Çingiz Abdullayev: Bəlkə də, aclıqdan ölsəydim, rüşvətxor olardım..

NUH.az Xalq yazıçısı Çingiz Abdullayev Lent.az-a müsahibəsini təqdim edir
- Çingiz müəllim, günlərdir müsahibə üçün sizi tapa bilmirəm, bütün günü tədbirlərdə olursunuz. Yorulmursunuz?
- Neynəyim bəs? Yoruluram. Hələ gecələr də işləyirəm. Bu gecə saat 5-ə qədər işləmişəm.
- Az yatıram. Başa düşmürəm istirahət nə deməkdir. Bəlkə, bu o deməkdir ki, uzanıb heç nə etmirsən? Məzuniyyət götürüb, harasa istirahətə getmək mənlik deyil. Dincəlmək nədir axı? Mən kitab sevirəm, oxuyuram. İşləməyi sevirəm, işləyirəm. Axı işləyəndə dincəlirəm. Əgər belə olmasaydı, 200-dən çox kitabı yaza bilməzdim. Mənim üçün istirahət kitab oxumaq, kitab yazmaq və dünyanı gəzməkdir. İnsanlarla ünsiyyətdə olanda sevinirəm.
- Aqata Kristi deyirdi ki, əsərlərimin ideyası qab yuyanda gəlir. Bəs siz necə tapırsız ideyaları?
- Qab yumuram, yoldaşım məni mətbəxə buraxmaz (gülür). İdeyaların çoxu ya yuxuda gəlir, ya da hansısa əhvalatı eşidirəm, oradan yaranır. Amma qab yumuram. İmkan versəydilər, ikiqat daha çox yazardım. Özümü tənbəl kişi hesab edirəm. Bəzi səviyyəsiz adamlar deyir, özü yazmayıb. Deyin ki, kitabları oxunmur, satılmır, pis yazır, nəsə demərəm. Amma deyəndə ki, özü yazmır, qonşularımız deyir ki, baxın, bunların Xalq yazıçıları əsərlərini özü yazmır. Mənim əsərlərimi hətta Ermənistanda da oxuyurlar. 15 il əvvəl bir rus jurnalı yazmışdı ki, bir insan bu qədər kitab yaza bilməz, 5 nəfər yığışıb yazır o kitabları. Dedim, bütün kitablarımı leksikonda yoxlamaq olar. Yoxlayın, əgər 1 kitabı belə mən yazmamışamsa, sizə 10 min dollar verəcəm. Yox, əgər mən yazmışamsa, siz mənə 1 rubl verib üzr istəyəcəksiniz. 3-4 ay keçdi, onların baş redaktoru Bakıya gəlmişdi. Slavyan universitetində 600 nəfərin qarşısında 1 rublu qaldırıb dedi ki, bütün kitabları Çingiz Abdullayev özü yazıb. Amma o 1 rublu vermədi (gülür). Mənim üslubum elədir ki, onu dəyişmək, səhv salmaq mümkün deyil.
- Bir şey eşitmişdim ki, Çingiz Abdullayev təyyarədə bir roman yazır. İnandırıcı gəlmədi, dedim, sizdən soruşum.
- Yox, təyyarədə bir romanı yazıb bitirə bilmərəm. Mən təyyarədən çox qorxan adamam. Təyyarədə 2-3 saata bir romanı yazmaq olmaz. Amma bir dəfə mənə təcili lazım olanda 17 günə yazıb bitirmişəm.
- "Neftçi" futbol klubunda müşahidə şurasının sədri idiniz.
- Bəli. "Neftçi"ni çempion etdik. Bununla fəxr edirəm. Uşaqlıqdan "Neftçi" azarkeşi olmuşam, indi də onu sevirəm.
- Hazırda "Neftçi"nin durumu elə də yaxşı deyil. Niyə?
