Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə xanım Sadıxova haqqında…
…Axşam saat 21:00 radələridir. Mobil telefonuma tanmadığım nömrədən zəng gəlir. Bir qız uşağı çox kövrək səslə, az qala ağlaya-ağlaya deyir: “Kamran müəllim, atam Bakıda, Abşeron xəstəxanasında əməliyyat olunmalıdır, rayondan zəng edirəm, 2 saatdır şəhər telefonu ilə əlaqə saxlaya bilmirik, yalvarıram bizim ailəyə kömək edin, atamdan xəbər tutaq...”
Soruşuram ki, ay qızım, siz kimsiniz, haradan zəng edirsiniz, mənim telefonumu haradan bilirsiniz və s.və i
Nə isə qızın atasının ad və soyadını soruşub qeyd edirəm və deyirəm çalışacam kömək edim...
Fikirləşirəm gecənin bu vaxtı Abşeron xəstəxanası...mən kimə zəng edim...bu uşağa necə kömək edim ?
Gecənin bu vaxtı heç qardaş qardaşı narahat etmək istəmir...
Xeyli fikirləşirəm nə edim, kimə zəng edim. Və qızın səsi qulaqlarımdan getmir:Bizə kömək edin, atamdan xəbər tutaq...Son ümid yeri sizsiniz...
Və birdən ağlıma Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə xanın Sadıxova gəlir. Şəxsən tanımıram, ancaq bir il əvvəl işlə bağlı 1-2 dəqiqə mobil telefonla danışmışıq. Vəssəlam.
Amma düşünürəm gecənin bu vaxtı ( artıq gecə saat 10-a az qalıb ) mən necə zəng edim Səkinə xanıma. Adama deyərlər ayıbdır camaat yatmağa hazırlaşır...
Nə isə zavallı qızın səsi qulağımdan getmir, rahat ola bilmirəm, mən nə edim...
Bir təhər özümü toparlayıb Səkinə xanımın mobil nömrəsinə ( vtsp) xəstənin ad-soyadını yazıb, acizanə xahiş edirəm...
Və 10 dəqiqə sonra Səkinə xanım yazır: Xəstə əməliyyatdan uğurla çıxıb, hazırda palatadadır, qəti narahat olmayın. Və mənə zəng edərək xəstənin ailəsinə narahat olmamağı tövsiyyə edir.
Elə bil üstümdən dağ götürülür və qıza zəng edərək Səkinə xanımın dediklərini söyləyirəm.
İlahi, telefondakı sevinci, şadlığlı eşitmirəm ee, az qala görürəm...
Təkrar-təkrar “Kamran müəllim, ömür boyu sizə duaçıyıq...” eşidirəm və deyirəm “Qızım, mənə yox, Səkinə xanıma duaçı olun, gecənin bu vaxtı...”
Qız təəccüblə soruşur ki, Səkinə xanım kimdir...
Sözün qısası, Səkinə xanımın köməyi ilə bir ailəni dəhşətli əzabdan, nigarançılıqdan qurtara bilirik.
Bu hadisəni nə üçün qələmə aldım ?
Birincisi, onu qeyd edim ki, Səkinə xanımın bu yazıya ehtiyacı yoxdur.
İkincisi, heç bir məmur, o cümlədən, direktor Səkinə xanım
hamının dərdinə çarə tapa bilməz. Doğrudan da, heç bir məmurun, o cümlədən Səkinə xanımın sehrli çubuğu-zadı yoxdur ki, bir dəqiqədə hamının problemini həll etsin.
Amma insana insan kimi yanaşmaq, onu dinləmək, gecə saat 10-da dərdinə şərik olmaq və kömək etmək İNSANLIQ məsələsidir.
Cəmiyyətimizdə Səkinə xanım kimi NÜMUNƏ-lər olanda adam sevinir, özünə, millətinə, dövlətinə hörməti daha da artır.
Sonda onu da qeyd edim ki, dilimizdə məşhur ifadə var: “Alim olmaq asandır, İNSAN olmaq çətindir”. İndiki halda isə belə deyək: “Məmur olmaq asandır, İNSAN olmaq çətindir”.
Onu da qeyd edək ki, Səkinə Sadıxova Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2016-cı ildə “Tərəqqi” medalı ilə təltif olunub.
NUH.az-ın Baş redaktoru Kamran Məhərrəmli
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 2026 22:57
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 2026 21:34
- Sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün 85,8 milyon manat ayrıldı
28 aprel 2026 12:18
- Vaqif Axundova AĞIR İTKİ
28 aprel 2026 09:40
- Xocavənd, Qırmızı Bazar və Xanobaya köç karvanları yola salındı (FOTO)
28 aprel 2026 09:23
- Zərifə Əliyevanın doğum günüdür
28 aprel 2026 00:36
- Milli Məclisin iclası başladı: 11 məsələyə baxılır
27 aprel 2026 11:32
- Türk-Azərbaycan diasporları küçələrə çıxdı: Nyu Yorkda Mamdaniyə qarşı etirazlar - FOTO
27 aprel 2026 10:19
- Azərbaycada məşhur icra başçısı vəfat etdi
26 aprel 2026 23:50
- Trampın olduğu tədbirdə atışma
26 aprel 2026 10:04
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 22:57
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 21:34
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 21:01
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 20:00
- Həmişə o sarayda yaşamaq istəmişəm - Tramp
28 aprel 19:09
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 16:33
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 14:47
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 13:55
- Sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün 85,8 milyon manat ayrıldı
28 aprel 12:18
- Andrey Babişin Azərbaycana səfəri başa çatdı - FOTO
28 aprel 10:55
- Türkiyədə 21 yaşlı oğlanı GƏNƏ dişlədi - ÖLDÜ
28 aprel 10:03
- Azərbaycanda rus sektoruna qəbul qaydası dəyişdi
28 aprel 09:53
- Vaqif Axundova AĞIR İTKİ
28 aprel 09:40
- Xocavənd, Qırmızı Bazar və Xanobaya köç karvanları yola salındı (FOTO)
28 aprel 09:23
- Zərifə Əliyevanın doğum günüdür
28 aprel 00:36
- Mikayıl İsmayılovun oğlu məhkəmənin təyin etdiyi ekspertizadan NİYƏ QAÇIR..?
28 aprel 00:06
- TƏCİLİ! Baş nazir benzinlə bağlı QƏRAR İMZALADI
27 aprel 21:07
- Qar yağacaq, dolu düşəcək - Xəbərdarlıq
27 aprel 20:40
- Qəbələdə rəsmi lanç verildi - Fotolar
27 aprel 16:05
- İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)
27 aprel 13:09
- ŞOK - Erməni jurnalist Azərbaycana müraciət etdi: Rica edirəm qalan ERMƏNİ OĞ.AŞLARI BURAXMAYIN
27 aprel 12:09
- Prezident həmkarını təbrik etdi
27 aprel 11:36
- Milli Məclisin iclası başladı: 11 məsələyə baxılır
27 aprel 11:32
- Gəlini Milli Qəhrəmanın adını daşıyan nəvəsinin şəklini paylaşdı - FOTO
27 aprel 10:30
- Türk-Azərbaycan diasporları küçələrə çıxdı: Nyu Yorkda Mamdaniyə qarşı etirazlar - FOTO
27 aprel 10:19
