Milli Məclisdə ailə modeli: çoxuşaqlı deputatlar, subaylar - 7 övlad atası deputat kimdir?

Azərbaycan parlamentindəki deputatların həyat tərzi cəmiyyət üçün yalnız siyasi deyil, həm də sosial baxımdan maraqlıdır. Görəsən deputatların ailə həyatı, uşaqlarının sayı kimi faktorların onların qərarvermə proseslərinə də təsiri varmı?
Modern.az saytı deputatların ailə vəziyyətini və neçə uşağa sahib olduqlarını araşdırmağa çalışıb.
Məlum olub ki, əksər deputatlar 2 uşağa sahibdirlər, 3 və daha çox övladın valideyni olan parlamentarlar da var. Bu faktlar ilk baxışda sıradan görünə bilər, amma dərinliyə getsək, burada maraqlı tendensiyalar görə bilərik.
Adətən 2 uşaqlı olmaq çox vaxt ailə planlaşdırmasında balans axtarışı ilə izah edilir. Belə şəxslər iqtisadi və sosial sabitliyi önə çıxaran təbəqəyə daha yaxın görünürlər. Onların çıxışlarında "ailə məsuliyyəti", "orta təbəqənin yükü" kimi ifadələr tez-tez yer alır.
3 uşaqlılar daha çox klassik ailə modelinə sadiq qalan, ənənəvi dəyərləri müdafiə edən kəslərdir. Onlar ailə institutunun qorunmasını prioritet sayır, çıxışlarında "ailə bizim gələcəyimizdir" fikrini əsas götürürlər.
4 və daha çox uşağı olanlar indiki çətin zəmanədə "qəhrəman valideyn” sayılırlar.
Deputatın özünün valideyn kimi yaşadığı təcrübə onun qanunverici fəaliyyətinə təsir edə bilərmi? Bu sualın cavabı birmənalı deyil. Amma təcrübə göstərir ki, öz ailə həyatında balansı tapa bilən, uşaqlarının təhsil və tərbiyəsində iştirak edən deputatlar ailə ilə bağlı qanunvericilik təşəbbüslərində daha çevik və realist olurlar.
Məsələn, uşaq bağçalarının inkişafına dair qanun layihələrini dəstəkləyən deputatların əksəriyyəti azı 2 uşaq atası və ya anasıdırlar.
Sosial yardım mexanizmlərinin genişləndirilməsi təşəbbüsləri isə əksər vaxt çoxuşaqlı ailə təcrübəsinə malik deputatlar tərəfindən irəli sürülür.
Beləliklə, hansı deputatlar 2, hansılar 3 və 4 uşaq valideynidirlər? Bəs Milli Məclisdə subay parlamentar da varmı?
Statistikaya görə, Milli Məclisdə 60 deputat 2 övlad valideynidir. Onlar aşağıdakılardır:
Aqil Abbas, Ülviyyə Ağayeva, Elnarə Akimova, Sahib Alıyev, Azər Allahverənov, Nigar Arpadarai, Azər Badamov, Vüqar Bayramov, Tamam Cəfərova, Məzahir Əfəndiyev, Əli Əhmədov, Bəxtiyar Əliyev, Azər Əmiraslanov, Əhliman Əmiraslanov, Asif Əsgərov, Ziyafət Əsgərov, Xanlar Fətiyev, Sevinc Fətəliyeva, Sabir Hacıyev, Əli Hüseynli, Aydın Hüseynov, Hicran Hüseynova, Naqif Həmzəyev, Ramil Həsən, Nurlan Həsənov, Afər Həsənova, Qüdrət Həsənquliyev, Səbinə Xasayeva, Məlahət İbrahimqızı, Anar İsgəndəov, Vüqar İsgəndərov, Şahin İsmayılov, Fariz İsmayılzadə, Azər Kərimli, Pərvin Kərimzadə, Sahibə Qafarova, Eldar Quliyev, Ülvi Quliyev, Mübariz Qurbanlı, Eyvaz Qurbanov, Tahir Mirkişili, Elçin Mirzəbəyli, Aydın Mirzəzadə, Rövşən Muradov, Fazil Mustafa, Bəhruz Məhərrəmov, Nigar Məmmədova, Əli Məsimli, Arzu Nağıyev, Ramiz Namazov, Siyavuş Novruzov, Razi Nurullayev, Rizvan Nəbiyev, Zahid Oruc, Gülşən Paşayeva, Tənzilə Rüstəmxanlı, Səbinə Salmanova, Səməd Seyidov, Nizami Səfərov, Fatma Yıldırım.
