Ermənilər onu -xalq qəhrəmanı- elan etmişdi... - Kəşfiyyatçı onu niyə öldürmək istəyirdi?

Bu gün Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti Məlik Dadaşovun doğum günüdür.
Kulis.az xəbər verir ki, Məlik Dadaşov 1924-cü ilin 7 iyununda Bakıda doğulub. Ailənin sonbeşiyi olan aktyorun adını atası Şöklü Məliyin şərəfinə qoymuşdu. Ailənin böyük oğlu Salman Dadaşov aktyor olub. “Onun böyük ürəyi” filmində Oqtay rolunu canlandırıb.
Sonralar Sumqayıt teatrının rəhbəri olub. İkinci qardaş Süleyman Dadaşov - Brilyant Dadaşovanın atası riyaziyyat müəllimi idi. Universitetdə dərs deyirdi. Məlik Dadaşov isə uşaqlıqdan incəsənətə bağlı olub. Musiqiyə gedər, kontrabasda çalarmış.
Onun səhnəyə gəlişi 1946-cı ilə təsadüf edir. Səhnə fəaliyyətinə Zaqatalada yenicə açılmış teatrda başlayıb. 23 yaşlı gənc aktyor Zaqatala teatrında əsas rolların ifaçısı idi, əsas qadın obrazlarını isə Sofiya Hüseynova adlı gənc aktrisa oynayırdı.
Bu tərəf-müqabilliyi bir gün bir ailənin əsasının qoyulması ilə nəticələnir. Məlik Dadaşov gənc Sofiya ilə ailə qurur. Bu izdivacdan 1946-cı ildə gələcəyin daha bir aktyoru Rafael Dadaşov dünyaya gəlir. Ancaq cütlüyün izdivacı çox çəkməyib, onlar bir müddət sonra ayrılıblar. Və Məlik Dadaşov Bakıya qayıdaraq "Azdrama"da işə düzəlib və ikinci dəfə ailə qurub.
Onun ikinci evliliyindən iki qız övladı doğulub. Onlardan biri xərçəngdən vəfat edib, digəri isə ABŞ-a köçüb. İllər sonra isə o, 3-cü dəfə özündən 13 yaş kiçik qadınla evlənib. Onların Gülnarə adında daha bir qız övladı doğulub.
Aktyor 100-dən çox tamaşada oynayıb, 50-dən çox filmə çəkilib. Çəkildiyi filmlərlə bağlı maraqlı xatirələr hələ də insanların dilində dolaşır. Belə filmlərdən biri də "Fəryad" idi.
Filmdən sonra erməni diasporu Məlik Dadaşova “Ermənistanın xalq qəhrəmanı” adını vermişdi. Aktyor isə Azərbaycan efirinə çıxaraq bəyan etmişdi ki, o, bu titulu qəbul etmir. Bu hadisədən sonra Məlik Dadaşov özünü çox pis hiss edirdi. Bəlkə də, peşmançılıq çəkirdi:
“Axı mən demişdim bu rolu oynamamalıyam. Bununla bütün xalqın sevgisini itirə bilərəm”, deyirmiş. Oynadığı erməni obrazı insanlar arasında nifrət yaradırmış. Bir çoxları elə bilirmişlər ki, M. Dadaşov, həqiqətən də, ermənidir. Bir dəfə instituta gedəndə “Malakan” bağının yanında bir qadın onu görüb qışqırmağa başlayır:
- “Ay camaat, bu adam ermənidi” - deyib camaatı yığır başına. Bu zaman bir əsgər aktyora yaxınlaşır və ondan sənədlərini tələb edir. Görünür, cavan olduğu üçün aktyoru tanıya bilməmişdi. Qadın isə dediyinin üstündə təkid edirdi: “Mən onu televizorda görmüşəm, o, hərbçi ermənidir”. Axırda aktyor əsgərə deyir: “Bala, mən azərbaycanlıyam, erməni yox. Sən cavansan, məni tanıya bilməmisən. Mən tanınmış aktyoram. Sadəcə, filmdə erməni obrazını yaratdığım üçün qadın məni səhv salıb”.
"Fəryad" filmində bir səhnə var - Xaçaturyan üzünü yuya-yuya erməni mahnısı oxuyur. Bu mahnını Məlik Dadaşov uşaqlıqda məhəllələrində yaşayan ermənilərdən eşitmişdi. Həmin mahnının filmə salınması da onun öz ideyası idi. Bu səhnə kinoteatrda göstəriləndə M.Dadaşovun qızı Gülnarə xanımın arxasında əyləşən qadın qeyri-ixtiyarı “zəhrimar canına, zəhər canına” - deyib hirslənir. Gülnarə arxaya çevrilib qadına, sonra atasına baxır. Atası isə ona əli ilə “əla” işarəsini göstərir.
Film başa çatandan sonra təəccüblə atasına deyir: “Ata, sən necə də alçaq bir insan obrazı yaratmısan”. O, doğrudan da, təəccüblənmişdi. Təəccüblənmişdi ki, gözəl atası birdən-birə necə əclaf insana çevrilə bilib, bu rolu necə yaradıb. Məlik Dadaşov isə qızına belə cavab verir: “Əgər zalda belə reaksiya göstərirlərsə, əgər mənim öz doğma qızım mənə belə söz deyirsə, deməli, bu rolun öhdəsindən gələ bilmişəm”.
