1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA

SSRİ-də “Qorbaçov era”sında başlanmış demokratik hərəkatın avanqard qüvvəsi Pribaltika olub. Baltik ölkələrində yaranan Xalq Cəbhəsi modeli bütün ölkə boyu yayılaraq sovet respublikalarında alternativ qüvvəni təşkil edən əsas təşkilata çevrildi.
Azərbaycanda təşəkkül tapan demokratik qüvvələrin 1990-cı illərin əvvələrində Pribaltika ölkələrində fəaliyyət göstərən ictimai-siyasi qurumlarla əlaqəsi olub.
Baltik ölkələri hətta o zaman Qarabağ münaqişəsinin həlli yollarını müzakirə etmək üçün Ermənistan və Azərbaycandakı siyasi qüvvələri arasında görüş təşkil ediblər.
1990-cı ilin fevralın 3-4-də Lativiyanın paytaxtı Riqa şəhərində Azərbaycan Xalq Cəbhəsinin və Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Ermənistan Ümumillli Hərəkatının nümayəndələri arasında belə danışıqlar aparılıb.
Siyasi məsləhətləşmələr Baltik Şurasının vasitəçiliyi keçirilib. Burada erməni-azərbaycanlı konfliktinin dinc yolla həlli ilə bağlı müzakirələr aparılıb.
Danışıqlarda Latviya Xalq Cəbhəsinin sədri Daynis İvans moderatorluq edib.
FOTO: Lativiya Xalq Cəbhəsinin sədri Daynis İvans görüşü açır
Azərbaycanı bu danışıqlarda Xalq Cəbhəsinin İdarə Heyətinin üzvləri Sabit Bağırov və Hikmət Hacızadə təmsil edib.
Həmin illərdə əsas siyasi qüvvə sayılan Azərbaycan Xalq Cəbhəsi Qarabağ münaqişəsində SSRİ rəhbərliyinin tutduğu birtərəfli və qərəzli siyasətə etiraz edib və keçirilən çox milyonlu aksiyaların təşkilatçısı olub.
Riqada keçirilən görüş 20 yanvar faciəsindən 14 gün sonra baş tutub. Bu baxımdan Ermənistan nümayəndələri ilə təmaslar maraqlıdır. Görüşdə AXC nümayəndələri Yerevanın Dağlıq Qarbağa olan ərazi iddialarını qəbul etmədiklərini bildiriblər və bu münaqişənin ümumi Qafqaz evinin qurulmasına ciddi problem yaratdığını açıqlayıblar.
Maraqlıdır ki, Ermənistan Ümummilli Hərəkatı 1990-cı ilin yanvarında Bakıya sovet ordusunun yeridilməsini pisləyən bəyanat verib.
FOTO: Görüşdən sonra AXC nümayəndəsi Hikmət Hacızadə jurnalistlərin suallarını cavablandırır
EÜH həmin bəyanatında deyilir ki, Mərkəzi hakimiyyət Azərbaycanda radikal tədbirlərə əl atıb: “Bu qərar respublikanın erməni əhalisinin təhlükəsizliyini təmin etmək məqsədi ilə deyil, yalnız sovet hakimiyyəti üçün yaranmış ciddi təhlükənin qarşısını almaq üçün qəbul edilib. Biz hesab edirik ki, baş vermiş hadisə Azərbaycan respulikasının suveren hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Bu, gələcəkdə digər ittifaq respublikalarının taleyində mənfi əksini tapacaq”.
Bu Bəyanat o zaman ciddi rezonans doğurmuş, sovet rəhbərliyi üçün də gözlənilməz olmuşdu.
22 yanvar 1990-cı ildə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində Bakıda baş vermiş qanlı hadisələrlər bağlı sovet və xarici jurnalistləri üçün mətbuat konfrasnı keçirən AXC İdarə Heyətinin üzvü Etibar Məmmədov “Erməni Ümumilli Hərəkatının bu bəyanatını necə qiymətləndirirsiniz?” sualına cavabında “çox müsbət” cavabını vermişdi: “Mən sağlam düşüncənin emosiyaya qalib gələcəyini gözləmirdim”.
Görünür EÜH-ün bəyanatı Riqada keçirilən bu görüşün bir səbəbi olub.