34 deputatın 3 övladı var:
Günay Ağamalı, Kamran Bayramov, Polad Bülbüloğlu, Bədəl Bədəlov, Arzuxan Əliadə, Əziz Ələkbərov, Heydər Əsədov, Malik Həsənov, Fəzail İbrahimli, Eldar İbrahimov, İmamverdi İsmayılov, Vasif Qafarov, Azay Quliyev, Musa Quliyev, Sadiq Qurbanov, Rəşad Mahmudov, Səttar Mehbalıyev, Nəsib Məhəməliyev, Müşfiz Məmmədli, Anar Məmmədov, Hikmət Məmmədov, Soltan Məmmədov, Elman Nəsirov, Cavanşir Paşazadə, Tahir Rzayeva, Vüqar Rəhimzadə, Səyyar Salahlı, Şahin Seyidzadə, Zaur Şükürov, Mahir Süleymanlı, Ziyad Səmədzadə, Samir Vəliyev, Mehriban Vəliyeva, Pərvanə Vəliyeva.
Aşağıdakı 17 deputat 1 övlada sahibdir:
Əminə Ağazadə, Jalə Əliyeva, Rafael Hüseynov, Sevinc Hüseynova, Ülviyyə Həmzəyeva, Mircəlil Qasımlı, Erkin Qədirli, Asim Mollazadə, Rasim Musabəyov, Elşən Musayev, Ceyhun Məmmədov, İlham Məmmədov, Könül Nurullayeva, Anatoliy Rafailov, Ağalar Vəliyev, Mixail Zabelin.
8 deputat 4 övlad tərbiyə edir:
Novruzəli Aslanov, Müşfiq Cəfərov, Cavanşir Feyziyev, Kəmaləddin Qafarov, Musa Qasımlı, Elşad Musayev, Əlibala Məhərrəmzadə, Məşhur Məmmədov.
Parlamentdə ən çox övladı olan 1 deputat var - Elman Məmmədov. Onun ailəsində 7 uşaq dünyaya gəlib.
Kamal Cəfərov və Tural Gəncəliyev evlidirlər, amma hələ övlad sahibi deyillər.
Günay Əfəndiyeva və Sevil Mikayılova isə subaydırlar. Övlad sahibi olan daha iki deputat subaydır: Sabir Hacıyev və Məzahir Əfəndiyev.
Milli Məclisin saytında deputatlar Göydəniz Qəhrəmanovla Qaya Məmmədovun ailə məlumatı barədə məlumat "sirr" saxlanılıb.
Oxşar xəbərlər
- Elmira Axundovanın adı keçən iş Sabunçu məhkəməsində - Gizli ödəmə və açıq haqsızlıq
2 sentyabr 2025 16:22
- Ukraynadakı müharibədə 2000-ə yaxın Şimali koreyalı əsgər ölüb
2 sentyabr 2025 12:22
- Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu
2 sentyabr 2025 10:51
- Azərbaycanlı qadın Finlandiyada öldürüldü
1 sentyabr 2025 23:33
- Bakıda Mərkəzi Park-da 2 yaşlı UŞAQ KANALİZASİYA QUYUSUNA DÜŞDÜ - Fotolar
1 sentyabr 2025 13:03
- ŞOK: ABŞ kəşfiyyatında daxili savaş - Direktor gizli agentlərin SİYAHISINI YAYDI
31 avqust 2025 10:14
- Qaxda bir neçə şəxs tərəfindən zorakılığa məruz qalan 13 yaşlı qız...
