Paşinyan Levon Ter-Petrosyanı məhv etdi: KQB agenti, qorxaq, tənbəl...

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin ilk prezidenti Levon Ter-Petrosyanla bağlı kəskin və ifşaedici fikirlər səsləndirib.
Musavat.com xəbər verir ki, Paşinyanın fikirləri Ermənistanın müstəqillik dövrü tarixində dərin siyasi manipulyasiyaların və xarici güclərin təsirinin izlərini bir daha gündəmə gətirir.
“KQB-nin əməkdaşı, marionet dövlətin qurucusu”
Paşinyan iddia edir ki, Levon Ter-Petrosyan SSRİ dövründə KQB ilə əməkdaşlıq edən şəxs olub və 1990-cı illərin əvvəllərində Ermənistanın müstəqillik prosesini şüurlu şəkildə yanlış istiqamətə yönəldib. Onun rəhbərliyi altında Ermənistan müstəqil yox, marionet dövlətə çevrilib. Baş nazirin fikrincə, bu, KQB-nin strateji planının bir hissəsi olub.
“Prezident yox, Vano ilə Vazgenin işçisiydi”
Paşinyanın təhlilinə görə, Ter-Petrosyan ölkə idarəçiliyində real gücdən uzaq olub və onun hakimiyyət dövründə cəmiyyətin böyük hissəsi onu müdafiə naziri Vazgen Sarkisyan və daxili işlər naziri Vano Sıradeqyanın “prezidenti” kimi görüb. O, bu iki güclü fiqur arasında “böl və hökm sür” taktikası apararaq onların ittifaqına mane olub.
Məqsəd, Paşinyana görə, Ermənistanın suverenliyi uğrunda mübarizə aparan bu şəxsləri hakimiyyətə gəlmək imkanından məhrum etmək və onların yerinə Robert Koçaryan və Serj Sarkisyan kimi marionet xadimləri önə çıxarmaq idi.
“Qorxaq şəkildə istefa verdi və qeyri-legitim dövrün əsasını qoydu”
Nikol Paşinyan Ter-Petrosyanın prezidentlikdən istefasını da sərt tənqid edib. O bildirir ki, qeyri-sabit və mürəkkəb geosiyasi şəraitdə, Levon şəxsi qorxu və məsuliyyətsizlik səbəbilə vəzifədən getdi. Ən dəhşətlisi isə onun ardınca Ermənistanın qeyri-legitim siyasi rejimə təslim edilməsini təmin etməsi olub. Paşinyan bunu “marionet dövlət strategiyasının davamlılığı” kimi təqdim edir.
2007-də qayıdış: “Əslində Koçaryan və Sarkisyana xidmət edən müxalifət”
Levon Ter-Petrosyanın 2007-ci ildə siyasətə qayıdışı da Paşinyan tərəfindən ikili oyun kimi qiymətləndirilir. O iddia edir ki, bu “müxalifətçilik” sadəcə formal idi və əsl məqsəd Ermənistanın marionet kursdan çıxmamasını təmin etmək idi. Çünki həm iqtidar, həm də “müxalifət” – eyni strateji xəttin daşıyıcıları idi.
“1 Mart gecəsi evində gizləndi, qapını açmadı”
2008-ci il 1 mart mitinqləri zamanı – mitinqçilərə qarşı qanlı repressiyaların tətbiq olunduğu gecə – Paşinyan deyir ki, Ter-Petrosyan evindən çıxmadı, qapısını gələnlərə açmadı, hətta onun evinə gələn o dövrün ruhani lideri II Qareginə (əsl adı: Ktriç Nersisyan) belə qapı göstərilmədi. Paşinyan əlavə edir ki, həmin gecə Ter-Petrosyan rahat şəkildə evində yatıb, çünki “marionet strategiyanın davam edəcəyinə əmin idi”.
Psixoloji portret: “Tənbəl, qorxaq, qeybətcil, özündənrazı”
Baş nazirin tərtib etdiyi bu qeyri-rəsmi portretdə Ter-Petrosyan haqqında bir çox mənfi insani və liderlik xüsusiyyətləri sadalanır:
• Qorxaq və iradəsiz,
• Məsuliyyətsiz,
• Tənbəl və tənqidçi,
• Xarizması olanlardan zəhləsi gedən,
• Ətrafında yalnız dəyərsiz, yarımsavad adamlara üstünlük verən,
• Narsist və təkəbbürlü bir şəxsiyyət kimi təqdim olunur.
Paşinyan əlavə edir ki, Ter-Petrosyan hər kəslə münasibətini ona qarşı silah kimi istifadə edir, insanları sevmir və yalnız fərdi eqoizmini qidalandırmaq üçün siyasətdə qalır.
Paşinyanın bu çıxışı Ermənistanın siyasi tarixində ilk dəfədir ki, ölkənin ilk prezidenti bu qədər sərt və açıq şəkildə ittiham olunur. Bu çıxış, eyni zamanda, Ermənistan cəmiyyətində və siyasi elitada keçmiş liderlərə qarşı yeni mərhələnin – “əsl qiymətləndirmə dövrünün” başlandığını göstərir.
