Leninin sevgilisi... Krupskayanın əri... - Firuz Mustafa
Hadisə15 mart 2025 23:47
Leninlə Krupskayanın ər-arvad olduğunu az qala bütün dünya bilir. Amma az adam bilir ki, Leninin qanuni arvaddan başqa mülki arvadı, daha doğrusu, sevgilisi də olub. Bu, məşhur inqilabçı İnesa Armand idi.
Lenin (və eləcə də Krupskaya) İnessa Armandla 1909-cu ildə Parisdə tanış olub. Bu tanışlığa qədər İnessanın iki nikahdan beş uşağı vardı. Bildiyimiz kimi, Krupskayanın övladı olmamışdı.
Nadejda öz məşhur ərinin fransalı xanıma bənd olduğunu yaxşı bilirdi. Nə qədər təmkinli olsa da belə, Nadya daxilən iztirab keçirirdi. Hətta, bir dəfə boşanmaq qərarına da gəlmişdi. Amma sonralar bu istəkdən daşınmışdı.
Leninlə İnessanın sevgi macərası izsiz ötüb keçməyib. Deyilənə görə onların Aleksandr (bəzi mənbələrə görə isə Andrey) adlı övladları olub. Bu barədə bir qədər sonra...
İnessa Fyodorovna Armand 1874-cü ildə Parisdə opera müğənnisi Teodor Stefanın ailəsində doğulmuşdu. O, səkkiz yaşında ikən atasını itirir. Ailə çətinliklərə məruz qalır. İnessa 15 yaşında ikən öz bacısı Rene ilə Rusiyada yaşayan xalasıgilə gəlir. Xala məşhur varlı ailənin -Armandların uşaqlarına musiqi dərsi keçirdi. 1893-cü ildə İnessa Armandın oğullarından birinə - Aleksandrla, onun bacısı Rene isə digər qardaşla - Pavellə ailə qurur.
İnessanın birinci nikahdan dörd uşağı - iki oğlu və iki qızı olur. 1902-ci ildə qadın öz ərindən ayrılaraq onun kiçik qardaşı 18 yaşlı Vladimirə ərə gedir və bu evlilikdən Andrey adlı oğlu olur. O, əvvəlcə Vladimirin təsiri altında rus eserçilərinin Moskva qrupu ilə tanış olur. Bu tanışlıqdan sonra İnessa inqilabi fəaliyyətlə ciddi məşğul olur. O, tezliklə bolşeviklərə qoşulur. Dediyimiz kimi, Leninlə Armand Parisdə tanış olmuşdular. İnessa Volodyadan dörd yaş kiçik idi. Bildiyimiz kimi, Nadejda isə öz ərindən - Vladimir İliçdən bir yaş böyük idi.
Xanım İnessa fransız fəhlələri arasında partiya təbliğatı aparırdı. O, öz sevgilisi Leninin əsərlərini fransızcaya tərcümə edirdi.
Armand 1917-ci ilin aprelində Rusiyaya Leninlə eyni vaqonda - bir kupedə gəldi. Leninin yaxın silahdaşı kimi ağır döyüşlərdə iştirak etdi. Xəstəliklərə mübtəla oldu.
Leninin sevgilisi... Krupskayanın əri...
Lenin hakimiyyətə gələndən sonra da İnessa Armanda xüsusi qayğı ilə yanaşmışdı. İnqilabdan sonra bu xanım Moskva Xalq Komissarları şurasının sədri seçildi. Armand 1919-20-ci illərdə Rusiya Kommunist (b) Partiyası MK-da qadın şöbəsinə rəhbərlik edib.
İnessa 12 oktyabr 1920-ci ildə Nalçikdə vəbaya yoluxub və Beslanda vəfat edib. Onun nəşi Moskvaya gətirilərək Kreml divarları önündə dəfn edilib. Məzarının üzərinə Baş nazirdən - Leninin adından əklil qoyulub.
Yeri gəlmişkən, belə bir rəvayət də gəzir ki, Leninlə Armand ötən əsrin əvvəllərindən tanış olublar və yuxarıda adını çəkdiyimiz Andrey məhz Vladimir İliçin oğlu olub. Qızıl ordunun kapitanı Andrey Aleksandroviç Armand (1903-1944) müharibədə qəhrəmancasına həlak olub və Vilnüs yaxınlığında -Mariyampolda dəfn olunub.
Bütün bunlar öz yerində...
...Rus tarixini yazanlar son zamanlar belə bir mülahizə ilə də çıxış edirlər ki, Nadejda Krupskaya Vladimir İliçdən əvvəl də ailəlik həyatı yaşayıb.
Gəncliyində Krupskaya yaraşıqlı qız olub. Onun aşiqləri, fanatları da az olmayıb. Belə iddia olunur ki, Nadyanın birinci əri Boris Vladimiroviç German adlı şəxs olub. Boris 1860-cı ildə doğulub. Nadejdadan 9 yaş böyük olub. Eser partiyasının rəhbərlərindən biri kimi tanınıb. Sonralar ər-arvadın yolu ayrılıb və onların nikahı pozulub.
Yeri gəlmişkən, German məşhur eser Fanni Kaplanın yaxın dostu olub. Bu, həmin Kaplandır ki, 1918-ci il avqust ayının 30-da Lenin Moskvada Mixelson zavodunun fəhlələri qarşısında çıxış edərkən tapançadan bir neçə dəfə atəş açmış, nəticədə inqilab rəhbərini ağır yaralamışdı.
German haqqında “NKVD”-nin keçmiş agenti Kirill Henkin 1984-cü ildə İsraildə nəşr etdirdiyi kitabda ətraflı söhbət açıb. 1984-cü ildə çapdan çıxmış həmin kitabın adı belədir: “Ruslar gəldilər”. Həmin kitabda qeyd olunur ki, inqilabdan sonra Boris German Argentinaya gedir, ömrünü mühacirətdə başa vurur. German mühacirətdə də dinc durmur, terrora əl atır. Həbs olunur və elə həbsxanada “Sosializmin biologiyası” adlı kitabını yazır. O, deyilənə görə, məhbəsdə vəfat edir.
Tarixin bu cür açılmamış səhifələri də olur...
Oxşar xəbərlər
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 2026 22:23
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 2026 17:41
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- Prezident bu məhkəmələrə hakimlər təyin etdi - Sərəncam
25 dekabr 2025 19:20
- Əli Məsimlidən Sərdar Cəlaloğlunun ittihamlarına cavab
7 dekabr 2025 11:41
- Ağdamda Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edildi - Fotolar
6 dekabr 2025 23:47
- Poladın oğlu Murtuza Bülbül dirijor təyin edildi
30 noyabr 2025 20:45
- Çan Kayşinin oğlu, Leninin bacısının oğulluğu – sonda o, Tayvanın prezidenti olub
25 noyabr 2025 20:47
- Qarakənd faciəsindən 34 il ötür
20 noyabr 2025 17:02
- Həbsdəki eks-generalın istintaqdan gizlətdiyi əmlakı üzə çıxdı – Dəyəri bu qədərdir
13 noyabr 2025 13:38
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya

