Atam əməliyyatdan sağ çıxmayacağını bilirdi, mənə dedi ki… – Mikayıl Mirzənin oğlu – ÖZƏL

Xalq artisti, görkəmli sənətkar Mikayıl Mirzənin oğlu Mətin Mirzə Medianews.az-ın suallarını cavablandırıb.
-Mətin bəy, Mikayıl Mirzə sənəti, yaradıcılığı bu gün sizcə layiqincə təbliğ olunurmu ?
-Bu sualınıza Ulu Öndər Heydər Əliyevin zamanında Mikayıl Mirzə haqqında dediyi və möhürünü vurduğu çox sərrast bir kəlməsi ilə açıqlama vermək istərdim: “Bugünkü cəmiyyətə Azərbaycanın haqq sözünü deyən insanlar lazımdır. Mikayıl o insanlardan biridir. O, kritik məqamlar sənətkardır”.
Hesab edirəm ki, elə tək bircə bu fikir yetərlidir ki, sizin sualı dolğun cavablandırım. Mikayıl Mirzənin bədii qiraətinə o zaman daha çox ehtiyac duyulurdu ki, cəmiyyətdə hadisələr ziddiyyətli xarakter alır, dövlətçilik ətrafında gərginlik yaranırdı. Hər şey Vətən naminə, dövlət və onun lideri ətrafında birləş tezisinə ehtiyac duyulurdu. Mikayıl Mirzənin dahi Məmməd Araz qələmindən bəhrələnən “Qalx ayağa Azərbaycan” üsyankar qiraəti də məhz dahi rəhbər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə yenidən qayıdışı ərəfəsinə təsadüf etdi və şüara çevrildi. 1993 cü ildə Filarmoniyada ölməz Məmməd Arazın yubileyində səslənmiş bu şeir Mikayılın dilindən birbaşa dövlət başçısına xitab edilmişdi.
O, “Qalx ayağa Azərbaycan!” deyəndə, elə Heydər Əliyevin özünün bizim üçün Azərbaycan olduğuna işarə etmişdi. Bu qiraət o dövrün tələbi idi. Bu gün zaman da, tarix də bir qədər fərqlidir. Prezidentimiz cənab İlham Əliyevin əsası Heydər Əliyev tərəfindən qoyulmuş fundamental daxili və xarici siyasəti nəticəsində xoşbəxt gələcək qururuq. Torpaqlarımız işğaldan igid və şücaətli oğullarımızın sayəsində azad edildi. Bir faktı qeyd edim. 44 günlük Vətən müharibəsində Mikayıl Mirzə bədii qiraətinə yenidən ehtiyac duyuldu. İnandırım sizi, hansı sosial şəbəkəyə baş vururdum, qarşıma atamın “Qalx ayağa, Azərbaycan!” qiraəti çıxırdı. Dostlar o ağır günlərdə bu ifanı mənimlə paylaşırdı.
Düzdür, ürəyimdən keçirdi ki, o vaxt bu çağırışı televiziyalar da verəydi. Çünki bu qiraət yenidən zamanın tələbi idi. Bu o deməkdir ki, Mikayıl Mirzə qiraəti unudulmayıb, təbliğ edilir, sadəcə ona müəyyən zaman kəsiyində, müəyyən şəraitdə daha çox ehtiyac duyulur. Yeri gəlmişkən, bu yaxınlarda hörmətli qələm ustadı, əsl Vətənkeş Mirşahin Ağayev verilişlərinin birində dövlət başçısı cənab İlham Əliyevin haqlı döyüş ədəbiyyatı fikirlərindən Mikayıl Mirzə üsyankar qiraətinə paralellər gətirəndə ürəyim dağa döndü. Demək ki, Mikayıl Mirzə bədii qiraəti unudulmayıb, ehtiyac duyulanda yada salınır. Aztv-nin fondunda Mikayıl Mirzənin arxivi, çıxışları yetərincədir. Hər il Milli Qurtuluş, Müstəqillik bayramlarında istifadə edilsə, bizim də, yetişməkdə olan gənc nəslin də ruhunu oxşayar. Biz bu ruhu, vətənpərvərlik ruhundakı təbliğatı bundan sonra daha da böyük şövqlə davam etdirməliyik. Qələbə bizim üçün arxayınlıq olmamalıdır. Həyat, zaman davam edir. Bəzən səndən asılı olan, yalandan üzünə gülən birisi, əfi ilan xislətini yenidən biruzə vermək üçün məqam gözləyir.
