Ferma sahibi çobanın arvadı ilə münasibətdə oldu: Ərim şübhələndi, dedim ki, bir daha...– ŞOK

Yevlax rayonunda 1967-ci il təvəllüdlü Bəhruz özünə məxsus heyvandarlıqla məşğul olduğu fermada işləyən çobanın arvadına qarşı seksual hərəkətlər edib.
Zərərçəkmiş 1987-ci il təvəllüdlü Vəsilənin əri Elmar (adlar şərti verilib – red.) 2023-cü ildən təqsirləndirilən şəxsin Yevlax rayonunun kəndi ərazisində yerləşən fermasında çoban işləməyə başlayıb.
Elmar hər ay 500 manat pul müqabilində çoban işləməklə yanaşı, həm də fermada ailəsi ilə birlikdə yaşayıb.
Ferma sahibi çobanın həyat yoldaşı Vəsilə ilə 2025-ci ilin yanvar-aprel aylarında, ayrı-ayrı günlərdə onun razılığı ilə bir neçə dəfə təbii yolla cinsi əlaqədə olub.
Daha sonra onunla yenidən əlaqədə olmaq istədiyini təklif edib. Amma qadın onların arasında olan münasibətdən ərinin şübhələndiyini deyib və bu təklifdən imtina edib.
Bu cavabı alan ferma sahibi qadının ondan maddi və yaşayış yeri baxımından asılı olmasından istifadə edib, onunla cinsi əlaqəyə girməyə məcbur etmək qərarına gəlib. O, niyyətini həyata keçirmək məqsədilə Vəsilə və onun ərini işdən çıxaracağını, onlara fermanın ərazisində yaşamalarına icazə verməyəcəyini deyib. Qadını maddi və yaşayış yeri baxımından özündən asılı vəziyyətə salıb, cinsi əlaqəyə girməyə məcbur edib.
Çıxılmaz vəziyyətdə qalan qadın fermanın heyvanlar üçün nəzərdə tutulmuş tövləsində ferma sahibi ilə növbəti dəfə cinsi əlaqəyə girib.
Bundan sonra qadın hüquq-mühafizə orqanlarına müraciət edib. O, ferma sahibi tərəfindən ilkin olaraq döyülərək təcavüzə məruz qaldığını deyib.
Bu səbəbdən Bəhruzun barəsində Cinayət Məcəlləsinin 150.1 (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) və 221.1-ci (xuliqanlıq - yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddələri ilə ittiham elan edilib.
“Hiss etdim ki, mənə yaxınlaşmaq istəyir”
Daha sonra istintaqın gedişi zamanı bu ittiham dəyişdirilib və ferma sahibinə Cinayət Məcəlləsinin 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddəsi ilə yekun ittiham verilib.
Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxsin həyat yoldaşı ilə həmkəndli olublar: “Vəsiləgil Yevlax rayonunun kəndində yerləşən mənə məxsus olan heyvan fermasında təxminən 2 ilə yaxındır ki, işləyirlər, mənə məxsus olan heyvanlara baxıblar. Elmar həm də ailəsi ilə birlikdə həmin fermada yaşayıb. Elmar mənə məxsus olan xırdabuynuzlu və iribuynuzlu heyvanları otarıb, arvadı isə heyvan damlarını təmizləyib, tövlədə qalan heyvanlara qulluq edib. Mən fermaya gedən zaman qadınla söhbət etmişəm. Bu zaman hiss etmişəm ki, mənə yaxınlaşmaq istəyir, mənə qarşı sevgi hissələri var”.
“Bildirdi ki, əri şübhələnib”
Müttəhimin sözlərinə görə, bu ilin yanvarın əvvəllərində fermaya gedən zaman Vəsilə orada tək olub və fermanın tövləsində ona yaxınlaşıb, öz istəyi ilə onunla təbii yolla cinsi əlaqədə olub: “Bundan sonra yanvar ayından aprel ayının sonuna kimi tez-tez cinsi əlaqədə olduq. Aprel ayının axırlarında Vəsilə dedi ki, əri Elmar şübhələnib, daha mənimlə cinsi əlaqədə olmaq istəmir. Mən də ondan bunun səbəbini soruşdum. O, da bildirdi ki, ailəsinin dağılmasını istəmir, əri onların münasibətindən şübhələnib. Mən də heç nə demədim”.