1985-ci ildə Məlik Dadaşov “Azərbaycanfilm” və “Belorusfilm”in birgə istehsal etdiyi “Müsahibə götürən adam” filminə çəkilib. Siyasi məsələlərə görə Pakistanda zəhərlənən Anatoli Kavaleznik haqqında olan filmdə Məlik Dadaşov bu ölkənin əks-kəşfiyyat komissarı Niyaz xan obrazını yaradır. Film çəkilən zaman sağ olan Niyaz xan bundan xəbər tutur və onun obrazını yaradacaq aktyoru öldürəcəyi ilə hədələyib. Buna görə də filmin Pakistanda aparılmalı olan çəkilişləri təxirə salınıb. Məlik Dadaşovu da Pakistana qoymayıblar. Filmin çəkilişləri İçərişəhərdə aparılıb.
Aktyor 1996-cı ildə 72 yaşında dünyasını dəyişib. Tədris Teatrında tələbələrlə “Arşın mal alan”ı məşq edirmiş. Bu zaman tələbəsinə epizodu başa salan zaman müvazinətini itirib yıxılır. Gicgahı yaxınlıqdakı stolun küncünə dəyir. Onu xəstəxanaya çatdırsalar M. Dadaşov 6 gün yaşayır...
- Çin Gürcüstanı parada niyə dəvət etməyib ?
31 avqust 2025 21:37
- Çində BU AN! Putin Paşinyanla görüşdü, Əliyevlə GÖRÜŞƏCƏK
31 avqust 2025 20:37
- Putin Çində Paşinyanla görüşüb
31 avqust 2025 20:33
- Ermənistan və Pakistan diplomatik münasibətlər qurdu
31 avqust 2025 20:21
- Prezident və birinci xanım Çinə səfərə getdi (FOTO)
30 avqust 2025 22:29
- Həsənağa Turabovun oğlunun qatili 25 il sonra nələri AÇIQLADI? - VİDEO
30 avqust 2025 12:36
- Bu gün Türkiyədə ZƏFƏR BAYRAMI Günüdür
30 avqust 2025 01:31
- Prezident icra başçısına şiddətli töhmət verdi
30 avqust 2025 00:22
- Kiyevdə MATƏM elan edildi
29 avqust 2025 10:48
- Prezident İlham Əliyev Əl-Ərəbiyə kanalına müsahibə verib: ölkə başçısından mühüm mesajlar (CANLI)
27 avqust 2025 16:53
- Çin Gürcüstanı parada niyə dəvət etməyib ?
31 avqust 21:37
- Çində BU AN! Putin Paşinyanla görüşdü, Əliyevlə GÖRÜŞƏCƏK
31 avqust 20:37
- Putin Çində Paşinyanla görüşüb
31 avqust 20:33
- Ermənistan və Pakistan diplomatik münasibətlər qurdu
31 avqust 20:21
- Azərbaycanlı iş adamı Rusiyada ən böyük mağazalarını itirdi
31 avqust 14:56
- Əfsanəvi Azərbaycan futbolçusu Banişevski 1997-də dərman üçün 100 manat tapmayıb və...
31 avqust 13:23
- Ərdoğanla Putin də Çindədir - Fotolar
31 avqust 12:01
- Turistlər Azərbaycanda ən çox nədən narazı qalıblar? (SİYAHI)
31 avqust 11:09
- ŞOK: ABŞ kəşfiyyatında daxili savaş - Direktor gizli agentlərin SİYAHISINI YAYDI
31 avqust 10:14
- Prezident Çin Sədri ilə görüşdü - Fotolar
31 avqust 09:54
- Ərdoğan Türkiyə xalqını təbrik etdi
30 avqust 23:53
- Prezident və birinci xanım Çinə səfərə getdi (FOTO)
30 avqust 22:29
- Formula 1- ə görə məktəblər gec başlayacaq? (RƏSMİ)
30 avqust 22:18
- Həsənağa Turabovun oğlunun qatili 25 il sonra nələri AÇIQLADI? - VİDEO
30 avqust 12:36
- Xəbəri olmadan adına şirkət açılıb, külli miqdarda vergi borcu yaranıb
30 avqust 11:53
- Ən yüksək keçid balını o topladı - Ölkə rekordunu yenilədi
30 avqust 11:34
- Bakı-Ağdam qatarı 32 ildən sonra reysə çıxdı
30 avqust 09:52
- Rusiyada ...Əminə və Məhəmməd ən çox seçilən körpə adları oldu
30 avqust 03:06
- Bakıda Türkiyənin Zəfər bayramı qeyd olundu - FOTO
30 avqust 02:48
- Bu gün Türkiyədə ZƏFƏR BAYRAMI Günüdür
30 avqust 01:31
- Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu
30 avqust 01:14
- Prezident icra başçısına şiddətli töhmət verdi
30 avqust 00:22
- Kiyevdə MATƏM elan edildi
29 avqust 10:48
- Qurbanov Qurbanov püşkdən narazı qalıb? - Özü açıqladı
29 avqust 10:19
- Azərbaycanda tiktoker saxlanıldı
29 avqust 01:48
- Qaxda bir neçə şəxs tərəfindən zorakılığa məruz qalan 13 yaşlı qız...
29 avqust 01:13
- Əlilliyi ləğv edilmiş Qarabağ qazisinin Agentliyin sədri Ramin Rzayevə MÜRACİƏTİ
28 avqust 19:16
- Azərbaycandan olan qadına Rusiyada 5 il həbs cəzası verildi – Ukrayna kəşfiyyatı ilə əməkdaşlıqda
28 avqust 11:56
- Bakıda DƏHŞƏT: 16 yaşlı oğul anasını hoteldə ÖLDÜRDÜ
28 avqust 11:03
- Daha 3 itkin şəhidimiz dəfn olunacaq - Foto
28 avqust 10:46