Xalq artisti, görkəmli sənətkar Rəşid Behbudov belə ÖL(DÜRÜL)MÜŞDÜ... ..
Cəmiyyət10 iyun 2025 14:07

Sumqayıtda təxribat məqsədi ilə törədilmiş hadisələr zamanı Rəşid Behbudov 30 ildən artıq idi ki, SSRİ Ali Sovetinin deputatı idi. 1988-ci ildə Azərbaycan nümayəndə heyətinin, mədəniyyət işçilərinin, SSRİ Xalq artistlərinin Azərbaycan və Ermənistan tərəfdən deputatlarla görüşləri oldu. Bu, Moskvada SSRİ Ali Sovetinin sessiyasında baş tutdu. Nə oldusa, elə həmin sessiyada oldu...
Bəstəkarın qızı Rəşidə Rəşid bu hadisələr barədə, ələlxüsus da atasının ölümü haqqında bir zamanlar mətbuata verdiyi müsahibəsində deyirdi: "...1988-ci il idi. Atam bir az soyuqlamışdı. Heç yerə gecikməyən atam bu görüşə təxminən 2-3 dəqiqə gecikmişdi. Zala girəndə görüb ki, bütün zal adamla doludur. Qorbaçov künc tərəfdə oturubmuş. Oturmaq üçün başqa boş yer qalmayıb. Qorbaçovdan bir qədər uzaqda kreslo qoyulmuşdu. Atam da orada oturub.
Bir neçə dəqiqədən sonra Qorbaçov atama “O, Rəşid” deyə müraciət edib. Onun atama “sən” deyə müraciət etməsi onu təəccübləndirib. Niyə axı o atama “sən” deyə müraciət edirdi?! Etiket qaydalarına əməl etmək lazım idi. Sanki dünən bir yerdə oturub çay içmişdilər. Qorbaçov: “Rəşid, bura gəl, yaxın otur”. Atam ayağa durub ona tərəf yaxınlaşıb, yaxınlığında oturub.
Qorbaçov atamdan Dövlət Mahnı Teatrı haqda soruşub: “Rəşid, necəsən? Teatrda işlər necə gedir?” Atam oradan qayıdandan sonra anamla mənə dedi ki, Qorbaçovun Dövlət Mahnı Teatrında baş verənlərdən, işlərin gedişatından xəbəri var. Yəni o tam məlumatlıdır.
Atam daha sonra Qorbaçova cavab verib: “Pis deyil. İşlər davam edir. Biz dünya ölkələrinə səfərlər edirik. Amma bir şeyi başa düşə bilmirəm. Mixail Sergeyeviç, hər şeyin yaxşı olduğunu deyə bilmərəm. Çünki mənim şəhərimdə tanklar dayanıb.
Qorbaçov cavab verib: “Axı bunlar bizim tanklardır” – deyib. Atam: “Bunun əhəmiyyəti yoxdur, sizindir, yoxsa bizim. Bu tanklar sülh şəraitində yaşayan şəhərdədir. Bu, təcavüzdür! Nə olub Mixayıl Sergeyeviç? Nə baş verir?
Orada atamla Qorbaçov arasında gərginlik yaşanıb. Bütün ölkə, hətta Azərbaycanın hüdudlarından kənarda da hər kəs bilir ki, Rəşid Behbudov vətənini sevən bir insan idi. Bu, bir həqiqətdir!
Atam həmin görüşdə deyib: “Nə qədər ki, mən sağam, SSRİ-nin deputatıyam, Qarabağın bizim olduğunu deyib, hər yerə car çəkəcəm. Əgər siz bu hərəkətlərinizə son qoymasanız, qan töküləcək. Qan töküləcək! Qan töküləcək! Qan töküləcək! Atam bu sözləri çox emosional formada deyib. Masaya nəsə atıb, üzünü çevirib. Qapını çırpıb gedib. Sakitlik çöküb...
Atamın qətlə yetirilməsinin başqa bir səbəbi də var idi. O bilirdi ki, Stepan Şaumyan basdırılmayıb. O vaxt atama inanmadılar. Həmin yerdə işlər görülən zaman hər şey üzə çıxdı. Bəziləri deyirdilər ki, biz Rəşidə inanmadıq, o, haqlı idi. Meyitlərin tibbi ekspertizası zamanı Şaumyanın cəsədini orada (indiki Sahil bağında - red.) tapmadılar. Rəşid Behbudov bu məlumatı bilirdi (Şaumyanın qaçaraq, Hindistana sığındığı və uzun illər orada yaşadığı haqda məlumatlar var - red.).
Buna görə də həmin vaxt atamla bağlı istənilən xəstəliyi uydurmaq olardı. Onu palataya yerləşdirdilər. Anamı yanına buraxmırdılar. O vaxt mənim oğlum Rəşid də balaca, südəmər bir uşaq idi. Anamla növbələşirdik. Anamın çayına nəsə töküb yatırdılar. Atamın isə yanına heç kimi buraxmırdılar. Əslində bu bütün tibbi normalara, Avropadakı qaydalara zidd idi. Çünki insan xəstələnib reanimasiyada yatırsa, yaxud da xüsusi palataya köçürülübsə qohumlarının ora mütləq girişinə icazə verilməlidir. Başa düşürsünüz? Müəyyən əhval-ruhiyyənin mövcudluğu aşkar formada hiss olunurdu. Qohumlara psixoloji təzyiq edirdilər. Bizə yalnız deyirdilər ki, olmaz, olmaz, olmaz!
Oğlumun canına, mayın 2-də məni tərk edən anamın xatirəsinə, bütün xalqımızın qarşısında and içə bilərəm ki, hər şey məhz mənim danışdığım kimi baş verib! Palatada atamın qışqırıq səsi gəlirdi. Anam soruşanda ki, ona nə olub? Dedilər ki, narahat olmayın, müalicə gedir, heç bir problem yoxdur.
Atam iyunun 8-dən 9-na keçən gecə saat 04:10-da vəfat edib. Anama isə bunu günorta saat 12-də dedilər. Anam onlardan soruşanda ki, Rəşid Məcidoviç özünü necə hiss edir? Deyiblər: “Oy, bağışlayın, Ceyran xanım. Rəşid Məcidoviç vəfat etdi”. Mən hər şeyi olduğu kimi danışdım. Gizli kaset barədə də məlumatım var. Guya onu kiməsə verib. Amma kimə verdiyi bilinmir. Həmin gizli kasetdə Qorbaçovun həyat yoldaşının iştirakı ilə Dağlıq Qarabağ barədə bəzi qərarlar var idi. Bu həqiqətdir. Gizlətməyin nə mənası var?!
O vaxt mədəniyyət naziri Polad Bülbüloğlu idi. Anam təkid edirdi ki, atamı Mahnı Teatrından son mənzilə yola salsınlar. Teatr atamın zəhməti nəticəsində yaranmışdı. Dövlət teatrı idi. Atam onu xalq üçün qoyub getdi. Özümüzlə o biri dünyaya heç nə aparmırıq. O dövrdə həmin teatr bizim xalq musiqilərimizi bütün dünyada təbliğ edirdi. Atam SSRİ-nin xalq artisi kimi inanılmaz işlər görmüşdü.
Polad Bülbüloğlu anama cavab vermişdi: “Xeyr. Bilirsiniz, bizim ölkədə elə vəziyyət yaranıb ki, Rəşid Behbudovun vəfatı ilə əlaqədar olaraq mitinqlər baş qaldıra bilər. Və onun cənazəsini Mahnı Teatrından son mənzilə yola salmağımız mümkün deyil”. Əlbəttə ki, bu yalan idi! Təbii ki, kəskin siyasi vəziyyət ərəfəsində Rəşid Behbudovun Moskvada vəfat etməsi xalq arasında böyük səs-küy yaratdı. Amma bu doğru deyildi.
Anam dedi ki, əgər vəziyyət belədirsə, “mən Rəşidin cənazəsini Gürcüstana aparacağam və doğulduğu yerdə dəfn edəcəyəm”. O dövrdə babam Şuşadan Tiflisə köçmüşdü. Uşaqları da orada dünyaya gəlmişdi. Amma babam Qarabağda doğulub. Məşhur xanəndə Məcid Behbudovun büstü Muğam Mərkəzində ucaldılıb.
Anam dedi ki, “Rəşidin cənazəsini doğulduğu yerə, Tiflisə aparacağam”. Anamın bu sözlərindən sonra o, razılıq verdi. Və biz atamı Mahnı Teatrından son mənzilə yola saldıq. Ayın 12-də isə onu Filarmoniyadan yola saldılar.
Ekspertiza məsələsinə gəldikdə isə Moskvadan dedilər… “sizin dinə görə meyti yarmaq olmaz”. Anam dedi ki, düzdür, olmaz. “Onda zəhmət olmasa bu sənədi imzalayın”. Anam da imzaladı. Onun cənazəsini bura, Tibbi Ekspertiza İnstitutuna gətirəndə… Meyitin yarılmasını Tibbi Ekspertiza İnstitutunun əməkdaşları yox, 9-cu şöbənin işçiləri həyata keçirdi.
Sənədləri götürmüşdülər. Və hazırda da arxivlərdə tibbi ekspertizanın sənədləri yoxdur. Bunu keçmiş direktor özü mənə deyib. Rəsmi olaraq!"
Məcid Rəşadətoğlu
Oxşar xəbərlər
- AZƏRBAYCANDA İŞIQ PULU BELƏ HESABLANACAQ - Yeni tarif tətbiq ediləcək
12 iyun 2025 00:29
- Təhsil İnstitutunun metodoloji biliklərə əzbərçi yanaşması müəllimləri kor edir
11 iyun 2025 23:25
- Zəhərli və hiyləgər: Uzaq durulmalı olduğunu 8 ən təhlükəli AĞAC
11 iyun 2025 13:53
- Azərbaycanın 700 bal toplayanları - 116 nəfər indi harada işləyir və necə yaşayır? - ARAŞDIRMA
11 iyun 2025 09:53
- Milli Məclisdə ailə modeli: çoxuşaqlı deputatlar, subaylar - 7 övlad atası deputat kimdir?