-Mikayıl Mirzəni insanlara sevdirən daha çox nəyi idi? Çünki hədsiz sevilirdi..
-İnsanı həyatda insanlara sevdirən onun səxavəti, əqidəsi, mərdliyi, vətənpərvərliyi, sadəliyi, səmimiyyətidir. Atamı xalqa sevdirən həm yuxarıda qeyd etdim keyfiyyətləri, həm də cəsur bədii qiraəti, sənəti idi. Qəlbi çox kövrək idi. Gücü çatandan hərkəsə kömək etməyə çalışırdı. Üstəgəl millət vəkili olması, onun bu məsuliyyətini daha da artırırdı. Atam deyərdi ki, “Xalqın adından danışanın alnı açıq, üzü ağ, sözü bıçaq olmalıdır”.
-Müsahibələrinizdə sizə qarşı çox tələbkar olduğunu qeyd etmisiz. Bu tələbkarlığı nə ilə əlaqəli idi?
-Atam həyatda hər bir nailiyyətimin yalnız özüm tərəfindən, zəhmətlə əldə edilməsinin tərəfdarı idi. Mən hələ tələbəlik illərimdə jurnalist kimi fəaliyyət göstərəndə xoşu gəlmədiyi yazılarımı cırıb tullayırdı. Deyirdi söz nazlı gəlindir. Onun gərək nazını çəkəsən. Sığala yatanını seçib yazasan. Mən axı, həm də “Od tayası” adlı hekayə və povest kitabının müəllifiyəm. Hekayələr qələmə alıram. Hazırda 30 ilə yaxındır diplomatik fəaliyyətlə məşğulam. Vaxtım yetərincə qalmadığı üçün sonuncu dəfə İndoneziyada çalışarkən hekayə yazmışam. Amma beynimdə mövzular varımdır. Son illər şeir də yazıram. Yeri gəlmişkən 44 günlük Vətən Müharibəsindən sonra “Qarabağın türküsü” adlı şeir yazdım və həmkarım, gözəl diplomat Yusif Vəzirin (Yusif Vəzir Çəmənzəminlinin nəvəsi) xanımı, bəstəkar Günel Əlizadənin gözəl bəstəsi ilə mahnını ərsəyə gətirdik ki, onun da ifaçısı möhtəşəm sənətkarlar Alim və Fərqanə xanım Qasımovlardır. Mahnı xeyli populyarlıq qazanıb. Videoçarxı Yutubda Metin Mirza səhifəmdə izləyə bilərsiniz. Atamdan mənə miras qalan qələmə sarılmağım olub. Uşaqlığım, tələbəliyim ustad Xəlil Rza, Məmməd Araz, Cabir Novruz, Tofiq Bayram, Sabir Rüstəmxanlı, Hüseyn Arif, Rəfiq Zəka Xəndan, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Qabil, Zəlimxan Yaqub və digər ədəbiyyat memarları arasında keçib. Mən Xarici İşlər Nazirliyi sistemində mətbuat xidmətini bu günkü standartlara uyğun qurmuş Mətbuat Katibi olmuşam. Məndən sonra gələn həmkarlarım hazırda səfirdirlər. İşləri avand olsun. Atam mənə qarşı həddən artıq tələbkar olduğu üçün mənə görə yuxarılara ağız açmayıb. Deyib qoy öz gücünə hər işə nail olsun. Sağ olsun həm əvvəlki, həm də hazırkı XİN sistemindəki nazirlərimiz. Hər zaman mənə müşavir qismində etimad göstəriblər. Hazırda ölkəmizin İran İslam Respublikasındakı Səfirliyində müşavir qismində çalışıram. Başda səfir olmaqla gözəl kollektivimiz var. Hər iki ölkə arasında əlaqələrimizin inkişafı naminə səylərimi əsirgəmirəm.
