- Suriya və İsrail nazirləri Bakıda GÖRÜŞDÜ
- Azərbaycanda 13 il qız olan yeniyetməni əməliyyatla oğlan etdilər - VİDEO
- Pirşağıda icra strukturu və bələdiyyə orqanı tərəfindən törədilən daha bir qanunsuzluq: İstirahət günü vətəndaş tikilisi yerlə-yeksan edildi
- İran və Pakistan arasında TARİXİ RAZILAŞMA: 12 mühüm sənəd İMZALANDI
- Yaltadakı yaltaqlıq – ingilislər kazakları qarət etdikdən sonra SSRİ-yə satıblar
Prezident nekroloq imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, nekroloqda deyilir:
“Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, Heydər Əliyev Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının professoru Arif İmran oğlu Babayev 2025-ci il avqustun 1-də ömrünün 88-ci ilində vəfat etmişdir.
Arif Babayev 1938-ci il fevralın 20-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1962-1968-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil almışdır.
Əmək fəaliyyətinə hələ tələbə ikən – 1966-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında solist olaraq başlayan Arif Babayev 1981-ci ildən Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim işləmiş, 1984-2000-ci illərdə indiki Bakı Musiqi Akademiyasında muğam ixtisası üzrə dərs demiş, 2002-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Konservatoriyasında professor və kafedra müdiri vəzifələrində çalışmışdır.
Qarabağ xanəndəlik məktəbinin parlaq simalarından olan Arif Babayev Azərbaycanın musiqi mədəniyyəti xəzinəsinə dəyərli töhfələr vermişdir. O, sələflərinin sənət ənənələrini yaradıcılıqla davam etdirərək, özünəməxsus ifaçılıq dəst-xəti formalaşdırmış və bütün fəaliyyəti ərzində muğamın klassik ifa tərzinin qorunub saxlanmasında təqdirəlayiq xidmətlər göstərmişdir. Məlahətli və zəngin çalarlı səs tembrinə malik sənətkar milli muğam sənətinin vokal formasına yeni nəfəs gətirməklə dinləyicilərin məhəbbətini qazanmışdır.
Arif Babayevin yüksək məharətlə ifa etdiyi “Qarabağ şikəstəsi”, “Segah”, “Çahargah”, “Rast”, “Şur”, “Bayatı-Şiraz” və digər muğamlar milli muğam sənətinin qızıl fonduna daxil olaraq Azərbaycanın musiqi sərvətləri xəzinəsini daha da zənginləşdirmişdir. Xanəndənin xüsusi zövq və ustalıqla oxuduğu təsniflər və xalq mahnıları Azərbaycanın musiqi mədəniyyəti inciləri sırasında layiqli yer tutur. Arif Babayev uzun illər muğam operalarında əsas partiyaların ifaçısı kimi canlandırdığı yaddaqalan obrazlarla musiqi salnaməmizdə dərin iz qoymuşdur. Onun dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” əsərində yaratdığı Məcnun obrazı opera tariximizdəki ən unudulmaz ifalardandır.
Arif Babayev dünyanın müxtəlif ölkələrinə qastrol səfərləri zamanı Azərbaycan mədəniyyəti günlərində və beynəlxalq musiqi festivallarında milli mədəniyyətimizi uğurla təmsil etmiş, çıxışları ilə musiqimizi müxtəlif xalqların nümayəndələrinə sevdirməyi bacarmışdır. Uzun müddət pedaqoji fəaliyyət göstərən ustad xanəndə keçdiyi həyat və sənət yolu ilə örnək olmuş, ifaçıların bir neçə nəslinin mənsub olduğu böyük məktəb yaratmışdır. Muğamla bağlı gerçəkləşdirilən layihə və proqramlarda yaxından iştirakı Arif Babayevin ölkədə muğam ifaçılığı ənənələrinin yaşadılması istiqamətində apardığı səmərəli işlərlə vəhdət təşkil edirdi.
Arif Babayev milli musiqi mədəniyyətinin inkişafı sahəsində qazandığı mühüm nailiyyətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət”, 2008-ci ildə “İstiqlal” və 2018-ci ildə “Şərəf” ordenləri, 2023-cü ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” və 2025-ci ildə Heydər Əliyev Mükafatı ilə təltif edilmişdir.
Görkəmli xanəndə, mahir pedaqoq və səmimi insan Arif İmran oğlu Babayevin xatirəsi sənətsevərlərin qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!”
İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Sahibə Qafarova
Samir Nuriyev
Eldar Əzizov
Fərəh Əliyeva
Adil Kərimli
Emin Əmrullayev
Polad Bülbüloğlu
Zeynəb Xanlarova
Alim Qasımov
Səkinə İsmayılova
Mənsum İbrahimov
- Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
1 avqust 2025 01:23
- Xıdırlıya növbəti köç karvanı yola salındı - FOTOLAR
31 iyul 2025 08:23
- Vəzir kötücəsinin Afrikada qətli – 7 il öncə bu gün VAQNER jurnalist Orxan Camalı öldürüb
30 iyul 2025 23:18
- Prezident Mərakeş Kralını təbrik etdi
30 iyul 2025 12:42
- Doğma yurdlarına qayıdırlar - Fotolar
30 iyul 2025 10:24
- Ərdoğan Tokayevə Türkiyənin ən yüksək medalını verdi
30 iyul 2025 01:39
- Ermənistan PREZİDENTİ Zəngəzur dəhlizindən DANIŞDI
29 iyul 2025 23:31
- Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin - Yeni üzvləri
29 iyul 2025 10:56
- Prezident sabit aylıq tariflə bağlı dəyişikliyi təsdiqlədi
28 iyul 2025 16:22
- Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin üzvləri – SENSASİON ADLAR
27 iyul 2025 12:35
- Suriya və İsrail nazirləri Bakıda GÖRÜŞDÜ
04 avqust 01:03
- Azərbaycanda 13 il qız olan yeniyetməni əməliyyatla oğlan etdilər - VİDEO
04 avqust 00:39
- Pirşağıda icra strukturu və bələdiyyə orqanı tərəfindən törədilən daha bir qanunsuzluq: İstirahət günü vətəndaş tikilisi yerlə-yeksan edildi
03 avqust 15:47
- İran və Pakistan arasında TARİXİ RAZILAŞMA: 12 mühüm sənəd İMZALANDI
03 avqust 15:19
- Yaltadakı yaltaqlıq – ingilislər kazakları qarət etdikdən sonra SSRİ-yə satıblar
03 avqust 14:34
- Bakıda əhalinin ən sıx yaşadığı RAYONLAR - SİYAHI
03 avqust 14:20
- Elçin Əfəndiyev VƏFAT ETDİ
03 avqust 13:22
- Qonağın güzgüyə baxması niyə bədbəxtlik gətirir? – Qədim inancın SİRRİ
03 avqust 12:56
- Bir həftədə 264 nəfər istidən öldü – Hökumət fövqəladə vəziyyət elan etdi
03 avqust 11:42
- Qara zirə və kəsmik – Bədəni təmizləyən möcüzəvi qarışım
03 avqust 11:36
- İçərişəhərin Qala divarlarında təmir işləri aparılacaq - 4 milyonluq müqavilə
03 avqust 10:14
- Qarpız, qovun, avokado və ananası bu saatlarda yemək olmaz!
03 avqust 09:29
- Güləşçimiz dünya çempionu oldu
03 avqust 01:59
- Çərkəzlərə qarşı soyqırımıları dünya birliyi tanımalıdır
03 avqust 01:05
- Şahin Şıxlinski saxlanıldı
02 avqust 23:37
- Ənvər Seyidov vəfat etdi
02 avqust 22:38
- Tokayev Türkmənistana gedir -Dənizə çıxışı olmayan ölkələr....
02 avqust 10:02
- 410 kilonu qaldırmaq istədi, GÖÖZÜ PARTLADI...
02 avqust 09:46
- Bu BİTKİ evin TEMPERATURUNU 4 dərəcə aşağı salır
02 avqust 09:40
- İsveçin baş naziri Ukraynaya şərt qoydu: LGBT -yə icazə verin, kişilər bir-bir biri ilə...
02 avqust 09:28
- Tərifli Ayvazovski arvadına və qızlarına işgəncə verməklə....
02 avqust 02:28
- Əziz Sancar Şimali Kipr Türk Respublikası vətəndaşı oldu
02 avqust 00:25
- 36 ZƏLİ tutdular, 3000 CƏRİMƏ ödəyəcəklər
01 avqust 22:56
- Prezident nekroloq imzaladı
01 avqust 15:18
- İki dövlətin SƏRHƏD-inin EVLƏRİN içindən keçdiyi şəhər
01 avqust 10:03
- 31 yaşlı KÖRPƏ - 31 İI ƏVVƏL DONDURULMUŞ SPERMA-dan UŞAQ doğuldu
01 avqust 09:15
- SON DƏQİQƏ: Xalq artisti Arif Babayev dünyasını dəyişdi
01 avqust 08:52
- Mən Bakıda olanda ÖZÜMÜ...
01 avqust 08:06
- Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
01 avqust 01:23
- Xankəndidə qanunsuz ucaldılan daha bir abidə söküldü
31 iyul 23:29