- Türkan Şoray buna görə çox sevilir – Özü AÇIQLADI
- Günəşdən 300 000 dəfə isti - 5 TRİLİYON DƏRƏCƏ İSTİ
- İran İsrailə 27 ballistik raket atdı 11 nəfər yaralanıb
- Tramp İranın nüvə obyektlərinin bombalanmasını Ağ evdən CANLI İZLƏYİB - FOTO
- Natanyahu ABŞ-ın İranın üç nüvə obyektini bombalamasının TARİXİ DƏYİŞƏCƏYİNİ deyib
Türkiyənin siyasi və tarixi mövzulu serialları insanlara başdan-başa konspirologiya aşılayır...MÜSAHİBƏ
Cəmiyyət10 iyun 2025 01:07

“Bu gün Türkiyə cəmiyyəti mənə tanış olan cəmiyyətlər arasında ən çox konspirasiya yayılmış cəmiyyətdir. Və təəssüf ki, Azərbaycan cəmiyyəti də getdikcə ona bənzəməyə başlayır...”
“Bunlara uyan insanlar özlərini ictimai-siyasi reallıqdan kənara qoymuş olur və faktiki olaraq real dünyadan təcrid olunur...”
Bu mövzu, demək olar ki, bizim mediada işıqlanmır. İlk baxışdan ictimai-siyasi gündəmdən uzaq, amma əslində keçmişdə də, bu gün də, gələcək də cəmiyyətlərin həyatına yetərincə təsiri olan həmin mövzu: müasir siyasi və tarixi-siyasi serialların kütlələrin siyasi-ideoloji yönləndirilməsindəki rolu...
Əlbəttə, dünyada əsasən 1980-ci illərin sonu- 1990-cı illərdə nümayiş etdirilməyə başlanan məişət mövzulu və o vaxt üçün məşhur seriallar da kütlələrin yönləndirilməsində xeyli rol oynayır. Amma zənnimcə, ölkələrin, cəmiyyətlərin düşünən hissəsini daha çox siyasi seriallar yönləndirir. Məsələn, sovet dövrünün çoxseriyalı “Baharın 17 anı” filmi sovet quruluşunu, onun uğrunda qəhrəmanlıq göstərən “çekist”ləri güclü təbliğ edirdi. Və o kiçik həcmli serial sayəsində bir çox uşaq və gənclərdə xüsusi xidmət qurumlarında, “KQB”-də qulluq etmək həvəsi yaranırdı. Hazırda Azərbaycanda əsasən məişət serialları gündəmdədir. Türkiyədə isə siyasi və tarixi siyasi seriallar daha önəmli rol oynayır. Sizcə, məsələn, 2000-ci illərin əvvəllərindən bəri “Kurtlar vadisi” kimi xeyli dərəcədə konspiroloji mövzulu, son illərdə isə “Təşkilat” kimi reallığa yaxın müasir seriallar, həmçinin “Diriliş Ərtoğrul”, “Kuruluş Osman”, Küds fatehi Səlahəddin Əyyubi” kimi yetərincə ustalıqla ekranlaşdırılmış və dünyaca məşhur tarixi-siyasi seriallar təsadüfənmi meydana çıxıb?..
