Küçə ticarəti bolluq deməkdi
Maraqlı29 sentyabr 2025 10:55

Bakıda küçə ticarətinə basqılardan bəri piştaxtaların üzərinə qalaqlanan bol meyvə-tərəvəz, ağartı məhsulları, kənd nemətləri tədricən yoxa çıxmaqdadı. Küçə kənarlarında, metro çıxışlarında, bazarların yaxınlığında kənddən gətirilmiş meyvə-tərəvəz, pendir, bal, göy-göyərti satan kəndlilərin şəhərə yolu bağlanır.
Küçə ticarəti niyə qadağan edilir?
Rəsmi qurumlar bu məsələni şəhərdə səliqə-səhman yaratmaqla əsaslandırır. Halbuki küçə ticarəti heç də səliqəsizlik kimi görünmür, əksinə, bolluq, bərəkət yaradır.
İkincisi, küçə ticarəti kəndlə şəhərin açıq təmasına səbəb olur. Rayonlardan paytaxta gələn kəndlilər öz məhsullarını alıcıya birbaşa təqdim edirlər. Bu, kəndlinin maddi imkanının artması, şəhər sakininin isə ucuz qiymətə təbii ərzaqlarla qidalanması deməkdi. Kənd məhsullarında süni parıltı, qablaşdırma oyunları olmadığına görə paket ərzaqlarla müqayisədə daha ucuz qiymətə təklif olunur.
Küçə ticarətinin ləğvi çoxlu sayda sosial problemə yol açır. Belə ki, kənddə əkin-biçinlə məşğul olaraq məhsul yetişdirən, amma onu topdansatış bazarlarına ucuz qiymətə verib əziyyətinin dəyərini almayan kənd adamı üçün artıq məhsul yetişdirmək cəlbedici olmur. Kənddə becərdiyi məhsulu iri şəhərlərə gətirib satmaq istəyən kəndli bu qadağaya görə faktiki olaraq, öz iş yerini itirmiş olur. Belə olan halda kənd təsərrüfatını necə dirçəldə bilərik?
Bu məsələdə ən böyük problem isə ədalətsiz rəqabət mühitidi. Həqiqət budur ki, küçə ticarətinə qarşı aparılan kampaniyalar çox vaxt iri marketlərin marağından doğur. Onlar istəyir ki, alıcı kənd təsərrüfatı məhsullarını da marketdən alsın. Küçə ticarəti isə bu məqsədə maneə olur, çünki kəndli məhsulunu bazara özü çıxarır, heç kimin icarəsinə, qiymət diktəsinə möhtac olmaq istəmir.
Lakin görünən odur ki, bu siyasət yalnız böyük ticarətçilərə sərf edir. Çünki onlar kəndlini sıxışdırmaqla həm qiymətləri diktə etmək, həm də alıcını məcburi şəkildə öz obyektlərinə yönləndirmək istəyirlər.
Unutmayaq ki, küçə ticarəti təkcə insanların dolanışıq məsələsi deyil, bu həm də sosial dinamikanı təmin edən reallıqdır. Küçə ticarətini sıxışdırmaq kəndlini qazanmaq imkanından məhrum etmək, şəhər sakinlərini isə monopolist bazarların ümidinə buraxmaq deməkdir.
Biz həqiqətən qayda-qanuna tabe olmaq istəyiriksə onda küçə ticarəti qadağan etməməliyik. Əksinə, bu ticarətlə məşğul olmaq istəyənlərə münasib, səliqəli yerlər ayırmalı, icarə haqlarını azaltmalıyıq. Çünki kənd məhsulu və kəndçinin zəhməti təkcə bazarın deyil, bütöv bir xalqın sağlamlığının, iqtisadiyatının və gələcəyinin əsas sütunlarındandı.
Murad Köhnəqala
Oxşar xəbərlər
- Xan qızının kötücəsi onu məhkəməyə verir: Natəvanı küçə qadını obrazında yaradıblar
30 sentyabr 2025 00:52
- Azərbaycan kürünü xaricə neçəyə satır?
