İlham Əliyev və xanımı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
Siyasət4 avqust 2025 23:15

İlham Əliyev və xanımı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
Prezident İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb.
Qaynarinfo-nun məlumatına görə, mətndə deyilir:
"Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış dramaturq, tənqidçi və ədəbiyyatşünas, ictimai-siyasi xadim, filologiya elmləri doktoru, professor Elçin İlyas oğlu Əfəndiyev 2025-ci il avqustun 3-də ömrünün 83-cü ilində vəfat etmişdir.
Elçin Əfəndiyev 1943-cü il mayın 13-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1960–1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil almış, 1965–1969-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur.
Əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda elmi əməkdaş kimi başlayan Elçin Əfəndiyev 1969–1975-ci illərdə orada işləmişdir. O, 1975–1987-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin katibi, 1987–1993-cü illərdə isə Xaricdə yaşayan həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyəti – "Vətən” Cəmiyyəti rəyasət heyətinin sədri olmuşdur. Elçin Əfəndiyev 1993–2018-ci illərdə Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsində çalışmışdır.
Müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından olan yazıçı Elçin Əfəndiyev bütün fəaliyyəti ərzində 60-cı illər nəslinin ənənələrinə sadiqlik nümayiş etdirmiş və milli bədii fikrin zənginləşməsində mühüm rol oynamışdır. O, hələ ədəbi yaradıcılığa başladığı ilk vaxtlardan mənəvi axtarışlarla dolu əsərlərinin poetik gücü ilə geniş oxucu kütləsinin dərin rəğbətini qazanmışdır. Realist psixoloji təhlilin dərinliyi və bədii-estetik ifadə vasitələrinin rəngarəngliyi ilə seçilən bu əsərlər Azərbaycan nəsrinin qiymətli nümunələridir.
Ədəbiyyatımızın yeni mərhələsinin formalaşmasının fəal iştirakçısı olan sənətkar uzaq və yaxın tarixi keçmişimizlə bağlı roman, povest, hekayə və pyeslərində xalqımızın mənəvi-əxlaqi dəyərlərinin təbliğini diqqət mərkəzində saxlamışdır. Elçinin ssenariləri əsasında çəkilən filmlər uğurlu ekran həyatı yaşayaraq Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil olmuşdur.
Elçin Əfəndiyev tənqidçi-ədəbiyyatşünas kimi klassik irsə və müasir ədəbi prosesə dair aktual mövzularda dəyərli elmi-nəzəri yazıları, portret-oçerkləri ilə ədəbi mühitin inkişafına sanballı töhfələr vermişdir.
Yazıçının əsərləri bir çox xarici dillərə tərcümə olunmuş, müxtəlif teatr səhnələrində tamaşaya qoyularaq müəllifinə şöhrət qazandırmışdır. Onun mötəbər beynəlxalq konfranslarda çıxışları elmi və ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.
Elçin Əfəndiyev ölkəmizin ictimai-siyasi və mədəni həyatında daim yaxından iştirak etmişdir. Xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin dərinləşməsində xidmətləri onun azərbaycançılıq məfkurəsinə sədaqətinin bariz ifadəsidir. Elçin Əfəndiyev uzun illər Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində təqdirəlayiq fəaliyyət göstərmişdir.
Elçin Əfəndiyevin xidmətləri həmişə yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının ali dövlət mükafatları – "İstiqlal” (2003), "Şərəf” (2013), "Şöhrət” (2018) ordenləri və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” (2023) ilə təltif edilmişdir.
Görkəmli yazıçı və alim, tanınmış ictimai-siyasi xadim, səmimi və təvazökar insan Elçin İlyas oğlu Əfəndiyevin əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaqdır.
İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Sahibə Qafarova
Samir Nuriyev
Eldar Əzizov
Fərəh Əliyeva
Adil Kərimli
Polad Bülbüloğlu
İsa Həbibbəyli
Anar Rzayev
Nəriman Həsənzadə
Kamal Abdullayev
Çingiz Abdullayev
Hacı İsmayılov".
