Ermənilər barışığa can atır, amma heç vaxt inanmaq olmaz – Xankəndili sabiq deputat
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Musavat.com bildirir ki, bu gün Xankəndi şəhərinin sakinlərinin də öz evlərinə qayıdışı başlayıb. 35 ildən sonra evlərinə qayıdan sakinlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlkin mərhələdə Xankəndi şəhərinə 36 ailə - 162 nəfər köçürülüb.
Bundan əvvəl Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin bir qrup sakini evlərinin əsaslı şəkildə təmirindən və tikintisindən sonra yurdlarına qayıtmışdılar.

Torpaqlarımız Ermənistanın işğalı altında olduğu illərdə Xankəndi və bütövlükdə Qarabağ həsrətini dəfələrlə müsahibələrində dilə gətirmiş sabiq deputat, Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova Musavat.com-un əməkdaşı ilə söhbətində öncə təəssüratlarını bölüşdü:
- Xankəndi şəhərinin sakinlərinin evlərinə qayıtması xəbərini böyük sevinc hissi ilə qarşıladım. 35 ildən çox müddətdə Xankəndinin sakinləri öz yurdundan didərgin düşmüşdülər, həsrətlə bu günü gözləyirdilər. Ali Baş Komandan, cənab Prezidentə təşəkkürümü bildirirəm ki, bu həsrətə son qoydu. Onsuz da biz qayıdacağımıza inanırdıq. Hər dəfə cənab Prezident bu barədə əminliklə danışandə biz də böyük inamla Xankəndiyə qayıdacağımızı gözləyirdik. İnamımız var idi, səbrimiz də çatdı. Mən Xankəndidə doğulmuşam, orda böyümüşəm, Xankəndidəki 4 saylı orta məktəbdə təhsil almışam, əmək fəaliyyətinə başlamışam. Həmçinin orada tədris hissə müdiri işləmişəm. Çox yaxşı ki, Nizami adına 4 saylı orta məktəb də bərpa olunub, işləyir. Həmçinin iki dəfə keçmiş Vilayət Sovetinin deputatı olmuşam.
- Flora xanım, Xankəndidə neçə il yaşamısınız?
- 26 yaşıma kimi Xankəndidə yaşamışam. Son iş yerim şəhər partiya komitəsində təlimatçı vəzifəsi olub. Atam da orda vəzifələrdə olub, anam müəllimə işləyirdi. İşğal dövrü çox ağrılı-acılı keçib. Bu illərdə çox çətinliklər, arılı günlər keçirmişik. Hər dəfə dünyadan köçənlərimiz olanda deyirdik kaş gedib öz yurdunda yaşayardı, orda dəfn olunaydı. Xankəndi sakinləri məcburi köçkünçülük illərində pərən-pərən düşüb, ölkənin neçə-neçə rayonunda qəbiristanlıqları salınıb. Təəssüf ki, bu günü görmək həsrəti ilə dünyadan köçən doğmalarımız çox oldu. Amma şükür Allaha bu, böyük gün gəldi. Əminəm ki, bu gün ölənlərimizin də ruhu şaddır.
- Vaxtaşırı erməni revanşistlər də Qarabağa qayıtmaq istədiklərini deyirlər. Bu məsələyə necə baxırsınız?
- Mən erməniləri bağışlaya bilmərəm. Onlar barışığa can atır, amma heç vaxt inanmaq olmaz. Onu da qəbul edirəm ki, bütün bu hadisələr “Parçala və hökm sür” siyasətinin nəticəsində baş verib. Amma ən ağrılısı odur ki, ermənilər bizim qəbirlərimizi darmadağın ediblər. Baxmayaraq ki, biz heç bir erməni qəbrinə eyni münasibət göstərmədik. Bildiyimə görə, işğal dövründə Xankəndidəki qəbiristanlıqlarımız da yer üzündən silinib. İndi bilmirəm, salamat qəbir qalıb, ya yox? Ağdam şəhəri ilə birgə, qəbristanlıqları da yer üzündən silinmişdi. Mən orda xalamın, nənələrimin qəbirlərini tapa bilmədim. Xankəndidəki qəbiristanlığı da düzləyiblər. Yəqin ki, Xankəndiyə qayıdanlar ilk növbədə qəbirini ziyarət etmək istəyəcəklər. Bu məqam məni çox ağrıdır.

