Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib

1940-cı ilin yayından sonra Moskva ilə Berlin arasındakı münasibətlər tündləşməyə başlayıb. Kreml Almaniya qoşunlarının Fransadan şərqə, Rusiya sərhədinə köçürülməsi ilə bağlı narahatlıqlarını açıq şəkildə ifadə etməsə də, ciddi formada bu məsələni müzakirə edib. Eyni zamanda nasistlər SSRİ-nin Avropa sərhədləri boyunca hərəkətlərinə də inamsızlıq və şübhə ilə baxıb. “Bolşevik fəaliyyəti” haqqında pıçıltılar, bəlkə də Hitlerin kəşfiyyatının bacarıqlı köməyi ilə bütün Avropaya yayılmağa başlayıb. Stalin dərhal bütün şübhələrə son qoymaq istəyib.
SSRİ nümayəndə heyəti Berlində
rəsmi iqamətgahı olan Belvyu qalasına çatdırıb. Qonaqlar ikinci mərtəbəyə yerləşdirilərək restorana aparılıb. Daha sonra dəbdəbəli limuzinlər Şarlotenburq küçəsinə çıxıb, Brandenburq darvazasını keçib və Vilhelmştrasse ilə inanılmaz sürətlə hərəkət ediblər.
Molotovun Hitelərlə görüşü
Rəsmi qarşılanmadan sonra SSRİ rəsmiləri Hitlerin qəbuluna gedib. Otağa tərcüməçilər Pol Şmidt və Almaniyanın Moskvadakı səfirliyinin əməkdaşı Qustav Gilger gəlib. Hamı masanın ətrafında, Molotov divanda, Hitlerin özü də rəngli parça ilə örtülmüş stulda əyləşib. Fürer bildirib ki, Almaniya imperiyası bu gün bütün Qərbi Avropaya nəzarət edir və italyanlarla birlikdə Afrikada ingilislərə qarşı uğurlu əməliyyatlar aparır. Onun sözlərinə görə, Almaniya, İtaliya və Yaponiyanın qələbəsi əvvəlcədən gözlənilən nəticədir.
“Müharibədən sonrakı dünya nizamı haqqında ciddi düşünməyin vaxtıdır. Necə olur ki, İngiltərə və bəzi bədbəxt adalar planetin yarısının sahibidirlər və bütün dünyanı ələ keçirmək istəyirlər. Bu yolverilməzdir! Bu ədalətli deyil!. İsti dənizlərə çıxışınız olmalıdır. İran, Hindistan - bu sizin perspektivinizdir!”.
Kremlin səlahiyyətli nümayəndəsi fürerin təxminən bir saat davam edən çıxışını dinlədikdən sonra qeyd edib ki, görüşdə daha konkret və aktual məsələlərə diqqət yetirilməlidir. Rusiya hökuməti, məsələn, Moskva ilə lazımi məsləhətləşmələr aparılmadan, alman bölmələrinin SSRİ ilə həmsərhəd olan ölkələrə - Rumıniya və Finlandiyaya tələsik daxil edilməsindən çox narahatdır. Hitler sovet emissarına baxaraq deyib: “Niyə belə xırda şeylərə toxunaq? Rumıniyada, alman təlimatçıları marşal Antoneskunun xahişi ilə yerli orduya hərbi bacarıqlar öyrədirlər. Vermaxtın isə ümumiyyətlə Suomidə qalmaq fikri yoxdur. Finlandiya ərazisi qoşunların Norveçə köçürülməsi üçün sadəcə əlverişli platformadır”.
Moltovun cavabı konkret olub: “Biz bununla razılaşa bilmərik. Alman birlikləri cənubi Finlandiyada möhkəm məskunlaşır və heç bir yerə köçmür. Rumıniyada hərbi xəttdə də açıq-aşkar həddən artıq üstünlük var”. Hitler kresloda arxaya söykənərək bir çox xəbərlərdən məlumatsız olduğunu açıqlayıb: “Etiraf edim ki, belə əhəmiyyətsiz şeylərdən tam məlumatlı deyiləm. Mən bunu başa düşmürəm və hər şeyi qaydasına salacağam! Amma qayıdaq əsas məqama: nəzarətsiz Britaniya mirasının bölünməsinə. İngiltərə məhvə məhkumdur və onun amerikalı himayədarları uzun müddət yeni Avropanın işlərinə qarışa bilməyəcəklər. Dünya bölünüb: Almaniya və İtaliya Avropa və Afrikaya, Yaponiya Şərqi Asiyaya hakim olacaq. Berlin Sovet İttifaqına Hind okeanının buzsuz limanlarına gedən marşrutu tövsiyə edir”.