Mövzu ilə bağlı söhbətləşdiyimiz bağlı siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Moderator.az-ın bu və digər suallarını belə cavablandırıb:
-Öncə onu bildirim ki, istər kino, istərsə də ədəbiyyatın, incəsənətin müxtəlif sahələri olsun, şübhəsiz ki, orada fərqli-fərqli cərəyanlar mövcuddur. Və həmin cərəyanlar da incəsənət, mədəniyyət, ədəbiyyat və kinodan öz ideologiyalıarını yaymaq və öz təsir dairələrini genişləndirmək üçün istifadə edirlər. Bu heç kəsdən sirr deyil. Və biz bu gün dünyanın ən böyük kino sənayesini cəmləşdirən Hollivuda baxsaq, orada ən azı üç cərəyan var: liberallar, solçular və mühafizəkarlar. Bəzən ilk ikisini eyniləşdirirlər: solçular və liberalları. Əslində isə onlar fərqli-fərqli cərəyanlardır. Şübhəsiz ki, bu cür cərəyanların arxasında müəyyən bir siyasi sifariş dayanır. Lakin bu o demək deyil ki, bütövlükdə incəsənət, mədəniyyət, kino hansısa konspiroloji məqsədlərə xidmət edir. Xeyir, elə deyil. Yəni o da var, sırf incəsənət də var. İstənilən bir Amerika trillerinə baxsaq, orada heç bir ideoloji baza yoxdur. Amma bəzi filmlər var ki, hakimiyyətlə, siyasətlə, iqtisadiyyatla bağlı orada açıq-aydın müəyyən bir ideoloji platforma və xətt görünür. Və nəzərə alsaq ki, son 30-40 ildə kino industriyası həddindən artıq geniş vüsət alıb və insanların şüuruna, cəmiyyətlərin davranışına ciddi təsirə malik olduğundan şübhəsiz ki, bundan da istifadə olunur. Odur ki, belə filmlər təsadüfən meydana çıxmır... Türkiyə ilə bağlı gətirdiyiniz nümunələr tamamilə haqlıdır və onlar başdan-başa konspirologiya ilə, müəyyən konspiroloji fəndlərlə, təsirlərlə doludur.. Onun da bugünkü nəticəsi artıq göz qabağındadır. Məsələn, bu gün Türkiyə cəmiyyəti mənə tanış olan cəmiyyətlər arasında ən çox konspirasiya yayılmış cəmiyyətdir. Və təəssüf ki, Azərbaycan cəmiyyəti də getdikcə ona bənzəməyə başlayır. Çünki türk filmlərindən, seriallarından götürülən nümunələr və onların getdikcə populyarlığının artması ölkəmizə də öz zərərli təsirini göstərir...
-Bəs sizcə, konspirologiya hansı baxımdan zərərli və təhlükəlidir?
-Konspirologiya niyə təhlükəlidir və nəyə görə ondan istifadə olunur? Bu iki sualın bir cavabı var. Məsələ ondadır ki, konspiroloji nəzəriyyələrin beyinlərə, cəmiyyətə bədii əsərlər, filmlər, seriallar vasitəsilə yeridilir. Və bilirsiz ki, hazırda insanlar oxumağa daha az meyilldirlər, nəinki filmlərə baxmağa. Xüsusən də qeyri-intellektual təbəqə. İntellektual təbəqə, əlbəttə, oxumağa, ilkin mənbələri araşdırmağa üstünlük verir. Amma cəmiyyətlərin böyük bir hissəsi əsas informasiyanı da, həyat haqda təsəvvürlərini də filmlərdən alır. Və o cür filmlər vasitəsilə belə bir kəsimi yönləndirmək olduqca rahatdır. Konspirasiya nəzəriyyələri məhz ona hesablanıbdır ki, insanlara 3 əsas məqamı aşılayır. Bir - konspirasiya mövcuddur, yəni hansısa bir sui-qəsd nəzəriyyələri var. İki - hansısa gizli təşkilatlar var və onlar bütün konseptual məsələləri həll edirlər. O cümlədən də hakimiyyət məsələlərini, dövlətlərin idarə olunması məsələlərini də... Buradan da o absurd söhbətlər meydana çıxır: “300 komitəsi”, “masonlar”, “dünya hökuməti” , “gizli dünya hökuməti”. Və üç - bu cür baxış dünyaya, həyata bu prizmadan yanaşmaq insanlarda özgüvəni qırır. İnsanlar tam olaraq əmin olur ki, o heç nə həll eləmir, onun müxtəlif seçkilərdə verdiyi səs də heç nəyi həll etmir. Çünki hər şeyi hardasa yer altında, meşədə, gizli bir daxmada oturmuş 5-10 nəfər, və yaxud 300 nəfər həll edir. Bu o qədər absurd bir yanaşmadır ki, eyni zamanda o qədər effektiv yanaşmadır ki, bu, insanların faktiki iradəsini qırır, onların şüurunu dəyişir və onları ictimai-siyasi nihilizmə sürükləyir. Və bu cür texnologiyaların yayıldığı cəmiyyətlət daha çox avtoritarlıq olan cəmiyyətlərdir. Türkiyədə bu cür filmlər məhz 2000-ci illərin əvvəllərindəki hakimiyyət dəyişikliyindən sonra meydana çıxmağa başlayıb. Və onlar vasitəsilə bir növ insanlara mesajlar verilirdi ki, baxın, siz heç nə həll eləmirsiz. Seçkilərdə səs verdiniz, sağ olun, gedin bir də seçərsiz. İkinci dəfə də, üçüncü dəfə də və s. Məhz bunun nəticəsidir ki, Türkiyədə 22 ildir ki, hakimiyyət dəyişmir və bu minvalla heç dəyişməyəcək də. Çünki biz görürük ki, bu filmlərin bir-birini əvəzləməsi, bir-birinin ardınca çıxması rutin xarakter daşıyır. Belə halda insanlara aşılayırlar ki, sən böyük xalqsan, sənin belə bir imperiyan olubdur. Və o imperiyada da idarəçilik belə olubdur, daim hər şeyə 5-10 nəfər qərar verib, sadə xalq heç nə həll etməyibdir. Heç sən də həll edə bilməyəcəksən. Və indi sən o böyüklüyü saxlamaq üçün bu yolu getməlisən. Bu, açıq-aydın bir psixoloji təzyiqdir cəmiyyətə və mən əminəm ki, məsələn, Ərdoğan hakimiyyətə gəlməsəydi, AKP hakimiyyəti qurulmasaydı, bəlkə də belə filmlər, seriallar yaranmazdı. İki dövrü götürüb müqayisə edəndə görürsən ki, bu həqiqətən də belədir və bu gün də o proses davam edir...