FOTO: AXC İdarə Heyətinin üzvləri Sabit Bağırov və Hikmət Hacızadə görüş zamanı
Lakin bu təmaslar uğurlu olmayıb. 1990-cı ilin mart ayında SSRİ respublikalarında Ali Sovetlərə seçkilər keçirilməli idi. 20 yanvar qırğını ilə seçkilərdə qalibiyyəti şübhə doğurmayan AXC SSRİ-nin güc strukturları tərəfindən amansız təqiblərə məruz qaldı, rəhbərlik həbs edildi, təşkilat qeyri-leqal fəaliyyətə keçməyə məcbur oldu. Beləliklə AXC-nin seçkilərə qatılmaq imkanlarının qarşısı alındı. Ermənistanda isə əksinə Erməni Ümumilli Hərəkatı seçkilərdə parlaq qələbə qazandı və Levon Ter-Petrosyan müxalifət rəhbəri kimi Ermənistan Ali Sovetinin sədri seçildi. Məhz həmin ildən başlayaraq Dağlıq Qarabağda erməni silahlı dəstələrinin fəallığı artdı və Qarabağ münaqişəsinin aktiv silahlı mərhləsi başladı.//azpost.az
- Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
9 oktyabr 2025 10:57
- Hadrutun işğaldan azad olunmasından 5 il ötür
9 oktyabr 2025 00:50
- Prezident qardaş ölkələrə təşəkkür etdi
8 oktyabr 2025 21:42
- Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş (FOTO)
8 oktyabr 2025 21:37
- Prezident qəbul keçirdi - Fotolar
8 oktyabr 2025 13:15
- Dənizkənarı Milli Park Green Flag Award mükafatına layiq görüldü - Fotolar
8 oktyabr 2025 12:54
- Türk liderlərin Qəbələdən dünyaya mesajları
8 oktyabr 2025 10:29
- AYNA yolların xətlənməsinə 45 milyon xərcləyəcək
8 oktyabr 2025 10:17
- 36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər - Video
8 oktyabr 2025 02:20
- İstanbulda Bəxtiyar Vahabzadənin qorelyefi qoyuldu - Fotolar
8 oktyabr 2025 02:08
- Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
09 oktyabr 10:57
- Qazaxıstanda pedofillər məcburi axtalanacaq
09 oktyabr 01:38
- Millimiz Fransaya 8-0 məğlub oldu
09 oktyabr 01:29
- Sabah Düşənbədə görüşəcəklər - Peskov
09 oktyabr 01:19
- Hadrutun işğaldan azad olunmasından 5 il ötür
09 oktyabr 00:50
- Prezident qardaş ölkələrə təşəkkür etdi
08 oktyabr 21:42
- Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş (FOTO)
08 oktyabr 21:37
- Prezident qəbul keçirdi - Fotolar
08 oktyabr 13:15
- Dənizkənarı Milli Park Green Flag Award mükafatına layiq görüldü - Fotolar
08 oktyabr 12:43
- Türk liderlərin Qəbələdən dünyaya mesajları
08 oktyabr 10:29
- AYNA yolların xətlənməsinə 45 milyon xərcləyəcək
08 oktyabr 10:17
- Bu gün III MDB Oyunlarının bağlanış mərasimi olacaq
08 oktyabr 10:07
- Coca-Cola qaraciyəri spirtli içkilərdən çox zədələyir
08 oktyabr 02:31
- 36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər - Video
08 oktyabr 02:20
- İstanbulda Bəxtiyar Vahabzadənin qorelyefi qoyuldu - Fotolar
08 oktyabr 02:08
- Tovuzda itin dişlədiyi məktəbli Bakıda xəstəxanada öldü
08 oktyabr 01:52
- Doğum nisbətinin ən aşağı və ən yüksək olan ölkələr (SİYAHI)
08 oktyabr 01:43
- Sensasiya: Putinin Kabayevadan iki oğlu var, soyadları başqa cürdür
07 oktyabr 17:08
- Füzuli məscidinin təməli qoyuldu
07 oktyabr 15:53
- Fizika üzrə Nobel mükafatı laureatları məlum oldu
07 oktyabr 14:08
- İlham Əliyev Vladimir Putini təbrik etdi
07 oktyabr 14:00
- İlham Əliyev Qəbələdə Qurbanqulu Berdiməhəmmədovla görüşdü
07 oktyabr 12:45
- Bakıda parkda söyüş söyən vəzifəli şəxs həbs edildi
07 oktyabr 12:33
- Azərbaycanda niyə rəsmi milyonçuların siyahısı yoxdur?
07 oktyabr 11:25
- Berdiməhəmmədov Qəbələdədir
07 oktyabr 10:17
- Bir yemək 650, şərab 1700 manat - Bakının ən bahalı restoranları
07 oktyabr 10:06
- Leninqradın ADAM ƏTİ YEYƏNLƏRİ - ÇOXU QADINLAR OLUB
07 oktyabr 00:59
- TƏBİB-in xanım işçisi bıçaqlandı
06 oktyabr 23:12
- Bakcell-in meqa lotereyasının qalibi bəlli oldu!
06 oktyabr 22:55
- Hakan Fidan Azərbaycana gəldi
06 oktyabr 21:57