Aliment nə qədərdir ki, bir qadın ailəsini dağıtsın?

Novella Cəfəroğlu: “Biz boşanmaların əsl səbəblərini araşdırmalıyıq”
Deputat Razi Nurullayevin Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Bu gün boşanmaların artmasının səbəbi qadınların sərbəst qalmaq və aliment almaq istəklərinin olmasıdır” deməsi geniş müzakirəyə yol açdı. Deputat qeyd edib ki, ona müraciətlərin 10/8-də boşanmaq istəyən qadınlar olur: “Onlar deyir ki, mən boşanaraq aliment almalıyam. Düşünürəm ki, aliment fondu yaradılmalıdır və bundan sui-istifadə edənlər qanunvericiliklə cəzalandırılmalıdır”. Bu fikirlər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Deputatın sözlərini tənqid edənlər bildiriblər ki, boşanma səbəbləri daha mürəkkəb və çoxşaxəlidir, yalnız qadınların qərarlarına bağlamaq doğru deyil. Onlar qadınların boşanma qərarının arxasında psixoloji, iqtisadi və sosial faktorların dayandığını vurğulayıblar.
Digər tərəfdən, bəzi insanlar deputatın mövqeyinə haqq qazandıraraq, boşanma hallarının artmasının müəyyən sosial problemlər yaratdığını bildiriblər. Onlar hesab edirlər ki, ailə institutunun qorunması üçün bu məsələlər diqqətlə araşdırılmalı və müvafiq addımlar atılmalıdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Səmra Əliyeva deyib ki, son illərdə nikahın pozulması iddiası ilə məhkəməyə müraciət edənlərin 70 faizindən çoxu xasiyyətlərinin uyğun olmamasını əsas gətiriblər. Səmra Əliyeva qeyd edib ki, boşanmalara daha çox qadınların səbəb olması fikri isə həqiqəti əks etdirmir:
Məsələ ilə bağlı Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a danışıb:
“Son vaxtlar Milli Məclisdə qadınlar haqqında neqativ fikirlər səsləndirilir. Biz çox istərdik ki, bu məsələlərə bir az daha həssas yanaşılsın və geniş araşdırmalar aparılsın. Bizim təşkilat 30 ildir fəaliyyət göstərir, bu illər ərzində minlərlə qadın bizə müraciət edib. Onların çoxu aliment ala bilməyən və uşağını görə bilməyən qadınlardır. Təsəvvür edin, bəzi kişilər aliment ödəməmək üçün məhkəməyə müraciət edir və bildirir ki, qadının işi, evi, yaşayış şəraiti yoxdur, ona görə də uşaqlar onun yanında qala bilməz. Nəticədə uşaqlar anadan alınır. Bu hallar getdikcə artır. Milli Məclisdə müzakirələr aparılacaqsa, əsas sual bu olmalıdır: Qadınlar niyə boşanmağa məcbur qalır?
Həqiqətənmi bir qadın yaxşı həyatını, ailəsini qoyub yalnız aliment almaq üçün boşanır? Qadınlar zorakılığa məruz qaldıqları üçün, ailədaxili problemlər səbəbilə boşanır, alimentə görə yox! Bəzən deyirlər ki, “qadınlar alimentə görə boşanır”. Aliment nə qədərdir ki, bir qadın ailəsini dağıtsın?
Hazırda aliment 235 manatdır. Yəni düşünürlər ki, 235 manata görə qadınlarımız həyatlarını puç edib, ailələrini dağıdırlar? Üstəlik, kişilər indi aliment ödəyə bilirlər? Nə qədər kişi hazırda aliment ödəmədiyinə görə axtarışdadır və ya inzibati qaydada həbs olunub, cinayət məsuliyyətinə cəlb edilib. Beləliklə, biz bu məsələlərə ciddi yanaşmalı, boşanmaların əsl səbəblərini araşdırmalıyıq".
