Dünya əhalisinin yaarısı DƏLİ olacaq - Alimləri qorxudan araşdırma
![](https://www.nuh.az/uploads/posts/2023-08/thumbs/big_1691939327_deli.jpg)
ABŞ alimlərinin genişmiqyaslı araşdırmasında dünyanın yarısının 75 yaşına qədər ruhi sağlamlığını itirəcəyi, xüsusilə qadınların narahatlıq pozuqluğu səbəbiylə təhlükə altında olduğu açıqlanıb.
Qaynarinfo xəbər verir ki, tədqiqatçılar depressiya və narahatlıq da daxil olmaqla 13 psixi sağlamlıq problemini araşdırıblar. Qadınlarda böyük depressiya və narahatlıq pozğunluğu olma ehtimalı daha yüksək olub.
Araşdırmada 29 ölkədən 156 min şəxsin və Ümumdünya Səhiyyə Təşkilatının 20 illik məlumatlarından istifadə edilib. İki nəfərdən birinin qocalığa qədər ən azı bir psixi sağlamlıq pozğunluğu ola biləcəyi proqnozlaşdırılıb.
Həyatboyu ruhi xəstəlik inkişaf riski kişi iştirakçılar üçün 46 faiz, qadınlarda isə 53 faiz təşkil edib. Xüsusilə qadınların travma sonrası stress pozğunluğu üçün böyük risk altında olduğu bildirilib. Kişilər daha çox alkoqoldan sui-istifadə edirlər.
Böyük depressiv pozğunluq nisbəti hər iki cinsdə eyni dərəcədə yayılıb. Son bir neçə ildə ABŞ-da ruhi xəstəlik nisbətləri artıb və bu prosesdə intiharların sayı 45,900-dən 48,000-ə çatıb.
Son təhlillər psixi sağlamlıq böhranının ABŞ-la məhdudlaşmadığını, qlobal ölçülərə çatdığını vurğulayır. Harvard Tibb Məktəbi və Avstraliyanın Queensland Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmada, ABŞ, Səudiyyə Ərəbistanı, Qətər, Yaponiya, İsrail, Avstraliya, Yeni Zelandiya, Meksika, Böyük Britaniya, Cənubi Amerika və Afrikanın bir sıra ölkələri iştirak edib.
"Lancet Psychiatry" jurnalında dərc olunan araşdırma haqqında danışan Dr. Con Makqrat "Ən çox rast gəlinən psixi sağlamlıq pozğunluqları böyük depressiya və ya narahatlıq çıxdı. Qadınların həyatları boyu narahatlıq pozğunluğuna sahib olma ehtimalı kişilərə nisbətən daha çox görünür", deyib.
Tədqiqatçılar bu psixi sağlamlıq pozğunluqlarının başlanğıc yaşının 15 olduğunu vurğulayıb. Harvard Universitetində sağlamlıq siyasəti üzrə ekspert kimi Dr. Ronald Kessler deyib: "Bu pozğunluqların tez-tez baş verdiyi yaşı təyin etməklə, müvafiq müdaxilələr hazırlamalı və risk altında olanları dəstəkləmək üçün resurslar tapmalıyıq".
ABŞ-da son illərdə psixi sağlamlıq pozğunluqlarının nisbətinin artması pandemiya zamanı təcrid və izolasiya dövründə daha da artıb. Amerikada ən çox gənclərə təsir edən bu virus dövrü fərdləri tənhalığa sürükləyib və onların sosial bağlar qura bilməməsinə səbəb olub.
Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin hesabatında 2021-ci ildə ABŞ-da orta məktəb şagirdlərinin 10 faizi son 12 ayda intihara cəhd etdiyini və bu nisbətin 2019-cu ildən bəri artdığını müəyyən edib.
Oxşar xəbərlər
- DGK Abid Şərifovun şirkətinə protokol yazdı
26 iyul 2024 17:19
- Dəmir Yolları İdarəsi öz işçisinin şirkətinə tender verib – ARAŞDIRMA
26 iyul 2024 15:03
- Seçicilərdən şans istəyən YAP-çı XANIM namizəd
26 iyul 2024 11:12
- Ağadadaş Ağayev cinayət məsuliyyətinə cəlb olundu - SON DƏQİQƏ
26 iyul 2024 09:41
- Pezeşkiandan İNQİLABİ İLK: Azərbaycan dili ilə bağlı...
