Əbiliqoz bəyin Rusiyadakı şirkəti balıq biznesindən 106 milyon qazanıb - FAKTLAR
Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin Rusiyada fəaliyyət göstərən şirkəti ötən il gəlirlərini 192 dəfə artırıb.
Yeniavaz.com xəbər verir ki, Əbülfəs Qarayev ötən ilin may ayında Rusiyada "Korporaçiya ÇE” (ООО "Корпорация ЧE” - ИНН: 7725322819) adlı şirkətin 50%-lik payını satın alaraq 2 təsisçidən biri olub.
"Korporaçiya ÇE” şirkətinin digər təsisçisi – Əbülfəs Qarayevin biznes ortağı Rusiya vətəndaşı Levkoviç Aleksandr Nikolaeviçdir. Hər iki təsisçinin şirkətin nizamnamə kapitalındakı payı 10 000 rubl təşkil edir.
Qeyd edək ki, "Korporaçiya ÇE” şirkəti 11 iyul 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Əbülfəs Qarayev şirkətin 50%-lik payına sahib olduqdan sonra hüquqi ünvanı – Moskva şəhəri, Dnepropetrovskaya, ev 3 koros 5, m. 3/1 ünvanına dəyişdirilib.
Şirkətin fəaliyyət sahəsinə balıq, xərçəngkimilər və molyusklar da daxil olmaqla digər ərzaq məhsullarının topdan satışı daxildir.
Məlumat üçün bildirək ki, "Korporaçiya ÇE” şirkətinin 2023-cü ildəki ümumi gəlirləri 106 milyon 521 min rubl (1 milyon 956 min manat) olub. Bir il əvvəl – 2022-ci ildə şirkətin ümumi gəlirləri cəmi 554 min rubl (5 min 992 manat) olub. Rəqəmlərdən də göründüyü kimi, şirkətin gəlirləri son bir ildə 192 dəfə artıb.
Onu da qeyd edək ki, 1994-cü ildən 2020-ci ilə kimi – 26 il nazir vəzifəsində işləyən Əbülfəs Qarayevin qızı Suad Maleki də (Qarayeva) uzun illərdir Rusiyada biznes fəaliyyəti ilə məşğuldur.
Suad Malekinin yeganə təsisçisi olduğu "GALS” şirkəti 05 iyul 2013-cü ildə Moskva şəhəri, Tatarskaya küçəsi 7 ünvanında dövlət qeydiyyatına alınıb. Şirkət daşınmaz əmlakın alqı-satqısı ilə məşğuldur.
Mətbuatda yayılan məlumatda bidirilir ki, "GALS” sabiq nazirin özünün və ailə üzvlərinin adının baş hərflərindən (Garaev, Abulfas, Lalə (həyat yoldaşı) və Suad (qızı)) ibarətdir.
"GALS” adı ilə Azərbaycanda fəaliyyət göstərən şirkətlərin də sabiq nazirə bağlı olduğu bildirilir. "GALS Gallery”, "GALS Beauty and Spa” və "GALS” MMC-yə sabiq nazirə yaxın olan şəxslər rəhbərlik edir. Bunlardan başqa sabiq nazirin həyat yoldaşı Kazımova Lalə Tofiq qızının (Azərbaycan SSR xalq artisti, rejissor Tofiq Kazımovun qızı) rəhbərlik etdiyi "Yol+İlk Elmi-Populyar Dərgi Redaksiyası” MMC 29 mart 2006-cı il tarixində dövlət qeydiyyatına alınıb.
Sabiq mədəniyyət nazirinin həyat yoldaşı və qızından başqa kürəkəni Şahriar Maleki də Azərbaycanda biznes fəaliyyəti ilə məşğuldur. Əslən İrandan olan Böyük Britaniya vətəndaşı Şahriar Maleki 02 noyabr 2016-cı il tarixində dövlət qeydiyyatına alınan "Green Farm Azərbaycan” MMC-nin qanuni təmsilçisidir. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən "Green Farm Azərbaycan” MMC-yə 2017-ci ilin mayında Biləsuvar İcra Hakimiyyəti tərəfindən 5 min hektar torpaq sahəsi ayrılıb.
Əbülfəs Qarayevin kürəkəninə 5 min hektar torpaq sahəsi ayıran Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev 29 aprel 2020-ci il tarixində Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılaraq Bakıya gətirilib. Bundan təxminən 20 gün sonra Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib.
Oxşar xəbərlər
- Nəcməddin Sadıkovun verdiyi 800 mini çatdırmışam
29 aprel 2024 18:15
- NAR-dan sərfəli smartfon təklifi - Fotolar
28 aprel 2024 13:01
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 2024 11:56
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 2024 10:22
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
Xəbər lenti
- Dövlət Neft Fondu bu il 3 tona yaxın qızıl alıb
29 aprel 23:51
- Dövlət Neft Fondu bu il 3 tona yaxın qızıl alıb
29 aprel 23:51
- İsa Qəmbər rəsmən namizəd oldu - Foto
29 aprel 23:33
- Mehriban Əliyevadan Ülviyyəyə təbrik - Səninlə fəxr edirəm!
29 aprel 23:27
- Anar Məmmədli saxlanıldı
29 aprel 18:29
- Nəcməddin Sadıkovun verdiyi 800 mini çatdırmışam
29 aprel 18:15
- Onlar nazir müavini təyin edildilər
29 aprel 18:09
- Yeni icra başçısı Ovni Muradov kimdir?
29 aprel 17:58
- Prezident qəbul keçirdi
29 aprel 11:01
- Akademik Zərifə Əliyevanın doğum günüdür
28 aprel 13:21
- NAR-dan sərfəli smartfon təklifi - Fotolar
28 aprel 13:01
- Ali Məhkəmənin hakimi intihar etdi
28 aprel 12:48
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
Video & Fotoqalereya
Video
Fotoqalereya