Lalə Ümid yeni kitabını təqdim etdi – Foto
Bakının göz bəbəyi İçəri Şəhərdə filoloq-dilçi, “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyinin (MHUİB), Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin, Avropa Təbiət Elmləri Akademiyasının həqiqi, eləcə də Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin (İLESAM) üzvü Lalə Ümid (Bağırovanın) sayca doqquzuncu “Ağabala” kitabının təqdimat gecəsi keçirilib.
Tribunainfo.az xəbər verir ki, Bakıda, ictimai xadim Marlen Bağırovun ailəsində anadan olan Lalə Bağırova BDU-nun filalogiya fakültəsinin tərçüməçilik ixtisasını bitirib yaradıcılıq fəaliyyətinə başlayıb. “Ağabala” müasir Azərbaycan yazıçısı Lalə Ümid hekayələr kitabıdır. Yazıçının bu günə qədər “Sevgi dərsi”, “Vicdanla sevdalaşma”, “İntuitsia”, “Cəhənnəmə gedən yolu necə tapdım”, “Zənglərin zamanı”, “Kirpiciklə Şirincikin macəraları” 1 və 2 hissə, “Kotlet adlı pisiklə Küftə adlı itin nağılı” kimi kitabları işıq üzü görüb.
Respublikanın əməkdar artisti, “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyi İdarə Heyyətinin sədri Gövhər Həsən-zadə gecəni açıq elan etdikdən sonra tədbir iştirakçıları müəllifin yaradıcılığından, onun bütün hekayələrində doğma Bakını təsvir etməsindən bəhs edən maraqlı çıxışlar ediblər. Əməkdar jurnalist, pedaqoq, “Azad Azərbaycan” Teleradio Şirkətinin Bədii Şura sədri, Bakı Slavyan Universitetinin professoru, eləcə də MHUİB-nin üzvü (şair, tərcüməçi, drammaturq Az.YB-nin üzvü Adil Babayevin varisi) Etibar Babayev kitab haqqında öz dəyərli fikirlərini bu cür dilə gətirib:
” Yazıçının ən sevimli mövzusu olan Abşerona sevgi, onun yazdığı hekayələrdə, sanki nəsillərin müdrikliyini, doğma xalqa sevgisini, xeyirxahlığını, kimliyini oxucuya sadə və çox səmimi dillə çatdırmışdır”.
Daha sonra MHUİB-in daha bir üzvü (Azərbaycan görkəmli bəstəkarı, pianoçu, dirijor, Azərbaycan SSR xalq artisti, Azərbaycan caz və estrada musiqisinin banilərindən biri Tofiq Quliyevin varisi) Əməkdar İncəsənət Xadimi Lalə Quliyeva dəyərli fikirlərini bölüşüb:
“Burada hər sətir bir sevgi etirafıdır! Kitab insana ümidqarışıq rahatlıq gətirir, yüksək əhval-ruhiyyə yaradır. Hekayələr təkcə qəhrəmanların həyatının gözlənilməz şəkildə bəlli olması, incə psixoloji tərəfləri, bəzən mistik süjetlərlə deyil, həm də müəllifin yaşamaq haqqında tövsiyələri, Abşeron günəşinin gözəlliyindən zövq alması, sevgi hissləri aşılaması ilə maraqlıdır…”.
Gecədə azərbaycanlı tenor, opera ifaçısı, Azərbaycan Respublikasının Xalq artisti , “Şou Plus” kanalın baş direktoru Samir Cəfərov, eləcə də kanalın prezidenti Malik Məmmədov, MHUİB-in İdarə Heyətinin üzvü, Respublikanın Əməkdar artisti, bəstəkar Vüqar Camalzadə, “Finlandiya -Azərbaycan Dostluğu” Cəmiyyətinin sədri Təranə Nəzərova, şair, jurnalist Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, AYB-nin Mətbuat Xidməti və Türkiyə İlm ve Edebiyyat Eseri Sahibleri Meslek Birliğinin (İLESAM) Beynəlxalq Əlaqələr bölməsinin rəhbəri Xəyal Rza , Tribunainfo.az saytının rəhbəri Əlişir Əhəd və şairə AYB-nin üzvü Xanım Aydın qonaqlar siyahısına daxil idilər.
