- Əvvəl arvadını balta ilə öldürdü, sonra özünü asdı - Bakıda qətl
- Görünüşü durna, gücü qartal: Unikal quş ovunu bir ayaq zərbəsi ilə məhv edir
- İran Tehranda yeni HEYKƏL QOYDU: Sasani hökmdarı qarşısında diz çökən Roma imperatoru
- Çoxlu kök şirəsindən zəhərlənərək öldü
- 15 yaşadək yeniyetmələrin sosial mediadan istifadəsini qadağan edən ilk ölkə - AVROPADA
Məhərrəmlik bitdi, toylar başladı - qiymətlərdəki fərq...
Şadlıq evləri hələ də sifariş almadıqlarını deyir
Avqustun 23-də Hicri-Qəməri tarixi ilə Səfər ayı bitdi. Bununla da Məhərrəmlik əyyamı başa çatdı. Bu isə toylara davam deməkdir. Bəs ötən iki ayda menyu qiymətlərində ciddi dəyişikliklər varmı? Varsa, hansı məhsullardadır?
Qeyd edək ki, əvvəlki illərdə bu dövrdə şadlıq evləri yenidən fəaliyyətə başlayır, sifarişlər artır, menyular yenilənir. Lakin hazırkı vəziyyət bir qədər fərqlidir. Toy mövsümünün açılmasına baxmayaraq, şadlıq evləri hələlik əvvəlki illərdəki canlanmanı müşahidə etmədiklərini deyirlər. Bu iki ay ərzində menyu qiymətlərində nəzərəçarpacaq dəyişiklik baş verməsə də, sifarişlərin sayında ciddi azalma var.
“Ay işığı” şadlıq sarayının direktor müavini Daşqın Həsənov “Yeni Müsavat”a verdiyi açıqlamasında deyib ki, son iki ayda menyu qiymətləri sabit qalıb: “Hazırda sarayda orta hesabla bir nəfərlik menyu 70 manata başa gəlir. Məhərrəm ayında demək olar ki, bütün fəaliyyət dayanıb və zərərə işləmişik. Kompleksin gündəlik saxlanması üçün xərclər davam edir. İşçilərin maaşı ödənilir, kommunal xidmətlər yerinə yetirilir. Amma tədbir keçirilmədiyi üçün gəlir yoxdur”.
Həsənov bildirib ki, ət məhsullarının qiymətində artım var, bu da ümumi maya dəyərinə təsir edir. Lakin menyuda qiymət artımına getmək istəmirlər, çünki bu halda sifarişlər daha da azalacaq. Hazırda mövcud vəziyyətdə şadlıq evi fəaliyyətini dayandırmadan, minimum gəlirlə işləməyə üstünlük verir. Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə sifarişlərdə 60 faizə yaxın azalma müşahidə olunur. Məhərrəm ayı başa çatsa da, bu vaxta qədər hələ bir dənə də olsun toy sifarişi daxil olmayıb.
“Xəmsə” şadlıq sarayında da vəziyyət oxşardır. Administrator Telman İsmayılov bizimlə söhbətdə bildirib ki, menyuda qiymətlər dəyişməyib, orta hesabla bir nəfərlik yemək 50 manat təşkil edir. Bəzi məhsullarda, xüsusilə ət və yağ kimi əsas ərzaqlarda qiymət artımı olsa da, menyu qiymətlərində dəyişiklik edilməyib: “Toy sifarişləri isə demək olar ki, yoxdur. Əvvəlki illərlə müqayisədə ciddi fərq var”. Onun fikrincə, hazırda insanlar iqtisadi çətinliklərlə üzləşirlər, ona görə də toy etmək fikrindən yayınırlar: “Gənclər evlənmək istəmir, daha doğrusu, evlənmək üçün maddi imkan tapmırlar”.
Hazırda şadlıq sektorunda maraqlı bir vəziyyət yaşanır. Bir tərəfdən qiymət artımı ilə bağlı təzyiqlər var, digər tərəfdən isə bu artımı tətbiq etmək mümkün deyil, çünki alıcılıq qabiliyyəti aşağıdır və sifarişlər onsuz da azdır. Belə şəraitdə şadlıq evləri qiymətləri sabit saxlamaqla müştərini itirməməyə çalışırlar. Amma bu strategiyanın nə qədər davam edə biləcəyi bəlli deyil.
Maraqlıdır ki, hər il Məhərrəmlikdən sonra toy sifarişlərində artım müşahidə olunurdu, bu il isə bu artım nəzərə çarpmır. Ekspertlər bunu bir neçə faktorla izah edirlər. Onların fikrincə, gənclərin ailə qurmaq istəyi əvvəlki illərlə müqayisədə xeyli azalıb. Evlilik yaşı yüksəlib, ailə qurmaq üçün tələb olunan minimum vəsait isə getdikcə artır. Orta statistik toyun keçirilməsi üçün lazım olan büdcə 10-15 min manat arasında dəyişir. Bu məbləğ bir çox gənc ailənin maddi imkanlarını aşır. İqtisadçılar vurğulayırlar ki, ərzaq məhsullarının, xüsusilə ətin bahalaşması şadlıq evlərini çətin vəziyyətə salıb. Qida məhsullarında inflyasiya davam edir və bu prosesdən ən çox zərər görən sahələrdən biri məhz kütləvi tədbirlərlə məşğul olan sektordur.
Qeyd edilir ki, bu gedişlə şadlıq evləri fəaliyyətlərini qismən dondura və ya xidmət sahələrini daralda bilər. Bəziləri isə çıxış yolu kimi daha sadə və minimal menyulara keçid etməyi təklif edirlər. Toyların sadələşdirilməsi, daha az sayda qonaqla keçirilməsi və yeməkdən çox məkan və atmosferə üstünlük verilməsi gələcəkdə bu sahədəki vəziyyəti sabitləşdirə bilər.