Konspirologiyadan əsasən totalitar, avtoritar və avtoritar yönümlü siyasətçilər istifadə edir. Amma bu o demək deyil ki, konspirologiya demokratik quruluşlarda yoxdur. Orada da var. O ölkələr də bundan istifadə etməyə çalışırlar. Məsələn, bu gün Avropa cəmiyyətindəki radikal meyillər, radikal cərəyanlar, əsasən millətçi, irqçi, dini təməlçi cərəyanlar məhz konspirasiydan istifadə edirlər. Hətta olmayan cinayətləri belə, miqrantların ayağına yazırlar. Misal üçün, ABŞ-da Tramp insanları inandırır ki, ölkədə cinayətlərin mütləq əksəriyyəti qeyri-leqal miqrantlar tərəfindən törədilir. Halbuki statistika tam əksini deyir. Yəni müxtəlif əsərlər, filmlər və s. vasitəsilə tətbiq olunan konspirologiya artıq çox mühüm bir ictimai-siyasi manipulyasiya alətinə çevrilib. Təəssüf ki, bu belədir...
- Sizcə, belə seriallar bir yandan xalq kütlələrində tarixinə sevgi, vətənpərvərli duyğuları aşılayır, digər yandan isə bir növ xalqı dolayısıyla öz taleyi uğrunda mübarizədən yayındırmır ki? Yəni arxayınlıq yaradır ki, keçmişdən bəri xüsusi biri “dərin dövlət”, “ixtiyarlar- ağsaqqallar” qurumu var, həmçinin müasir dövrdə güclü kəşfiyyat qurumlarımız var və bunlar ölkəni hər cür bəlalardan qoruyur, xoşbəxt gələcəyimiz üçün çalışır və hər şeyi edir...
-Mən buna arxayınlıq deməzdim, deyərdim ki, bu cür əsərlər, filmlər vasitəsilə izləyicilərin beynində bir paralel dünya yaradırlar. Məsələn, insanlara aşılayırlar ki, sən böyük bir xalqın nümayəndəsisən, sənin dövlətin güclü dövlətdir. Halbuki o nə zamansa olub, amma bu gün elə deyil. Milsal üçün, bir ölkəni götürək ki, başdan-başa problemlər içindədir. Təhsili - problem, elmi - problem, səhiyyəsi - problem, insanların gündəlik dolanışığı –problem, sosial-iqtisadi problemlər və s. Amma həmin ölkənin vətəndaşlarına aşılayırlar ki, sən demə, bu ölkə dünyada söz sahibidir. Halbuki heç o ölkə öz daxilində söz sahibi deyil...