İran bəstəkar və ifaçısı Arif Mehmandost öz ifası ilə gecəyə əsrarəngiz gözəllik qatıb. Xüsusilə dəyərli qələm ustamız şair, dramaturq, AYB-nin üzvü Nəriman Həsənzadənin sözlərinə bəstələdiyi “Qayıt” mahnısı tamaşaçılar tərəfindən böyük coşquyla qarşılanıb.
Müəllif tədbir iştirakçılarına öz imzalı kitablarını təqdim edərək, bu dəyərli gündə ona dəstək verib iştirak etdikləri üçün eləcə də tədbirin təşkil olunmasında əziyyəti olan “İZ.Community”-yə dərin minnətdarlığını bildirib. Sonda xatirə şəkilləri çəkildi.
Biz də MHUİB-nə və Lalə xanıma yaradıcılıq uğurları arzulayır, belə gecələrin daha çox olmasına ümid edirik.
000
- Bakcell F1 Star Azərbaycanda ən sürətli fiber internetini təqdim edir
15 may 2024 13:11
- Prezident qəbul keçirdi - Fotolar - Yenilənib
14 may 2024 13:17
- Anası ayrılmaq istəyib, məşqçi də hirsini Fəriddən çıxıb – Şahid DANIŞDI
13 may 2024 11:42
- Prezident məni bağrına basdı, çox həyəcanlı idim - Fotolar
12 may 2024 12:09
- Ramiz Tahirov vəzifəsindən azad olundu - Foto
11 may 2024 16:54
- Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto
11 may 2024 16:39
- Prezident Füzulidə açılış etdi - Fotolar - Yenilənib
10 may 2024 16:17
- Prezident Zakir Fərəcovla Gündüz Əliyevin işini nəzarətə götürsə... - Sahibkarlar xahiş etdi
10 may 2024 12:47
- Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar
10 may 2024 12:00
- Sənədsiz evi olanlara şad xəbər
9 may 2024 23:29
- Prezident bu qurumun ləğv edilməsinin vaxtı çatdığını bildirir
15 may 13:22
- Bakcell F1 Star Azərbaycanda ən sürətli fiber internetini təqdim edir
15 may 13:11
- Prezident qəbul keçirdi - Fotolar - Yenilənib
14 may 13:17
- Zakir Fərəcov korrupsiyaya bulaşanları niyə qoruyur
14 may 13:00
- Anası ayrılmaq istəyib, məşqçi də hirsini Fəriddən çıxıb – Şahid DANIŞDI
13 may 11:42
- Prezident qəbul keçirdi - Fotolar
13 may 11:13
- Prezident məni bağrına basdı, çox həyəcanlı idim - Fotolar
12 may 12:09
- Zakir Fərəcov məhkəməyə verildi
11 may 19:34
- Ziba Osmanova iki azyaşlını maşınla vurdu
11 may 19:18
- Ramiz Tahirov vəzifəsindən azad olundu - Foto
11 may 16:54
- Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto
11 may 16:39
- Prezident Füzulidə açılış etdi - Fotolar - Yenilənib
10 may 16:17
- Müşfiq Atakişiyevə 14 il 6 ay həbs cəzası verildi
10 may 16:10
- İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad (VİDEO)
10 may 12:27
- Prezident Zakir Fərəcovla Gündüz Əliyevin işini nəzarətə götürsə... - Sahibkarlar xahiş etdi
10 may 12:20
- Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar
10 may 12:00
- Sənədsiz evi olanlara şad xəbər
09 may 23:29
- Rusiya sərhədçiləri Ermənistanın hansı bölgəsində qalacaq?
09 may 23:20
- Alman ayaqqabısı - Daşqın Məmmədovun hekayəsi
09 may 23:03
- Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi
09 may 12:11
- Bu ölkədə ilk dəfə qadın prezident seçildi
09 may 12:06
- Azərbaycanda Qələbə Günü qeyd olunur
09 may 11:57
- Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı - Video
08 may 16:23
- Azərbaycanda yeni idman növü yaradıldı
08 may 12:50
- Prezidentlərin geniş tərkibdə görüş keçirilir (YENİLƏNİB)
08 may 12:25
- İşdən çıxarılan məşhur cərrah danışdı
08 may 10:22
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
08 may 00:22
- Bolqarıstan Prezidenti Azərbaycandadır
07 may 20:42
- Putin and içdi - Video - Yenilənib
07 may 16:18
- Novruz Məmmədov vəzifəsindən azad edildi
07 may 15:58