“Fermadan qovacağımı bildirdim”
Bəhruzun bildirdiyinə görə, növbəti günlərin birində gecə saat 3 radələrində Elmar Bərdə rayonunda yerləşən heyvan bazarına getdiyi üçün Vəsilə uşaqları ilə birlikdə fermada tək qalıb: “Həmin gün saat 8 radələrində özümə məxsus fermaya gəldiyim zaman onunla tövləyə getdim. Tövləyə girəndə əvvəllər olduğu kimi zərərçəkmişi qucaqladım və cinsi əlaqədə olmaq istədiyimi bildirdim. O, isə məni özündən aralayaraq bir daha dedi ki, əri şübhələnib, daha cinsi əlaqədə olmaq istəmir. Mən də aralıdan dayanaraq əks halda özünü və ərini fermadan qovacağımı bildirdim. Bundan sonra Vəsilə əsəbləşdi, mənimlə cinsi əlaqədə olmayacağını bildirdi. Sonra əlləri ilə özü öz bədəninin müxtəlif nahiyyələrinə vuraraq tövlədən çıxdı. Bu zaman qadının əri qapını açaraq içəri daxil oldu. Vəsilə həyat yoldaşına nəsə dedi. Bundan sonra Elmar üzərimə gəldi, ünvanıma nalayiq söyüş söydü. Mən də ona niyə məni söydüyünü deyərək mübahisə etdim. Hazırda əməlimdən səmimi peşmanam. Zərərçəkmiş şəxslə barışmışam, məndən şikayəti yoxdur”.
“Qərara gəldim ki, cinsi yaxınlığa son qoyum”
Cinayət işi üzrə ifadə verən zərərçəkmiş şəxsin sözlərinə görə, Elmar ilə 2017-ci ildə nikaha girib: “Ərim rəsmi olaraq heç bir yerdə işləmədiyinə, eyni zamanda maddi imkanlarımız aşağı olduğuna görə müxtəlif yerlərdə çobanlıq edərək ailəmizi dolandırıb. Təxminən 2 il olar ki, ərim Bəhruza məxsus kənddə yerləşən heyvandarlıq fermasında çoban işləyib, həmin fermada yaşamışıq. Həmin müddət ərzində bir neçə dəfə ferma sahibi ilə öz istəyimlə cinsi əlaqədə oldum. Son vaxtlar hiss etdim ki, ərim Bəhruzla münasibətlərimdən şübhələnib. Ona görə də qərara gəldim ki, aramızda olan cinsi yaxınlığa son qoyum. 2025-ci ilin aprel ayının axırlarında Bəhruz fermaya gəldi. Ona daha cinsi əlaqəyə girmək istəmədiyimi söylədim. Bəhruz səbəbini soruşdu. Ona ərimin şübhələndiyini, ailəmin dağılmağını istəmədiyimi bildirdim”.
“Məni narahat etməməsini dedim”
Zərərçəkmişin sözlərinə görə, növbəti günlərin birində, gecə saat 3 radələrində əri Elmar Bərdə rayonunda yerləşən heyvan bazarına getdiyi üçün uşaqları ilə fermada qalıb: “Həmin gün saat 8 radələrində təqsirləndirilən şəxs özünə məxsus olan avtomobil ilə həmişə olduğu kimi fermaya gəldi. Mənə tövlədə olan xəstə qoyuna baxmaq üçün ora getməyimi təklif etdi. Mən də onunla tövləyə getdim. Ora daxil olduqdan sonra Bəhruz qapının arxasına ağac taxaraq məni qucaqladı, cinsi əlaqəyə girmək istədiyini bildirdi. Ona bir daha ərimin şübhələndiyini bildirdim. Bəhruz cinsi əlaqədə olmayacağım halda məni və ərimi fermadan qovacağını bildirdi. Özüm və ailəm maddi, yaşayış yeri baxımdan ferma sahibindən asılı olmağıma baxmayaraq ona rədd cavabı verdim. Amma bizi fermadan qovmamasını, işlərimizə toxunmamasını, maddi vəziyyətlərimizin ondan asılı olduğunu dedim. Lakin bir daha cinsi əlaqədə olmayacağımı söylədim. Buna baxmayaraq Bəhruzun israr etdiyini gördüm. Qışqıraraq cinsi əlaqədə olmayacağımı, məni narahat etməməsini dedim. Bunu deyərək əlim ilə öz sinə nahiyəmə, sağ qoluma zərbələr vurdum ki, təqsirləndirilən şəxs mənə yaxın gəlməsin. Mən bunları edərək qışqırmış halda tövlənin qapısına tərəf getdim, bu zaman Bəhruz da arxam ilə gəldi. Ərim də qapıdan içəri daxil oldu”.