Sosioloq Üzeyir Əfəndiyev isə “Yeni Müsavat”a açıqlamasında bunları deyib: “Hesab etmirəm ki, qadınlar məhz aliment almaq üçün boşanırlar. Bu, əsas səbəb deyil. Fikrimcə, bu, boşanmalara çox kiçik yanaşmadır. Boşanmaların daha dərin və ciddi səbəbləri var. Bunlardan biri odur ki, Azərbaycan cəmiyyəti düşüncə transformasiyası yaşayır, xüsusilə də qadınlar.
Məlum olduğu kimi, ənənəvi cəmiyyətlərdə qadınlar həmişə ictimai nəzarət altında olduqlarına görə boşanma ailə dramı, ailə faciəsi kimi qiymətləndirilirdi. Nəticədə, cəmiyyət tərəfindən həm qadınların, həm də kişilərin boşanmasına mənfi münasibət sərgilənirdi. Lakin düşüncə tərzi dəyişməyə başlayandan, qlobal dünyaya açılım baş verəndən sonra Azərbaycan insanı anladı ki, boşanma heç də ailə faciəsi deyil.
Bu baxımdan, artıq qadınlar köhnə qaydalarla yaşamaq istəmirlər və kişilər də onları əvvəlki kimi idarə edə bilmirlər. Qadınlar daha çox şəxsi azadlıqlarına və öz istəklərinə önəm verirlər. Bəzən bir-iki uşaq dünyaya gətirdikdən sonra rahatlıqla boşanmağa qərar verirlər və həyatlarını müstəqil şəkildə davam etdirmək istəyirlər.
Bunun başqa bir səbəbi də var. Əvvəllər qadınlar əsasən iqtisadi cəhətdən asılı idilər və evdar qadın obrazında çıxış edirdilər. Bu gün isə qadınlar iqtisadi cəhətdən fəaldırlar, öz ayaqları üstündə dura bilirlər. Onlar düşünürlər ki, köhnə fikirli, stereotip düşüncəli kişilərin kaprizlərinə dözmək məcburiyyətində deyillər. Nəticədə, bir-iki uşaq olduqdan sonra ayrılaraq öz həyatlarına davam edirlər, çünki artıq özlərini təmin etmək imkanına sahibdirlər.
Amma aliment məbləği elə bir rəqəm deyil ki, qadınlar ona görə boşansınlar."
- Misir Mərdanov tapşırdı, Fərhad Bədəlbəyli Rəşid Behbudovun qızına iş vermədi - MÜSAHİBƏ
22 iyun 2025 20:11
- Rusiyada yaşayan azərbaycanlı kişilər 4 ARVAD ala BİLƏCƏK – ŞƏRTLƏR
20 iyun 2025 09:54
- Qadın SAXTA diplomla 20 il PSİXİATR işləyib
20 iyun 2025 09:20
- - Titanik - faciəsindən neçə nəfər xilas oldu: Rəqəmlər niyə hələ də dəqiq deyil?
19 iyun 2025 23:11
- Bakıda azyaşlı qız QƏTLƏ yetirilibmiş - Ana 23 il sonra tutulub
18 iyun 2025 00:29
- Britaniya kəşfiyyatına bu qadın rəhbərlik edəcək – MI6 tarixində İLK DƏFƏ
16 iyun 2025 09:26
- AMEA-dakı qalmaqalla bağlı qərar: Şöbə müdirinin şikayəti ilə professor cərimələndi
15 iyun 2025 20:02
- Yeni doğulan körpəsini paltaryuyan maşına atıb öldürdü
11 iyun 2025 15:41
- 86 yaşlı qadının 100-cü nəticəsi doğuldu
9 iyun 2025 21:51
- Tələbələrin olduğu avtobus aşdı, 15 nəfər ÖLDÜ
9 iyun 2025 13:21
- Prezident İlham Əliyev Yevlax pilot aqroparkının açılışında iştirak edib
24 iyun 01:40
- Zeynəb Xanlarovanın oğlu bu qurumda YÜKSƏK VƏZİFƏDƏ İŞLƏYİR
23 iyun 23:48
- Əhməd Orucun oğlu vəfat etdi - Foto
23 iyun 23:14
- Tramp zərbədən öncə hər kəsi belə aldadıb...