11 sentyabr 2025 10:27
- 234 il keçdi: Köləliyə qarşı ilk üsyan - Müasir köləlik necə -çiçəklənir- ?
23 avqust 2025 20:09
- Trampın sərvəti neçə milyard dollardır?..- Nyu-York Tayms
6 iyul 2025 11:53
- Prezidentin o mesajı - Hüdudlarımızın kənarında...
26 iyun 2025 10:42
- Orta Əsrlərdə Türk Xanədanlarının saray intriqaları və zəhər savaşları
24 iyun 2025 22:55
- Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edə bilər
9 iyun 2025 02:47
- ABŞ-də BİRİNCİ seçilən azərbaycanlı (FOTO)
7 iyun 2025 11:51
- Rusiyanın miqrantlardan depozit tələbi - Məqsəd nədir? - Açıqlama
4 iyun 2025 01:11
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
9 aprel 2025 14:24
Xəbər lenti
- Təcili! Putin AZAL faciəsinə görə Azərbaycan Prezidentindən üzr istədi
09 oktyabr 15:59
- Düşənbədə Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü keçirilir
09 oktyabr 15:37
- Əminə Yusifqızı vəfat etdi
09 oktyabr 14:53
- Prezident Tacikistana səfərə getdi (FOTO)
09 oktyabr 14:31
- Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
09 oktyabr 10:57
- Qazaxıstanda pedofillər məcburi axtalanacaq
09 oktyabr 01:38
- Millimiz Fransaya 8-0 məğlub oldu
09 oktyabr 01:29
- Sabah Düşənbədə görüşəcəklər - Peskov
09 oktyabr 01:19
- Hadrutun işğaldan azad olunmasından 5 il ötür
09 oktyabr 00:50
- Prezident qardaş ölkələrə təşəkkür etdi
08 oktyabr 21:42
- Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş (FOTO)
08 oktyabr 21:37
- Prezident qəbul keçirdi - Fotolar
08 oktyabr 13:15
- Dənizkənarı Milli Park Green Flag Award mükafatına layiq görüldü - Fotolar
08 oktyabr 12:43
- Türk liderlərin Qəbələdən dünyaya mesajları
08 oktyabr 10:29
- AYNA yolların xətlənməsinə 45 milyon xərcləyəcək
08 oktyabr 10:17
- Bu gün III MDB Oyunlarının bağlanış mərasimi olacaq
08 oktyabr 10:07
- Coca-Cola qaraciyəri spirtli içkilərdən çox zədələyir
08 oktyabr 02:31
- 36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər - Video
08 oktyabr 02:20
- İstanbulda Bəxtiyar Vahabzadənin qorelyefi qoyuldu - Fotolar
08 oktyabr 02:08
- Tovuzda itin dişlədiyi məktəbli Bakıda xəstəxanada öldü
08 oktyabr 01:52
- Doğum nisbətinin ən aşağı və ən yüksək olan ölkələr (SİYAHI)
08 oktyabr 01:43
- Sensasiya: Putinin Kabayevadan iki oğlu var, soyadları başqa cürdür
07 oktyabr 17:08
- Füzuli məscidinin təməli qoyuldu
07 oktyabr 15:53
- Fizika üzrə Nobel mükafatı laureatları məlum oldu
07 oktyabr 14:08
- İlham Əliyev Vladimir Putini təbrik etdi
07 oktyabr 14:00
- İlham Əliyev Qəbələdə Qurbanqulu Berdiməhəmmədovla görüşdü
07 oktyabr 12:45
- Bakıda parkda söyüş söyən vəzifəli şəxs həbs edildi
07 oktyabr 12:33
- Azərbaycanda niyə rəsmi milyonçuların siyahısı yoxdur?
07 oktyabr 11:25
- Berdiməhəmmədov Qəbələdədir
07 oktyabr 10:17
- Bir yemək 650, şərab 1700 manat - Bakının ən bahalı restoranları
07 oktyabr 10:06
Video & Fotoqalereya
Video
Fotoqalereya