- Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salındı (FOTO)
- Körpə ikən 300, böyüyəndə 206: Sümüklərimizin sayı böyüdükcə niyə və necə azalır?
- Alça 15, şaftalı 17, tut isə 10 manata - Bazarda od tutub yanan qiymətlər
- Təzyiqi aşağı sala biləcək 7 ədviyyat və bitki (SİYAHI)
- Rusiyaya üzərlik otu aparan azərbaycanlı həbs olundu
Bizi ölümdən o erməni xilas etdi, övladlarımı qatarın yük qoyulan yerində gətirdim - ÖZƏL

“Ermənilər əsrlər boyu bizə qarşı məkrli siyasət yürüdüblər. Elə buna görə də doğma dədə-baba yurdumuz olan İrəvandan bizi didərgin saldılar. Onların əsas məqsədi də o torpaqları alıb təmizləmək, sırf erməniləşdirmək, Azərbaycanın bir parçasını qopartmaq idi. 1987-ci ildən İrəvanda artıq mitinqlər başlamışdı. Əsrin əvvəlində onlar artıq Ermənistan dövlətini yaratdılar, İrəvan tamamilə zəbt olundu. 1988-ci ildə də bunun davamı gəldi. Öncə Sumqayıtda olan erməniləri qırmağı qarşılarına məqsəd qoydular. Biz də tərs kimi həmin günə təsadüf etdik. Həmin gecənin səhəri ermənilər Qərbi Azərbaycanda nə qədər rayonlar varsa, hamısının sakinlərini döyüb-öldürüb kəndlərinə yola salırdılar”
Bunu Moderator.az -a açıqlamasında İrəvan Dövlət Azərbaycan Dram Teatrının aparıcı aktrisası Səmayə İsmayılova deyib. O daha sonra əlavə edib:

“Həmin gün yoldaşımla yas mərasimindən gəlirdik. Elektrik qatarında idik, gecə saat 11 idi. Gəlib düşdük öz rayonumuzun vağzalında. Ermənilər soruşdular ki, hara gedirsiniz? Dedik ki, Hollavara gedirik. Yoldaşım da məndən bir az qabaqda idi. Soruşdular ki, sən türksən? Dedim ki, bəli, lap yekəsindən. Bu sözü deyəndə ermənilərin hamısı üstümə töküldü. Orada 100 adam var idi bəlkə də. Ona kimi həyat yoldaşım da yanıma gəldi. Dedi ki, bu mənim xanımımdır, siz neynirsiz? Yoldaşım gələndə onlar arxaya çəkildilər. Həmin anda bir erməni mənim qolumdan elə tutdu ki.. Özümdən biixtiyar olaraq elə qışqırdım ki.. Nə yerdəydim, nə də göydə.. Qolumdan tutan həmin erməni öz dilimizdə mənə dedi ki, sən burada neynirsən köpək qızı? Birdən baxdım ki, bu mənim atamın o vaxtkı dostu Kal Vazgendir.. Sən demə o vağzalda taksi sürürdü.. Dedim ki, yoldaşım qaldı, ona birdən nəsə edərlər.. Dedi ki, narahat olma, yoldaşım erməni dilində təmiz danışır, ona heç nə etməyəcəklər. Dedi ki, sən otur taksidə, qapını bağla, heç kimə açma, mən gedim yoldaşını gətirim. Gedib yoldaşımı da gətirdi.. O bizi ölümdən xilas etdi. Atamın, anamın ona verdiyi çörək qabağımıza gəldi. O vaxt 1915-1918-ci ildə erməni-müsəlman davası olanda, türklər gələndə onun anasını, bacısını, bu da qucaqlarında körpə olub, onu mənim rəhmətlik babam mağarda gizlədib, saxlayıb. Türklər gedəndən sonra onları üzə çıxarıb. O