MDB liderlərinin Düşənbədə kritik sammiti başladı
Dövlət başçıları hərbi əməkdaşlıq, terrorizmlə mübarizə və MDB-nin xarici sərhədlərinin mühafizəsi sahələrində sənədlərin qəbulunu planlaşdırır
Bu gün Tacikistanın paytaxtı Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmonun sədrliyi ilə Müstəqil Dövlətlər Birliyi dövlət başçılarının sammiti keçiriləcək.
Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin, Ermənistanın baş naziri Nikol Paşinyan, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Türkmənistan Prezidenti Serdar Berdiməhəmedov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirak edəcəyi bildirilir.
Dövlət başçıları 2030-cu ilə qədər hərbi əməkdaşlıq konsepsiyası, terrorizmlə mübarizə və MDB-nin xarici sərhədlərinin mühafizəsi sahələrində bir sıra sənədlərin qəbul edilməsini planlaşdırır. İmzalanması planlaşdırılan sənədlər arasında təhlükəsizlik, cinayətkarlıq, terrorizm, ekstremizmlə mübarizə var. Sammitdə digər məsələlərlə yanaşı, 2026-2028-ci illər üçün terrorizm və ekstremizmə qarşı mübarizədə MDB-yə üzv dövlətlər arasında əməkdaşlıq proqramları, o cümlədən 2026-2030-cu illər üçün xarici sərhədlərdə sərhəd təhlükəsizliyinin gücləndirilməsi, 2030-cu ilə qədər hərbi əməkdaşlıq konsepsiyası, MDB dövlət başçılarının cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq üzrə birgə bəyanatı, regional enerji təhlükəsizliyinin təmin edilməsi və digər sənədlər qəbul olunacaq.
Maraqlıdır ki, Rusiya bu sammitdə “MDB plyus” formatını rəsmiləşdirmək istəyir. Digər çox vacib məsələ isə MDB-də ŞƏT-ə müşahidəçi statusunun verilməsidir.

Qulamhüseyn Əlibəyli
Siyasi şərhçi Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, 10 oktyabrda Düşənbədə sammitin keçirilməsi simvolik xarakter daşıyır. Çünki MDB əvvəlki mahiyyətini itirib. Rusiya artıq MDB-də əvvəlki kimi tam hökmranlıq eləyə bilmir. MDB üzvlərinin əksəriyyəti türk-müsəlman dövlətləridir. Bu dövlətlər artıq demək olar ki, Rusiyanın nəzarəti altından çıxıblar və Rusiya onları öz nəzarəti altına qaytara bilmir. Ona görə də Rusiya vəziyyətlə barışır. Özünün ətrafında müəyyən bir blokun olduğunu göstərmək, təcriddən çıxdığını göstərmək üçün Rusiyaya MDB üzvləri ilə münasibətləri yaxşı saxlamaq lazımdır. Bu baxımdan da yanaşsaq, hesab edirəm ki, Düşənbə sammitində və keçirilən görüşlərdə ölkələrin arasında gələcək inkişaf perspektivləri müzakirə olunub və olunacaq. Azərbaycan tərəfini narahat edən bir sıra məsələlərlə bağlı ola bilsin razılığa da gəlinəcək".
Ekspert hesab edir ki, Rusiyanın hakim dairələrində Azərbaycanla bağlı ikitirəlik hökm sürür: “Bir tərəfdən Rusiya hökumətinin üzvləri hesab edirlər ki, Azərbaycanla iqtisadi münasibətləri daha da yaxşılaşdırmaq lazımdır, digər tərəfdən ayrı-ayrı rus siyasətçilər, xüsusən də Dövlət Dumasının ayrı-ayrı üzvləri hesab edirlər iqtisadiyyatı geosiyasətə qurban vermək olmaz, Azərbaycana qarşı sərt addımlar atılmalıdır. Amma məlumdur ki, son sözü dövlət başçısı deyir. Hesab edirəm ki, prezident Putinin mövqeyi Azərbaycanla münasibətlərin yaxşılaşdırılması tərəfdarı olanların mövqeyi ilə yaxın olacaq. Çünki görünən odur ki, Vladimir Putin Azərbaycanla münasibətləri normallaşdırmaq istəyir. Rusiyanın maraqları tələb edir ki, Azərbaycanla münasibətlər normal olsun. Bu halda Rusiyanın gələcəkdə Zəngəzur dəhlizindən istifadə imkanlarını əldə etmək mümkündür. Rusiya həm də bunu istəyir”.