-Ömrünün son illərində ürək xəstəliyindən əziyyət çəkib. Onun ürəyini ağrıya salan nə idi? Hansı ki, bu qədər ağır dərdə, yükə dözməyib ürəyi…
-Mikayıl Mirzə son illər özünə ithaf etdiyi “Döz” şeirini yazsa da, ürəyi bundan artıq dözmədi. Yeri gəlmişkən bu şeirə gözəl, incə ruhlu, zövq əhli Xumar xanım Qədimova mahnı bəstələmiş və özünə xas gözəl tərzdə ifa etmişdir. Sənətkarlar həssas olurlar. Mikayıl Mirzə hələ sovet dövründən o quruluşa qarşı bədii qiraəti ilə silahlanmışdı. Sonralar Topxana meşəsi ətrafında cərəyan edən hadisələr, Qarabağ düyünü, Qanlı Yanvar, Xocalı faciəsi, ictimai-siyasi proseslər ona çox ağır təsir etmişdi. Hər çıxışında o ölüb, yenidən dirilirdi. Tamaşaçı bunu hiss etmirdi, lakin evə gələndə səhərə qədər yata bilmirdi. Ürəyi gecələr çırpınırdı. Çıxışındakı emosional yaddaş bütün gecəni ayıq qalmağına səbəb olurdu. Bu vəziyyəti bir anam, bir də mən görürdüm. Hətta gecələrin birində öləcəyindən qorxurduq.
-Mikayıl Mirzənin xidmətləri daha çox teatrda olub. Kinoya az çəkilməsinin səbəbi lori dildə desək “kruq”-unun olmadığı üçün olub?
-Bir gün atama sual verdilər:
-Millət vəkilliyi sizin məqsədiniz idi?
Atam cavab verdi:-“Millət vəkilliyi mənim qismətim idi. Mən bu kürsüyə qədər mübarizə yolu qət etmişəm”. Sizin dediyiniz kruq-ətraf mühit məsələsinə gəlincə, çox zaman taleyi dəyişən o amildir. Əfsus. Amma Allahın verdiyi bir qismət də var. Mikayılın inqilab ruhlu qisməti, atası qaçaq Şahvələdin geni onu elə bu yolla ucaltdı, tanıtdı, sevdirdi.
-Atanızdan daha çox nəyi öyrəndiniz?
-Atamdan gözütoxluq, heçkimin çörəyinə bais olmamaq, mərhəmətli, xasiyyətcə azad bir insan olmağı öyrəndim.
-Son günlərini necə xatırlayırsınız? Sizə vəsiyyəti nə olmuşdu?
-Atam əməliyyatdan sağ çıxmayacağını yəqin etmişdi. Çünki “Döz” şeirində belə bir misra var idi:
-Barı həm bəhəri getdi də əldən,
Bir azca da döz…
Əməliyyat öncəsi boynumu özünə tərəf çəkib ilk dəfə olaraq öpdü və yumruğu ilə çiynimə vurub-”kişi ol”-dedi. Əlavə etdi: “Mən bura qədər dövlətə, prezidentə sadiq oldum. Nəbadə çaşasan. Mənim sədaqətimi davam etdir. Mən səni Azərbaycanımız üçün böyütmüşəm. Sənin necə qəbul ediləcəyin isə, Azərbaycanımızın öz işi olacaq…” dedi..
- Akademik Abel Məhərrəmovun heyrətləndirən sərvəti, şok maaşı - sabiq deputatın yazısı
9 iyun 2025 12:20
- Oral seks təklifinə görə dostunun başını kəsdi - BAKIDA QANDONDURAN CİNAYƏT
9 iyun 2025 10:29
- Anam deyirdi ki, onu TAR alətinə görə zəhərlədilər, son əsərini xəstəxana divarına yazdı - ÖZƏL
9 iyun 2025 09:51
- Bir əsrin şahidi : 100 yaşlı cərrah Anatoli Zankoviçin keşməkeşli həyat hekayəsi
9 iyun 2025 07:20
- Ceyran göbəyi, qara yumurta, kəfən dönməsi - Bakıda 74 min alan falçının İLGİNC RİTUALLARI
8 iyun 2025 21:28
- Leyla Şıxlinskaya illər sonra (VİDEO)
8 iyun 2025 20:18
- Ermənilər onu -xalq qəhrəmanı- elan etmişdi... - Kəşfiyyatçı onu niyə öldürmək istəyirdi?
