Laçın rayon Badamdar orta məktəbin direktoruna XƏBƏRDARLIQ
Ekologiya və Təbii Sərvətlər Nazirliyi məktəbin kanalizasiya sisteminin çəkilməsi üçün göstəriş verdi...
Əks təqdirdə məktəb rəhbərliyi barədə inzibati tədbirlər görüləcək...
Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Topçubaşov küçəsi, 159 saylı fərdi evdə daimi yaşayan, Zahirov Nadir Şərif oğlu və Zahirova Zəminə Ağadadaş qızı tərəfindən redaksiyamıza şikyət ərizəsi daxil olmuşdu.
Dövlət qurumlarına müraciət edən şikayətçilər qonşuluqda yerləşən Laçın rayon Badamdar ümumi orta məktəbinin direktoru Piyalə Zülfüqar qızı Xudayarovanın qonşulara yaratdığı problemlərdən bəhs edirdilər:
“Bildiririk ki, 2011-ci ildən daimi yaşadığımız fərdi evin arxasında “gecəqondu” kimi tələm-tələsik, dövlət nəzarətindən kənar, həm də təhlükəli uçurumda tikilən Laçın məcburi köçkünlər məktəbi yerləşir. Bu məktəbin direktoru Xudayarova Piyalə Zülfüqar qızı ilk əvvəl XAHİŞ etdi ki, məktəbə gediş-gəliş üçün bizim həyətimizdən keçid üçün 1 qapı enində yol verək.
Biz ona bu şəraiti yaratdıq. Üstündən xeyli zaman keçdikdən sonra, hazırda bu xanım özbaşınalıq edir, hətta bizə HƏDƏ-QORXU gəlir.
Biz əvvəl düşünürdük ki, bu hədə-qorxu yəqin adicə sözdür. Amma sonra 14.09.2023-cü il tarixdə bu xanımın bilavasitə iştirakı və nəzarəti ilə məhəlləmizdə bizə məxsus hasar (qonşu Vüqara məxsus divarlar ) özbaşına sökülmüşdür. Artıq bu hərəkətdən sonra, biz hesab edirik ki, Piyalə Xudayarovanın bizə gəldiyi hədə-qorxu realdır. Piyalə Xudayarova bizə hədə-qorxu gəlir ki, evlərimizi sökdürəcək. Torpaq sahələrimizi (əmlaklarımızı) əlimizdən alıb öz adına keçirəcək. İndi də biz tam başa düşdük ki, hədə-qorxu realdır. Çünki bu xanım özbaşına, şəxsən nəzarət etməklə (video görüntü var) həyətimizdə bizə və qonşuya məxsus hasarı sökdürüb. Söküntü bu xanımın nəzarəti altında həyata keçirilmişdir
Əraziyə 10 KV 141 dövlət qeydiyyat nömrə nişanlı maşınla adamlar gələrək, ərazidə bu özbaşınalığı icra ediblər. Deməli Piyalə Xudayarovanın hədə-qorxusu realdır. Məcburi köçkün məktəbinin direktoru olan bu xanım əmlakımıza ziyan vurmuş və əmlakımızı əlimizdən almaqla bizi hədələyir.
Piyalə Xudayarova bütün hərəkətlərini isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin adı ilə əlaqələndirir.
Nəzərinizə çatdırırıq ki, Laçın məcburi köçkün məktəbinin inşa olunduğu yer təhlükə mənbəyidir. Burada uşaqların həyatı tam təhlükə altındadır. Belə ki, məktəb uçurumun düz kənarında yerləşir. Məktəbin kanalizasiya sistemi yoxdur, direktor kanalzasiya quyusundan çıxan çirkab suları bizim həyətimizə axıdır. Bilərəkdən ekoloji pozuntulara yol verir. Həm məktəbdə təhsil alan şagirdlərin, həm də ərazidə yaşayan sakinlərin həyat və sağlamlıqları ciddi təhlükə altındadır.
Odur ki, yuxarıda yazdıqlarımızı nəzərə alaraq məktəb direktoru Piyalə Xudayarovanın qanunsuz əməlləri ilə bağlı tədbir görülməsi üçün göstəriş verməyinizi Sizdən xahiş edirik”.
Şikayətçilərin ərizəsi əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı Regional Ekologiya və Sərvələr İdarəsinin nümayəndələri həmin ərazidə olublar və əraziyə baxış keçiriblər və kanalizasiya sisteminin olmaması təsdiq olunub.
Bu gün müxbirimiz şikayətçi sakinlərlə telefon əlaqəsi saxlayıb.
Sakinlərin redaksiyamıza verdiyi məlumata görə, kanalizasiya sisteminin məcburi çəklilməsi üçün məktəb rəhbərliyinə rəsmi göstəriş verilib.
Əks təqdirdə məktəb rəhbərliyi barəsində inzibati tədbirlər görüləcək.
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 2026 00:55
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3 mart 2026 13:07
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 2026 23:40
- Prezident və birinci xanım Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdi
26 fevral 2026 13:36
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