26 iyul 2024 09:12
- Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?
25 iyul 2024 16:12
- ŞLYAPA ZAHİD-in işi məhkəmədə - 42 MİLYON necə mənimsənilib?
25 iyul 2024 10:28
- Ziya Bünyadovun qətli ilə bağlı SİRR PƏRDƏSİ ARALANIR
25 iyul 2024 09:08
- Əkrəm Həsənov - Gəlirlər azalır, qiymətlər və aqressiya artır
24 iyul 2024 02:03
- Nəcməddin Sadıkov üçün 6 dəst STƏKANA 21 MİN, 80 ədəd ÇAXIRAA 8 MİN MANAT vermişəm
15 iyul 2024 13:07
Xəbər lenti
- İranda DİL POBLEMİ aradan qalxır? (ŞƏRH)
26 iyul 22:42
- DGK Abid Şərifovun şirkətinə protokol yazdı
26 iyul 17:19
- Dəmir Yolları İdarəsi öz işçisinin şirkətinə tender verib – ARAŞDIRMA
26 iyul 15:03
- İki üzü, 4 ayağı və 4 qolu olan körpə doğuldu – FOTO
26 iyul 14:12
- Hacı Qalibin oğlu namizəd olmadı, qalmaqallı direktora yol açıldı
26 iyul 11:21
- Seçicilərdən şans istəyən YAP-çı XANIM namizəd
26 iyul 10:39
- Aralarındakı səs fərqi 1 %-ə endi
26 iyul 10:04
- Ağadadaş Ağayev cinayət məsuliyyətinə cəlb olundu - SON DƏQİQƏ
26 iyul 09:41
- 60 MANATA görə ADAM ÖLDÜRDÜ
26 iyul 09:22
- Pezeşkiandan İNQİLABİ İLK: Azərbaycan dili ilə bağlı...
26 iyul 09:10
- Ağadadaş Ağayevdən şikayətçi deyiləm - Həmin qadın danışdı
26 iyul 00:51
- AĞ Partiya sədrinin köməkçisi Mətləb Aslanovun namizədliyi qeydə alındı
25 iyul 21:53
- Elçin Əfəndiyevin qızı da deputatlığa namizəd oldu - AÇIQLAMA
25 iyul 20:40
- Ağadadaş Ağayevin döyüldüyü MedEra-nın sahibi BU MƏŞHURUN QUDASIDIR - VİDEO
25 iyul 19:01
- Eldar Mahmudovdan YENİ XƏBƏR VAR - Yarım milyona yaxın...
25 iyul 18:55
- Aybəniz İlqarın həbs ediləcəyi xəbərləri yayılıb
25 iyul 18:32
- Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?
25 iyul 16:12
- OĞLU avtoqəzada ölən ATA Baş prokurora müraciət etdi...
25 iyul 14:48
- Səttar Möhbalıyev bu qurumu ailə biznesinə çevirib – Hüquq müdafiəçisi
25 iyul 12:23
- ŞLYAPA ZAHİD-in işi məhkəmədə - 42 MİLYON necə mənimsənilib?
25 iyul 10:28
- Ziya Bünyadovun qətli ilə bağlı SİRR PƏRDƏSİ ARALANIR
25 iyul 09:08
- Prezident general-leytenantı təltif etdi
24 iyul 16:17
- AĞ ÇİÇƏYİMdən təmzinat tələb edən qadının başınaa BUTULKA ilə VURDULAR
24 iyul 13:26
- İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib
24 iyul 11:57
- O qapını bağlasam, şagird və müəllimlər qalacaq çöldə - VİDEO
24 iyul 11:49
- Rusiya müdafiə nazirinin müavinini 1 MILYON RUBL ( 19 MIN AZN ) rüşvətə görə 15 İL HƏBS gözləyir )))
24 iyul 09:42
- Əkrəm Həsənov - Gəlirlər azalır, qiymətlər və aqressiya artır
24 iyul 02:03
- Bu ölkədə SUBAYLIĞI QADAĞAN etmək istəyirlər
24 iyul 01:14
- NAR-ın dəstəyi ilə Ana dilində səlis danışanların çempionatı - Cəlalə Nəzəroğlunun müsahibəsi
23 iyul 18:31
- Sabiq nazirin qızı da deputatlığa namizəd oldu
23 iyul 12:39
Video & Fotoqalereya
Video
Fotoqalereya