TƏBİB-in rəhbərliyi Gülnarə Muxtarovanın cəmiyyətimizə yüksək xidmətlərini nəzərə alacaqdır...
Dahi Nizami Gəncəvi özünün “İsgəndərnamə” əsərinin “İqbalnamə” bölməsində yazırdı:
Rütbələr içində seçilir biri –
Hamıdan ucadır alimin yeri !
Dahi şairin dövründə bugünkü kimi dissertasiya yazmaq, müdafiə etmək, alim olmaq yox idi. Və şair ALİM deyəndə öz PEŞƏSİNİ sevən, mükəmməl bilən, xalqa xidmət edən şəxslərdən bəhs edirdi. Bu mənada MÜƏLLİM də, HƏKİM də, HAKİM də və s ALİM ola bilər.
Bütün peşələr cəmiyyət üçün faydalıdır. O cümlədən HƏKİM PEŞƏSİ.
Məlumdur ki, həkim peşəsi dünyanın ən qədim peşələrindən biridir və hər yerdə ona tələbat böyükdür. Hər bir insan ömrü boyu dəfələrlə həkimlərə müraciət edir.
Biz insanlar öz həyatımızı, ömrümüzü həkimlərə etibar edirik. Həkimlər həyatımızı xilas edir, bizi yenidən həyata qaytarır, yenidən sağlamlıq bəxş edirlər.
Ulu öndər Heydər Əliyev həkimlər haqqında deyirdi:
“Sizin peşəniz elə bir peşədir ki, hər bir insana lazımdır və dünyanın hər bir yerində lazımdır. Bu, sizin kimi adamlar üçün böyük xoşbəxtlikdir. Çünki siz hamıya, hər bir vətəndaşa, cəmiyyətə, dövlətə lazımsınız. Ona görə də sizin sahəniz çox dəyərli sahədir, xalq, cəmiyyət, ölkə, dövlət üçün çox vacib sahədir”.
Ulu Öndərin dediyi kimi cəmiyyətimizə, vətəndaşlarımıza, xalqımıza lazım olan, şərəfli həkim adını layiqli daşıyan həkimlərimizdən biri də Ağsu Rayon Mərkəzi Xəstəxanasının keçmiş direktoru Gülnarə xanım Muxtarovadır.
Təəssüflə qeyd etməliyik bir neçə gün əvvəl Gülnarə xanım ÖZ ƏRİZƏSİ İLƏ vəzifəsindən azad olunub.
Ümid edirik ki, TƏBİB-in rəhbərliyi belə təcrübəli, peşəsini sevən, məsuliyyəti şəxsin layiq olduğu qiyməti verəcək və Gülnarə xanım yenidən xalqımızın xidmətində olacaqdır.
Yeri gəlkmişkən, Gülnarə xanımın ömür yoluna qısa nəzər salaq.
Məlumat üçün qeyd edə ki, Gülnarə Muxtarova 1965-ci ildə Bakı şəhərində anadan olub.
1983-1989-cu illərdə Azərbaycan Tibb Universitetində, 1989-1990-cı illərdə Respublika Klinik Xəstəxanasında internatura təhsili alıb.
1990-2003-cü illər ərzində Bakı şəhəri Baş Səhiyyə İdarəsində həkim-metodist, 2003-2018-ci illərdə həkim-məsləhətçi, 2018-2024-cü illər ərzində isə Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində olan 20 nömrəli Uşaq Poliklinikasında baş həkimin müavini kimi fəaliyyət göstərib.
Və həmişə vətəndaşların, işlədiyi kollektivin dərin hörmətini qazanıb.
Bütün bunları nəzərə alan TƏBİB-in rəhbərliyi 2024-cü ilin sonunda yüksək etimad göstərərək Gülnarə Muxtarovanı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edib.
Bu vəzifədə çalışdığı qısa müddətdə, yəni 1 ildən də az vaxtda Gülnarə həkim kollektivdə sağlam mühit yarada bildi. Günün istənilən vaxtında özü xəstələrə baş çəkir məsləhətlərini verirdi. Ən önəmlisi odur ki, Gülnarə xanım şəhid ailələrinə, Qarabağ Mühariəsi veteranlarına xüsusi qayğı ilə yanaşırdı.
Bir sözlə, Gülnarə Muxtarova az vaxtda Ağsu sakinlərinin böyük hörmətini qazana bilmişdi.
Gülnarə Muxtarova bütün tədbirlərdə dönə-dönə qeyd edirdi ki, “Çağdaş səhiyyəmizin himayədarı Mehriban xanım Əliyevadır”.
Onu da qeyd edək ki, müasir tibbi avadanlıqlardan, texnologiyalardan öncə HƏKİMDƏN ŞƏFQƏT, İNSANİ MÜNASİBƏT tələb olunur. Bu mənada deyilir ki, SÖZLƏ də insanı müalicə etmək olar. Bu mənada Gülnarə həkim yüksək insani dəyərlərə malikdir.
Sonda bir daha ümid edirik ki, TƏBİB-in rəhbərliyi cəmiyyətimizin Gülnarə Muxtarova kimi peşəkar, xalqına və dövlətinə bağlı mütəxəssisə ehtiyacını nəzərə alacaqdır. NUH.az
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 2026 18:57
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək
23 fevral 2026 17:24
- TƏBİB-in sədr əvəzi: Kadr dəyişiklikləri olacaq
17 fevral 2026 13:34
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