Artıq iki saat yarım davam edən söhbət get-gedə karla lal arasında söhbətə çevrilib. Sonda gözlənilən hava hücumundan şikayətlənən fürer sabah görüşməyi təklif edib.
Bombalanan ikinci görüş
Ertəsi gün, noyabrın 13-də fürerlə ikinci görüş baş tutub. Rusiya nümayəndə heyəti Kremldən şifrəli teleqram alıb, orada gecə ərzində danışıqlar haqqında ətraflı məruzə ilə tanış olan Stalin onlardan öldürülməmiş ayının dərisini parçalamaq uğrunda çəkişmələrə qarışmamağı, əksinə, sərhədlərin təhlükəsizliyi ilə bağlı suallara aydın cavab axtarmağı tələb edib.
Təlimatlar düz üç saata yaxın davam edən söhbətin gedişatına da təsir edib. Molotov yenidən deyib: “Almanlar niyə şimal paytaxtımız Leninqradın bilavasitə yaxınlığında silahlarını tıqqıldadırlar?”. Hitler yenidən qoşunların Norveçə köçürülməsinə toxunub, sonra dolayısı ilə Sovet İttifaqını Finlandiyaya növbəti hücum hazırlamaqda günahlandırıb. Otağın sahibi özünün bir az da uzağa getdiyini hiss edərək dialoqu adi məcraya yönəltməyə başlayıb: “Britaniya imperiyasının 600 milyondan çox sakinini idarə etmək üçün ağdərililərin yükünü öz üzərinə götürmüş 40 milyon ingilisin həyasızlığından təəssüflənirəm”.
Molotov guya vəziyyəti başa düşərək başını tərpədib. Çünki o, bütün bunları ötən gün artıq eşitmişdi, indi isə dəqiq izahat alınmayan Finlandiya məsələsinə əlavə olaraq, reyxin Rumıniya, Bolqarıstan və Türkiyə ilə bağlı planlarını bilmək istəyib. O, qeyd edib ki, Almaniya-İtaliyanın Buxarestlə bağlı mövqeyi sovet maraqlarına qarşı yönəlib. “Belə vədlər ləğv edilməlidir” sözündən sonra Hitler qışqırıb: “Bu mümkün deyil!”.
Molotov sadəcə “yaxşı” deyib və sözünə belə davam edib: “Ancaq cənub-qərb sərhədlərində sülhdən narahat olan Sovet İttifaqı Bolqarıstana Berlin və Romanın Rumıniyaya verdiyi kimi təminat versə, Almaniya necə reaksiya verəcək?”.
Buna dözə bilməyən kansler qumbara kimi partlayıb: “Amma marşal Antoneskunun Almaniyadan xahiş etdiyi kimi çar Boris də Moskvadan zəmanət istəyib? Bundan başqa, mən Balkanlarda öz maraqları olan duçe (Mussolini) ilə məsləhətləşməliyəm. Ümumiyyətlə, Rumıniya mübahisə predmeti deyil. Əgər 3-cü reyx Rusiya ilə hər hansı bir münaqişə üçün səbəb axtarsaydı, planetin hər yerindən tapa bilərdi!”
Molotov etiraz edərək vurğulayıb: “Öz vətəndaşlarının və dost qonşu ölkələrin rifahı üçün narahat olmaq hər bir dövlətin borcudur. Rusiya çoxəsrlik sıx əlaqələri olan Bolqarıstanın müstəqilliyinin qoruyub saxlamasını və təhlükəli vəziyyətlərə düşməməsini istəyir. Digər tərəfdən Almaniya niyə sənaye avadanlığının müqavilə üzrə tədarükünü mütəmadi olaraq yerinə yetirmir? Axı Sovet İttifaqı bütün iqtisadi öhdəliklərini vicdanla yerinə yetirir, eyni zamanda gözlənilən ixrac mallarının çatışmazlığı səbəbindən istehsal çətinlikləri yaşayır”.
