiə Nazirliyinin rəsmi saytında dərc olunub. Təlimlərdə Finlandiya, ABŞ, İsveç, Estoniya, Böyük Britaniya və Fransadan 3600-ə yaxın hərbçinin iştirak edəcəyi bildirilir. Qeyd olunur ki, "Lightning Strike 24" alyansın tarixində Avropada keçirilən ən böyük artilleriya atış seriyası olan “Dynamic Front 25" təlimlərinin bir hissəsidir. "Təlimin məqsədi Finlandiyanın müttəfiqləri və tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində şimaldakı əməliyyat zonasında müdafiə qabiliyyətini nümayiş etdirmək, həmçinin əməliyyat komandanlığı və nəzarətini həyata keçirməkdir", - deyə Finlandiya Müdafiə Nazirliyi bildirib.
Bəs Rusiyanın keçirdiyi məşqlərin ardınca Putin Ukraynaya qarşı savaşda nüvə silahının “qırmızı düyməsi”ni basacaqmı? Bugünədək edilən anonslar artıq reallaşır, yoxsa bu, hərbə-zorbadır? Çünki Kreml lideri ölkəsinin suverenliyinə təhdid olacağı halda, nüvə bombasından istifadə ediləcəyini deyib. Rusiyanın suverenliyinə yalnız Kursk vilayətində müdaxilə olunub. Lakin bir vilayətdə olan ukraynalı hərbçilərə görə Rusiyanın nüvə silahından istifadəsi gözlənilmir. Putin hətta qeyri-nüvə dövlətlərini də hədələmişdi. NATO Baş katibi Mark Rutte isə qeyri-nüvə ölkəsi olan üzv dövlətləri bundan qorxmamağa, hər şeyə hazır olduqlarına inandırmışdı.
Ümumiyyətlə, dünyada nüvə eskalasiyası riski və təhdidləri artmaqdadır. Ukrayna münaqişəsi “soyuq müharibə”ni nüvə bombası ilə qarşılıqlı şəkildə hədələmək müstəvisinə keçirib. Xüsusən də “Bild” dərgisində yer alan “Ukrayna atom bombası yarada bilər” iddiası təkcə Rusiya və Ukraynanın deyil, bütün Avropanın da media məkanını silkələməkdə davam edir. Zelenskinin Trampa söylədiyi "bizi NATO-ya qəbul etməsəniz, atom bombası yaratmaqdan başqa çıxış yolumuz qalmır" ifadəsi ən müxtəlif aspektlərdən şərh edilir. Bəziləri bunu Ukraynanın yeganə qurtuluş yolu, bəziləri isə Qərb müttəfiqlərini şantaj etmək cəhdi kimi qiymətləndirir. 40-50 ildir ki, Ukrayna ərazisində Avropanın ən böyük atom elektrik stansiyaları fəaliyyət göstərir. Mütəxəssislərin söyləmələrinə görə, atom elektrik stansiyasından atom bombasına qədər cəmi bir addımlıq məsafə var. Ukraynada nüvə texnologiyalarını bilən minlərlə mühəndis və gərəkli infrastruktur var. Bu potensialı nüvə bombası istehsalına yönəltmək isə yalnız zamana ehtiyacı olan məsələdir. Rusiya mediası yazır ki, Ukraynaya bəzi radioaktiv maddələrin gətirilməsi haqqında kəşfiyyat məlumatları mövcuddur.
Şair Ramaldanov
Polkovnik Şair Ramaldanovun “Yeni Müsavat”a bildirdiyinə görə, əgər nüvə silahı bir dövlətdə varsa, deməli, lazım olanda ondan istifadə edə bilər: “Amma bu nüvə bombası müdafiə, yoxsa hücum xarakterli istifadə olunacaq, bu, zamandan və qəbul edilən qərardan asılıdır. Hər halda, Rusiya prezidenti deməyəcək ki, nüvə bombasından hücum məqsədilə istifadə ediləcək. Sadəcə, bu təlimlərlə nüvə silahının Rusiyada olduğu bir daha nümayiş etdirilir”.
Ş.Ramaldanovun fikrincə, bu təlimləri NATO dövlətləri də keçiriblər: “Bu məşqlərdə təəccüblü heç nə yoxdur. Putin Rusiya dövlətinə təhlükə yarandıqda nüvə silahından istifadə olunacağını bildirib. Hazırda buna zərurət görmür. Eyni zamanda Rusiyanın Kursk vilayətinə hücumla bağlı ölkə rəhbərliyi hesab edir ki, proseslər onun istədiyi şəkildə inkişaf edir. Əgər Kursk döyüşləri Rusiyanın istədiyi kimi getməsəydi, o anda bəlkə fərqli qərarlar qəbul oluna bilərdi. Deyərdim ki, Ukrayna Kurskda tələyə düşüb və Putin iki min ukraynalı hərbçinin mühasirədə olduğunu açıqladı. Ona görə hadisələr bu əməliyyatlarla davam edəcək və Rusiya Kurska hücumu özü üçün böyük təhlükə kimi qiymətəndirmir, bunun öhdəsindən gələcəyini düşünür. Odur ki, ərazisinə hücum olsa belə, bunu suverenliyə təhlükə sayaraq nüvə bombasından istifadə ediləcək həddə çatdığını hesab etmir”.
