Sumqayıtda 10 milyonluq ZƏMANƏT qalmaqalı: Başçı və sağ əli borcu necə qaytaracaq?
Bir müddət əvvəl xəbər vermişdik ki, Sumqayıtda iş adamları ilə yerli İcra Hakimiyyəti orqanı arasında uzun illərdir davam edən borc məsələsi ciddi qalmaqala çevrilib. JAMAZ.İNFO-ya məlumat verən sahibkarlar bildirmişdilər ki, ötən ilin fevral ayında Sumqayıt İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov həmin iş adamlarına “barışıq” təklif edib.
“Barışıq” da ondan ibarət olub ki, həmin sahibkarlar borclarını aldıqlarına dair “vəsaitlərin ödənilməsinə dair zəmanət məktubu” verməli və bunu notarial qaydada təsdiq etməlidirlər. Həmin məktub hazır olduqdan bir gün sonra isə onların borcları tam ödəniləcək.
Həmin məlumatda vurğulanırdı ki, sahibkarların bir neçəsi Fərəcovun şirin dilinə aldanıb, buna razılıq veriblər. Bunun ardından Sumqayıt Şəhər İcra Hakimiyyətinin şöbə müdiri, eyni zamanda Zakir Fərəcovun “sağ əli” kimi tanınan Gündüz Əliyev “borc vəsairlərinin verilməsinə dair zəmanət məktubu”nu hazırlayaraq, onu sahibkarlara təqdim edib. Həmin sahibkarlardan bir neçəsi həmin sənədi notarial qaydada təsdiqləyib. Bir gün sonra isə pulun verilmədiyini, hətta etiraz etdiklərinə görə, təhdid olunduqlarını görən iş adamları elə notarial qaydada həmin “zəmanət məktubu”nu ləğv etdiriblər. Ardından da rəsmi qurumlara teleqarmla müraciət edərək, belə bir sənədin hüquqi əhəmiyyət daşımadığını bildiriblər.
Həmin hadisənin üzərindən bir müddət keçdikdən sonra məlum olub ki, Zakir Fərəcov sözügedən “zəmanət məktubu”nu əlində əsas tutaraq, rəsmi qurumları inandırmağa çalışırmış ki, borc söhbəti yoxdur. Bundan xəbər tutan həmin iş adamlarının bir neçəsi dərhal rəsmi qurumlarla əlaqə saxlayaraq, vəziyyəti izah etdikdən sonra durum dəyişib. Belə ki, dövlət qurumları Zakir Fərəcovdan həmin pulun sahibkaralara qaytarılmasını tələb ediblər.
Elə mərəkə də bundan sonra qopub. JAMAZ.İNFO-ya danışan sahibkarlar bildirirlər ki, Zakir Fərəcov bu məsələdən sonra o, şöbə müdiri Gündüz Əliyevi yanına çağıraraq, problem həll etməyi tapşırıb. Əliyev isə sahibkarları sakitləşdirmək üçün borcun ən azından yarısını verməyin vacib olduğunu, əks təqdirdə daha çox başlarının ağrıyacağını deyib. Bu söz isə Fərəcovun xoşuan gəlməyib və tərəflər arasında mübahisə yaranıb. Hətta iddialara görə, icra başçısı şöbə müdirini otağından belə qovub.
Hal hazırda Gündüz Əliyev sahibkarları sakitləşdirmək və borc məsələsini yoluna qoymaq üçün onlarla görüş keçirməyə cəhd edir. Lakin iş adamları pulları qaytarılmadığı təqdirdə, hər hansı görüşdə iştirak etməyəcəklərini bildiriblər. Üstəlik, xəbərdarlıq ediblər ki, yaxın günlərdə rəsmi qurumların nümayəndələri ilə görüşərək, problem yenidən qaldıracaqlar. Üstəlik, o da məlum olub ki, “zəmanət məktubu” söhbətinə əsaslanan İcra Hakimiyyəti özü çətin duruma düşüb. Çünki həmin sənədin notarial qaydada ləğv edilməsi, hazırda isə ondan istifadənin özünün “saxtakarlıq” olması rəsmi qurumlara məlum olub.
Xatırladaq ki, 2016-cı ildən bəri yaranan bocr qalmaqalı nəticəsində sahibkarlara müxtəlif işlərin görülməsi müqabilində 10 milyon manat ödənilməlidir.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
- Anası ayrılmaq istəyib, məşqçi də hirsini Fəriddən çıxıb – Şahid DANIŞDI
13 may 2024 11:42
- Prezident Zakir Fərəcovla Gündüz Əliyevin işini nəzarətə götürsə... - Sahibkarlar xahiş etdi
10 may 2024 12:47
- Sənədsiz evi olanlara şad xəbər
9 may 2024 23:29
- Alman ayaqqabısı - Daşqın Məmmədovun hekayəsi
9 may 2024 23:03
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
7 may 2024 01:46
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
7 may 2024 01:02
- Alimlər 2700 ildən çox yaşı olan Assuriya məbədinin sirrini açdı
4 may 2024 22:25
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
3 may 2024 21:47
- Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar
3 may 2024 12:45
- Komitə İRŞAD-dan kompüter aldı, özünü dərdə saldı — FAKT
3 may 2024 12:39
- Anası ayrılmaq istəyib, məşqçi də hirsini Fəriddən çıxıb – Şahid DANIŞDI
13 may 11:42
- Prezident qəbul keçirdi - Fotolar
13 may 11:13
- Prezident məni bağrına basdı, çox həyəcanlı idim - Fotolar
12 may 12:09
- Zakir Fərəcov məhkəməyə verildi
11 may 19:34
- Ziba Osmanova iki azyaşlını maşınla vurdu
11 may 19:18
- Ramiz Tahirov vəzifəsindən azad olundu - Foto
11 may 16:54
- Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto
11 may 16:39
- Prezident Füzulidə açılış etdi - Fotolar - Yenilənib
10 may 16:17
- Müşfiq Atakişiyevə 14 il 6 ay həbs cəzası verildi
10 may 16:10
- İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad (VİDEO)
10 may 12:27
- Prezident Zakir Fərəcovla Gündüz Əliyevin işini nəzarətə götürsə... - Sahibkarlar xahiş etdi
10 may 12:20
- Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar
10 may 12:00
- Sənədsiz evi olanlara şad xəbər
09 may 23:29
- Rusiya sərhədçiləri Ermənistanın hansı bölgəsində qalacaq?
09 may 23:20
- Alman ayaqqabısı - Daşqın Məmmədovun hekayəsi
09 may 23:03
- Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi
09 may 12:11
- Bu ölkədə ilk dəfə qadın prezident seçildi
09 may 12:06
- Azərbaycanda Qələbə Günü qeyd olunur
09 may 11:57
- Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı - Video
08 may 16:23
- Azərbaycanda yeni idman növü yaradıldı
08 may 12:50
- Prezidentlərin geniş tərkibdə görüş keçirilir (YENİLƏNİB)
08 may 12:25
- İşdən çıxarılan məşhur cərrah danışdı
08 may 10:22
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
08 may 00:22
- Bolqarıstan Prezidenti Azərbaycandadır
07 may 20:42
- Putin and içdi - Video - Yenilənib
07 may 16:18
- Novruz Məmmədov vəzifəsindən azad edildi
07 may 15:58
- İlham Əliyevin Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb
07 may 14:24
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
07 may 14:18
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
07 may 12:14
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
07 may 11:42