Orxon yazıları və ortaq Türk dili təklifi

Türk dünyasının birliyini möhkəmləndirmək üçün bütün türkologiya konfranslarında türk xalqlarının qarşılıqlı inteqrasiyası üçün ortaq türkcənin qəbulu müzakirə olunur. Yaxın zamanda təsdiq olunmuş ortaq türk müasir latın əlifbası, bir çox latın qrafikalı türk əlifbalarındakı hərfləri özündə birləşdirib. Bu hal, daha çox rəqəmsal aləmdə faydalı ola bilər və birbaşa ünsiyyət üçün əhəmiyyəti azdır. Amma buna baxmayaraq, bu cür ortaq qərarların qəbulu sevindiricidir.
Şəxsi əminliyim odur ki, türk dünyasına mənsub hər bir insana ortaq türk dili lazımdır. Ortaq dil ortaq şüur və kimliyimizi möhkəmləndirər, ortaq mədəni mühit yaratmaqla türk inteqrasiyasını gücləndirər. Ortaq dil həm də birgə hərbi, diplomatik, elmi əməkdaşlığı da asanlaşdırar, ortaq media, təhsil, texnologiya sistemləri qurmağı sürətləndirər. Ortaq dil türk kimliyinin rəmzinə çevrilməklə, türk gəncliyi arasında ortaq kimlik hissini gücləndirər.
Türk boyları arasında vahid ortaq ədəbi dilin zəruriliyi ideyası XIX əsrin sonlarından etibarən Türk dünyasının böyük fikir adamlarından sayılan “Dildə, fikirdə, əməldə birlik” məfkurəsinin sahibi İsmayıl Qaspıralı tərəfindən irəli sürülmüşdü. Lakin ortaq Türk dili və onun əlifbası ilə əlaqəli 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultaydan bəri davam edən müzakirələr hələ də gözlənilən nəticəni vermir. Ortaq türkcə yalnız texniki məsələ deyil, bu, dərin mədəni, sosial-psixoloji uyğunlaşma prosesini də nəzərdə tutur. Ortaq türk dilinin yaradılması üçün geniş ictimai sifariş, mədəni cazibə, türk elləri arasında ortaq konsensus, qarşılıqlı etimad və iqtisadi-siyasi motivasiya olmalıdır.
Bəziləri ortaq türkcə olaraq bu gün mövcud olan çoxsaylı türk xalqlarından birinin dilini qəbul etməyi irəli sürürlər. Bu fikir Türk özünüidentifikasiyası tam formalaşmamış və ya bunu unutmuş Türk soyları tərəfindən qəbul olunmaya bilər və onları uzaqlaşdıra bilər. Digər alimlər isə müxtəlif türk xalqlarının əlifba və leksikasından söz, ifadə və hərfləri özündə birləşdirən süni ortaq türkcə yaratmağı müdafiə edirlər. Amma süni bir dili öyrənmək istəyən çoxmu adam tapılar? Bu, axı proqramlaşdırma dili deyil ki, süni olsun. Həm də biz öz ululuğumuz süni dillə mi özümüzə və əcnəbilərə nümayiş etdirəcəyik. İnsanların ünsiyyət dili tarix, ənənə, mədəniyyət və əsrlərlə formalaşmış mentaliteti əks etdirməlidir. Süni dil isə bu funksiyaları daşımaq qabiliyyətində olmur. Nəticədə, ortaq türkcə nə bir qohumun dilin məcburi qəbuletdirmə, nə də süni laboratoriyada hazırlanacaq bir layihə olmalıdır.
Tarix boyu Türk ulusu coğrafiyasında təbii şəkildə ortaya çıxmış müxtəlif ümumtürk dilləri mövcud olub: oğuz, uyğur, çağatay dilləri və s. Onlardan bəziləri — qarluq, qıpçaq və oğuz dialekt qruplarının nümayəndələrinin bir-birinə coğrafi yaxınlığı və fəal təmasları nəticəsində ümumidialekt dillərinə çevrilmişdi. Bəs görəsən, hamımızın ümumi köklərinə dayanan və eyni zamanda barəsində kifayət qədər məlumatımız olan hansı dil və əlifbanı tapmaq olaq ki, bu gün o ortaq Türk ünsiyyət ünsürü kimi çıxış edə bilsin?