Bax, cəmiyyətə belə yalançı ideyalar sırımaqla o insanlarda bir təskinlik hissi yaradırlar. Və onlarda belə düşüncə formalaşır ki, hə, eybi yox, maaşım gündəlik dolanışığımı təmin etmir, uşağım xəstədir, özüm pis vəziyyətdəyəm, övladımın təhsili yoxdur, əvəzində mənim ölkəm dünyada söz sahibidir. Bunlar hamısı yalançı bir təəssürat yaratmağa yönəlib. Və olduqca zərərli şeylərdir. Özü də yalnız hakimiyyət mənasında yox, xalqların öz hakimiyyətini seçə bilməsində, siyasi proseslərdə iştirakı mənasında yox, həm də onların gələcəyi, perspektivi mənasında. Çünki məhz bu cür texnologiyalarla xalqların böyük bir hissəsində yalançı özgüvən yaradırlar. O özgüvən ki, o şey reallıqda yoxdur. İnsanları atırlar bir paralel –virtual dünyaya və onlar orada öz xəyallarıyla yaşayırlar. Halbuki real dünya tamamilə fərqlidir. Bax, bu mənada da o şeylər olduqca təhlükəlidir. Lakin təbii ki, bütün kinonu, incəsənəti, mədəniyyəti buna aid etmək yanlışdır. Əlbəttə ki, bu gün dediyimiz tipdə, yəni insanları paralel dünyada yaşada bilən filmlərin, əsərlərin həvəskarları daha çoxdur. Çünki öz taleyini düşünməyə, ya çəkinən, yaxud tənbəllik edən, ya buna ağlı, intellekti çatmayan kütlə daha böyük kütlədir. Və o öz taleyini filmlərdə axtarır, öz xoşbəxtliyini orada görmək istəyir. Halbuki öz xoşbəxtliyi öz əlindədir. Amma o bunu görmək istəmir, görə bilmir artıq. Onu atıblar başqa bir dünyaya...
-Söhbətinizdən belə nəticəyə gəlmək olur ki, son vaxtlar Amerika, Avropa siyasətçilərinin də dilindən eşidilən “dərin dövlət” anlayışı da konspirologiya elementidir. Amma bəhs etdiyimiz filmləri izləyən insanlarda belə təəssürat yaranır ki, tarixdə bu haqda ciddi faktlara rast gəlinməsə də reallıqda, məsələn, Osmanlıda, yaxud Birləşmiş Ştatlarda elə həmin dövlətlər yaranandan bəri onları yönləndirən hansısa gizli bir “ixtiyarlar”, “ağsaqqallar” qurumu olub və indi də var...
-Deyim ki, konspirologuya hər yerdə var və o cümlədən Qərb dövlətlərində... Məsələn, konkret olaraq ABŞ-da “dərin dövlət” anlayışı konspiroloji mahiyyət daşısa da, amma həmin ifadəni sevən Donald Trampın bir neçə dövlət qurumunu nəzərdə tutduğu görünür. Bunlar ABŞ-ın Federal Təhqiqatlar Bürosu, Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsidir. Bu da tamam başqa bir məsələdir, nəinki konspirasiya...
O da var ki, bu gün konspirologiya siyasi təbliğatın və daha çox populist təbliğatın çox mühüm bir alətinə çevrilib və ondan çox geniş çəkildə istifadə olunur. Özü də yalnız avtoritar ölkələrdə deyil, həm də digər müxtəlif ölkələrdə də... Tarixdə isə belədir, məsələn, biz Osmanlı tarixinə baxsaq, orada 100 ilə yaxın sürmüş “qara xacələr” dövrü var. O xacələr qruplaşaraq komanda şəklinə düşüb hərəmxana vasitəsilə sultanları idarə ediblər. Belə bir tarixi fakt mövcuddur. Amma burada söhbət axı, hansısa konspirologiyadan getmir, faktdan gedir. Və həmin fakt da deyir ki, bir qrup insan əl-ələ verib dövləti ələ keçiriblər. Bu da hər zaman mümkün olan bir şeydir. Amma bunu aparıb hansısa bir qlobal, gizli hökumətlə əlaqələndirmək, o cür təqdim etmək, bax, bu artıq konspirologiyadır...
-Bəy, özünüzün siyasi, tarixi və ya digər mövzularda serialları izləməyə həvəsiniz varmı və vaxtınız olurmu?
-Daha çox tarixi filmləri izləməyi sevirəm, əlbəttə. Xüsusən də sənədli filmləri. Və hiss edəndə ki, izlədiyim filmdə hansısa bir konspiroloji çalarlar var, dərhal dayandırıram, artıq həmin filmə baxmıram və hesab edirəm ki, bu, absurd bir şeydir. Və belə şeylərin təsiri altına düşmək istəmirəm. Əlbəttə, təsir altına düşmərəm heç vaxt... Buna əminəm... Amma elə şeylərə uymaq dediyim kimi, çox təhlükəli bir məqamdır. Daha çox tarixi araşdırmaları oxumağı sevirəm. Real siyasəti öyrənmək üçün real tarixi araşdırmalar qat-qat önəmlidir, nəinki əsasən müəlliflərin təxəyyül məhsulu və ya hansısa sifariş əsasında yaradılmış filmlər...