Xatırladaq ki, Amerika Alimləri Federasiyasının hesablamalarına görə, Rusiyanın 5977 nüvə başlığı (nüvə partlayışı yaradan qurğu) var. Hərçənd bu saya artıq istismardan çıxarılmış və utilizasiyaya göndərilməli başlıqlar da daxildir. Yerdə qalan təxminən 4500 başlıq strateji nüvə silahı (nüvə başlıqlarını uzaq məsafələrə çatdıra bilən ballistik raket) hesab olunur. Nüvə müharibəsi dedikdə məhz bu növ silahlardan istifadə nəzərdə tutulur. Digərləri daha az dağıdıcı olan, döyüş meydanında və ya suda tətbiq edilən taktiki nüvə silahları hesab olunur. Bütün bunlar o demək deyil ki, Rusiyanın istifadəyə hazır minlərlə uzaqmənzilli raketi var. Mütəxəssislərin qiymətləndirməsinə görə, Rusiyanın 1500-ə yaxın nüvə başlığı, sadəcə olaraq, bazalarda, aerodromlarda və ya sualtı qayıqlarda yerləşdirilmiş vəziyyətdədir. Hazırda 9 ölkə nüvə silahına malikdir. Bunlar Çin, Fransa, Hindistan, Pakistan, İsrail, Rusiya, ABŞ, Böyük Britaniya və Şimali Koreyadır.
- Sabah Düşənbədə görüşəcəklər - Peskov
9 oktyabr 2025 01:19
- İlham Əliyev Vladimir Putini təbrik etdi
7 oktyabr 2025 14:00
- Azərbaycanda niyə rəsmi milyonçuların siyahısı yoxdur?
7 oktyabr 2025 11:25
- Oqtay Şirəliyevin övladları: Moskvanın eks-naziri, sabiq bank işçisi (FOTO)
6 oktyabr 2025 15:34
- Türklərlə sərhəd olmaq istəmirik, çünki... - Orban
6 oktyabr 2025 01:12
- Altı ölkədə hələ də it əti yeyilir
5 oktyabr 2025 23:43
- Polad Bülbüloğlu və Çingiz Abdullayev bizi Kremlə SATDILAR – şok görüntülər...
2 oktyabr 2025 13:42
- Suriyanın keçmiş Prezidenti Bəşər Əsədi zəhərlədilər
2 oktyabr 2025 11:49
- Qərb dünya əhalisinin 90 faizini məhv etməyi planlaşdırır - ŞOK İDDİA
2 oktyabr 2025 02:40
- Sabiq nazirdən SENSASİON YAZI - Neçə-neçə vəzifəli şəxsin...
29 sentyabr 2025 01:13
- Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
09 oktyabr 10:57
- Qazaxıstanda pedofillər məcburi axtalanacaq
09 oktyabr 01:38
- Millimiz Fransaya 8-0 məğlub oldu
09 oktyabr 01:29
- Sabah Düşənbədə görüşəcəklər - Peskov
09 oktyabr 01:19
- Hadrutun işğaldan azad olunmasından 5 il ötür
09 oktyabr 00:50
- Prezident qardaş ölkələrə təşəkkür etdi
08 oktyabr 21:42
- Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş (FOTO)
08 oktyabr 21:37
- Prezident qəbul keçirdi - Fotolar
08 oktyabr 13:15
- Dənizkənarı Milli Park Green Flag Award mükafatına layiq görüldü - Fotolar
08 oktyabr 12:43
- Türk liderlərin Qəbələdən dünyaya mesajları
08 oktyabr 10:29
- AYNA yolların xətlənməsinə 45 milyon xərcləyəcək
08 oktyabr 10:17
- Bu gün III MDB Oyunlarının bağlanış mərasimi olacaq
08 oktyabr 10:07
- Coca-Cola qaraciyəri spirtli içkilərdən çox zədələyir
08 oktyabr 02:31
- 36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər - Video
08 oktyabr 02:20
- İstanbulda Bəxtiyar Vahabzadənin qorelyefi qoyuldu - Fotolar
08 oktyabr 02:08
- Tovuzda itin dişlədiyi məktəbli Bakıda xəstəxanada öldü
08 oktyabr 01:52
- Doğum nisbətinin ən aşağı və ən yüksək olan ölkələr (SİYAHI)
08 oktyabr 01:43
- Sensasiya: Putinin Kabayevadan iki oğlu var, soyadları başqa cürdür
07 oktyabr 17:08
- Füzuli məscidinin təməli qoyuldu
07 oktyabr 15:53
- Fizika üzrə Nobel mükafatı laureatları məlum oldu
07 oktyabr 14:08
- İlham Əliyev Vladimir Putini təbrik etdi
07 oktyabr 14:00
- İlham Əliyev Qəbələdə Qurbanqulu Berdiməhəmmədovla görüşdü
07 oktyabr 12:45
- Bakıda parkda söyüş söyən vəzifəli şəxs həbs edildi
07 oktyabr 12:33
- Azərbaycanda niyə rəsmi milyonçuların siyahısı yoxdur?
07 oktyabr 11:25
- Berdiməhəmmədov Qəbələdədir
07 oktyabr 10:17
- Bir yemək 650, şərab 1700 manat - Bakının ən bahalı restoranları
07 oktyabr 10:06
- Leninqradın ADAM ƏTİ YEYƏNLƏRİ - ÇOXU QADINLAR OLUB
07 oktyabr 00:59
- TƏBİB-in xanım işçisi bıçaqlandı
06 oktyabr 23:12
- Bakcell-in meqa lotereyasının qalibi bəlli oldu!
06 oktyabr 22:55
- Hakan Fidan Azərbaycana gəldi
06 oktyabr 21:57