Axtardığımız, məhz Orxon-Yenisey-Altay-Talas-Turfan yazıları dövrünün dilidir və əsl türk runi əlifbasıdır, hansı ki, prototürklərin miqrasiyası nəticəsində Şərqi və Şimali Avropaya qədər yayılmışdı. Məhz bu yazıların əsasında ortaq türk dili və əlifbası üçün normalar hazırlanmalıdır. Buna alternativ görmürəm.
Yusif Balasaqunlunun “Türklərin şahnaməsi” kimi tanınan “Xoşbəxtliyə aparan elm” əsəri belə başlayır:
Mən çağırış edirəm izimdən gələnə,
Bələd olacaqsan Türk kəlamın lütfünə...
Qeyd etmək istərdim ki, məşhur danimarkalı alim Vilhelm Tomsenin, 19-cu əsrdə Orxon yazılarını deşifrə edib dərc etdirdiyi ilk jurnalın orijinalına sahibəm. Həmin tarixi əsəri vərəqləyəndə məni bu fikirlər yaxaladı.
Elə ki, Orxon-Yenisey yazılarının dili ortaq türk dili kimi qəbul olunacaq, bu türk xalqları arasında tarixə və sənədlərə marağı kəskin şəkildə artıracaq və qarşılıqlı təbii, səmimi bağları möhkəmləndirəcək. Mən əminəm ki, bu hadisə dolayı yolla Avropa xalqları və slavyan-türk icmaları ilə dostluğun möhkəmlənməsinə də xidmət edəcək. Çünki bizim eramızın ikinci minilliyinin başlanğıcındakı dastanlarımız tez-tez bir-biri ilə üst-üstə düşür. Məsələn, türklərlə qohumluq əlaqələrini qəbul edən və Türk Şurasının üzvü olan macarlar son illərdə şəhərlərdə bəzi küçə adlarını türk runi əlifba ilə də yazmağa başlayıblar. Əfsus ki, Türkiyəmizdən fərqli olaraq, Azərbaycanımızda və digər Türk dövlətlərində Göytürkcə kursların sayı son dərəcə məhduddur. Orada runi əlifba xaricində, ortaya qoyulan nəzəriyyələrə dayanaraq dil rekonstruksiyası ilə tələffüzü də öyrədirlər.
Ərəb və fars dillərindən təsirlənməmiş, türklər tərəfindən əsrlər boyu formalaşdırılmış və “İrk Bitig” (“Əlamətlər kitabı”) kimi yazılı abidələrin yaranmasından əvvəlki dil bizim əzəli dilimizdir. Türk runi yazısı, hansını ki, onu unudan türklər sonradan əfsanəvi adla “səbir bitik” (yəni “igidlərin yazısı”) adlandırmağa başladılar, əvvəlcə qədim uyğur, sonra isə ərəb əlifbası ilə əvəz olundu. Bu ərəb qrafikalı əlifba, İslam dinimizin yayılması ilə əlaqədar geniş istifadə olunsa da, türk dillərinin fonetikasına uyğun gəlmirdi. Təəssüf ki, XIII əsrə qədər bu əlifbamız ərəb yazısı ilə əvəz olundu və nəticədə “Kitabi Dədə Qorqud” bizə ilkin formada deyil, dəyişmiş şəkildə çatdı.
XI əsr Qaraxanilər dövlətinin alimi Mahmud Kaşğarinin “Divani lüğət-it-Türk” əsərində “oğuzlarda”, “qıpçaqlarda” qeydləri ilə təqdim olunan sözlər və dil xüsusiyyətləri yer alır. Bu mənbə, eləcə də XIV əsr İbn Mühnanın lüğətindəki məlumatlar bu dillərlə müasir Azərbaycan dili arasında genetik əlaqənin olduğunu göstərir. “Qutadğu Bilik” kimi qədim türk əsərlərindən də çox şey öyrənmək mümkündür.
Xüsusən qeyd edim ki, Azərbaycan bəzi bölgələrində də runi əlifba ilə yazılar aşkarlanıb. Əzəldən biz Türklərin yaşadığı Qərbi Zəngəzur bölgəsində Qarqarlar Daşı dağında tapılan bir metrəlik daşın üzərində mətnin içində “Oğuz” sözünün də həkk olduğu aşkar edilib.
