- Qədim Romada qızlar neçə yaşında ərə verilirdi? - Bu gün vəhşilik kimi görünür
- Azərbaycanın paytaxtı Bakı HƏYAT indeksinə görə dünyada 236-cı yerdədir
- Tofiq Zülfüqarovdan xəbərdarlıq: Azərbaycanı mühasirəyə almaq planı işə düşüb…
- Azərbaycan alimləri Rusiya ərazisinə BURAXILMASIN - Aleksandr Dyukov
- Rusiyada daha bir azərbaycanlı biznesmen saxlanıldı
Türk dünyasının gizli xeyriyyəçiləri MƏLAMİ DƏRVİŞLƏRİ

Türk dünyasının tarixi yalnız imperiyalarla, fatehlərlə və saraylarla deyil, həm də xalq arasında gizli şəkildə fəaliyyət göstərən ruhani cərəyanlarla zəngindir.
İctimai həyatın zahiri görkəminin arxasında, görünməyən dərin qatlarda fəaliyyət göstərən bu sufi cərəyanlar bəzən bir dövlətin ideoloji dayağına çevrilmiş, bəzən də imperiyaların sərt siyasətləri qarşısında səssiz etiraz ruhu olmuşdur. Bu baxımdan məlamilik — zahiri zahidlik və dini nümayişkarlığı rədd edən, yaxşılığı gizlətməyi, özünü inkarı və səmimi mənəviyyatı əsas alan bir sufi məktəb — türklərin sufi dünyagörüşündə mühüm yer tutur.
Xorasan, Azərbaycan, Anadolu və Balkanlar kimi türk məkanlarında əsrlər boyu yayılmış məlamilik təriqəti, yalnız dini deyil, həm də sosial, mədəni və siyasi baxımdan dərin iz buraxmışdır. Məlamilər “görünmədən yaxşılıq edən”, ibadətini belə gizlədən, öz mənəviyyatını ictimai kimlikdən üstün tutan dərvişlər kimi türk sufilik tarixində “gizli xeyriyyəçilər” obrazını formalaşdırmışlar.
Bu yazıda məlamiliyin ortaya çıxışı, tarixi inkişafı, əsas prinsipləri və Türk dünyasında — xüsusilə də Səfəvilərlə olan əlaqələri kontekstində rolu elmi-publisistik baxışla təhlil edilir. Məqsəd, bu sufi cərəyanının sadəcə dini bir axın olmadığını, eyni zamanda türklərin sosial-ictimai münasibətlər sistemində və milli mənəviyyat formalaşmasında necə mühüm yer tutduğunu göstərməkdir.
Türk dünyasının dərvişləri.... məlamilər kim idi?!
Təriqətlərin bünövrəsi sayılan məlamilər orta əsrlərin gizli dərviş təriqəti sayılır. Adlarını da məhz buradan alıblar. Xorasan türkləri və Azərbaycanda geniş yayılan bu təriqət daha sonra ortaya çıxan onlarla sufi təriqət və təşkilatın əsası salır.
Məlamilər adlarını ərəbcə “levm” kökündən yaranan “pisi görmək, danlamaq, sərzəniş etmək, çirkin hesab etmək”, yəni “yaxşılığı gizlədib, pisi ortaya çıxartmaq” mənasında olan mela-me sözündən alıblar. Əvvəllər gizli ictimai bir davranış şəklində, daha sonra təriqət formasında fəaliyyət göstərən məlamilər xeyriyyəçi sufilərin gizli təşkilatı idi. Gizli olmasına səbəb etdikləri köməkliyi, yardımı, ibadətlərini və gözəl əxlaqlarını gizlədib, bu kimlikləri ortaya çıxdıqda onu inkar etmələrindən irəli gəlirdi. Çünki onlar bu davranışların bilinməsini və bu hərəkətlər səbəbindən xalq arasında ucaldılmaq istəmirdilər.
Birinci dövr məlamilər Xorasanda və Azərbaycanda, ikinci dövr məlamiləri Anadoluda, üçüncü dövr məlamiləri isə Balkanlarda fəaliyyət göstəriblər. Bu da məlamilərin əsasən türk ölkələrində fəaliyyət göstərdiyini və türklər arasında təsəvvüfi islam anlayışını təbliğ etdiklərini deməyə əsas verir. Hətta ikinci dövr məlamiliyi Hacı Bayram Vəlinin müridi Dədə Ömərlə başlayıb XVII əsrə qədər davam etmişdir. Bu dövr məlamiləri səfəvi əlaqələri səbəbindən Osmanlı hakimiyyətinin güclü təqibinə və təzyiqlərinə məruz qalmışdılar. Üçüncü dövr məlamiləri fəaliyyətlərinə Şeyx Məhəmməd Nur əl-Ərəbi ilə XIX əsrdə Bosniyada başlamışdılar.