8 iyun 2025 18:49
- ABEL MƏHƏRRƏMOV MƏNİ KÖVRƏLTDİ... - Sabiq millət vəkili Etibar Əliyev
8 iyun 2025 16:04
- İSTİQLAL ordenli..)) Abbas Abbasovun nəvəsi İstanbulda toy etdi-VİDEO
8 iyun 2025 15:19
- Qırğızıstanın sabiq prezidentinə QANUNSUZ TORPAQ əldə etməyə görə 11 il HƏBS..)))
8 iyun 2025 13:05
- Qareginin övladının olduğunu Paşinyana kim xəbər verib? – AÇIQLAMA
09 iyun 14:51
- ABŞ polisi jurnalistə atəş açdı- VİDEO
09 iyun 14:05
- 3 aydır itkin düşən məktəbli qızın meyiti tapıldı
09 iyun 13:31
- Tələbələrin olduğu avtobus aşdı, 15 nəfər ÖLDÜ
09 iyun 13:21
- Atam əməliyyatdan sağ çıxmayacağını bilirdi, mənə dedi ki… – Mikayıl Mirzənin oğlu – ÖZƏL
09 iyun 12:35
- Akademik Abel Məhərrəmovun heyrətləndirən sərvəti, şok maaşı - sabiq deputatın yazısı
09 iyun 12:20
- 13 nəfəri öldürən MANYAK da Ukraynaya qarşı DÖYÜŞƏ qatıldı
09 iyun 11:53
- Müəllimə Polislə evləndi və...Ərinin 4 GİZLİ ARVADI olduğunu öyrəndi
09 iyun 11:25
- Məktəb şagirdi QARPIZ OĞURLADI və barəsində CİNAYƏT İŞİ açıldı
09 iyun 10:58
- İtini vəhşicəsinə-ölümcül döydü və...ADAM ÖZÜ ÖLDÜ
09 iyun 10:39
- Oral seks təklifinə görə dostunun başını kəsdi - BAKIDA QANDONDURAN CİNAYƏT
09 iyun 10:29
- Naxçıvanda dönərdən kütləvi zəhərlənmə
09 iyun 10:13
- Anam deyirdi ki, onu TAR alətinə görə zəhərlədilər, son əsərini xəstəxana divarına yazdı - ÖZƏL
09 iyun 09:51
- Bu hava limanlarının fəaliyyəti dayandırıldı - TƏHLÜKƏ…
09 iyun 09:37
- Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə
09 iyun 09:27
- Bakı-Sumqayıt yolunda QƏZA: Piyada öldü
09 iyun 09:08
- Qaraciyəri piylənmədən qoruyan içki - Təsiri MÖCÜZƏDİR
09 iyun 08:58
- Zelenski: Tarixən əksər müharibələr...
09 iyun 08:27
- Bu ölkədə DAĞIDICI ZƏLZƏLƏ oldu - SON DƏQİQƏ
09 iyun 08:03
- Əhali ən çox nələrə pul xərcləyir? – Siyahı
09 iyun 07:52
- Azərbaycanda alim olmaq istəyənlər ən çox bu sahələri seçirlər – Tam siyahı
09 iyun 07:41
- Biz başqalarını düşünsək…
09 iyun 07:31
- Bir əsrin şahidi : 100 yaşlı cərrah Anatoli Zankoviçin keşməkeşli həyat hekayəsi
09 iyun 07:20
- Bu cihaz sayəsində ölümcül xəstəliklərdən qurtulmaq olacaq - TİBBDƏ İNQLİAB
09 iyun 07:06
- Tramp təyyarəyə qalxarkən ayağı büdrədi - Video
09 iyun 06:49
- Makronun arvadı yenə gündəmdə: Bu dəfə... - Foto
09 iyun 06:40
- Bakıda aktrisanı skuter VURUB: Beyni silkələnib - VİDEO
09 iyun 03:23
- Ermənistanda atışma oldu, xəsarət alanlar var
09 iyun 03:13
- Orban: Ukrayna NATO və Aİ-yə üzv olmaq iqtidarında deyil
09 iyun 02:55
- Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edə bilər
09 iyun 02:47