- Bəli. Buna ürəyim ağrıyır. Səbəbləri çoxdur. Desəm, gərək kimisə pisləyim. Mən 6 il müşahidə şurasının sədri oldum. Mənim vaxtımda “Neftçi” 3 dəfə 2-ci yerə çıxdı. Bizim üzvlərimiz tanınmış adamlar idi: Fərhad Bədəlbəyli, Zaur Qəhrəmanov və sair.
Qurana əl basaram ki, oradan heç birimiz 1 manat belə qazanmamışıq. Bəlkə, əsas səbəb də bu idi... Biz futbolu fikirləşirdik, cibimizi yox. Bir dəfə “Neftçi” uduzanda 2 gün oradan çıxmadım. Düşünürdük ki, necə edək “Neftçi”ni bu böhrandan çıxaraq. Kimin nə problemi var, həll edirdik. Kimisə orduya aparırdılar, zəng edib saxladırdım. Ailəvi problemi olanların problemlərini həll edirdim. Hər futbolçu ilə ayrı-ayrı maraqlanırdım.
- Dinə münasibətiniz necədir?
- Çox yaxşıdır. Məkkədə, Kərbəlada, Məşhəddə, Kufədə olmuşam. Füzulinin qəbrini də ziyarət etmişəm. Xalq şairi Qabilin yaxşı bir sözü vardı, deyirdi ki, Allaha inanan adamam, amma xurafata inanmıram. Mən inanmıram ki, o tərəfdə bizi hurilər qarşılayacaq, saqqallı kişi ilə görüşəcəyik. Amma görünür, nəsə bir güc var dünyada.
- Bir müsahibənizdə demişdiz ki, seçim olsaydı, cəhənnəmə gedərdiz, orada maraqlı kişilər və qadınlar olacaq. Cəhənnəmdə kimlərlə görüşmək istəyərdiz?
- O bir zarafat idi. Cənnət ya cəhənnəmə getmək mənim seçimim deyil axı. Amma, bəli, indi də düşünürəm ki, gözəl qadınlar və ağıllı kişilər hamısı oraya getməlidir. Məsələn, Napoleon, Çingiz Xan, Atilla, Əmir Teymur və sair.
- Çingiz müəllim, Kommunist Partiyasının müxtəlif orqanlarında çalışmısınız. Dövrün tələbinə görə, yoxsa, həqiqətən, kommunistsiz? Yəni bu, siyasi baxışlarınıza uyğun idi?
- İnzibati şöbədə çalışırdım. Birincisi, biz cavanlıqda kommunizmə inanırdıq. Elə olurdu ki, gətirib mənə pul verirdilər, əlimi də vurmurdum. Məni heç vaxt pulla almaq olmaz.
Pulla ancaq pozğun qadınları almaq olar. Vicdanını satmaq bədənini satmaqdan daha pisdir. Bəlkə, ona görə ki, mənim buna ehtiyacım da yox idi. Bəlkə də, aclıqdan ölsəydim, pulum olmasaydı rüşvətxor olardım. Bəlkə də, yox. Tolstoy deyir ki, bir az insaflı insan ola bilməz, ya insaflısan, ya da yox. Heç vaxt rüşvət almamışam.
Kommunist olmağa gəlincə, o vaxt hamı kommunist olub: Üzeyir Hacıbəyli, Qara Qarayev...
- Siyasi görüşləriniz necədir?
- Solçuyam. Hesab edirəm ki, cəmiyyətdə birinci növbədə sosial ədalət olmalıdır. Mənə böyük bir yazıçı demişdi ki, yazıçının ürəyi solda olmalıdır. O xalqı fikirləşmirsə, pis yazıçıdır. Yaxşı yazıçı xalqın əbədiyyətdə vəkilidir. Sən xalqı fikirləşmirsənsə, onda nə yazacaqsan?
- Niyə dünyadakı böyük yazıçıların əksəriyyəti solçudur?