- Sizinlə Xankəndi barədə çox danışmışıq, müsahibələrimiz həm işğal dövründə olub, həm də torpaqlar azad olunandan sonra. Yəqin mərhum Şirin Mirzəyevin də ruhu şaddır. Özünüz necə, Xankəndiyə köçmək, orda yaşamaq istərdinizmi?
- Söz vemişəm, keçmiş seçicilərim Xankəndiyə köçsün, mən mütləq gedəcəyəm, orda, evlərində onları təbrik edəcəyəm. Eşitmişəm Şirin Mirzəyevin atasının evini də təmir ediblər. Xəbərim yoxdur, bilmirəm ora kimlər köçəcək. Bu yaxınlarda “Qaçqınkom”un sədri Rövşən müəllimlə (Rzayev-E.P.) görüşmüşəm. O da cənab Prezidentin verdiyi tapşırıqları icra etmək üçün daim çalışır, istəyir ki, hər şey yaxşı olsun. Düzdür, ara-sıra şikayətlər olur, onları da başa düşmək lazımdır. Gərək elə olsun ki, heç kəs narazı qalmasın. Bərpa işinə cəlb olunan insanlar nəzərə almalıdırlar ki, ora qayıdan sakinlər yaralı insanlardır, yaraları bir-bir sağalır. Vaxtilə orda dəm-dəstgah quranlar var idi, gedib görürlər ki, ermənilər işğal dövründə hər şeyi dağıdıb. Amma bir tərəfdən baxanda qınamalı da deyil, ərazi böyükdür, 20 faiz torpaqlarımız işal altında olub və şəhər və kəndlərimiz darmadağın edilib, indi onların bərpası sadə məsələ deyil. Məncə, bütün narahatlıqlar keçib gedəcək, əsas odur ki, torpaqlarımız azad olunub, insanlarımız öz yurdlarına dönürlər və orda daha gözəl şərait qurulacaq, daha rahat yaşayacaqlar. Çox yaxşı ki, əvvəlcə çətin şəraitdə yaşayanlar, yataqxanalarda qalanları evlərinə qaytarırlar. Dəniz kənarındakı yataqxanalarda, çətin şərtlər altında yaşayanlar var. Çalışmaq lazımdır ki, ilk növbədə onlar evlərinə qayıtsınar. Xankəndinin gələcəyi gözəl olacaq. Orda Qarabağ Universieti var, məktəblər açılır. Mən bir xankəndili kimi Xankəndidən gələn hər xoş xəbəri böyük sevinc hissi ilə qarşılayıram. Əminəm ki, Şirin Mirzəyevin də ruhu şaddır. Bizim də evimiz ordadır. Söz veriblər, o evi təmir edəcəklər. Qardaşım ailəsi ilə o evə köçmək istəyir. Xankəndi azad olunandan sonra ATV kanalının əməkdaşları ilə birgə getmişdik. Ermənilər evimizi çox bərbad günə salmışdılar. Vətəndir, əlbəttə adamı daim özünə çəkir. Mənim fikrim belədir ki, hələlik yataqxanada yaşayan insanlar köçüb yerləşsinlər. Gedən - gələn hamı deyir ki, Xankəndi gözəldir. Bunu eşitməyin özü də çox xoşdur. Yay aylarında Diaspor Komitəsinin tədbiri var idi, məni də dəvət etmişdilər. Xankəndidə, xaricdən gələn nümayəndələrin iştirakı ilə böyük bir tədbir oldu.
Bu günlərdə Xankəndiyə də qar yağır. Mənim yadıma keçən illər düşür. Yadımdadır, qış aylarında Xankəndidə elə qar yağırdı ki, çətinliklə yeriyirdik... Hətta su kranları da donurdu. Qışın da gözəlliyi qardır, xüsusilə də Xankəndidə. Yadımdadır, bir dəfə Xankəndidə dərsdən çıxanda birdən sürüşüb, yıxıldım. Sinif yoldaşım da eyni vaxtda yıxıldı. O qədər güldük ki...Çox gözəl günlərimiz olub. On illər ərzində niskil yaşadıq. Şükürlər olsun, artıq o həsrət yoxdur.
Elşad Paşasoy
- Başlıbel qətliamından 33 il keçir
18 aprel 2026 00:21
- Atalıq testindən qaçış, NARKOTİK damğası - Mikayıl İsmayılovun gəlininin işi qaranlıq məcraya sürüklənir
17 aprel 2026 14:00
- BOZ kardinal-ın boz günü...