Oxşar xəbərlər
- Qazaxıstanın yarısını Rusiyaya verin! : Türk torpaqlarını satan və qoruyan liderlər
14 avqust 2025 16:21
- 143 MİLYON mənimsəmə cinayətində adı keçən polkovnik öldü
14 avqust 2025 10:50
- Şair Kəramətin küçədə meyiti tapıldı
14 avqust 2025 00:07
- Vahid Əhmədov Nəcməddin Sadıkovla bağlı sensasion fakt açıqladı
13 avqust 2025 22:27
- Prezident xüsusi icra məmurları haqqında qanunu təsdiqlədi
13 avqust 2025 13:20
- AZƏRBAYCAN DİLİ MÜTƏXƏSSİSLƏRİ OXU VƏ YAZI STANDARTLARINA CAVAB VERMİRLƏR
12 avqust 2025 22:16
- Vaşinqton razılaşması Cənubi Qafqazın gələcək geosiyasi mənzərəsini şəkilləndirir
12 avqust 2025 22:08
- Hədə-qorxu ilə pul tələb edən baş redaktor tutuldu - Fotolar
12 avqust 2025 13:42
- Prezidentdən Hicran Hüseynova ilə bağlı SƏRƏNCAM
12 avqust 2025 13:06
- Bayram Beqay İlham Əliyevə zəng etdi
12 avqust 2025 12:57
Xəbər lenti
- Qazaxıstanın yarısını Rusiyaya verin! : Türk torpaqlarını satan və qoruyan liderlər
14 avqust 16:20
- Yuri Qaqarinin həyat yoldaşına VİDA MƏKTUBU
14 avqust 14:30
- Azərbaycan XİN Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi - FOTO
14 avqust 12:15
- Xalq artisti Elmira Rəhimova - 88 YAŞ
14 avqust 11:35
- Putinin anası təkgöz olub- Atası anasının GÖZÜNÜ YABA İLƏ ÇIXARIB
14 avqust 11:13
- 143 MİLYON mənimsəmə cinayətində adı keçən polkovnik öldü
14 avqust 10:50
- Övladını öldürdülər, Şövkət Ələkbərovanın təklifini rədd etdi
14 avqust 09:06
- O daha prezident OLMAQ İSTƏMİR
14 avqust 08:38
- Bu il Avropaya qaçan 1212 qeyri-qanuni miqrant boğularaq ölüb
14 avqust 01:58
- Bu il 501 azərbaycanlı Türkiyədə mənzil alıb
14 avqust 01:22
- Şair Kəramətin küçədə meyiti tapıldı
14 avqust 00:07
- Vahid Əhmədov Nəcməddin Sadıkovla bağlı sensasion fakt açıqladı
13 avqust 22:27
- Sumqayıt Apellyasiya Məhkəməsinin qalmaqallı eks vəkil Sevil Hacıyeva bаrəsində qərаrı: 6 ay elektron QOLBAQ TAXACAQ
13 avqust 21:22
- Atası partiyanı Günay Ağamalıya təhvil verir?
13 avqust 21:13
- Prezident xüsusi icra məmurları haqqında qanunu təsdiqlədi
13 avqust 13:20
- Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
13 avqust 12:56
- Kərbəla əvəzinə Tiflisə getdilər - Azərbaycanlı zəvvarları ))) VİDEO
13 avqust 11:37
- Doğum tarixiniz təsadüfi deyil - SEHRLİ GÜC
13 avqust 10:13
- Aleksandr Duqindən Putinə: Çar var – beyin yoxdur, Rusiya BAŞSIZ TOYUQ kimi...
13 avqust 09:57
- Ermənistanın ilk prezidenti İranı xeyli TƏRİFLƏDİ ....
13 avqust 09:48
- Netanyahu İran xalqına müraciət etdi
13 avqust 09:13
- Türkiyəyə İLK rəsmi səfərini etdi - Fotolar
13 avqust 00:30
- AZƏRBAYCAN DİLİ MÜTƏXƏSSİSLƏRİ OXU VƏ YAZI STANDARTLARINA CAVAB VERMİRLƏR
12 avqust 22:16
- Vaşinqton razılaşması Cənubi Qafqazın gələcək geosiyasi mənzərəsini şəkilləndirir
12 avqust 21:37
- Saleh Məmmədov idarə rəisini işdən çıxardı - Yeni təyinat
12 avqust 21:03
- 125 MİN UŞAĞIN birinci sinfə qəbulu tamamlandı
12 avqust 15:17
- Hədə-qorxu ilə pul tələb edən baş redaktor tutuldu - Fotolar
12 avqust 13:42
- Prezidentdən Hicran Hüseynova ilə bağlı SƏRƏNCAM
12 avqust 13:06
- Bayram Beqay İlham Əliyevə zəng etdi
12 avqust 12:57
- Vaşinqtonda bağlanan sülh Rusiyanın böyük məğlubiyyətidir - Duqindən ŞOK ETİRAF
12 avqust 11:30
Video & Fotoqalereya
Video
Fotoqalereya