Musavat.com-un şərhi:
Nikol Paşinyanın Levon Ter-Petrosyan haqda bu qədər sərt və ifşaedici fikirlər səsləndirməsi, onu KQB agenti olmaqda, marionet rejim qurmaqda, xalqı satmaqda ittiham etməsi Ermənistanda siyasi qütbləşməni daha da dərinləşdirir. Son günlər baş verən hadisələr – dövlət çevrilişinə cəhd iddiaları, ifşa olunan planlar, həbslər, kilsə ilə hökumət arasında açıq qarşıdurma, bir zamanlar Ermənistanın “simvolu” olmuş şəxsiyyətlərin bir-birinə qarşı nifrət və ittiham yağdırması – ölkədə daxili siyasi xaosun və parçalanmanın yeni mərhələyə keçdiyini göstərir.
Vəziyyət belədir ki, bu qədər qarşılıqlı təhqir və süqutun yaşandığı bir anda biz – Azərbaycan cəmiyyəti və mediası – bütün bunları sadəcə seyr edirik. Üstəlik, bu mənzərəni Silahlı Qüvvələr Günümüzdə izləməyimiz isə olduqca simvolik və anlamlıdır.
Çünki biz bu günü tam və qəti qələbənin, dövlətin və ordunun birliyinin bayramı kimi qeyd edirik.
Ermənistan cəmiyyətindəki dağınıqlıq fonunda Azərbaycan cəmiyyətinin və ordusunun birliyi, gücü və “Dəmir Yumruq”un siyasi-strateji nəticəsi daha aydın görünür.
Bu mənzərə qarşısında bir daha deyirik:
Yaşasın Azərbaycan Ordusu!
Yaşasın Ali Baş Komandan!
Yaşasın Dəmir Yumruq!
- Şir küçədə qadına və iki uşağa hücum etdi - VİDEO
6 iyul 2025 09:40
- Fındıq mafiyası iş başında - Bağları məhv edir....
6 iyul 2025 01:39
- Türkiyədən Rusiyaya sərt SİYASİ MESAJ - proses QIZIŞDI
5 iyul 2025 13:37
- Qarabağ xanlığının timsalında: Rusiyaya güvənmək fəlakətə gətirir
5 iyul 2025 10:44
- Prezident Xankəndidə qonaqları qarşıladı
4 iyul 2025 14:08
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
4 iyul 2025 12:42
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
3 iyul 2025 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
3 iyul 2025 19:43
- Prezident bu yolun açılışını ETDİ
3 iyul 2025 11:58
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
3 iyul 2025 11:48
- Dağıstan rəhbərinin azərbaycanlılara MÜRACİƏTİ
06 iyul 21:26
- Sərdar Ayaz Sadiq Azərbaycana GƏLDİ - FOTO
06 iyul 21:04
- Məhəmməd Rza şahın xanımı Fərəh Pəhləvinin BAKI SƏFƏRİ
06 iyul 18:50
- Putin: 250 il əvvəl ABŞ-ı Britaniyadan qurtaran BİZ OLMUŞUQ !
06 iyul 18:14
- Nikahsız analar, sənədsiz uşaqlar: Kimdir günahkar?
06 iyul 17:29
- Rusiya partlayış törətdi, Azərbaycana məxsus SOCAR YDM-ləri dağıldı - FOTO
06 iyul 16:12
- Kadırovun müraciəti yayıldı: Mənim xəstəliyim...
06 iyul 14:47
- Məni dostlarım öldürdü - Akif Səmədin şeirləri
06 iyul 12:58
- Trampın sərvəti neçə milyard dollardır?..- Nyu-York Tayms
06 iyul 11:53
- Şir küçədə qadına və iki uşağa hücum etdi - VİDEO
06 iyul 09:40
- Şəmkirdə 3 azyaşlı göldə BOĞULUB ÖLDÜ - Fotolar
06 iyul 09:24
- Bakıda insanlar TƏŞVİŞ içində - küçəni bürüyən bu canlılar nədir?
06 iyul 09:08
- Fındıq mafiyası iş başında - Bağları məhv edir....
06 iyul 01:39
- Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək (SƏRƏNCAM)
05 iyul 23:31
- Masallıda 78 il sonra ortaya çıxan həqiqət: Çay plantasiyası yaxınlığında əzablı ölüm
05 iyul 23:03
- ABŞ-də öldürüldüyü deyilən azərbaycanlı müğənni...
05 iyul 22:34
- Türkiyədən Rusiyaya sərt SİYASİ MESAJ - proses QIZIŞDI
05 iyul 13:37
- Bəziləri mənə dedilər ki, bu səfər sizin üçün təhlükəli ola bilər. Amma...
05 iyul 11:11
- Qarabağ xanlığının timsalında: Rusiyaya güvənmək fəlakətə gətirir
05 iyul 10:44
- Sərnişinlərin YAYDA kondisionersiz avtobus dərdi
05 iyul 09:59
- Bu gün Aşuradır
05 iyul 09:49
- Rusiyada olan Samirə dəhşət yaşadı: Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...
05 iyul 09:29
- Mağazada faciə: Müdir gənc işçini boğub öldürdü - FOTO
05 iyul 00:58
- Ermənistan Rusiyaya NOTA verdi
05 iyul 00:44
- Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir – ŞOK NƏTİCƏLƏR
04 iyul 21:56
- .Nişanlısı 32 İLDİR şəhid Mehmanı gözləyirmiş...
04 iyul 19:44
- Prezident Xankəndidə qonaqları qarşıladı
04 iyul 14:08
- Ərdoğan Azərbaycana GƏLDİ
04 iyul 13:56
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
04 iyul 12:42
- Bakıda yenə yol çökdü - Cümşüd Cümşüdlünün faciəsi təkrarlana bilər..
04 iyul 12:14