Əgər biz əcdadlarımızın qədim dilini, Göytürklərin dilini ortaq türk dili edə bilsək, bu dil zamanla bəlkə də bütün dünya üçün də bir “lingua franca”ya çevrilər, çünki o, əzəldən gələn həmrəyliyin, yaradıcılığın, sülhpərvərliyin simvolu olar.
Azərbaycanın 5 manatlıq pul əskinazını əlinizə alın: burada aydın şəkildə qədim türk Orxon yazısı ilə, runi əlifbamızda, böyük türk xaqanı Gültəkinin sözləri yazılıb: “Türk adının və şərəfinin silinməməsi üçün...” Bu yazılarda ülvi bir ruh və milli duyğu vardır. Hətta Bilgə Xaqanın abidəsində Göytürk dövlətinin Çin tərəfindən işğalından sonra həyata keçirilən 50 illik assimilyasiya siyasətinin faciəvi nəticələri də təsvir olunur. Həmin dövrdə türklər bir-biri ilə çin dilində danışmağa başlayır, milli ruhlarını itirir, uşaqlarına türk adları deyil, yad adlar verirdilər. Nəticədə, xalq öz kimliyini itirməyə başlayır, bu faciə yalnız çox böyük bədəl hesabına, ağır mübarizə ilə aradan qaldırılır.
Doğrudur, bəzən xarici düşmənlə mübarizə aparmaq daxili düşmənlə mübarizədən asandır. Çünki ən böyük təhlükə – insanın öz ruhunu, kimliyini itirməsidir. Bu məsələdə ən vacib silah isə dildir. Ona görə də düşünmək sadəlövhlük olardı ki, qədim runi yazımız təsadüfən milli valyutamızda yer alıb. Bu yazılar milli bayrağımızda türkçülüyümüzü simvolizə edən mavi zolaq kimi, çox mühüm anlam daşıyır.
İdeal halda, əcdadlarımızın dili - Türk xaqanlıqları dövründə (e.ə. 552–704) istifadə olunmuş dilin və runi əlifbanın - ən optimal variantı seçilərək ortaq türk dili və ənənəvi əlifbası kimi qəbul olunmalıdır. Bu dil zəngin bədii-üslubi vasitələrə və ümumtürk dialekt xüsusiyyətlərinə malik idi və sırf türk leksikasına əsaslanırdı. Əgər bu dil ortaq türk dili kimi qəbul olunarsa, onun təmizliyi qorunmalı, yad sözlərlə çirkləndirilməməli və yeni anlayışlara yalnız türk mənşəli qarşılıqlar tapılmalıdır. Bu dil bizim ümumi böyük tariximizin, həmrəyliyimizin, qarşılıqlı inteqrasiyamızın və anlayışımızın simvoluna çevrilə bilər.
Rəcəb Tayyip Erdoğan, “dilini itirən bir millətin hafizəsini, şəxsiyyətini və hətta inancını itirəcəyinə” diqqət çəkmiş və zamanında “dünya dili Türkcə” çağırışıyla ilə bir səfərbərlik elan etmişdir.
İlham Əliyev: “Bizim başqa ailəmiz yoxdur, ailəmiz Türk dünyasıdır” şüarını da uca tutaraq, ortaq Türk dili və əlifbası qərarlığımızı sürətləndirməliyik və onu dünya dilləri, birləşmiş millətlər dilləri arasına salmalıyıq.
