Bu kəndlərin adları dəyişdiriləcək - SƏBƏBLƏR
Region18 oktyabr 2025 22:34
Milli Məclisin Regional məsələlər komitəsinin iclasında "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanun layihəsinin müzakirəsi baş tutudu. Müzakirələr zamanı bəzi rayon və kəndlərimizin adlarının Azərbaycan dilinə uyğun istifadə olunmadığı müzakirə olunurdu. Qeyd edək ki, dilimizə uyğun olmayan coğrafi adların dəyişdirilməsi məsələsinə Milli Məclisin yanında Toponimiya Komissiyası baxır.
Komissiya üzvü Nizami Cəfərov Modern.az-a açıqlamasında bildirib ki, Milli Məclisin Toponimiya Komissiyasının kifayət qədər yer adları ilə işləmək təcrübəsi var:
"70 il ərzində sovet dövründə verilən yer adlarının bir hissəsinin dəyişdirilməsi ilə parlamentdə məşğul olduq. O vaxt mən də Milli Məclisin və bu komissiyanın üzvü idim. Burada bizim çox böyük alimlərimiz işləyirdi və bu ənənə bu gün də davam edir”.
Nizami Cəfərov qeyd edib ki, həmin dövrdə SSRİ zamanı qoyulan adların böyük hissəsi dəyişdirilib:
"Hazırda sadəcə mikro toponimlərdə bu cür adlar qala bilər. Həmçinin xalq dilində işlənən, amma rəsmi statusu olmayan toponimlər də var. Məsələn, Sovetski və Şurabad kimi adlar buna misal ola bilər. Bunların dəyişdirilməsi o qədər də vacib deyil. Çünki bizə bütün tarixi mərhələlərdən adlar yadigar qalıb. Sovet adlarından bəzilərinin qalmasının (əgər strateji deyilsə) elə bir ziyanı yoxdur”.
Onun sözlərinə görə, əhalinin təklifi əsasında yerli icra orqanları xüsusi iclas keçirir, adı təhrif olunmuş ərazilərin yenidən adlandırılması məsələsinə baxılır. Daha sonra təklif Prezident Administrasiyasına, ardınca isə Milli Məclisə göndərilir:
"Milli Məclisə daxil olan təkliflər əvvəlcə Toponimiya Komissiyasına yönləndirilir. Burada müəyyən müzakirələr aparıldıqdan sonra məsələ Regional məsələlər komitəsinə təqdim olunur, orada da müzakirə edildikdən sonra plenar iclasa çıxarılır”.
"Təkliflər birbaşa Prezident Administrasiyasına və ya plenar iclasa göndərilə bilər. Qanunvericiliyə əsasən, baxmaq səlahiyyəti olan bütün qurumlar bu məsələni gündəminə sala bilər. Əsas odur ki, təşəbbüs xalqdan və cəmiyyətin özündən gəlsin. Təkliflər Milli Məclisdən də irəli sürülə və müzakirə edilə bilər” – deyə o bildirib.
Nizami Cəfərov qeyd edib ki, deputatlar həm təmsil etdikləri rayonların, həm də bütövlükdə ölkənin maraqlarını nəzərə alırlar:
"Milli Məclisin deputatlarının hər biri həm öz bölgəsini, həm də Azərbaycanı təmsil edir. Əgər hər hansı yer adının düzgün olmadığı barədə məsələ ortaya çıxarsa, ona baxılır. Ad estetik deyilsə, tələblərə cavab vermədiyi hallara diqqət yetirilir”.
O bildirib ki, bəzi problemlər adların mənşə və səslənmə fərqlərindən qaynaqlanır:
Ads by 

0
Reklamınızı SmartBee ilə effektiv edin.
"Bəzən yerlərin çox gözəl, məzmunlu və tarixi adı olur, amma xalq arasında təhrif olunmuş şəkildə işlədilir. Məsələn, "Yekxana” adlı coğrafi ad var. Biz onu "Yekəxana” kimi tələffüz edirik. "Xana” komponenti ilə yaranan çoxsaylı coğrafi adlarımız var, lakin bunların çoxu fars mənşəlidir və Azərbaycan tarixi ilə ciddi əlaqəsi olduğunu demək çətindir. Ona görə də bu cür adlara ciddi düzəlişlər edilməlidir”.
