Sara Xatunun bu xahişini II Mehmet eşitmir…
Bu günə qədər tarix kitablarında hər zaman bu sözə rast gəlirsən: Şərqin ilk diplomat qadını Sara Xatun olub.
Lakin bu möhtəşəm qadın barəsində geniş məlumata rast gəlmək mümkün deyil. Halbuki Türkiyədə Sara xatun barədə kifayət qədər yazılar var.
Osmanlı mənbələrində Gövhərşah Xatun, Avropa və Azərbaycan mənbələrində Sara və yaxud Saray, Sarə Xatun kimi adlanan və Ağqoyunlu hökmdarı Həsən Padşahın (Uzun Həsən – red.) anası kimi tarixdə mühüm rolu olan bir qadındır.
Şərqdə dövrünün yeganə istedadlı diplomat qadını kimi tanınan Sara Xatun haqqında əksər mənbələrdə müsibət fikirlərə rast gəlmək olur. Sara Xatun Ağqoyunlu dövlətinin möhkəmləndirilməsində, onun xarici siyasətinin müəyyənləşdirilməsində və həyata keçirilməsində mühüm rol oynayıb. O, oğlu Həsən Padşahın ən məsul diplomatik tapşırıqlarını qüsursuz həyata keçirirdi. Elə buna görə həmin dövrdə kiçik Ağqoyunlu dövləti Osmanlı və Qaraqoyunlu kimi iki qüvvətli rəqibi arasında müstəqilliyini saxlaya bilmişdi.
Sara Xatun Bayandur elində 1390-cı və ya 1391-ci ildə dünyaya gəlib. Həsən Padşahın atası Cəlaləddin Əli bəy və anası Sara Xatun Oğuz xaqanlarının nəslindən olmuşlar. Qeyd edim ki, Sara Xatun Həsən Padşahın atası Cəlaləddin bəyin əmisi qızı idi. Sara Xatunun atası Pir Əli bəy idi. Pir Əli bəy Ağqoyunlu dövlətinin banisi Qara Yülük Osmanın qardaşı və ağqoyunlu tayfalar ittifaqını yaradan Qutluq Bəyin nəvəsi idi.
Gənc yaşlarında Sara Xatun bir müddət müasir Türkiyənin Elazığ ərazisində yerləşən Harput şəhərinin hakimi olmuşdur. Sara Xatun burda hakim olan zaman yerli müsəlmanlar üçün böyük və geniş məscid inşa etdirib. Bundan əlavə, bir zaviyəsi vardır və üzərində “Sara Hatun — Valideyi Uzun Hasan” yazılmışdır.
Sonradan oğlunun yanına köçmüşdü və Həsən Padşah xüsusilə xarici siyasətlə əlaqədar ən çətin məsələlərin həllini Sara Xatuna etibar edirdi.
Sara Xatunun sarayda seçilmiş alimlərdən ibarət komandası var idi. Bu, onun elmə və təhsilə böyük əhəmiyyət verdiyini göstərirdi. Eyni zamanda bütün diplomatik görüşlərdən öncə alimlərdən məsləhət alırdı.
Tarixçi Əkbər Nəcəf yazır ki, Sara Xatun sarayda və rəsmi qəbullarda türk dilində danışırdı. Türk dilinin və ədəbiyyatının inkişafında böyük xidmətləri olmuş, şairləri, ədibləri və elm xadimlərini himayə etmişdi.
Əbu Səidlə sülh danışıqları üçün göndərilən elçilərə də Sara Xatun başçılıq etmişdir. Lakin bu missiya uğursuzluqla nəticələnmişdi.
Sara Xatun Misirə də getmiş, Ağqoyunlularla ittifaq bağlanmasına nail olmuşdur.
Türkiyə Ağqoyunlu dövlətinin müttəfiqi və Aralıq dənizi sahilində əlverişli strateji mövqeyə malik Qaraman əmirliyini aradan qaldırmaq istədikdə Osmanlı imperatoru II Mehmetlə danışıqlar aparmaq üçün Sara Xatun göndərilmişdi. Sara Xatun Osmanlı imperatoru II Mehmetlə bağladığı Yassıçəmən müqaviləsi Ağqoyunluların dövlət müstəqilliyinin saxlanmasında böyük əhəmiyyətə malik idi. Sara Xatun yol boyu sultanı Trabzonu fəth etmək fikrindən çəkindirməyə çalışdı. Diplomatik danışıqlar zamanı Sara Xatun və Sultan arasında belə dialoq olub:
- Ay oğul, Trabzona bu qədər zəhmət niyə çəkirsən? Osmanlı ordusu hündür dağlardan, sıldırım yamaclardan, meşələrdən çətinliklə keçə bilir. Sən buranı gəlinimə bağışla və geri qayıt!
