İlham Əliyev Rebuild Karabakh sərgisinin iştirakçılarına müraciət ünvanladı
Siyasət14 oktyabr 2025 11:50
Prezident İlham Əliyev 5-ci Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – "Rebuild Karabakh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb.
Qaynarinfo xəbər verir ki, müraciətdə deyilir:
"Hörmətli sərgi iştirakçıları!
Sizi 5-ci Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı”‒ "Rebuild Karabakh” sərgisinin açılışı münasibətilə səmimi-qəlbdən salamlayıram.
Bu il biz "Xəzər İnşaat Həftəsi” çərçivəsində 5-ci "Rebuild Karabakh” və 30-cu "Azərbaycan Beynəlxalq İnşaat "Baku Build” yubliyey sərgilərini keçiririk.
Builki 5-ci "Rebuild Karabakh” sərgisi Azərbaycan Respublikasının dövlətçilik tarixində əlamətdar bir dövrə – suverenliyimizin və milli birliyimizin təcəssümü olan mühüm ildönümlərinə təsadüf edir. Biz Konstitusiyamızın qəbulunun otuz illiyini və Vətən müharibəsində qazandığımız tarixi Zəfərin beş illiyini böyük qürur hissi ilə qeyd edirik. Əldə etdiyimiz bütün bu nailiyyətlər xalqımızın sarsılmaz iradəsini, həmrəyliyini və strateji hədəflərə doğru irəliləmək əzmini təsdiq etməklə yanaşı, bizi həm də yeni bir missiya – Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi ətrafında səfərbər edir.
Hazırda "Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə uğurla aparılan genişmiqyaslı bərpa və quruculuq işləri regionun simasını köklü şəkildə dəyişir. Müasir şəhərsalma konsepsiyalarına uyğun şəhərlər salınır, yeni məktəblər, xəstəxanalar, yol-nəqliyyat və kommunikasiya infrastrukturu inşa olunur, iş yerləri açılır, yaşıl enerji zonaları və sənaye parkları yaradılır. Qarabağ artıq yalnız milli qürurumuzun rəmzi deyil, həm də XXI əsrin dayanıqlı inkişaf məkanı kimi formalaşır.
"Rebuild Karabakh” sərgisinin yerli və beynəlxalq iştirakçılar üçün əhəmiyyətinin ildən-ilə artması məmnunluq doğurur. Sərgidə müasir texnologiyalar və qabaqcıl innovativ həllər təqdim olunur, birgə layihələr və tərəfdaşlıq imkanları müzakirə edilir, regionun sosial-iqtisadi inkişafı üçün gələcəyə yönələn yeni fürsətlər yaradılır. Artıq beşinci dəfə keçirilən bu tədbir Azərbaycanın əldə etdiyi nailiyyətləri dünyaya nümayiş etdirməklə yanaşı, ölkəmizin qlobal miqyasda investisiya, texnologiya və innovasiya mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir.
Hər il keçirilən bu mötəbər sərgi davamlı quruculuğun, tərəqqinin və sülhün reallığını təcəssüm etdirən, eyni zamanda, gələcəyə istiqamətlənmiş önəmli tədbirdir. Burada qurulan tərəfdaşlıqlar insanlar və xalqlar arasında qarşılıqlı etimadı möhkəmləndirir, yeni əməkdaşlıq körpüləri yaradır və Qarabağı dayanıqlı inkişaf gündəliyinin mərkəzinə çevirir.
Əminəm ki, bu sərgi bütün iştirakçılar arasında tərəfdaşlıq münasibətlərinin qurulmasına, müasir inkişaf və investisiya təşəbbüslərinin müəyyən edilməsinə təkan verərək Qarabağın, eləcə də bütün regionun dirçəldilməsi baxımından bundan sonra da vacib rol oynayacaqdır.
Bu xoş fürsətdən istifadə edərək, 5-ci yubiley sərgisi münasibətilə bütün təşkilatçıları və iştirakçıları bir daha ürəkdən təbrik edir, "Rebuild Karabakh” sərgisinə qarşıdakı illərdə də uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram".
