Bu gün Zəngilan Şəhər Günüdür
Bu gün Zəngilan Şəhər Günüdür. Vətən müharibəsinin 24-cü günü - 2020-ci il oktyabrın 20-si hərb tariximizdə əbədi olaraq Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub.
Dövlətimizin başçısı 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən, şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur. Bu Sərəncam, işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi ilə Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirməyi, həmçinin gələcək nəsillərə milli qürur və qəhrəmanlıq örnəyi miras qoymağı hədəfləyir.
Xatırladaq ki, Zəngilan rayonu Ermənistan və ona dəstək verən dövlətlər tərəfindən 1993-cü il oktyabrın 29-da işğal olunub. İyirmi yeddi illik işğal dövründə rayonun bütün yaşayış məntəqələri dağıdılıb, zəngin təbii ehtiyatları talan edilib və xarici ölkələrə daşınıb. Bir vaxtlar Azərbaycanın dilbər guşələrindən olan Zəngilanın işğal günü kimi xatırlanan 29 oktyabr artıq geridə qalıb.
27 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində yeni tarix yazdı. İkinci Qarabağ müharibəsində Zəngilan rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Ordumuz aparılan uğurlu hərbi əməliyyatlar nəticəsində 2020-ci il oktyabrın 20-də Zəngilanı işğaldan azad etdi. 2020-ci il dekabrın 23-də isə Prezident İlham Əliyev Zəngilanda Azərbaycan bayrağını ucaltdı.
Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Zəngilan şəhəri, eləcə də Mincivan, Ağbənd, Bartaz qəsəbələri işğaldan azad edildi. 44 günlük Zəfər yürüşündə hər gün qələbə xəbərləri gəlirdi. Prezident İlham Əliyev həmin tarixi günün sevincini xalqla bölüşərək demişdi:
“Zəngilan rayonu… Şanlı Azərbaycan Ordusu Zəngilan rayonuna daxil olub, yaşayış məntəqələrinin azad olunması təmin edilib. Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib! Zəngilan bizimdir! Qarabağ bizimdir! Düşmən acizdir. Qarabağ bizimdir! Yaşasın Azərbaycan!”
Vətən müharibəsinin bitimindən dərhal sonra Azərbaycan sürətli şəkildə ərazilərin bərpasına və yenidənqurulmasına başladı. Strateji əhəmiyyətə malik avtomobil və dəmir yollarının keçəcəyi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanda bir sıra infrastruktur layihələri həyata keçirildi. Bunlardan ən önəmlisi, 2022-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı həyata keçirilmiş Zəngilan Beynəlxalq Hava Limanıdır. Bu hava limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini təmin edən əsas amillərdəndir.
Bununla yanaşı, Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi sürətlə davam edir. 2021-ci il oktyabrın 26-da Prezident İlham Əliyev və Türkiyə Prezidenti bu layihənin təməlini qoymuş, bölgənin nəqliyyat və iqtisadi inkişafında əhəmiyyətli addım atılmışdır.
Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi də regionun müasir inkişafının nümunəsidir. 2022-ci il mayın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva layihənin birinci mərhələsini açaraq, kəndin həyat səviyyəsini yüksəltməyi və böyük qayıdış prosesini başlatdı. Ötən il iyulun 19-da Ağalı kəndinə əhalinin köçürülməsinə başlanılması, Zəngilanın yenidən doğma sakinləri ilə canlanmasının rəmzi oldu.
Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il oktyabrın 30-da “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan”ı təsdiqlədi. Bu plan çərçivəsində şəhərdə müasir yaşayış kompleksləri, sosial obyektlər, təhsil və səhiyyə müəssisələri, mədəniyyət mərkəzləri və iqtisadi infrastruktur layihələri icra olunur. İnfrastruktur və şəhərsalma işlərinə böyük vəsait ayrılıb və şəhərin ilk sakinlərinin yaxın gələcəkdə doğma yuvalarına qayıtması gözlənilir.
Bu gün biz Zəngilanın azadlığını, rəşadətini və yeni həyatını qeyd edir, şəhərin hər bir guşəsində yüksələn tikililərlə və həyata keçirilən layihələrlə qürur duyuruq. Zəngilan həm tarixi qələbəmizin, həm də böyük quruculuq yolumuzun rəmzidir.