Alimin sözlərinə görə, etimologiyası aydın olmayan, səslənməsi uyğun gəlməyən və estetik baxımdan qüsurlu adlara da baxmaq lazımdır.
"Biz bu adları mütəxəssis kimi təhlil edirik, mənbələrə baxırıq, lazım gələrsə, əlavə mənbələri də araşdırırıq. Hər bir adın dəyəri öyrənilir və bu zaman "yaxşı” və ya "pis” qiymətləndirilməsi aparılmır”.
Nizami Cəfərov xatırladıb ki, Sovet dövründən qalan bir çox adlar artıq dəyişdirilib. Daha sonra Naxçıvan Muxtar Respublikasında da adların bərpası istiqamətində ciddi işlər görüldü:
"Zaman-zaman bu ərazidə bəzi adların təhrifinə yol verilmişdi. Onların bir hissəsi yeni adlarla əvəz olundu, bəziləri isə fonetik qaydalara uyğunlaşdırıldı. Bütün hallarda dəyişikliklər həmin ərazidə yaşayan insanların təklifləri əsasında həyata keçirildi. Naxçıvanda insanlar yer adlarına çox həssas yanaşır, tarixi təfəkkürləri güclüdür. Ona görə də orada ciddi problem yaranmadı. İcra orqanlarında müzakirələr aparıldı, əsaslandırılmış təkliflər göndərildi və biz onları nəzərdən keçirdik”.
N.Cəfərov qeyd edib ki, yer adlarının dəyişdirilməsi prosesi Lənkəran-Astara-Masallı bölgəsində də həyata keçirilib:
"Bu zonadan gələn təkliflər özünəməxsus idi. Burada həm talış, həm də türk mənşəli sözlər var idi. Spesifik xüsusiyyətlər nəzərə alınmaqla adlara dəyişikliklər edildi. Əgər digər bölgələrdən də bu istiqamətdə təkliflər gəlirsə, biz onlara da diqqətlə baxacağıq”
Sovet dövründə qoyulmuş yer adlarının mahiyyəti:
"Bəzi adlar yeni yaradılmış kənd və şəhərlərə verilib, yəni ondan əvvəl həmin ərazidə coğrafi obyekt olmayıb. Sovet dövründə yaranan bu məntəqələrə ideoloji xarakterli adlar qoyulurdu. Digər tərəfdən, bizim qədim yer adlarımız da o dövrdə ideoloji məqsədlərlə dəyişdirilmişdi. Sonrakı mərhələdə bu adların çoxu bərpa olundu”.
"Yer adının özü də bir mənbədir. O, xalqın yaddaşında yaşayır, həm yazılı, həm də şifahi ədəbiyyatda əks olunur. Bu bizim etnoqrafik ənənəmizin bir parçasıdır. Bəzən fonetik düzgünlük pozulur, biz də həmin hallarda bərpa edirik. Bu prinsiplər indi də qüvvədədir”.
Toponimiya Komissiyasının üzvü əlavə edib ki, hələlik komissiyanın növbəti iclası keçirilməyib.
"İclas keçirildikdə hörmətli akademik İsa Həbibliyin rəhbərliyi ilə təqdim olunan təkliflərə baxacağıq. Orada həm yaşlı, həm də gənc nəsildən olan mütəxəssislər - dilçilər, tarixçilər və coğrafiyaçılar iştirak edəcəklər. Mövcud təcrübəni və elmi əsasları nəzərə alaraq yeni adlarla bağlı təklifləri diqqətlə dəyərləndirəcəyik”.
Oxşar xəbərlər
- Tofiq Kazımovun həyat yoldaşı: KQB-də işləyən qaynım demişdi, Səməd Mənsurun kitablarını yandırın..