Oxşar xəbərlər
- İlham Əliyev həmkarlarını təbrik etdi
2 dekabr 2025 16:32
- Prezident fərman imzaladı
1 dekabr 2025 20:01
- Ramiz Mehdiyevin oğlu nazir müavini vəzifəsindən azad edildi (SƏRƏNCAM)
1 dekabr 2025 17:52
- Laçının işğaldan azad edilməsindən 5 il ötür
1 dekabr 2025 11:24
- İlham Əliyev Rumıniya prezidentini təbrik etdi
1 dekabr 2025 11:13
- Ağsu sakini Zaur Məmmədov Prezidentə MÜRACİƏT etdi
29 noyabr 2025 20:28
- Ramiz Mehdiyev daha bir vəzifədən getdi
29 noyabr 2025 13:05
- Ağsuda torpaq saxtakarlığı
29 noyabr 2025 11:13
- İlham Əiyev Çin liderinə başsağlığı verdi
28 noyabr 2025 15:46
- Ramiz Mehdiyev daha bir vəzifədən çıxarıldı
28 noyabr 2025 13:48
Xəbər lenti
- Yaşayış minimumu və ehtiyac meyarı ilə bağlı qanun layihələri II oxunuşda qəbul edildi
02 dekabr 16:54
- İlham Əliyev həmkarlarını təbrik etdi
02 dekabr 16:32
- Dünya Riyaziyyat Olimpiadasının azərbaycanlı qalibini siz də tanıyın (FOTO)
02 dekabr 10:04
- Netanyahunu Ağ Evə dəvət etdi
02 dekabr 00:02
- Prezident fərman imzaladı
01 dekabr 20:01
- Ramiz Mehdiyevin oğlu nazir müavini vəzifəsindən azad edildi (SƏRƏNCAM)
01 dekabr 17:52
- Əli Kərimli barəsində 2 ay 15 gün həbs qətimkan tədbiri seçildi
01 dekabr 17:43
- Dövlət sirrinin mühafizəsi şöbəsinin rəisi olan mayor xanım kimdir? - DOSYE
01 dekabr 14:35
- AXCP Rəyasət Heyətinin üzvünə qarşı ittiham irəli sürüldü
01 dekabr 13:45
- Ramiz Mehdiyevin qardaşı oğlu ilə bağlı ŞOK DETALLAR
01 dekabr 11:47
- Laçının işğaldan azad edilməsindən 5 il ötür
01 dekabr 11:24
- İlham Əliyev Rumıniya prezidentini təbrik etdi
01 dekabr 11:13
- Cəmil Həsənlinin şahid qismində ifadəsi alındıqdan sonra sərbəst buraxıldı
01 dekabr 00:39
- Poladın oğlu Murtuza Bülbül dirijor təyin edildi
30 noyabr 20:45
- Bakının bu əraziləri PLANA DÜŞDÜ - Söküntü başladı
30 noyabr 18:15
- SON DƏQİQƏ! Cəmil Həsənli DTX-yə dəvət olundu
30 noyabr 14:47
- Putin müəyyən şərtlər daxilində atəşkəsə hazırdır
30 noyabr 14:26
- Paytaxtda və bölgələrdə kənd yumurtası kəskin bahalaşdı (VİDEO)
30 noyabr 11:43
- Gültəkin Hacıbəyli Türkiyədə SAXLANILDI
30 noyabr 09:43
- Mingəçevirdə dəfn edilən ALMAN HƏRBİ ƏSİRLƏRİN məzarları – VİDEO
30 noyabr 00:38
- Əli Kərimli DTX-də dindirilir - Evində Ramiz Mehdiyevin məktubu tapıldı
29 noyabr 23:52
- Əli Kərimlinin daha bir adamı SAXLANILDI - Sabiq icra başçısıdır -FOTO
29 noyabr 22:17
- Ağsu sakini Zaur Məmmədov Prezidentə MÜRACİƏT etdi
29 noyabr 20:14
- Şəhərlərin ƏHALİSİ - Cakarta 42, Tokio 33, İstanbul 15, Moskva 14 MİLYON...
29 noyabr 13:35
- Ramiz Mehdiyev daha bir vəzifədən getdi
29 noyabr 13:05
- Ağsuda torpaq saxtakarlığı
29 noyabr 11:13
- Almaniya 8 eşşəyə sığınacaq verdi
29 noyabr 10:44
- Arif Rəhimzadə SSRİ-ni niyə MÜDAFİƏ ETDİ? - aparıcıdan SƏRT SÖZLƏR -VİDEO
29 noyabr 01:12
- Türkiyə prezidenti yaxınlaşıb dedi ki… - Çinarə Məlikzadə
28 noyabr 16:11
- İlham Əiyev Çin liderinə başsağlığı verdi
28 noyabr 15:46
Video & Fotoqalereya
Video
Fotoqalereya