Fürer söhbəti çox uzatmadan açıq şəkildə deyib: “Reyx düşmən İngiltərə ilə ölümünə vuruşur və Çörçill üzərində tam qələbə üçün bütün resursları səfərbər etmək lazımdır”. Birdən hava hücumu xəbərdarlığı səslənib. İngilis pilotları Almaniyanın paytaxtı üzərində uçaraq şəhərin müxtəlif yerlərinə bombalar atıblar. Yeraltı bunkerə enmək lazım olub. Molotov barmaqlarını stola vuraraq “İngiltərə əzildisə, onda biz niyə burada sığınacaqda oturmuşuq? Kimin bombaları o qədər yaxına düşür ki, partlayışları yerin altında belə eşidilir?” - deyə, o bildirib. Ofisiant qəhvə gətirib və fincanlara süzüb. Xalq komissarı alman nazirdən Vermaxtın Finlandiya və Rumıniyada yerləşdirilməsinin məqsədlərinə aydınlıq gətirməyi xahiş edib. İoahim fon Ribbentrop əsəbi şəkildə qeyd edib ki, belə “əhəmiyyətsiz xırdalıqlar” adi diplomatik kanallarla müzakirə oluna bilər.
Noyabrın 14-də səhər saatlarında nümayəndə heyəti Berlindən yola düşüb, yüksək rütbəli rəsmilərdən yalnız İoahim fon Ribbentrop qatarın yanında dayanıb. Lakin SSRİ tərəfindən gedənlərin sayı bir nəfər artıb. Yeni gələn Sovet İttifaqının Almaniyadakı səfiri Aleksey Şkvartsev SSRİ rəsmilərinə qoşulub. Onun işləməsi və Almaniyanın dövlət quruluşu haqqında biliyi Molotovu heyran edib. Nazir səfiri yanına çağıraraq deyib: “Sən burada bir dəqiqə də qalmayacaqsan, mənimlə gəl, bura da qayıtmayacaqsan”.
Hitler və nazirdən konkret cavab almayan Molotov Moskvaya dönüb. Qısa arayışından sonra məlum olub ki, Almaniya SSRİ-nin ingilislərə qarşı döyüşməsini istəyir. Plana əsasən SSRİ zəifləyəcək və nasistlər Moskvanı rahat ələ keçirəcək. Vyaçeslav Molotovun 1970-ci illərdə həmin söhbəti xatırlayaraq bildirib ki, fürer SSRİ-ni macəraya sürükləmək istəyib: “Biz orada, cənubda ilişib qalanda onun işi asanlaşacaqdı. Orada İngiltərə bizimlə döyüşməyə başlayanda ondan asılı olacaqdıq”.
Nazirin qayıdışından 8 ay sonra 1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə hücum edib. Dörd il davam edən müharibə nəticəsində çox ciddi geosiyasi və ictimai dəyişikliklər baş verib. Avropada və Asiyada bir sıra müstəqil dövlətlər yaradılıb, sərhədlər yenidən qurulub, Mərkəzi və Cənub-Şərqi Avropanın bir çox ölkələri faşizmdən azad olduqdan sonra SSRİ-nin təsiri altına düşərək sovet modelli siyasi inkişaf yolunu götürüblər, Asiyada, Afrikada və Latın Amerikası ölkələrində milli-azadlıq hərəkatı güclənib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
- Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu
2 sentyabr 2025 10:51
- Astarada məsciddə MOLLA AĞZINDAN bıçaqlandı - KREDITƏ görə..
