Vasif Talıbovun mobil telefonunu KƏSMƏK qərarı

Naxçıvan üçün ayrıca mobil operator nə məqsədlə yaradılmışdı, indi niyə bağlanır?
b“Naxtel” abunəçilərinə 2025-ci il oktyabrın 1-dən dekabrın 1-dək ölkədə fəaliyyət göstərən digər mobil operatorlarla ("Azercell", "Bakcell", "Nar") əlaqə saxlamaları, mövcud nömrələrini saxlamaq və mobil rabitə xidmətlərindən istifadəni davam etdirmək tövsiyə olunur.
“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti 25 oktyabr 2016-cı ildə fəaliyyətə başlayıb. “Naxtel” Azərbaycanın sayca 4-cü, ölkənin yeganə regional mobil operatorudur. “Naxtel” mobil operatoru muxtar respublikanın yaşayış məntəqələrinin 98 faizini əhatə edib. “Naxtel” Sahibkarlığın İnkişafına Dəstək Fondu tərəfindən ayrılmış 10 milyon kredit hesabına yaradılıb. “Naxtel”i müasir və keyfiyyətli avadanlıqlarla Çin Xalq Respublikasının “Huawei” şirkəti təmin edib. “Naxtel”ə uzun illər Kamil Yusifov rəhbərlik edib.
2023-ci ilin yayından isə bu vəzifəyə Rəşad Namazov təyin olunub. Rəşad Namazov sözügedən vəzifəyə təyin olunana qədər “Araztech” MMC-yə rəhbərlik edib. Bəzi bilgilərə görə, Ali Məclisin o vaxtkı sədri Vasif Talıbovun razılığı və ya xeyir-duası olmadan Naxçıvanda bu cür şirkət yaratmaq mümkünsüz iş idi. Mediada bu bağlılığı təsdiq edən xəbərlər yoxdur, amma Ali Məclis sədrinin mobil operatoru da himayə edə biləcəyi haqda çoxsaylı faktlar var. Bəllidir ki, Talıbov Naxçıvanda qapalı rejim yaratmağa çalışıb, illərlə Bakıdan heç bir şirkətin muxtar respublikada hətta filialını, nümayəndəliyini yaratmağa imkan verməyib. Belə görünür ki, “Naxtel” də digər mobil operatorların Naxçıvana girişini yasaqlamaq üçün yaradılıb.
Bəs bu qərar Naxçıvan əhalisi-abonentləri üçün hansısa problemlər meydana gətirə bilərmi? Yoxsa elə bağlanması lazım idi? Regional mobil operatorlara ehtiyac varmı?
Natiq Cəfərli
REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, “Naxtel”in fəaliyyətinin dayandırılması qərarı şirkətin əsil sahibi, onun arxasında dayanan şəxslərlə bağlıdır: “Ümumiyyətlə, Azərbaycanda mobil operatorlar bazarı çox dardır. Yəni faktiki olaraq regional operatorlar yoxdur. Bütün respublikanı əhatə mobil operatorların sayı isə cəmi üçdür. Mobil operatorların sayı az olduğu üçün də bazarda öz qiymətlərini və şərtlərini diktə etmək imkanlarına malikdirlər. Biz istehlakçı və vətəndaş kimi çox istərdik ki, Azərbaycanda üç yox, məsələn 8-9 mobil operator fəaliyyət göstərsin və bizim seçim imkanlarımız artsın. Mobil operatorlar arasında rəqabət də bu zaman güclü olar və bu da işin faydasına olardı. Amma təəssüf ki, hazırda belə deyil. Belə görünür ki, Naxçıvanda "Naxtel"in yerinə yerli yeni operatorun fəaliyyət göstərəcəyi nəzərdə tutulmur. Ən azından yayılan açıqlamada bu barədə deyilmir".
Aydın Quliyev
Əslən Naxçıvandan olan siyasi şərhçi Aydın Quliyev isə bildirdi ki, Naxçıvanda illər öncə regional mobil rabitə şirkətinin yaradılması anormal qərar idi: “Ona görə ki, Azərbaycan kimi böyük ərazisi olmayan ölkədə ümumrespublika əhəmiyyətli mobil rabitə operatorlarının fəaliyyəti kifayət edir. Çünki onlar ölkəni tam şəkildə əhatə edə bilirlər. Ona görə də hansısa ayrıca bölgədə mobil operatora ehtiyac qalmır. Hansısa bölgədə mobil operatorun yaradılması anormaldır. Naxçıvanda indiyə qədər "Naxtel" adında ayrıca bir mobil operatorun fəaliyyət göstərməsi də təbii ki, normal deyildi. Bunun hansı dövrdə yaradıldığı bizə bəllidir. O zaman yaradılırdı ki, Naxçıvanda az qala Xarici İşlər Nazirliyi də yaratmaq istəyirdilər ki, bu da unitar, müstəqil Azərbaycan dövlətçiliyi prinsipi baxımından olduqca yolverilməz idi. Naxçıvan Muxtar Respublikasının əlahiddə bir dövlət qurumu olduğunu nümayişkaranə şəkildə göstərmək o zaman kimlərinsə marağında idi. Bunun ifadə formalarından biri kimi də ayrılıqda mobil operator şirkətini də təsis etmişdilər. Bir anlığa fərz edək ki, təkcə Naxçıvanda yox, Azərbaycanın digər bölgələrində də əgər regional mobil operatorların təsis edilməsi reallaşsa, onda ölkədə nə baş verə bilər? Xaos kimi bir vəziyyət yaranar. Azərbaycan ərazisi nəhəng bir ölkə deyil ki, regional mobil rabitə operatorlarına zərurət olsun. Bütün ölkəni əhatə eləyən mobil operatorların praktikası və çoxluğu daha doğru olar. Ona görə də Naxçıvan Muxtar Respublikasını əhatə edən regional “Naxtel” mobil operator şirkətinin fəaliyyətinin dayandırılması düzgün qərardır. Bu, bir zamanlar verilmiş yanlış bir qərarın ortadan qaldırılmasıdır".