Ona cavab olaraq Sultan deyir:
- Ay ana, bu zəhmət din yolundadır. Çünki əlimizdə İslamın qılıncı var. Bu əziyyəti çəkməsək, bizə qazi demək yalan olar.
Lakin onun səyləri heç bir nəticə vermədi. II Mehmet üçün diplomatik danışıqların heç bir əhəmiyyəti yox idi və o yürüşə çıxıb Trabzonu ələ keçirmək niyyətində idi və qısa zamana bu şəhər onun nəzarəti altına keçdi. Bunu eşidən Sara Xatun öz gəlininin - Dəspinə Xatunun (Şah İsmayılın nənəsi – red.) Trabzonun taxtına varislik hüququnu irəli sürdü. Trabzon xəzinəsini sultanla bölüşdürdükdən sonra Ağqoyunlu elçilərinin başında geri qayıtdı.
Ağqoyunlu dövləti ilə kəskinləşən münasibətləri yumşaltmaq üçün II Mehmet Sara Xatuna xoş rəftar göstərmiş, onu çoxlu hədiyyələrlə geri yola salmışdı.
Venesiya respublikasının senatı onun Ağqoyunlu sarayındakı nüfuzunu nəzərə alaraq bura göndərilən diplomatlarına tapşırırdı ki, Sara Xatuna ehtiram göstərsinlər, müxtəlif hədiyyələr versinlər, məqsədlərinə nail olmaq üçün ondan geniş istifadə etsinlər. Venesiyadan Azərbaycana göndərilən, demək olar ki, bütün diplomatik sənədlərdə Sara Xatunun adı çəkilir, ondan bəhs olunur. Azərbaycana göndərilən Avropa elçilərinə verilən məxfi məlumatlarda mütləq birinci Sara Xatunla görüşmək tapşırılırdı.
Sara Xatun təkcə diplomatiya ilə məşğul olmurdu, bu günə gəlib çatmış bəzi memarlıq abidələrinin, tikililərin yaradılmasında da yaxından iştirak etmişdir. Qaynaqlara görə, Sara Xatun sarayında ona xidmət edənlərə xoş rəftar göstərmiş, xeyriyyə işləri ilə də məşğul olmuşdur. Sarayda hamının “Ana Xatun” deyə çağırdıqları Sara Xatun 75 yaşına qədər dövlət işlərində mühüm rol oynayıb və türk tarixçisi Faruk Sümərə görə, 1465-ci ildə Diyarbəkirdə rəhmətə gedib.
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 2025 00:12
- Şara protokolu kənara qoyub Fidanı qucaqladı
7 dekabr 2025 17:34
- Xruşşovla Maqomayevin qarşıdurması - Baş katibi qəzəbləndirən tvistə qadağa qoyulub
26 noyabr 2025 22:30
- Kəlbəcərin azad olunmasından 5 il ötdü
25 noyabr 2025 00:56
- Azərbaycanda niyə rəsmi milyonçuların siyahısı yoxdur?
7 oktyabr 2025 11:25
- FORBES Türkiyənin ən zəngin- MİLYARDER insanlarını açıqladı - SİYAHI
5 oktyabr 2025 00:26
- Naxçıvanı və Qarabağı düşmənə verməyən – Həkim səhvi ilə dünyasını dəyişən Nazim Hacıyev
27 sentyabr 2025 14:43
- Ərdoğanla Putin də Çindədir - Fotolar
31 avqust 2025 12:01
- Azərbaycanlı fəhlə necə MİLYARDER oldu? – Yarımçıq ömür
10 avqust 2025 22:36
- Generallar üçün sianidli qəhvə - 4 komandanı 4 dəqiqədə necə öldürmək istəmişdilər?
19 iyul 2025 13:06
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