Xalidə Gəray
Musavat.com
- Azərbaycanda vəkil HƏMDƏM hoteldə öldü
5 noyabr 2025 11:24
- Müsəlman namizəd ilk dəfə Nyu-Yorkun meri seçildi
5 noyabr 2025 10:56
- Azərbaycanda İLK - MEYİT-dən 19 yaşlı gəncə ÜRƏK KÖÇÜRÜLDÜ
31 oktyabr 2025 23:51
- Qubaya 10 sm qar yağdı (VİDEO)
30 oktyabr 2025 10:17
- Prezident Horovlu kəndinin AÇILIŞINDA
28 oktyabr 2025 15:15
- Dünyada 3 paytaxtı və 12 RƏSMİ DİLİ olan yeganə ölkə
28 oktyabr 2025 02:48
- Bərdəyə raket hücumundan beş il keçir – dinc sakinlərin qətli unudulmur
27 oktyabr 2025 02:03
- Zəfər Günü hamı bulvarda olacaq
25 oktyabr 2025 12:42
- Qubadlıya ilk tank kalonu onun rəhbərliyi ilə daxil olub...
25 oktyabr 2025 12:19
- Brejnev-Ford görüşü – imzalanan mühüm saziş, xəz papaq və kürk mübadiləsi
20 oktyabr 2025 22:55
- Ramiz Mehdiyevin Qəbələdə 1 yox, 3 villası varmış - Ən dəbdəbəlisini bu nazir hədiyə edibmiş
05 noyabr 12:51
- Həmin RÜŞVƏTLƏR dövlət büdcəsinə getməlidir: Belə məmurlar ölkə iqtisadiyyatını MƏHV EDİR- Elşad Musayev
05 noyabr 12:19
- Prezident qəbul keçirdi - FOTOLAR
05 noyabr 12:03
- Moskvada Ramil Usubovla Şoyqunun görüşü olacaq
05 noyabr 11:33
- Azərbaycanda vəkil HƏMDƏM hoteldə öldü
05 noyabr 11:24
- Müsəlman namizəd ilk dəfə Nyu-Yorkun meri seçildi
05 noyabr 10:56
- Türk nazir bütün orqanlarını bağışladı
05 noyabr 01:54
- Fəzail Ağamalının gizli saxladığı nəvələri görün kimlər imiş - ADLARI MƏLUM OLDU
05 noyabr 00:30
- İlham Əliyevə təbrik məktubları gəlir
04 noyabr 22:24
- Ramiz Mehdiyevin vəkilləri şikayətlərini niyə geri götürdü? - Yeni detallar
04 noyabr 21:52
- Məşhur dələduz hakim qarşısında – Bu gün sabiq səfirin yaxınının məhkəməsidir
04 noyabr 14:25
- Xankəndidə küçəyə Ənvər Paşanın adı verildi
04 noyabr 14:09
- Azərbaycanda ÜDM niyə çox artmır? - Prezident açıqladı - Video
04 noyabr 12:41
- HƏRBİ gücü ÇOX BÖYÜK, ərazisi ÇOX KİÇİK 5 ÖLKƏ
04 noyabr 12:08
- Milli Məclisdə büdcə müzakirəsi başladı: Nazirlər iştirak edir
04 noyabr 11:45
- Arif Alışanovun qardaşı oğluna hökm oxundu
03 noyabr 23:34
- Buryatiyanın azadlıq səsi susdurulur
03 noyabr 22:19
- O xəritələrdə Sevan gölü adlı göl yoxdur, Göyçə gölüdür – İlham Əliyev
03 noyabr 15:02
- ADA ilə -Veysəloğlu-nun tərəfdaşlığı uğurla davam edir – xeyriyyə məqsədli festival keçirilib
03 noyabr 14:56
- Ramiz Mehdiyevin keçmiş köməkçisi həbs edildi
03 noyabr 12:04
- İlham Əliyev AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxış etdi (FOTO)
03 noyabr 11:58
- Nar şirəsi necə saxlanmalıdır?
03 noyabr 10:36
- Polkovnik işdən azad olundu
03 noyabr 10:22
- Peyk ötürücü taxılan türk ŞAHİNİ 103 min kilometr UÇUB və 28 ölkəni gəzib FOTO
03 noyabr 01:01
- HEYRƏT - Amerikalı QIZ gədəbəylilər kimi SAZ ÇALIR, AŞIQ MAHNISI OXUYUR VİDEO - Video
02 noyabr 23:14
- ÖMÜRLÜK SİQARET QADAĞASI tətbiq olundu
02 noyabr 22:49
- Azərbaycanda DƏHŞƏT: Sabiq direktor azyaşlı qızının pornoqrafik görüntülərini YAYDI
02 noyabr 21:53
- Siqaret çəkənlərin NƏZƏRİNƏ: Vətəndaşlar hansı halda və neçə manat cərimələnə bilərlər?
02 noyabr 14:44
- Qaradağ icrada başçının köməkçisi və digər vəzifəli şəxslər də saxlanılıb - ADLAR
02 noyabr 12:15
- İçərişəhərdə Zeytun Festivalı davam edir (FOTO)
02 noyabr 12:10