Məlamilər dərvişanə həyat yaşasalar da, özlərini xalq arasında gizlətməyə üstünlük verirdilər. Onların başlıca iddiası təmtaraqlı zahidlik həyatının yaşanmasının, etdiyi ibadəti gözə soxmağın özü də insan mənliyinə düşkünlükdən irəli gəldiyi və özündən razılığa əlamət olduğu idi. Onlara görə, həqiqi mömin öz daxili dünyasını Allahdan uzaqlaşacağı qorxusu ilə başqalarından gizlətməlidir.
Xorasanda ortaya çıxan məlamilik İslam dünyasında çox sürətlə yayılmışdır. Xüsusilə də Azərbaycan və Anadoluda məslək sahibi olub, amma sufi həyatı yaşayan çox sayda gizli dərviş bu təriqətin üzvü idilər. IX–XI əsrlər arasında Xorasandan Azərbaycana qədər, xüsusilə sənətkarlar (əsnaf) və tacirlər (tüccar) arasında yayılan məlamilik təriqət formasını almadı. Buna görə də ilk dövr məlamililiyi məşrəb (davranış) hesab olunur. Amma sufi cərəyanlara dərindən təsir edən məlamilik, xüsusilə də kübrəvilik və qələndərlik kimi orta əsrlər İslam Şərqinin iki güclü təriqətinin yaranmasına təkan vermişdir.
Türk şahzadəsi necə dərviş olsu... Sufilərin qütbü – İbrahim ibn Ədhəm
İbrahim ibn Ədhəm təsəvvüf tarixinin ilk sufilərindən hesab olunur. Kimliyi, həyatı və nəsəbi haqqında müxtəlif iddialar var. Onun Xorasanın Bəlx şəhərində dünyaya gəldiyi və əsl adının Əbu İshaq İbrahim ibn Ədhəm olduğu qeyd edilir.
Məhəmməd ibn İbrahim əl-Həmədani kimi iki böyük təsəvvüf alimi ilə tarixçi İbn əl-Cövziyə görə, İbrahim ibn Ədhəm Bəlxdəki türk hökmdar sülaləsindən bir şəhzadə idi. İbrahim ibn Ədhəmin sufi həyatı haqqındakı rəvayətlərin çoxunda o, Bəlx hakimi olaraq göstərilir. Hətta onu ərəb Təmim qəbiləsinə aid edən belə İbrahim ibn Ədhəmdən Bəlx hakimi kimi söz açırlar. İslamdan qabaq Bəlx şəhəri buddizmin mərkəzləri arasında göstərilir. İbrahim ibn Ədhəmin təsəvvüf anlayışında buddizm meyllərinin olduğu da məlumdur. 848-ci ildə türk əsilli Davudilər sülaləsinin hakimiyyətə gəlməsinə qədər Bəlx Toxaristan türk yabquları tərəfindən idarə edilmişdi. Bundan başqa paytaxtı Bəlx olan Toxaristan bölgəsində qələbəlik qarluq türkləri məskunlaşmışdı. Belə olan halda İbrahim ibn Ədhəmin budizmlə yaxın bağları olan Bəlxdəki türk hökmdarları sülaləsindən olduğu aydın olur.
İbrahim ibn Ədhəmin anadan olduğu tarix mübahisəlidir. Mənbələr onun “ümmül-bilad” adlanan Bəlxdə dünyaya gəldiyini qeyd edir. Bu şəhər ərəb mənbələrinə görə Guz (Oğuz) ölkəsinin başlağıcı idi. Mənbələrin birində Ədhəmin 624-cü ildə, başqa bir mənbədə isə hicri 112-ci ildə (730) dünyaya gəldiyi yazılıb. Ölüm tarixi isə miladi 777 ilə 783 arasında dəyişir.