- Faktiki Türkiyə MİT-in fəaliyyətindən bəhs edən “Təşkilat” serialını az da olsa, izləməmisiz ki? O filmdə, o cümlədən ondan əvvəl “Kurtlar vadisi” və s. filmlərdə tamaşaçılara türk təşkilat qurumunun bir çox mürəkkəb əməliyyat kombinasiyaları da açıqlanır. Bilmirəm, bunlar reallıqda tətbiq olunur, yoxsa yox və yaxud bunlar bizlər üçün mürəkkəb görünür, onlardan da mürəkkəb kombinasiyalar var- yəqin, bir peşəkar kimi daha yaxşı bilərsiz? Nə isə, adama elə gəlir ki, bununla bir növ Türkiyənin kəşfiyyat-əməliyyat metodları da açıqlanır bütün dünya üçün?
-Türk seriallarını izləmirəm. İlk vaxtlar “Kurtlar vadisi”ni bir müddət izlədim. Lakin onun konspirologiya olduğuna əmin olduqdan sonra artıq izləmədim. Qalan türk seriallarını da izləmirəm. Çünki öncə dediyim kimi, Türkiyənin siyasi və tarixi mövzulu serialları insanlara başdan-başa konspirologiya aşılayır. İstər MİT-in, istər digər qurumların fəaliyyətinə həsr olunmuş filmlərdə deyilənlərin, təsvir edilənlərin çoxu uydurmadır. Onlar yəqin ki, siyasi sifariş məhsuludur və mən belə şeyləri ciddi qəbul etmirəm.. Və fikrimcə eləmək də lazım deyil...
-Ərəstun bəy, sonda sözügedən mövzularda, konspirologiya, manipulyasiya ilə dolu siyasi, tarixi serialları həvəslə izləyən gənclərimizə nə məsləhət görərdiniz?
- Belə gənclərimizə məsləhət görərdim ki, sadəcə olaraq dünyaya geniş pəncərədən baxsınlar. Dünya reallıqlar üzərində qurulub. Tarix boyu da bu belə olub. Reallıq nədir? Güclü fəaliyyət göstərən dövlətdir, güclü iqtisadiyyatdır, intellektdir. Və əlbəttə ki, bunların birgə, sinxron fəlaiyyətidir. Dünya bu cür idarə olunur. Yoxsa konspirasiya, hansısa gizli təşkilatlar, hansısa komitələr, masonlar və s.- bunlar hamısı uydurmadır. Bunlara uyan insanlar özlərini ictimai-siyasi reallıqdan kənara qoymuş olur və faktiki olaraq real dünyadan təcrid olunur. Gənclərimiz, gələcək nəsillərimiz nə qədər belə şeylərdən uzaq dayanarlarsa, bir o qədər uğur qazanmış olarlar. Bu şeylərə uyan insanlar faktik olaraq belə təbliğatın əsirinə və girovuna çevrilirlər və orada heç bir perspektivdən danışa bilmərik. Bu cür insanlar, cəmiyyətin belə kəsimləri yalnız həmin o serialların, əsərlərin sifarişçilərinin aləti olmaqdan o tərəfə keçə bilməzlər...
Sultan Laçın
Oxşar xəbərlər
- Misir Mərdanov tapşırdı, Fərhad Bədəlbəyli Rəşid Behbudovun qızına iş vermədi - MÜSAHİBƏ
22 iyun 2025 20:11
- Rusiyanın öz başına gəldi – Dağlıq Altay türkləri ÜSYAN EDİR
22 iyun 2025 11:12
- Natanyahu ABŞ-ın İranın üç nüvə obyektini bombalamasının TARİXİ DƏYİŞƏCƏYİNİ deyib
22 iyun 2025 09:56
- Ərdoğandan : MÜSƏLMAN ÖLKƏLƏRİ BİRLƏŞMƏLİDİR
22 iyun 2025 09:17
- Hazırda İran şahının oğlu ABŞ Konqresinin üzvləri ilə MÜZAKİRƏ EDİR...
22 iyun 2025 09:08
- İranın FORDO-su yer üzündən SİLİNDİ – ABŞ 30 tondan çox bomba atdı
22 iyun 2025 07:59
- ABŞ İrana qarşı müharibəyə qoşuldu! Tramp İranın NÜVƏsini vurdu! Fordo yer üzündən SİLİNDİ
22 iyun 2025 07:43
- Milli Məclis ölkə iqtisadiyyatı üçün çox önəmli qanun layihəsini qəbul etdi
21 iyun 2025 13:58
- Fransa səfiri ilk dəfə Şuşaya getdi, elə sözlər dedi ki...