29 avqust 2025 01:13
- Ballıqaya qətliamından 33 il ötür
28 avqust 2025 02:33
- Prezident İlham Əliyev Əl-Ərəbiyə kanalına müsahibə verib: ölkə başçısından mühüm mesajlar (CANLI)
27 avqust 2025 16:53
- Azərbaycanda REKTORSUZ universitetlər....
27 avqust 2025 14:06
Xəbər lenti
- Elmira Axundovanın adı keçən iş Sabunçu məhkəməsində - Gizli ödəmə və açıq haqsızlıq
02 sentyabr 16:22
- Naxçıvan şəhərində işıq olmayacaq
02 sentyabr 14:18
- Ukraynadakı müharibədə 2000-ə yaxın Şimali koreyalı əsgər ölüb
02 sentyabr 12:22
- Tramp bu gün vacib açıqlama verəcək - Ağ Ev
02 sentyabr 11:57
- Prezident Powerchina group şirkətlər qrupunun icraçı vitse-prezidenti ilə görüşdü (FOTO)
02 sentyabr 11:49
- Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu
02 sentyabr 10:51
- Astarada məsciddə MOLLA AĞZINDAN bıçaqlandı - KREDITƏ görə..
02 sentyabr 10:27
- Ölkədə bir dənə də olsun gözəllik salonu qalmayacaq
02 sentyabr 00:37
- Azərbaycanlı qadın Finlandiyada öldürüldü
01 sentyabr 23:33
- Ərdoğan və Pezeşkian Çində görüşdü
01 sentyabr 23:17
- Eldar Namazov Seçim Komissiyasının üzvü oldu
01 sentyabr 22:08
- Külli miqdarda RÜŞVƏTƏ görə ... AZADLIĞA BURAXILDI ...
01 sentyabr 17:06
- Lisey direktorunun ölkədən çıxışına STOP qoyuldu
01 sentyabr 15:34
- Naxçıvanda 75 yaşlı qarını qəddarlıqla öldürən 2 qadının məhkəməsi keçirildi
01 sentyabr 13:53
- Prezident Paşinyanla görüşdü - Video
01 sentyabr 13:10
- Bakıda Mərkəzi Park-da 2 yaşlı UŞAQ KANALİZASİYA QUYUSUNA DÜŞDÜ - Fotolar
01 sentyabr 13:03
- Seymur Orucovun həbsdə olan qohumu mənimsədiyi pulları geri qaytaracaq - Qərar verildi
01 sentyabr 12:41
- Prezident Əliyev Ərdoğanla görüşdü (YENİLƏNİB)
01 sentyabr 11:18
- Azərbaycanlı iş adamının ŞOK SƏRVƏTİ - Milyardlarla...
01 sentyabr 11:10
- Ərdoğanla Paşinyan görüşdü - Video
01 sentyabr 10:30
- Əfqanıstanda güclü zəlzələ - 622 nəfər öldü - Fotolar - Yenilənib
01 sentyabr 10:26
- İlham Əliyev Çində Maldiv Prezidenti ilə görüşdü (FOTO)
01 sentyabr 10:08
- Çin Gürcüstanı parada niyə dəvət etməyib ?
31 avqust 21:37
- Çində BU AN! Putin Paşinyanla görüşdü, Əliyevlə GÖRÜŞƏCƏK
31 avqust 20:37
- Putin Çində Paşinyanla görüşüb
31 avqust 20:33
- Ermənistan və Pakistan diplomatik münasibətlər qurdu
31 avqust 20:21
- Azərbaycanlı iş adamı Rusiyada ən böyük mağazalarını itirdi
31 avqust 14:56
- Əfsanəvi Azərbaycan futbolçusu Banişevski 1997-də dərman üçün 100 manat tapmayıb və...
31 avqust 13:23
- Ərdoğanla Putin də Çindədir - Fotolar
31 avqust 12:01
- Turistlər Azərbaycanda ən çox nədən narazı qalıblar? (SİYAHI)
31 avqust 11:09
Video & Fotoqalereya
Video
Fotoqalereya