10 iyun 2025 21:48
- Qurbanqulu Berdiməhəmmədov Azərbaycana gələcək
10 iyun 2025 21:20
- Yetim generalissimusun adası təhlükədə - Çin Tayvanı -götürmək- istəyir
10 iyun 2025 12:56
- Rusiya hökuməti qanunsuz miqrasiya ilə mübarizənin daha sərt şəkildə aparılmasında maraqlıdır - Deputat Azər Allahverənov
10 iyun 2025 10:33
- Həmin şəxsin cəza çəkməsini istəmirəm, bilərəkdən etməyib -skuterin vurduğu aktrisa-ÖZƏL+FOTO
10 iyun 2025 10:09
- Rəsmi Bakıdan Putinin köməkçisinə SƏRT CAVAB
10 iyun 2025 01:42
Xəbər lenti
- Zelenski İLK DƏFƏ Ukraynaya səfər edən Vuçiçlə görüşdüVİDEO
12 iyun 00:41
- AZƏRBAYCANDA İŞIQ PULU BELƏ HESABLANACAQ - Yeni tarif tətbiq ediləcək
12 iyun 00:29
- Təhsil İnstitutunun metodoloji biliklərə əzbərçi yanaşması müəllimləri kor edir
11 iyun 23:14
- TŞİİB, Mətbuat Şurası və Veysəloğlu Şirkətlər Qrupu müsabiqə iştirakçıları olan jurnalistləri mükafatlandırdı
11 iyun 22:06
- Nazir Ramin İsrafilovu idarə rəisi təyin etdi
11 iyun 18:13
- Yeni doğulan körpəsini paltaryuyan maşına atıb öldürdü
11 iyun 15:41
- Ölkələrin TAKSİ QİYMƏTLƏRİ - Azərbaycan dünyada neçəncidir?
11 iyun 14:42
- Prezident yol təmirinə 1,5 milyon manat ayırdı
11 iyun 14:14
- Zəhərli və hiyləgər: Uzaq durulmalı olduğunu 8 ən təhlükəli AĞAC
11 iyun 13:25
- SON DƏQİQƏ: Mask Trampdan üzr istədi
11 iyun 13:06
- Sayt rəhbəri və oğluna HÖKM oxundu
11 iyun 12:52
- Şagirdlərin ağzını - SKOÇ - layan müəllimə XƏBƏRDARLIQ
11 iyun 10:30
- Akademik İsa Həbibbəyli 15 min manat maaşla dolana bilmir?! Sabiq deputatın SENSASİON yazısı
11 iyun 10:17
- Azərbaycanın 700 bal toplayanları - 116 nəfər indi harada işləyir və necə yaşayır? - ARAŞDIRMA
11 iyun 09:53
- Deputat Azər Allahverənov : Kilsə üzərinə gedən Paşinyan seçkiqabağı prosesləri qabaqlamağa çalışır - VİDEO
11 iyun 00:29
- Məktəbli qız onuncu mərtəbədən yıxılıb öldü
10 iyun 23:07
- Milli Qurtuluş Günü ilə əlaqədar 3 gün iş olmayacaq
10 iyun 22:01
- Bir milyon vergi borcu olan sirli KONGTES CORP şirkəi t kimə məxsusdur?
10 iyun 21:56
- Milli Məclisdə ailə modeli: çoxuşaqlı deputatlar, subaylar - 7 övlad atası deputat kimdir?
10 iyun 21:48
- Qurbanqulu Berdiməhəmmədov Azərbaycana gələcək
10 iyun 21:20
- Fermer tərəvəzlərə verilən kimyəvi gübrələrdən elə şeylər danışdı ki...
10 iyun 15:53
- Prezident DGK-nın yeni inzibati binasının AÇILIŞINDA
10 iyun 15:42
- SON DƏQİQƏ: Misir Mərdanov xəstəxanaya yerləşdirildi - AÇIQLAMA
10 iyun 15:08
- Xalq artisti, görkəmli sənətkar Rəşid Behbudov belə ÖL(DÜRÜL)MÜŞDÜ... ..
10 iyun 14:07
- Moskvada azərbaycanlıların çalışdığı bazara hücum...
10 iyun 13:47
- Prezidentdən Akademik Mustafa Topçubaşovla bağlı SƏRƏNCAM
10 iyun 13:38
- Yetim generalissimusun adası təhlükədə - Çin Tayvanı -götürmək- istəyir
10 iyun 12:56
- Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə Xankəndidə şəhid övladları üçün -Zəfər Sədası- intellektual düşərgəsi keçirilib
10 iyun 12:32
- Rusiya hökuməti qanunsuz miqrasiya ilə mübarizənin daha sərt şəkildə aparılmasında maraqlıdır - Deputat Azər Allahverənov
10 iyun 10:33
- Həmin şəxsin cəza çəkməsini istəmirəm, bilərəkdən etməyib -skuterin vurduğu aktrisa-ÖZƏL+FOTO
10 iyun 10:09
Video & Fotoqalereya
Video
Fotoqalereya