21 iyun 2025 12:36
- Axundun qaçırdığı 16 yaşlı qızın atası danışdı: Elçi də göndərmək istədi, razı olmadıq – ÖZƏL
21 iyun 2025 00:08
Xəbər lenti
- Misir Mərdanov tapşırdı, Fərhad Bədəlbəyli Rəşid Behbudovun qızına iş vermədi - MÜSAHİBƏ
22 iyun 20:11
- Türkan Şoray buna görə çox sevilir – Özü AÇIQLADI
22 iyun 14:49
- Rosqvardiyanın azərbaycanlı idarə rəis həbs edildi
22 iyun 13:08
- Günəşdən 300 000 dəfə isti - 5 TRİLİYON DƏRƏCƏ İSTİ
22 iyun 12:46
- Prezident Administrasiyasınında 25 il aparıcı MƏSLƏHƏTÇİ işləyən şəxs vətəndaşlara 100 MİN atıb və...2 İL CƏZA
22 iyun 12:02
- Rusiyanın öz başına gəldi – Dağlıq Altay türkləri ÜSYAN EDİR
22 iyun 11:12
- Ölkəyə külli miqdarda qeyri-qanuni SİQARET GƏTİRƏN....
22 iyun 10:49
- İran İsrailə 27 ballistik raket atdı 11 nəfər yaralanıb
22 iyun 10:36
- Tramp İranın nüvə obyektlərinin bombalanmasını Ağ evdən CANLI İZLƏYİB - FOTO
22 iyun 10:14
- Natanyahu ABŞ-ın İranın üç nüvə obyektini bombalamasının TARİXİ DƏYİŞƏCƏYİNİ deyib
22 iyun 09:56
- Ərdoğandan : MÜSƏLMAN ÖLKƏLƏRİ BİRLƏŞMƏLİDİR
22 iyun 09:17
- Hazırda İran şahının oğlu ABŞ Konqresinin üzvləri ilə MÜZAKİRƏ EDİR...
22 iyun 09:08
- ABŞ-nin İrana hücumundan sonra telefonla danışdılar
22 iyun 08:45
- ABŞ Prezidenti Donald Trampın XALQA MÜRACİƏTİ ...
22 iyun 08:16
- İranın FORDO-su yer üzündən SİLİNDİ – ABŞ 30 tondan çox bomba atdı
22 iyun 07:59
- ABŞ İrana qarşı müharibəyə qoşuldu! Tramp İranın NÜVƏsini vurdu! Fordo yer üzündən SİLİNDİ
22 iyun 07:43
- Netanyahu GEDƏCƏK , amma İran QALACAQ - Medvedev
22 iyun 02:29
- Dilqəm Əsgərov oğlunun ittihamlarına cavab verdi: Müalicəyə ehtiyacı var
22 iyun 02:16
- Sevil Əliyevanın oğlu evləndi
22 iyun 01:04
- Ötən il Azərbaycanda 1420 KÖRPƏ ÖLÜB
21 iyun 23:37
- Ərdoğandan SƏRT MESAJ: İran bu sınaqdan qalib çıxacaq!
21 iyun 22:07
- İlham Əliyevin bu müraciəti BMT sənədi kimi yayılıb
21 iyun 22:02
- Axundla qaçan qızdan ŞOK açıqlama: Ailəmin işgəncəsinə görə…
21 iyun 21:53
- DTX-nin saxladığı eks-icra başçısı HƏBS OLUNDU
21 iyun 20:59
- Milli Məclis ölkə iqtisadiyyatı üçün çox önəmli qanun layihəsini qəbul etdi
21 iyun 13:58
- BAKCELL-in brend strategiyası beynəlxalq nəşrdə...
21 iyun 13:51
- Fransa səfiri ilk dəfə Şuşaya getdi, elə sözlər dedi ki...
21 iyun 12:36
- Şantaja görə həbs edilən sayt rəhbəri və baş redaktora hökm oxundu
21 iyun 12:27
- Azərbaycana YAY fəsli daxil oldu
21 iyun 11:06
- Məmurlara saxta diplom ittihamı - Araşdırma başlanacaqmı?
21 iyun 10:52
Video & Fotoqalereya
Video
Fotoqalereya