İbrahim ibn Ədhəmin zühd həyatını seçməsi haqqına müxtəlif rəvayətlər var. Çox sayda mənbədə İbrahim ibn Ədhəmin sufilik həyatı şərh olunur. Amma bu mənkıbələr arasında ən etibarlısı müridi İbrahim ibn Bəşşar tərəfindən qələmə alınan risalədir. Müridi şeyxi sufi həyatı seçməsini mövüzəvi hadisələrlə izah edir. Onun yazdığına görə, gənclik illərində ova çıxan Ədhəm bir ceyranı ovlamaq istədiyi zaman heyvan ona iki dəfə “sən bu iş üçün yaradıldın, yoxsa səni buna məcbur edən var?” sözləri ilə baxmışdı. Eyni sözləri atanın yəhərinin qaşından da gəlməsi üzərinə İbrahim ibn Ədhəm malını, mülkünü, tacını və libasını çobanına verib, çobanın yöndəmsiz əbasına bürünmüş və aralarında Abdullah ibn Mübarəkin də olduğu 60 nəfərlə Məkkə yoluna çıxmışdır.
“Ceyran hekayəsi” bir çox sufinin həyatında yer alan məşhur təsəvvüfi rəvayətlərdən biridir. Böyük ehtimalla İbrahim ibn Ədhəm zühd həyatını qəbul edərkən bir çox sufinin dərin təsirində qalmışdır. Ədhəmin bundan sonrakı həyatı “ilahi nurun axtarışı” və səyahətlər ilə keçmişdir.
Təsəvvüf tarixinin ən məşhur simalarından olduğu üçün onun haqqında yazılan rəvayətlər arasında müxtəliflik çoxdur. Xüsusilə də Xorasanı tərk etdikdən sonrakı həyatı müəmmalarla doludur. Bir məlumata görə, Bəlxdən Məkkəyə gəlmiş, burada Fudayl ibn Əyaz ilə Süfyan əs-Servi kimi sufilərlə tanış olub onlarla dostluq yaradıb. Buradan da Şama gəlmiş və Şamda vəfat etmişdir. Başqa bir rəvayətdə isə hədis elmi almaq məqsədi ilə Xorasandan Hicaza, buradan da Bağdad və Şama gəlmişdi. Hətta onun hədis elmində müctəhidlər səviyyəsində olarkən sufi həyatı seçdiyi qeyd olunur. Başqa bir mənbədə isə Nişabur yaxınlığında bir mağarada bir il qaldığı yazılıb.
Bir çox mənbədə və məlami şeyxlərinin təriqət silsilsəsində İbrahim ibn Ədhəm məlaməti kimi qeyd olunur. Onun məlami olduğunu təsdiq edən hekayələr də mövcuddur.
İbrahim ibn Ədhəmin Xızır Peyğəmbərin müridi olduğu qeyd olunur. Amma əsas sufi dostlarının Süfyan əs-Servi ilə Fudayl ibn Əyazın olması və hər ikisinin də məlami kimi tanınması İbrahim ibn Ədhəmin məlami olduğunu təsdiq edir. Dostluq yaratdığı alimlər arasında İmam Əzəm Əbu Hənifənin də olduğu göstərilir.
İbrahim ibn Ədhəmin təsəvvüf dünyasında bu qədər məşhurlaşmasına səbəb olan əsas amil onun “qazi sufilər”dən olmasıdır. İslam adına çoxlu müharibələrdə iştirak etmişdir. Hətta onun Konstantinopolise səfər təşkil edən ilk müsəlman ordusu sıralarında olduğu və dəniz səfərində vəfat etdiyi iddia edilir.
Məlami – səfəvi əlaqələri
İlk dövr səfəvi şeyxlərinin məlamiliklə güclü bağlarının olduğunu təsdiq edən dəlillər var. Təəssüflər olsun ki, indiyə qədər tarixçilər səfəvi-məlami əlaqələrinə diqqət çəkməyiblər.
Səfəvi-məlami əlaqələrini isbat edən başlıca üç fakt mövcuddur. Birinci fakt, səfəvilərlə İbrahim ibn Ədhəm arasındakı ailəvi bağlara dayanır. Bu bağlılıq Səfəvi dövrü mənbələrində də qeyd edilir.
Səfəvi-məlami əlaqələrini təsdiq edən ikinci fakt Anadolu və ya ikinci dövr məlamiliyinin banisi Somuncu Baba Həmidəddinin təriqət silsiləsində üç səfəvi şeyxinin yer almasıdır. Onlar Şeyx Səfiyəddin, Şeyx Sədrəddin və Xacə Əlidir. Somuncu Baba onlardan Xacə Əlinin müridi və tələbəsi olmuş, Ərdəbil və Xoyda onun xidmətində yer almışdır. Oğlanlar şeyxi adlanan üçüncü dövr məlamiliyin ən böyük sufilərindən olan İbrahim Əfəndi də “silsilə-yi mənəvi” olaraq adlandırdığı məlamilər silsiləsini Şeyx Səfiyəddin Ərdəbilidən başlamışdır.