A.Quliyev vurğuladı ki, Naxçıvanda “Naxtel”in abonentləri bu qərardan sonra heç bir çətinlik çəkməyəcəklər: “Çünki nömrələr saxlanmaq şərtilə onlar bütün Azərbaycanı əhatə edən mobil operatorlara qoşulacaqlar. Bu qoşulma texniki bir məsələdir və bir neçə saniyə ərzində həll ediləcək məsələdir. Buna görə də Naxçıvan camaatının heç bir panikaya düşməsinə, narahat olmasına lüzum yoxdur”.
- Qarabağın ürəyi (hekayə) - NURLANƏ Cərullaqızı
3 sentyabr 2025 15:05
- Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi
3 sentyabr 2025 14:40
- Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi
3 sentyabr 2025 14:36
- Ali Məhkəmədən ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mühüm qərar
3 sentyabr 2025 12:22
- Astarada məsciddə MOLLA AĞZINDAN bıçaqlandı - KREDITƏ görə..
2 sentyabr 2025 10:27
- Ölkədə bir dənə də olsun gözəllik salonu qalmayacaq
2 sentyabr 2025 00:37
- Külli miqdarda RÜŞVƏTƏ görə ... AZADLIĞA BURAXILDI ...
1 sentyabr 2025 17:06
- Lisey direktorunun ölkədən çıxışına STOP qoyuldu
1 sentyabr 2025 15:34
- Daha bir ölkə dördgünlük iş rejiminə keçir - bəs bizdə?
26 avqust 2025 10:07
- Bu gün Mehriban Əliyevanın doğum günüdür
26 avqust 2025 00:34
- Qarabağın ürəyi (hekayə) - NURLANƏ Cərullaqızı
03 sentyabr 15:05
- Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi
03 sentyabr 14:40
- Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi
03 sentyabr 14:36
- Bu universitetə yeni rektor təyin edildi
03 sentyabr 12:29
- Ali Məhkəmədən ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mühüm qərar
03 sentyabr 12:22
- Vasif Talıbovun mobil telefonunu KƏSMƏK qərarı
03 sentyabr 11:17
- Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin CAVABI
03 sentyabr 11:13
- Kaş adamın cibində bunun bir qırığı ola... - Psixeya nə istəyir?
03 sentyabr 10:31
- Arzular çin oldu, həm də Çində oldu
03 sentyabr 09:49
- Prezident Pekində paradı izlədi
03 sentyabr 09:36
- 51 yaşında tələbə oldu
03 sentyabr 02:29
- Zakir Fərəcova yaxın kadrın ölkədən çıxışına STOP qoyuldu
03 sentyabr 02:18
- Hər bir insanın İLDƏ BİR DƏFƏ verməli olduğu analizlər
03 sentyabr 01:55
- Mən Putinlə bağlı çox məyus olmuşam - Tramp dünyanı şoka salan açıqlama verdi
02 sentyabr 23:20
- Alman alimlər xərçəngin dərmanını tapdı
02 sentyabr 21:55
- Elmira Axundovanın adı keçən iş Sabunçu məhkəməsində - Gizli ödəmə və açıq haqsızlıq
02 sentyabr 16:22
- Naxçıvan şəhərində işıq olmayacaq
02 sentyabr 14:18
- Ukraynadakı müharibədə 2000-ə yaxın Şimali koreyalı əsgər ölüb
02 sentyabr 12:22
- Tramp bu gün vacib açıqlama verəcək - Ağ Ev
02 sentyabr 11:57
- Prezident Powerchina group şirkətlər qrupunun icraçı vitse-prezidenti ilə görüşdü (FOTO)
02 sentyabr 11:49
- Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu
02 sentyabr 10:51
- Astarada məsciddə MOLLA AĞZINDAN bıçaqlandı - KREDITƏ görə..
02 sentyabr 10:27
- Ölkədə bir dənə də olsun gözəllik salonu qalmayacaq
02 sentyabr 00:37
- Azərbaycanlı qadın Finlandiyada öldürüldü
01 sentyabr 23:33
- Ərdoğan və Pezeşkian Çində görüşdü
01 sentyabr 23:17
- Eldar Namazov Seçim Komissiyasının üzvü oldu
01 sentyabr 22:08
- Külli miqdarda RÜŞVƏTƏ görə ... AZADLIĞA BURAXILDI ...
01 sentyabr 17:06
- Lisey direktorunun ölkədən çıxışına STOP qoyuldu
01 sentyabr 15:34
- Naxçıvanda 75 yaşlı qarını qəddarlıqla öldürən 2 qadının məhkəməsi keçirildi
01 sentyabr 13:53
- Prezident Paşinyanla görüşdü - Video
01 sentyabr 13:10