Bu cinayət işinə Yevlax Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Bəhruz aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 1 il 6 ay 28 gün islah işləri cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilib. O, məhkəmə iclas zalından həbsdən azad edilib./Teleqraf
- Qazaxıstanın yarısını Rusiyaya verin! : Türk torpaqlarını satan və qoruyan liderlər
14 avqust 2025 16:21
- Yuri Qaqarinin həyat yoldaşına VİDA MƏKTUBU
14 avqust 2025 14:30
- Xalq artisti Elmira Rəhimova - 88 YAŞ
14 avqust 2025 11:35
- Putinin anası təkgöz olub- Atası anasının GÖZÜNÜ YABA İLƏ ÇIXARIB
14 avqust 2025 11:13
- 143 MİLYON mənimsəmə cinayətində adı keçən polkovnik öldü
14 avqust 2025 10:50
- Övladını öldürdülər, Şövkət Ələkbərovanın təklifini rədd etdi
14 avqust 2025 09:06
- O daha prezident OLMAQ İSTƏMİR
14 avqust 2025 08:38
- Bu il 501 azərbaycanlı Türkiyədə mənzil alıb
14 avqust 2025 01:22
- Vahid Əhmədov Nəcməddin Sadıkovla bağlı sensasion fakt açıqladı
13 avqust 2025 22:27
- Sumqayıt Apellyasiya Məhkəməsinin qalmaqallı eks vəkil Sevil Hacıyeva bаrəsində qərаrı: 6 ay elektron QOLBAQ TAXACAQ
13 avqust 2025 21:22
- Qazaxıstanın yarısını Rusiyaya verin! : Türk torpaqlarını satan və qoruyan liderlər
14 avqust 16:20
- Yuri Qaqarinin həyat yoldaşına VİDA MƏKTUBU
14 avqust 14:30
- Azərbaycan XİN Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi - FOTO
14 avqust 12:15
- Xalq artisti Elmira Rəhimova - 88 YAŞ
14 avqust 11:35
- Putinin anası təkgöz olub- Atası anasının GÖZÜNÜ YABA İLƏ ÇIXARIB
14 avqust 11:13
- 143 MİLYON mənimsəmə cinayətində adı keçən polkovnik öldü
14 avqust 10:50
- Övladını öldürdülər, Şövkət Ələkbərovanın təklifini rədd etdi
14 avqust 09:06
- O daha prezident OLMAQ İSTƏMİR
14 avqust 08:38
- Bu il Avropaya qaçan 1212 qeyri-qanuni miqrant boğularaq ölüb
14 avqust 01:58
- Bu il 501 azərbaycanlı Türkiyədə mənzil alıb
14 avqust 01:22
- Şair Kəramətin küçədə meyiti tapıldı
14 avqust 00:07
- Vahid Əhmədov Nəcməddin Sadıkovla bağlı sensasion fakt açıqladı
13 avqust 22:27
- Sumqayıt Apellyasiya Məhkəməsinin qalmaqallı eks vəkil Sevil Hacıyeva bаrəsində qərаrı: 6 ay elektron QOLBAQ TAXACAQ
13 avqust 21:22
- Atası partiyanı Günay Ağamalıya təhvil verir?
13 avqust 21:13
- Prezident xüsusi icra məmurları haqqında qanunu təsdiqlədi
13 avqust 13:20
- Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
13 avqust 12:56
- Kərbəla əvəzinə Tiflisə getdilər - Azərbaycanlı zəvvarları ))) VİDEO
13 avqust 11:37
- Doğum tarixiniz təsadüfi deyil - SEHRLİ GÜC
13 avqust 10:13
- Aleksandr Duqindən Putinə: Çar var – beyin yoxdur, Rusiya BAŞSIZ TOYUQ kimi...
13 avqust 09:57
- Ermənistanın ilk prezidenti İranı xeyli TƏRİFLƏDİ ....
13 avqust 09:48
- Netanyahu İran xalqına müraciət etdi
13 avqust 09:13
- Türkiyəyə İLK rəsmi səfərini etdi - Fotolar
13 avqust 00:30
- AZƏRBAYCAN DİLİ MÜTƏXƏSSİSLƏRİ OXU VƏ YAZI STANDARTLARINA CAVAB VERMİRLƏR
12 avqust 22:16
- Vaşinqton razılaşması Cənubi Qafqazın gələcək geosiyasi mənzərəsini şəkilləndirir
12 avqust 21:37
- Saleh Məmmədov idarə rəisini işdən çıxardı - Yeni təyinat
12 avqust 21:03
- 125 MİN UŞAĞIN birinci sinfə qəbulu tamamlandı
12 avqust 15:17
- Hədə-qorxu ilə pul tələb edən baş redaktor tutuldu - Fotolar
12 avqust 13:42
- Prezidentdən Hicran Hüseynova ilə bağlı SƏRƏNCAM
12 avqust 13:06
- Bayram Beqay İlham Əliyevə zəng etdi
12 avqust 12:57
- Vaşinqtonda bağlanan sülh Rusiyanın böyük məğlubiyyətidir - Duqindən ŞOK ETİRAF
12 avqust 11:30