Səfəvi-məlami əlaqələrini təsdiq edən üçüncü fakt isə ilk dövr səfəvi dərvişlərinin bəzi məlami xüsusiyyətləri sərgiləməsidir. Məsələn, Elxanlı dövrünün hakimlərindən olan Əmir Çoban Sulduz bir dəfə Şeyx Səfiyə “bizim əsgərimizmi çoxdur, yoxsa sənin mürüdlərin?” deyə soruşdu. Şeyx əmirin sözünə belə cavab verdi: “Sizin əsgərləriniz də cümləsi bizim müridlərimizdir. Sadəcə Əcəmdə sizin hər əsgərinizə qarşılıq bizim 100 müridimiz var.” Bu, məlamilər kimi səfəvilərdə də özünü gizlətmək anlayışının mövcudluğundan xəbər verir.
Bundan başqa, məlamiliyin Azərbaycanda Təbriz, Həmədan, Xoy kimi güclü mərkəzlərinin olduğu məlumdur.
Nəticə
Məlamətilik sufi həyat tərzinə etiraz əlaməti olaraq dərvişliyini gizlətmək surətilə IX əsrdə əsasən ərəb olmayan müsəlmanlar arasında ortaya çıxıb, X əsrdən etibarən sürətlə yayılmağa başlamışdır. Başlıca mərkəzi Xorasan olan məlamilik qısa zamanda Azərbaycan və Mavəraünnəhrdə çox sayda tərəfdar qazanmışdır. Bunun başlıca səbəbi məlamilərin fəaliyyət göstərdikləri bölgələrin müsəlman-türk hakimlərinin əlinə keçməsi və bu hakimlərin təsəvvüfi cərəyanlara yaxşı münasibət göstərməsidir. Belə ki, məlamətiliyin sürətlə yayıldığı bölgələrdən Xorasanda Simcurilər, Əfqanıstan bölgəsində Qəznəvilər, Mavəraünnəhrdə Möhtacilər, Azərbaycanda isə Sacilər kimi türk dövlətləri hakim idilər.
Məlamilər arasında çox sayda türk əsilli dərviş yer alırdı. Onlardan türk olduğu müəyyən edilən Əli Abo, Məhəmməd Məşuqi Tusi, Süleyman Türkməni, Yusif Həmədani, Əhməd Yəsəvi, Aslan Baba, Şəms Təbrizi, Mövlana Cəlaləddin Rumi və digərlərini saymaq olar. Məlamətiliyin sonrakı mərhələdə Azərbaycan və Anadoluda sürətlə yayılmasının səbəbi bu bölgələrdə türklərin çoxluğu idi. Türklər arasında yayılan ən böyük təriqətlərdən biri hesab edilən Yəsəviliyin məlamiliklə güclü bağları var. Yəsəviliyin banisi Əhməd Yəsəvinin (vəfatı 1166/67) mürşidi olan Aslan Babanın məlaməti olduğu haqqında tutarlı dəlillər mövcuddur. Üstəlik, Aslan Babanın qədim türk inancı (kamlıq) ilə İslam dini arasında bağlar yaratması təsəvvüfün türklər arasında sürətlə yayılmasında başlıca amildir. Aslan Babanın tacir kimliyi altında öz məlamiliyini gizlətməsi də diqqəti cəlb edir.
Məlamiliyin İslam coğrafiyasının bədii ədəbiyyatında çox güclü təsirləri olmuşdur. Bu məsələ indiyə qədər öyrənilmədiyindən problemin mahiyyətini müəyyən etmək çətindir. Məsələn, Nizami Gəncəvi əsərlərində “tez-tez saqiyə xitab edərək mey istərkən”, “Şərəfnamə”nin bir yerində belə deyir:
“Allaha and içirəm ki, həyatımda dodağımın kənarını şəraba yaxınlaşdırmadım. Əgər dodağım şəraba batmışsa, Allahın həlalı mənə haram olsun.”
Bu davranış (şərabdan bəhs edib, onu öz həyatında haram saymaq) məlami məşrəbinə olduqca yaxındır.
Bu məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Demokratiya və Qadın Təşəbbüsləri" ictimai birliyi tərəfindən icra olunan “Keçmişin kölgələri - türk dünyası tarixinin müqayisəli təhlili” layihəsi çərçivəsində hazırlanmışdır. Məqalənin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
Əkbər N.Nəcəf
- Bakıda HƏNBƏLİ-lik məzhəbini yaymaq istəyən şəxsə bu cəza verildi
22 iyul 2025 01:03
- Milli Məclisin nümayəndə heyəti Şimali Kipr Türk Respublikasında ..