27 dekabr 2025 11:29
- Əli Məsimlidən Sərdar Cəlaloğlunun ittihamlarına cavab
7 dekabr 2025 11:41
- Yanğında ölənlərdən ən kiçiyinin 6 yaşı olub... - Fotolar
6 dekabr 2025 00:14
- Trampın Ukrayna ilə bağlı 28 bəndlik SÜLH PLANI: Bənd-Bənd
21 noyabr 2025 01:09
- Kaş boşanmış olardım - Şəhid xanımı Gülüstan Əliyeva
16 noyabr 2025 10:59
- Fəzail Ağamalının gizli saxladığı nəvələri görün kimlər imiş - ADLARI MƏLUM OLDU
5 noyabr 2025 00:30
- Bir qrup var, istədiyini edir, insanları soymaqla məşğuldur... - Videomüsahibə
29 oktyabr 2025 10:59
- Şərhləri oxuyanda dəhşətə gəldim... - 50 yaşından sonra bloqer olan filoloq
27 oktyabr 2025 10:24
- Qalina Mehdiyeva erməni dilində ağı deyib,ağlayırmış — Mehdiyev qayınanasını harda dəfn edib? - ÖZƏL REPORTAJ
23 oktyabr 2025 15:37
- Adım əsassız yerə Ramiz Mehdiyevlə yanaşı çəkilir- Elmira Axundova çətin duruma düşüb
23 oktyabr 2025 01:55
Xəbər lenti
- Əfqanıstanda saqqal qırxan bərbərlər həbs olunacaq
03 yanvar 00:01
- Azərbaycanın Pakistana 2 MİLYARD dollarlıq sərmayə qoyması müzakirə edildi
02 yanvar 20:08
- Prezident və birinci xanım Nizami Gəncəvi Mərkəzinin həmsədrinə başsağlığı verdi
02 yanvar 17:40
- Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür
02 yanvar 12:10
- 2025-ci ildə Azərbaycana 50.000 ( ƏLLİ MİN ) TON PALMA YAĞI gətirilib
02 yanvar 11:38
- Hava sabahdan mülayimləşəcək - Temperatur yüksələcək
02 yanvar 11:30
- İlham Əliyev isveçrəli həmkarına başsağlığı verdi
02 yanvar 11:13
- Polad Həşimovun doğum günüdür
02 yanvar 11:07
- Azərbaycan Çindən səkkiz min tabut aldı
01 yanvar 22:20
- Sirkdə meymunlаrı döyən, Rusiyаdаn qovulаn təlimçi Murаd Аbdullаyev Bаkı Sirkinin zəbt edib
01 yanvar 20:47
- Rza Pəhləvidən İrana açıq çağırış: Molla rejiminin sonu yaxındır
01 yanvar 20:22
- Mehriban Əliyeva Yeni ilin ilk günündə İlham Əliyevlə fotosunu paylaşdı
01 yanvar 17:35
- Nyu-York meri Qurana and içərək vəzifəsinə BAŞLADI
01 yanvar 15:08
- Azərbaycanda bu ildən kişi və qadınların pensiya yaşı bərabər olacaq
01 yanvar 13:44
- Azərbaycanda 2026-cı ilin ilk körpəsi dünyaya gəldi
01 yanvar 13:30
- İlham Əliyev onları təbrik etdi
01 yanvar 13:15
- Dövlət Reklam Agentliyinin fəaliyyəti Ziya Məmmədovun qoçu dəstəsini yada salır…
31 dekabr 15:33
- 25-ci mərtəbədən YIXILDI - Möcüzə nəticəsində SAĞ QALDI
31 dekabr 11:02
- Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
31 dekabr 10:10
- Ziya Bünyadovun qatilini azadlığa çıxarmaq istəyən - Qayınatası imiş
30 dekabr 23:52
- Prezidentdən bayram paylaşımı - Foto
30 dekabr 23:43
- Sabiq icra başçısı azadlığa buraxıldı
30 dekabr 23:18
- Xoşbəxt sənətkar deyiləm - Flora Kərimova
30 dekabr 11:00
- Qapalı məkanlarda maska taxın! - Əhaliyə müraciət
30 dekabr 10:39
- Prezident büdcə ilə bağlı bu qaydalar təsdiqlədi
29 dekabr 22:11
- Bir insan ildə 78 kilo ət, 21 kilo balıq yeməlidir
29 dekabr 21:14
- Azərbaycanın Milli Qəhrəmanı İsveçdə vəfat etdi
29 dekabr 18:53
- Nəsiminin icra başçısı vəzifəsindən azad edildi (SƏRƏNCAM)
29 dekabr 18:27
- QHT-lərə Dövlət Dəstəyi informasiya sistemi yaradıldı
29 dekabr 17:38
- Qadınların Pensiya yaşı dəyişəcək - Bu tarixdən...
27 dekabr 22:44
Video & Fotoqalereya
Video
Fotoqalereya