- 2000-ci ildə 140 yazıçını bir yerə yığmışdılar. Hamısı çox tanınmış yazıçı idi. Aralarında "Nobel" mükafatı laureatı, “Plutser” mükafatı alanlar var idi. Bizə qatar vermişdilər, bütün şəhərləri gəzirdik - Madrid, Paris, Brüssel, Berlin... Hamısını gəzə-gəzə gəldik Moskvaya. Moskvada bir qız Leninlə Trotskini pisləyirdi. Baxdım, onların hamısı bu söhbətdən narazıdır, qızı doğru hesab etmirlər.
Sonra bildim ki, bu yazıçıların hamısı ya kommunist, ya sosialistdir.
- Demişdiz ki, Qarabağ azad edilənə qədər Azərbaycanda çap edilən kitablarınızın qonorarını almayacaqsız. Qarabağ azaddır, indi qonorar alırsız?
- Bəli, son illər alıram. Onu da alanda keçirdirəm şəhid övladları, ya qazilərin ailələrinin hesabına.
Yazıçı olmaq çox çətindir. Yaxınlıqda kitab mərkəzi var. Orada 80 min yazıçının kitabı yer alır, aralarında Homer, Nizami, Balzak, Dostoyevski və s. var. Bir yazıçı düşünə bilər ki, sən onlardan ağıllısan kitab yazırsan? Və ya hesab edər ki, kim onları qoyub, sənin kitabını alacaq? Bu suallara cavab olaraq elə kitab yazmalısan ki, heç olmasa 1 nəfər pul verib sənin kitabını alsın. Elə yazmalısan, milyonlarla yazıçı arasında gəlib sənin kitabını oxumaq istəsinlər. Yazıçının xoşbəxtliyi odur ki, onun kitablarını oxusunlar.
- Çingiz müəllim, siyasi detektiv yazan ilk azərbaycanlısız...
- Moskvada ilk kitablarım çıxanda mənə gülürdülər. Deyirdilər "Çingiz Abdullayev" ad-soyadı ilə bir müəllif heç siyasi detektiv yazar?
- Niyə var idi bu təsəvvür?
- Ona görə ki, azərbaycanlı, müsəlman detektiv əsər yazan yazıçı yox idi. Deyirdilər, ona deyin, getsin qoyunları ilə məşğul olsun. Məni Mərkəzi Komitəyə çağırmışdılar ki, bunu yəhudilər yazır, sənlik deyil. Mən də həyasız idim, dedim, yazacam! Mədəniyyət şöbəsinin rəhbəri Azər Mustafazadə dedi, onda çalış onlardan yaxşı yazasan. Bilmirəm, bacardım, ya yox, amma Rusiyada, Ukraynada, Belarusiyada, Qazaxıstanda elə bir şəhər yoxdur ki, orada mənim kitabım olmasın.
- Siyasi əsərlərə görə sizi sıxışdırıblar?
- Kitablarım qadağan olunmuşdu. Dedilər, sirləri açırsan. Lakin sonradan icazə verildi.
- "Əclafların Qanunu" əsərində Rusiyanın hər iki tərəfə silah satmağını, meyitləri satmağını yazmışdız. Belə şeylərə görə, Rusiyadan sizə qarşı narazılıq olub?
- Narazılıq nədir, hətta öldürmək istəyiblər. Onların təhlükəsizlik rəhbəri keçmiş KQB-nin generalı var idi. Kitabı Londona göndərdi ki, baxın, bu cavan oğlan bizim haqqımızda nə yazıb. Məni öldürmək üçün 10 min dollar ayırdılar. Bu, o vaxt çox böyük pul idi.
Onların rəhbəri oxudu o kitabı və dedi ki, əşi, cavan yazıçıdır, yaxşı yazır, nə istəyirsiz ondan? Nəyinki o, çoxları inciyirdi. Təkcə Rusiyadan yox, Azərbaycandan da inciyənlər var idi.