19 iyul 2025 18:32
- Orxon yazıları və ortaq Türk dili təklifi
14 iyul 2025 23:09
- TEHRAN MERİ : İsrail İrana qarşı CADU və CİNLƏR-dən də istifadə edib..."
12 iyul 2025 12:40
- Rusiya işğal olunmuş Ukrayna ərazisindən 4 MİLYON TON TAXIL OĞURLAYIB...
11 iyul 2025 13:39
- Terrorsuz Türkiyə : PKK bu gün SİLAHI YERƏ QOYACAQ
11 iyul 2025 09:48
- Aztelekom-un sabiq sədrinin oğlu Alışanovun səsini gizli yazıbmış - Məhkəmədə üzə çıxdı
7 iyul 2025 23:08
- Kadırovun müraciəti yayıldı: Mənim xəstəliyim...
6 iyul 2025 14:47
- Qarabağ xanlığının timsalında: Rusiyaya güvənmək fəlakətə gətirir
5 iyul 2025 10:44
- Həbsdə olan vəkil Adəm Məmmədovun əmisi hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
2 iyul 2025 13:46
- Qədim Romada qızlar neçə yaşında ərə verilirdi? - Bu gün vəhşilik kimi görünür
23 iyul 12:16
- Azərbaycanın paytaxtı Bakı HƏYAT indeksinə görə dünyada 236-cı yerdədir
23 iyul 11:34
- Tofiq Zülfüqarovdan xəbərdarlıq: Azərbaycanı mühasirəyə almaq planı işə düşüb…
23 iyul 10:09
- Azərbaycan alimləri Rusiya ərazisinə BURAXILMASIN - Aleksandr Dyukov
23 iyul 09:10
- Rusiyada daha bir azərbaycanlı biznesmen saxlanıldı
23 iyul 01:24
- Bakıda yeni metro stansiyaları tikiləcək - 35,4 MİLYON manat ayrıldı
22 iyul 23:50
- Bolqarıstan-Türkiyə sərhədində DİPLOMAT 200 kq kokainlə saxlanıldı
22 iyul 23:25
- İlham Əliyev Donald Trampa təşəkkür etdi
22 iyul 15:56
- NAR Daşkəsən festivalında iştirak etdi FOTO
22 iyul 15:48
- Bakıda XUTOR sökülür
22 iyul 10:40
- ABŞ Martin Lüter Kinqin qətli ilə bağlı 230 mindən çox sənədin məxfiliyini ləğv edib
22 iyul 10:30
- Generalların saxlanıldığı həbsxanaya yeni - Rəis təyin edildi
22 iyul 10:02
- Xırdalanda tikilən binada faciə
22 iyul 09:43
- İlham Əliyevdən Milli Mətbuat Günü münasibətilə paylaşım
22 iyul 09:31
- Bakı meriyası it yeməyinə YARIM MİLYON pul ayırıb - adamlara AYIB OLMADIMI? - aparıcıdan ÜSYAN
22 iyul 02:56
- AZAL-ın təyyarəsini BU VURUB - Fotosu
22 iyul 01:46
- Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür
22 iyul 01:38
- Prezident media nümayəndələrini təltif etdi (SƏRƏNCAM)
21 iyul 19:23
- Bakıda HƏNBƏLİ-lik məzhəbini yaymaq istəyən şəxsə bu cəza verildi
21 iyul 16:02
- Süni intellektin etdiyi ən qorxulu 10 şey
21 iyul 00:36
- Bakıda BOLT sürücüsü maşında cinsi əlaqədə olduğu MƏMURU belə ŞANTAJ ETDİ
21 iyul 00:24
- Birinci mərtəbəni restoran kimi kirayə veririk...
20 iyul 23:36
- Ərdoğan Azərbaycan xalqına və İlham Əliyevə təşəkkür etdi
20 iyul 23:16
- Netanyahu ZƏHƏRLƏNDİ
20 iyul 18:10
- Sabahdan hava dəyişir
20 iyul 18:03
- Dənizdə batan məktəblilərin fotoları
20 iyul 17:55
- Paşinyan tərəfdarlarını II Qaregini Eçmiəzdindən QOVMAĞA çağırdı: Hazır olun!
20 iyul 15:10
- Anar Məmmədxanov nədən vəfat etdi ?
20 iyul 13:44
- İLDIRIM çobanı və bütün sürünü MƏHV ETDİ
20 iyul 13:02
- 20 İL KOMA-da qalan ŞAHZADƏ ÖLDÜ
20 iyul 11:43