bəladan biz elə qurtardıq. Sonra İrəvandan Bakıya gəlməli idik. Uşaqlar da yanımızda idi. İrəvanda da hara gedirdiksə hərbçilər bizi müşahidə edirdilər. Martın 18-i günü idi. Bayram axşamı bütün azərbaycanlıların qapısına elanlar yapışdırdılar ki, rədd olun gedin, getməsəniz sizi yandıracağıq. Bizə polislər dedilər ki, yük-falan götürməyin, uşaqlarınızın əlindən tutub gedin qatara, çıxın Bakıya. Təsəvvür edin gəlmişik vağzala, axırıncı qəpiyimizi verib bilet almışıq. Nə suyumuz var, nə də çörəyimiz. Bizi indi dərd alıb ki, o dəhlizdən necə keçəcəyik? Gəldik Naxçıvana, camaat gətirib bizə su, çörək verdi. Merliyə çatanda qatarı bir günə qoydular ki.. Daş-qaya, əllərinə nə keçirdisə qatarın üstündən tökürdülər. Uşaqlarımı qatarın alt hissəsində yük qoyulan yerdə gətirdim. Bakıya bu cür zülmlərlə gəldik. Sonra ara sakitləşdi, camaatın əksəriyyəti geri qayıtdı, biz də qayıtdıq. Qayıtmaz olaydıq. İnanın hər dəqiqəmiz ölüm idi. Butulkanın içinə neft qoyub, ağzına da pambıq tıxayıb həyətimizə atırdılar. Göz verirdilər, işıq vermirdilər. Ordan da bir zülmlə avtobuslarla yığıb gətirdilər Cəlilabadın düzünə tökdülər. Sonra gəlib Bakıya çıxdıq. Bakıya gələndə bizə xəbər verdilər ki, İrəvandakı evinizi yandırıblar. Mənim də əlimdə evin sənədləri var idi. Hansı ki, o erməni ilə evimi dəyişirdim, özü ilə getdim İrəvana. Erməni gəlib mənim evimi görəndə diz üstə yerə çökdü. Dedi ki, mən bilirdim ermənilər faşistdirlər, amma bu qədər qaniçən, zülmkar, şərəfsiz olduqlarını təsəvvür etmirdim. Dedi ki, məni yerimdən-yurdumdan edəni yurdsuz qalsın. Gül kimi Bakıda yaşayırdım. O kişi Azərbaycanın ən məşhur memarı idi. Mən o evdə yaşaya bilmədim. Çox hadisələr yaşandı gözümün qabağında. Bacı-qardaşı lüt edib dəmir qutunun içinə salırdılar. Mən baxa bilmirdim o görüntülərə.. Havalanmışdım. Vəhşi heyvanı qəfəsə saldıqları kimi azərbaycanlılara elə zülm verirdilər.. Nələr etmirdilər ki.. Allah bizim üzümüzə baxdı..Bizim kəndimiz elə yerdə idi ki.. Çıxmaq mümkün deyildi.. Zəlzələ olmasaydı ordan bir azərbaycanlı salamat çıxmayacaqdı. Getsin o günlər gəlməsin. Bu gün həmin günlər mənə nağıl kimi gəlir. Allah heç kimə yaşatmasın.. Nələr görmədik ki.. Mən ordan bir çöp də gətirmədim. Allahın bu gününə şükürlər olsun. Ona görə çalışın sağlamlığınızı qoruyun” deyə sənətkar bildirib.

Oxşar xəbərlər
- Milli Məclis Prezident və birinci xanımı təbrik etdi
31 may 2025 01:28
- Keçmiş müsavatçı intihar etdi- FOTO
30 may 2025 11:17
- Tramp İlham Əliyevi təbrik etdi
28 may 2025 23:08
- Bəxti gətirən casus – Pentaqona işləyən SSRİ alimini edamdan Reyqan xilas edib
27 may 2025 19:32
- Elgünün ölümündən 15 gün keçdi - Sirr pərdəsi açılacaqmı?