23 iyun 08:19
- İsrail qırıcıları Tehran və İranın qərbinə 30 bomba atıblar
23 iyun 08:07
- Yaqub Zurufçunun oğlu qırmızı diplom aldı
23 iyun 07:58
- Prezidentin nəvələri Rafael Fiziyev ilə görüşdü
23 iyun 07:46
- Sevil Əliyevanın oğlu bu məşhurların nəvəsi ilə ailə qurdu
23 iyun 00:42
- İsrail Tehrandakı hərbi obyektlərə zərbələr endirir
23 iyun 00:35
- Avropanın ƏN QISA BOYLU xalqı NECƏ ƏN UZUN BOYLU OLDU ? Möcüzə, yoxsa RİFAH ?
22 iyun 23:37
- TƏCİLİ! İran parlamentindən Hörmüz boğazı ilə bağlı QƏRAR
22 iyun 22:36
- Qarpız sevənlərə 4 XƏBƏRDARLIQ – Mütləq OXUYUN
22 iyun 20:33
- Misir Mərdanov tapşırdı, Fərhad Bədəlbəyli Rəşid Behbudovun qızına iş vermədi - MÜSAHİBƏ
22 iyun 20:11
- Türkan Şoray buna görə çox sevilir – Özü AÇIQLADI
22 iyun 14:49
- Rosqvardiyanın azərbaycanlı idarə rəis həbs edildi
22 iyun 13:08
- Günəşdən 300 000 dəfə isti - 5 TRİLİYON DƏRƏCƏ İSTİ
22 iyun 12:46
- Prezident Administrasiyasınında 25 il aparıcı MƏSLƏHƏTÇİ işləyən şəxs vətəndaşlara 100 MİN atıb və...2 İL CƏZA
22 iyun 12:02
- Rusiyanın öz başına gəldi – Dağlıq Altay türkləri ÜSYAN EDİR
22 iyun 11:12
- Ölkəyə külli miqdarda qeyri-qanuni SİQARET GƏTİRƏN....
22 iyun 10:49
- İran İsrailə 27 ballistik raket atdı 11 nəfər yaralanıb
22 iyun 10:36
- Tramp İranın nüvə obyektlərinin bombalanmasını Ağ evdən CANLI İZLƏYİB - FOTO
22 iyun 10:14
- Natanyahu ABŞ-ın İranın üç nüvə obyektini bombalamasının TARİXİ DƏYİŞƏCƏYİNİ deyib
22 iyun 09:56
- Ərdoğandan : MÜSƏLMAN ÖLKƏLƏRİ BİRLƏŞMƏLİDİR
22 iyun 09:17
- Hazırda İran şahının oğlu ABŞ Konqresinin üzvləri ilə MÜZAKİRƏ EDİR...
22 iyun 09:08
- ABŞ-nin İrana hücumundan sonra telefonla danışdılar
22 iyun 08:45
- ABŞ Prezidenti Donald Trampın XALQA MÜRACİƏTİ ...
22 iyun 08:16
- İranın FORDO-su yer üzündən SİLİNDİ – ABŞ 30 tondan çox bomba atdı
22 iyun 07:59
- ABŞ İrana qarşı müharibəyə qoşuldu! Tramp İranın NÜVƏsini vurdu! Fordo yer üzündən SİLİNDİ
22 iyun 07:43
- Netanyahu GEDƏCƏK , amma İran QALACAQ - Medvedev
22 iyun 02:29
- Dilqəm Əsgərov oğlunun ittihamlarına cavab verdi: Müalicəyə ehtiyacı var
22 iyun 02:16