Bir dəfə yazmışdım ki, Heydər Əliyev və Eduard Şvardnadzeyə sui-qəsd etmək istəyiblər. Heydər Əliyevə sui-qəsd cəhdi çox olub. Hətta Heydər Əliyevi öldürmək üçün körpünün altına bomba qoyublar. Sonra onun təyyarəsini vurmaq üçün top hazırlayıblar.
Bəziləri məni sevmir, amma fəxr edirəm ki, Cənab Prezident məni oxuyur. Fəxr edirəm ki, bu qədər tanınmış adamlar, ziyalılar məni oxuyur.
Bir dəfə Yazıçılar Birliyinə 27 ölkədən jurnalist gəlmişdi. Bir zarafat eləmək istədim. 27 qızın hərəsinə öz dilində kitabımı hədiyyə etdim. Onlar təəccüblənmişdilər ki, bu necə olar bilər? İstədim qoy baxsınlar Azərbaycan yazıçısı nəyə nail olub.
1990-cı ildə “Qara yanvar”-ı yazanda 29 yaşım var idi. O kitabı 3 gün gizlətmişdik. O vaxt Sovet ordusunun əleyhinə elə kitab yazmaq olmazdı erməni alimi Zori Balayanla bağlı kitab yazmışdım. Sabiq baş nazir Artur Rasizadə əmr verdi ki, onu Moskvada bütün səfirliklərə paylasınlar.
- Mühafizəkarsız, ya yenilikçi?
- Baxır nədə. Məsələn, dünya qadından başlayır. Oğula ağıl anadan keçir. Kişilər qıcıqlanırlar ki, necə yəni, mənim ağlım oğluma keçmir? Xeyr, kişinin ağlı qızına keçir. Bəziləri deyir, qız oxumasın. Birinci qızlar oxumalıdır. Mən qadınlar haqqında kitablar yazmışam, onu oxuyanda deyirlər ki, bunu qadın yazıb, kişi yox. Deyirlər ki, kişi qadın hisslərini bu qədər dərin ifadə edə bilməz.
- Hobbiləriniz nələrdir?
- Futbol, kitab oxumaq, dünyanı gəzmək və qadınlar... 87-88 ölkədə olmuşam. Kitabları çox sevirəm, mənə 1000 il ömür versəydilər, onun 500 ilini kitab oxuyardım. Özəlliklə tarixi çox sevirəm. Məktəbdə tarixdən 1 dəfə də olsun 4 almamışam. Həmişə 5 alırdım.
- Ən sevdiyiniz şəhər hansıdır?
- Bakı. Elə Bakı ləhcəsində də danışıram. Çox vaxt bunu nöqsan tuturlar. Amma bilmirlər ki, anam bakılıdır. Atamsa qarabağlı.
Müəllif: Rəhman Mirzəlizadə
Foto - Rüfət Mustafayev © APA GROUP
- Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi ?
27 iyul 2025 21:24
- Könül AYDIN. Kabusdumu, qonşudumu – bilmədim
27 iyul 2025 12:06
- Könül AYDIN. Mətnşünaslığın sonuncu mogikanı
25 iyul 2025 01:00
- Süni intellektin etdiyi ən qorxulu 10 şey
21 iyul 2025 00:38
- Rusiya Kilsəsi: Seks cənnətə aparan yoldur
18 iyul 2025 01:56
- Məleykə Abbaszadə qadınları SAĞMAL İNƏKLƏ müqayisə etdi: Gündə sağılmaq ağırdır..
15 iyul 2025 00:33
- Orxon yazıları və ortaq Türk dili təklifi
14 iyul 2025 23:09
- Elə bilirdim ürəyim tab gətirməz, getdim, tamam başqa insan oldum...- Polad Həşimovun XANIMI
12 iyul 2025 14:28
- Yazıçı Sabir Əhmədlinin oğlu ilə TƏSİRLİ MÜSAHİBƏ
11 iyul 2025 01:31
- Dana monopoliyası təkcə mal-qara, Teyyub məsələsi deyil, cənablar, MİLLİ TƏHLÜKƏSİZLİK məsələsidir..