27 may 2025 14:10
- Elm 600-700 manatlıq çərçivənin içində qalmamalıdır - Yenilənib
27 may 2025 13:58
- Vladimir Putin İlham Əliyevi təbrik etdi
27 may 2025 13:08
- Putin Hakan Fidanı qəbul etdi
26 may 2025 21:10
- Elman Rüstəmova ötürülən 5 milyonluq krediti Mərkəzi Bankla məhkəmə vətəndaşdan almaq istəyir
26 may 2025 14:56
- Səddam Hüseyn mənə dedi ki, yalnız Heydər Əliyevi tanıyıram –1992-ci ildə Cümşüd Nuriyevə Şuşanın işağl ediləcəyini kim deyib?
26 may 2025 08:13
Xəbər lenti
- Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salındı (FOTO)
31 may 09:21
- Körpə ikən 300, böyüyəndə 206: Sümüklərimizin sayı böyüdükcə niyə və necə azalır?
31 may 09:09
- Alça 15, şaftalı 17, tut isə 10 manata - Bazarda od tutub yanan qiymətlər
31 may 08:38
- Milli Məclis Prezident və birinci xanımı təbrik etdi
31 may 01:28
- Təzyiqi aşağı sala biləcək 7 ədviyyat və bitki (SİYAHI)
31 may 01:20
- Rusiyaya üzərlik otu aparan azərbaycanlı həbs olundu
31 may 00:37
- Falçı Nərgiz Sultanova məhkəmənin hökmü ilə 5 il azadlıqdan məhrum edildi…
30 may 23:13
- Keçmiş müsavatçı intihar etdi- FOTO
30 may 11:17
- Etibar Pirverdiyevin qaynı saxta sənədlə torpağımızı satıb...
30 may 09:49
- Pakistanla Əfqanıstan arasında hərbi toqquşma başladı
30 may 09:38
- Azərbaycanda kartof -böhranı- – Səbəb nədir?
30 may 00:19
- Azərbaycanın fındıq ixracından qazancı 53 milyon dolları ötüb
30 may 00:04
- Putin Nazarbayevlə görüşdü
29 may 23:02
- Füzulidə yeni NAR mağazası fəaliyyətə başladı - Fotolar
29 may 22:58
- Rusiyanın baş keşişi müsəlmanlarla nikahı haram sayır: Ölüm daha yaxşıdır
29 may 21:38
- Bu dərman hər evdə olmalıdır
29 may 15:13
- Hərbçimiz minaya düşdü
29 may 15:06
- İlham Əliyev BƏƏ-nin iş adamlarını qəbul edib
29 may 14:48
- Xruşovun böyük rüsvayçılığı - Albaniya SSRİ-dən 4 sualtı qayığı zorla necə alıb?
29 may 14:45
- Bu duanı oxuyub yatanı mələklər səhərə qədər qoruyur
29 may 14:30
- Tramp İlham Əliyevi təbrik etdi
28 may 23:08
- AZAL ilə bаğlı şikаyətlər bitmək bilmir....
28 may 22:18
- Gəncə şəhəri, N.Nərimаnov küçəsi, 4-cü dаlаndаkı 50 metrlik yol bərbаd vəziyyətdədir…
28 may 15:46
- Hüseynbala Mirələmovun qardaşı oğlunun cinayət işinə görə o da axtarışa verildi - FOTO
28 may 14:14
- Türkiyə Prezidenti Laçında belə qarşılandı- VİDEO
28 may 12:09
- Səməd Vurğun 50 yaşında ölməyibmiş... - O, 76 yaşında Bakıya niyə qayıtmışdı?
28 may 09:53
- Azərbaycan təbii balın kiloqramını xаricdən 6 mаnаtа аlır və əhаliyə 38 mаnаtа sаtır
28 may 09:35
- Prezidentdən Müstəqillik Günü ilə bağlı paylaşım - Foto
28 may 09:14
- Ukrayna Moskvaya od ələyir: Bütün aeroportlar fəaliyyətini dayandırdı
28 may 09:03
- Azərbaycanda Müstəqillik Günüdür
28 may 00:55
Video & Fotoqalereya
Video
Fotoqalereya