Uzman Dr. Aydın Talışinski
“Dialoq və İnkişaf Naminə” QHT-nın təsisçisi və idarə heyətinin üzvü
UİD Azərbaycan (United International Democrats) idarə heyətinin üzvü
- Qazaxıstanın yarısını Rusiyaya verin! : Türk torpaqlarını satan və qoruyan liderlər
14 avqust 2025 16:21
- Övladını öldürdülər, Şövkət Ələkbərovanın təklifini rədd etdi
14 avqust 2025 09:06
- AZƏRBAYCAN DİLİ MÜTƏXƏSSİSLƏRİ OXU VƏ YAZI STANDARTLARINA CAVAB VERMİRLƏR
12 avqust 2025 22:16
- Türk adlarına qoyulan qadağa Pezeşkianı HƏRƏKƏTƏ GƏTİRDİ
12 avqust 2025 11:00
- Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri İlham Əliyevi təbrik etdi
11 avqust 2025 17:05
- İsrail Prezidenti ilə Baş naziri Azərbaycan liderini və xalqını TƏBRİK ETDİ
10 avqust 2025 09:29
- İran Vaşinqton sülhü ilə bağlı xüsusi açıqlama yaydı - RƏSMİ MÖVQE
9 avqust 2025 12:51
- Britaniya siyasətində azərbaycanlı səs: Pərvinə Hüseynovanın uğur hekayəsi - MÜSAHİBƏ
8 avqust 2025 09:39
- Pezeşkianın oğlundan Azərbaycanı ittiham edənlərə SƏRT SÖZLƏR
6 avqust 2025 22:04
- Təranə Muradova yubileyinə hazırlaşır
5 avqust 2025 02:57
- Qazaxıstanın yarısını Rusiyaya verin! : Türk torpaqlarını satan və qoruyan liderlər
14 avqust 16:20
- Yuri Qaqarinin həyat yoldaşına VİDA MƏKTUBU
14 avqust 14:30
- Azərbaycan XİN Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi - FOTO
14 avqust 12:15
- Xalq artisti Elmira Rəhimova - 88 YAŞ
14 avqust 11:35
- Putinin anası təkgöz olub- Atası anasının GÖZÜNÜ YABA İLƏ ÇIXARIB
14 avqust 11:13
- 143 MİLYON mənimsəmə cinayətində adı keçən polkovnik öldü
14 avqust 10:50
- Övladını öldürdülər, Şövkət Ələkbərovanın təklifini rədd etdi
14 avqust 09:06
- O daha prezident OLMAQ İSTƏMİR
14 avqust 08:38
- Bu il Avropaya qaçan 1212 qeyri-qanuni miqrant boğularaq ölüb
14 avqust 01:58
- Bu il 501 azərbaycanlı Türkiyədə mənzil alıb
14 avqust 01:22
- Şair Kəramətin küçədə meyiti tapıldı
14 avqust 00:07
- Vahid Əhmədov Nəcməddin Sadıkovla bağlı sensasion fakt açıqladı
13 avqust 22:27
- Sumqayıt Apellyasiya Məhkəməsinin qalmaqallı eks vəkil Sevil Hacıyeva bаrəsində qərаrı: 6 ay elektron QOLBAQ TAXACAQ
13 avqust 21:22
- Atası partiyanı Günay Ağamalıya təhvil verir?
13 avqust 21:13
- Prezident xüsusi icra məmurları haqqında qanunu təsdiqlədi
13 avqust 13:20
- Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
13 avqust 12:56
- Kərbəla əvəzinə Tiflisə getdilər - Azərbaycanlı zəvvarları ))) VİDEO
13 avqust 11:37
- Doğum tarixiniz təsadüfi deyil - SEHRLİ GÜC
13 avqust 10:13
- Aleksandr Duqindən Putinə: Çar var – beyin yoxdur, Rusiya BAŞSIZ TOYUQ kimi...
13 avqust 09:57
- Ermənistanın ilk prezidenti İranı xeyli TƏRİFLƏDİ ....
13 avqust 09:48
- Netanyahu İran xalqına müraciət etdi
13 avqust 09:13
- Türkiyəyə İLK rəsmi səfərini etdi - Fotolar
13 avqust 00:30
- AZƏRBAYCAN DİLİ MÜTƏXƏSSİSLƏRİ OXU VƏ YAZI STANDARTLARINA CAVAB VERMİRLƏR
12 avqust 22:16
- Vaşinqton razılaşması Cənubi Qafqazın gələcək geosiyasi mənzərəsini şəkilləndirir
12 avqust 21:37
- Saleh Məmmədov idarə rəisini işdən çıxardı - Yeni təyinat
12 avqust 21:03
- 125 MİN UŞAĞIN birinci sinfə qəbulu tamamlandı
12 avqust 15:17
- Hədə-qorxu ilə pul tələb edən baş redaktor tutuldu - Fotolar
12 avqust 13:42
- Prezidentdən Hicran Hüseynova ilə bağlı SƏRƏNCAM
12 avqust 13:06
- Bayram Beqay İlham Əliyevə zəng etdi
12 avqust 12:57
- Vaşinqtonda bağlanan sülh Rusiyanın böyük məğlubiyyətidir - Duqindən ŞOK ETİRAF
12 avqust 11:30