Asif Nərimanlı
Siyasi şərhçi Asif Nərimanlı bildirib ki, ŞƏT sammitində ayaqüstü salamlaşmanı saymasaq, Düşənbə görüşü Bakı-Moskva xəttində uzun müddətdir davam edən gərginlikdən sonra İlham Əliyevlə Vladimir Putin arasında ilk canlı təmas oldu: “Münasibətlərin normallaşmasında əsas maraqlı tərəf kimi Rusiya görünür. Əliyevin 7 oktyabrda ad gününü təbrik etmək üçün Putinə zəng etməsinin Rusiya mediası və siyasi düşərgəsində xüsusi münasibətlə qarşılanması da bunu deməyə əsas verir. Düşənbədə görüş təklifinin də Putindən gəldiyi istisna edilməməlidir. Rusiyanın regionda arzulamadığı reallıq fonunda Azərbaycanla münasibətləri normallaşdırmaq istəyində iki əsas məqam qeyd oluna bilər.
1. Cənubi Qafqazda kommunikasiyanın açılmasından kənarda qalmamaq.
Zəngəzur dəhlizində iştirakçı ola bilməyən Moskva ən azı nəqliyyat imkanlarından yararlanmaq istəyir, xüsusilə Şimal-Cənub nəqliyyat layihəsinin gələcəyi baxımından. Daha öncə gəlişinə veto qoyulan Overçukun 13-14 oktyabrda Bakıya planlaşdırılan səfəri - Azərbaycan-Rusiya-İran formatında keçiriləcək görüş buna hesablanıb. İstisna deyil ki, Əliyevlə Putinin Düşənbə görüşündə əsas müzakirə mövzularından biri də məhz bu olub - Şimal-Cənub nəqliyyat layihəsinin inkişafı, layihənin Zəngəzur dəhlizinin açılmasından sonra regionda yaranacaq marşrut xətlərinə inteqrasiyası.
2. Cənubi Qafqazda mövqelərini qorumaq.
ABŞ-nin Zəngəzur dəhlizinə gəlişi fonunda Rusiya regionda güc balansının kəskin dəyişməsinə imkan verməmək üçün münasibətlərin bərpası xəttini seçir. Moskvanın birinci istiqaməti təsir imkanlarını hələ də saxladığı İrəvanla təmasları sıxlaşdırmaqdır, lakin iki amil Ermənistan vektorlu siyasətdə risklər vəd edir.
- “Zəif bənd” olan Ermənistanda güclənməyin regional müstəvidə güc balansına təsiri effektsizdir;
- Azərbaycanla yekun sülh müqaviləsi imzalandıqdan sonra Ermənistanın Türkiyə ilə sərhədlərinin açılması və Avropaya çıxış imkanı əldə etməsi perspektivi Rusiyanın bu ölkəyə yatırdığı “siyasi investisiya”nın rentabelliyini azaldır.
Moskva anlayır ki, nəticələri müəyyənləşdirən Bakı ilə münasibətləri saxladığı halda regionda mövqelərindən məhrum olmaq riskini azalda bilər. Bakı ilə münasibətlər həm də Türkiyə-Azərbaycan-Rusiya formatına yenidən qayıtmaq imkanı yaradır.
Bu amillər Düşənbə görüşünün - Putinin Əliyevlə bir araya gəlməsinin Rusiya üçün xüsusi əhəmiyyət daşıdığını deməyə əsas verir.
Lakin bütün bunlar Azərbaycanın Rusiya qarşısında irəli sürdüyü tələblərindən - AZAL-ın təyyarəsinin vurulması və azərbaycanlılara qarşı hücumlarla bağlı gözlənilən qərarların verilməsi-imtina etdiyi demək deyil. Əksinə, Düşənbədə bu tələblərin birbaşa Putinlə müzakirə edildiyi imkanı yarandı. Və bu dəfə Əliyev Putinlə görüşə daha güclü şəkildə getdi, xüsusilə Vaşinqton anlaşmaları-Zəngəzur dəhlizinin həlli fonunda".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 2026 11:13
- Çay içməyə vaxtım yoxdur - Zelenski
9 fevral 2026 00:08
- Netanyahu İlham Əliyevi İsrailə dəvət etdi
3 fevral 2026 21:57
- Putinlə Əhməd əl-Şaraanın görüşü başladı
28 yanvar 2026 18:03
- Qrenlandiyanı biz ələ keçirməsək, bunu Rusiya və ya Çin edəcək - Tramp
12 yanvar 2026 12:52
- İllərlə edilən səhvlərin nəticəsi: Bakı boğulur - Çıxış yolu var?
10 yanvar 2026 13:09
- 1799-cu ildə Suvorov Alpları niyə aşmışdı? - Rusiyanın köləlik naminə qanlı savaşları
10 yanvar 2026 11:21
- Tı kto takoy, Rasim Balayev? Səni adam edən mən olmuşdum – Şeyx Əbdül Mahmudovla ŞOK MÜSAHİBƏ
9 yanvar 2026 20:03
- Tokayev: İlham Əliyev fiziki cəhətdən güclüdür və daim məşq edir
5 yanvar 2026 12:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