8 iyul 2025 13:47
- Britaniyada ilk dəfə qadın arxiyepiskop seçilib
31 iyul 02:25
- 6 dil bilir, Bakıda küçədə yaşayır - Ukraynalı Denisin hekayəsi - VİDEO
31 iyul 00:07
- Vəzir kötücəsinin Afrikada qətli – 7 il öncə bu gün VAQNER jurnalist Orxan Camalı öldürüb
30 iyul 23:18
- Azərbaycanlı ilə evlənən, muğamımızı dünyaya tanıdan amerikalı - VİDEOMÜSAHİBƏ
30 iyul 23:08
- katibəni qucaqlayan deputat işdən qovuldu - FOTO
30 iyul 22:46
- ABŞ Rusiyadan bu adanı 15 MİLYARDA almaq istəyir : MƏQSƏD NƏDİR ?
30 iyul 22:39
- Narinin anasının həbsxanadakı son halı - tanınmaz halda - FOTO
30 iyul 22:05
- Prezident Mərakeş Kralını təbrik etdi
30 iyul 12:42
- Xuliqanlıq edən Azərbaycan idmançısına CƏZA- ELEKTRON QOLBAQ
30 iyul 12:26
- Van Dammın azərbaycanlı gəlini Bakıda - FOTOLAR
30 iyul 10:55
- Doğma yurdlarına qayıdırlar - Fotolar
30 iyul 10:24
- Sərdar Cəlaloğlu məhkəməyə verildi
30 iyul 09:57
- Yeni səfir Bakıya gəldi
30 iyul 09:39
- Ərdoğan Tokayevə Türkiyənin ən yüksək medalını verdi
30 iyul 01:39
- Rusiya Dövlət Dumasının deputatı BURYATLARI təhqir etdi
29 iyul 23:39
- Ermənistan PREZİDENTİ Zəngəzur dəhlizindən DANIŞDI
29 iyul 23:31
- Mərkəzi Nəbatat Bağında 7 yaşlı uşağı ilan sancdı - Vəziyyəti ağırdır
29 iyul 13:10
- ÇİN və TÜRK dillərində ortaq sözlər - Firuz Mustafa
29 iyul 11:48
- Tokayev Türkiyədədir
29 iyul 11:40
- Bu xəstəxanaya yeni direktor təyin edildi
29 iyul 11:16
- Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin - Yeni üzvləri
29 iyul 10:56
- Süni intellekt sənətkarla bağlı səhv etdi, universitet üzr istədi - Foto
29 iyul 02:28
- 5 AYDA doğuldu, ÇƏKİSİ 285 QRAM, BOYU 24 santimetr - Zərrəcə yaşamaq şansı yox idi- YAŞADI
29 iyul 00:20
- Prezident sabit aylıq tariflə bağlı dəyişikliyi təsdiqlədi
28 iyul 16:22
- Son sözündə dedi ki, Natiqlə GÖRÜŞƏ GEDİRƏM ... - VİDEO
28 iyul 12:53
- MAXE dənizdə boğulan yeniyetməni XİLAS ETDİ və ÖZÜ BOĞULUB ÖLDÜ
28 iyul 12:42
- Rusiyada azərbaycanlı bloqer axtarışa verildi
28 iyul 11:32
- Putinin gizli keçmişi - ALTDAKI PUTİNDİR
28 iyul 10:43
- Qazaxıstanda NİQAB TAXMAQ QADAĞAN EDİLDİ
28 iyul 10:23
- Mikayıl İsmayılovun polis rəisi olan qardaşı -uzaq Pirallahıdan Bakının mərkəzinə- vəzifəyə gətirilir...
27 iyul 23:59