17 aprel 2026 11:21
- Prezidentin fərmanı icra olundu: Bu gündən ETİBARƏN...
16 aprel 2026 12:47
- Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə xanım Sadıxova haqqında…
16 aprel 2026 11:59
- Dünyada və Azərbaycanda nə qədər yəhudi yaşayır?
15 aprel 2026 15:25
- Partiya sədrlərinin ixtisası: tarixçi, hüquqşünas, həkim, jurnalist...
15 aprel 2026 11:11
- Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2026 10:54
- Macarıstanla münasibətlərə zərər gəlməyəcək- Deputat Cavanşir Feyziyev
14 aprel 2026 23:54
- Kılıçdaroğlu barəsində həbs qərarı çıxarıldı
14 aprel 2026 17:09
- Mehriban Əliyeva Antalyada Fələstinlə bağlı paneldə iştirak etdi (FOTO)
18 aprel 16:23
- Paşinyandan müxalifətə: Onlar Qarabağı ələ keçirmək istəyirlər, bu, Ermənistanın sonu olar
18 aprel 15:59
- Abdin Fərzəliyev JURNAL satan şirkətdən 96 000 manatlıq ƏT ALIR
18 aprel 14:55
- Bazar günü 25 dərəcə isti olacaq
18 aprel 13:47
- Sevinc Çılğınla -Poeziya saatı- keçiriləcək
18 aprel 13:33
- Banklardan SOYĞUNÇULUQ - Faizlər görün NEÇƏ DƏFƏ ARTIB
18 aprel 12:36
- Şahbaz Şərif və İlham Əliyev Antalyada ikitərəfli tərəfdaşlığı müzakirə ediblər
18 aprel 12:21
- Dostlarından İsa Arasla bağlı İNANILMAZ SÖZLƏR– Mənim və Viktorun sevgilisi idi
18 aprel 12:09
- Bakının bu ərazilərində torpağın 1 SOTU 2 MİLYONDUR
18 aprel 11:49
- Prezident Diplomatiya Forumu ilə bağlı paylaşım etdi
18 aprel 00:46
- Başlıbel qətliamından 33 il keçir
18 aprel 00:21
- Birinci xanımlar Antalya Forumununda - Foto
17 aprel 21:39
- Bir qrup şair və yazıçıya Prezident təqaüdü verildi - EKSKLÜZİV
17 aprel 20:40
- Tramp Hörmüz boğazını açdığına görə İrana təşəkkür etdi
17 aprel 20:18
- Prezidentlə xanımı Antalyada tədbirdə iştirak edir
17 aprel 16:49
- 4200 manata DOVŞAN və QURBAĞA ALIR
17 aprel 15:55
- QOÇ ƏT- lə bağlı böyük qalmaqal: Menyuda 5.5, qəbzdə 8.2 manat...
17 aprel 15:38
- Atalıq testindən qaçış, NARKOTİK damğası - Mikayıl İsmayılovun gəlininin işi qaranlıq məcraya sürüklənir
17 aprel 14:00
- Kişinyovdan Moskvaya zərbə: Rusiyalı komandanlar...
17 aprel 13:50
- Əliyevlə Şaraa görüşdü - Fotolar - Yenilənib
17 aprel 12:36
- Kərkükdə 100 il sonra bir İLK
17 aprel 11:34
- BOZ kardinal-ın boz günü...
17 aprel 11:21
- Rusiyada deportasiya dalğası gözlənilir
17 aprel 00:12
- General adından sui-istifadə, aldadılan insanlar və… — Alibek Kurbanovun qorxu ssenarili oyunları: General kimdir?
16 aprel 23:03
- İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
16 aprel 19:43
- Bakıda 1 kilosu 238 MANATA gilas satılır – FOTO
16 aprel 19:08
- Sahibə Qafarova Simonyanla görüşdü - Foto
16 aprel 17:25
- Prezident və birinci xanım Türkiyəyə səfərə yollandı (FOTO)
16 aprel 15:03
- Xaricdə təhsil alan 255 nəfərin diplomu tanınmayıb
16 aprel 14:33
- İran və ABŞ arasında razılaşma mümkünsüzdür
16 aprel 13:06