2 sentyabr 2025 10:27
- Ərdoğan və Pezeşkian Çində görüşdü
1 sentyabr 2025 23:17
- Həsənağa Turabovun oğlunun qatili 25 il sonra nələri AÇIQLADI? - VİDEO
30 avqust 2025 12:36
- Qurbanov Qurbanov püşkdən narazı qalıb? - Özü açıqladı
29 avqust 2025 10:19
- Əlilliyi ləğv edilmiş Qarabağ qazisinin Agentliyin sədri Ramin Rzayevə MÜRACİƏTİ
28 avqust 2025 19:20
- Zelenski bu xanımı ABŞ-yə səfir təyin etdi
28 avqust 2025 10:31
- İlham Əliyev Pekində Qələbə Paradında iştirak edəcək
28 avqust 2025 09:49
- Prezident İlham Əliyev Əl-Ərəbiyə kanalına müsahibə verib: ölkə başçısından mühüm mesajlar (CANLI)
27 avqust 2025 16:53
- İlham Əliyev Maya Sandunu təbrik etdi
27 avqust 2025 12:06
- Naxçıvan şəhərində işıq olmayacaq
02 sentyabr 14:18
- Ukraynadakı müharibədə 2000-ə yaxın Şimali koreyalı əsgər ölüb
02 sentyabr 12:22
- Tramp bu gün vacib açıqlama verəcək - Ağ Ev
02 sentyabr 11:57
- Prezident Powerchina group şirkətlər qrupunun icraçı vitse-prezidenti ilə görüşdü (FOTO)
02 sentyabr 11:49
- Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu
02 sentyabr 10:51
- Astarada məsciddə MOLLA AĞZINDAN bıçaqlandı - KREDITƏ görə..
02 sentyabr 10:27
- Ölkədə bir dənə də olsun gözəllik salonu qalmayacaq
02 sentyabr 00:37
- Azərbaycanlı qadın Finlandiyada öldürüldü
01 sentyabr 23:33
- Ərdoğan və Pezeşkian Çində görüşdü
01 sentyabr 23:17
- Eldar Namazov Seçim Komissiyasının üzvü oldu
01 sentyabr 22:08
- Külli miqdarda RÜŞVƏTƏ görə ... AZADLIĞA BURAXILDI ...
01 sentyabr 17:06
- Lisey direktorunun ölkədən çıxışına STOP qoyuldu
01 sentyabr 15:34
- Naxçıvanda 75 yaşlı qarını qəddarlıqla öldürən 2 qadının məhkəməsi keçirildi
01 sentyabr 13:53
- Prezident Paşinyanla görüşdü - Video
01 sentyabr 13:10
- Bakıda Mərkəzi Park-da 2 yaşlı UŞAQ KANALİZASİYA QUYUSUNA DÜŞDÜ - Fotolar
01 sentyabr 13:03
- Seymur Orucovun həbsdə olan qohumu mənimsədiyi pulları geri qaytaracaq - Qərar verildi
01 sentyabr 12:41
- Prezident Əliyev Ərdoğanla görüşdü (YENİLƏNİB)
01 sentyabr 11:18
- Azərbaycanlı iş adamının ŞOK SƏRVƏTİ - Milyardlarla...
01 sentyabr 11:10
- Ərdoğanla Paşinyan görüşdü - Video
01 sentyabr 10:30
- Əfqanıstanda güclü zəlzələ - 622 nəfər öldü - Fotolar - Yenilənib
01 sentyabr 10:26
- İlham Əliyev Çində Maldiv Prezidenti ilə görüşdü (FOTO)
01 sentyabr 10:08
- Çin Gürcüstanı parada niyə dəvət etməyib ?
31 avqust 21:37
- Çində BU AN! Putin Paşinyanla görüşdü, Əliyevlə GÖRÜŞƏCƏK
31 avqust 20:37
- Putin Çində Paşinyanla görüşüb
31 avqust 20:33
- Ermənistan və Pakistan diplomatik münasibətlər qurdu
31 avqust 20:21
- Azərbaycanlı iş adamı Rusiyada ən böyük mağazalarını itirdi
31 avqust 14:56
- Əfsanəvi Azərbaycan futbolçusu Banişevski 1997-də dərman üçün 100 manat tapmayıb və...
31 avqust 13:23
- Ərdoğanla Putin də Çindədir - Fotolar
31 avqust 12:01
- Turistlər Azərbaycanda ən çox nədən narazı qalıblar? (SİYAHI)
31 avqust 11:09
- ŞOK: ABŞ kəşfiyyatında daxili savaş - Direktor gizli agentlərin SİYAHISINI YAYDI
31 avqust 10:14