Avstraliyanın Kvinslend əyalətində 50 minə yaxın müəllim iş şəraitinin yaxşılaşdırılması tələbi ilə son 15 ildə ilk dəfə etiraz tətilinə çıxıb.
“Report” xəbər verir ki, bu barədə “9News” portalı məlumat yayıb.
“48 min müəllimin iştirak etdiyi tətil Kvinslenddəki bütün 1 266 dövlət məktəbini və 560 min şagirdi əhatə edib”, - məqalədə deyilir.
Etirazlar müəllimlərin həmkarlar ittifaqının hökumətin üç il ərzində maaşların artırılması təklifini rədd etməsindən, əvəzində müəllim çatışmazlığı problemini həll etməyi və iş yerlərində təhlükəsizliyin yaxşılaşdırılmasını tələb etməsindən sonra başlayıb.
Problemi həll etmək üçün həmkarlar ittifaqı və Nazirlər Kabinetinin nümayəndələri Kvinslend Əmək Münasibətləri Komissiyasında danışıqlar aparacaqlar.