Nəticə etibarilə, şadlıq evləri üçün ağır bir dövr yaşanır. Məhərrəm ayının bitməsi ilə toy mövsümünün başlayacağı gözlənilsə də, bu, özünü doğrultmur. Qiymətlərin sabit qalmasına baxmayaraq, sifarişlərin olmaması bu sahədə durğunluğun hələ bir müddət də davam edəcəyindən xəbər verir. Sahibkarlar çıxış yolu axtarır, amma real dəyişiklik üçün həm iqtisadi sabitlik, həm də əhalinin alıcılıq qabiliyyətində artım vacibdir.
- Zəfərin 5 ili: Bakıda hərbi parad keçirildi (YENİLƏNİB)
8 noyabr 2025 21:33
- Açıq havada ÇILPAQ GƏZƏN nudistlər - AZAD BƏDƏN mədəniyyəti
7 noyabr 2025 10:18
- Bakıda hərbçilərin zəfər yürüşü BAŞLADI
6 noyabr 2025 12:43
- QUMAR KRALI-nın istintaqı bitdi - Milyonlarla manatlıq əmlaklarına həbs qoyuldu
5 noyabr 2025 20:22
- Milli Məclisdə büdcə müzakirəsi başladı: Nazirlər iştirak edir
4 noyabr 2025 11:45
- Məktəb bitdi, hərbi xidmət də yekunlaşmaq üzrədir... İspaniyanın GƏLƏCƏK KRALİÇASI
2 noyabr 2025 11:49
- Elm və Təhsil Nazirliyində yoxlamalar başladı
31 oktyabr 2025 11:46
- Milli Məclisin iclası başladı: 11 məsələyə baxılacaq
31 oktyabr 2025 11:18
- Bir qrup var, istədiyini edir, insanları soymaqla məşğuldur... - Videomüsahibə
29 oktyabr 2025 10:59
- Qurultayda DAVA düşdü, Fəzail Ağamalı oğlu ilə ƏLBƏYAXA OLDU...
25 oktyabr 2025 16:25
- Əvvəl arvadını balta ilə öldürdü, sonra özünü asdı - Bakıda qətl
10 noyabr 11:43
- 1870 METR məsafədə düşmən hədəfini məhv edən ƏSGƏRİMİZ (VİDEO)
10 noyabr 11:24
- Görünüşü durna, gücü qartal: Unikal quş ovunu bir ayaq zərbəsi ilə məhv edir
10 noyabr 11:18
- Mustafa Kamal Atatürkün anım günüdür
10 noyabr 11:01
- Rəsul Quliyevdən açıqlama: Bir həftəlik Bakıya gələcəm
10 noyabr 00:29
- İran Tehranda yeni HEYKƏL QOYDU: Sasani hökmdarı qarşısında diz çökən Roma imperatoru
09 noyabr 21:57
- Çoxlu kök şirəsindən zəhərlənərək öldü
09 noyabr 21:28
- 15 yaşadək yeniyetmələrin sosial mediadan istifadəsini qadağan edən ilk ölkə - AVROPADA
09 noyabr 19:53
- Türkiyə Prezidenti: Azərbaycan bölgədə sülhün memarı kimi önə çıxacaq
09 noyabr 18:23
- 4 ayında atası şəhid oldu, 33 yaşında Milli Qəhrəman... (VİDEO)
09 noyabr 17:26
- İlham Əliyevdən Dövlət Bayrağı Günü münasibətilə paylaşım
09 noyabr 17:14
- Küçədə qətlə yetirilən Ayşənin üç övladı var imiş - təfərrüat
09 noyabr 00:57
- Zəfərin 5 ili: Bakıda hərbi parad keçirildi (YENİLƏNİB)
08 noyabr 21:33
- Ərdoğan hərbi paradda Məmməd Arazın şeirini səsləndirdi
08 noyabr 21:11
- Kamil Abdullayev: Daim Azərbaycanın maraqları uğrunda döyüşmüşük
08 noyabr 14:27
- İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR
08 noyabr 12:30
- Ərdoğan Bakıya yola düşdü
08 noyabr 10:56
- Azərbaycanda dördgünlük TƏTİL başlayıb
08 noyabr 10:34
- Türkiyə Netanyahunun həbsinə order verdi
08 noyabr 01:39
- Şuşa şəhərinin işğaldan azad olunmasından 5 il ötür
08 noyabr 00:37
- İlham Əliyevdən Zəfər Günü ilə bağlı paylaşım (FOTO)
07 noyabr 23:22
- Toyunda özünə şəhidlik arzuladı, Aprel döyüşlərində arzusuna çatdı...
07 noyabr 22:51
- İlk hərbi təyyarəçimiz: Milli Qəhrəman Vaqif Qurbanov haqqında maraqlı faktlar
07 noyabr 22:16
- Pəncəli Teymurova Milli Qəhrəman adı verildi
07 noyabr 21:56
- Ərdoğan İlham Əliyevi TƏBRİK ETDİ
07 noyabr 16:07
- REFERANS- ın baş həkimi 32 yaşlı laborant imiş...
07 noyabr 14:39
- Prezident Slovakiyadan olan nümayəndə heyətini qəbul etdi (FOTO)
07 noyabr 14:28
- Siyasi partiyalar Zəfər Gününün ilə əlaqədar birgə bəyanat yaydı
07 noyabr 11:59
- Dünyanın İLK TRİLYONERİ .....
07 noyabr 11:14
- Açıq havada ÇILPAQ GƏZƏN nudistlər - AZAD BƏDƏN mədəniyyəti
07 noyabr 10:18
