Məni dostlarım öldürdü - Akif Səmədin şeirləri

Bu gün tanınmış şair Akif Səmədin anım günüdür.
Kulis.az bu münasibətlə onun şeirlərini təqdim edir.
Elə divarlar aşmışıq,
Qardaş, ölüm nəmənədi?
Elə yüklər daşımışıq,
Qardaş, ölüm nəmənədi?
Həllac Mənsur var, Hadi var.
Fağır ölümün adı var,
Qardaş, ölüm nəmənədi?
Sevənlər aşıq olmasa,
Qan bircə qaşıq olmasa,
Bu arvad-uşaq olmasa,
Qardaş, ölüm nəmənədi?
Güllər, çiçəklər dərmişik,
Guya pünhana sərmişik.
Məqbəri bizlər hörmüşük,
Qardaş, ölüm nəmənədi?
Doğru-düzünə yaşasan,
Halal sözünə yaşasan,
Ömrü özünə yaşasan,
Qardaş, ölüm nəmənədi?
***
A bəxtəvər, elə bilmə
Yadam mən Akif Səmədə.
Dərd ha deyil, düşmür çiçək
Badamdan Akif Səmədə.
Anam məni daş doğmadı,
Gözlərində yaş doğmadı.
Ağac yaxın, daş doğmadı
Adamdan Akif Səmədə.
Çox da yollar buz-qarıymış,
Fələklər bizə yarıymış.
Bircə qarış yol varıymış,
Adəmdən Akif Səmədə.
***
Yarəb, adamam adıma —
Sanıma yazığın gəlsin.
Bu dünya xandı, mən qulu,
Xanına yazığın gəlsin.
Bir ulu, bir qədim səsdim,
Bilmirəm niyə tələsdim.
Qılıncam, qınımı kəsdim,
Qınıma yazığın gəlsin.
Ay qarannıqdı, qar işıq,
Gecə-gündüzə yaraşıq,
Qanım qannara qarışır,
Qanıma yazığın gəlsin.
Nə oxuyur bu saz, bu tar?
Canımda qoymadı tutar.
Canımdan canımı qurtar,
Canıma yazığın gəlsin.
***
Ömrün boyu umdun küsdün,
Dünya sənin nəyindi ki?
Arxasınca asdın-kəsdin
Dünya sənin nəyindi ki?
Yan, oduna yanan deyil
Bir dərdini qanan deyil
Atan deyil, anan deyil
Dünya sənin nəyindi ki?
Dağlarda qara bax oğlan
Qəlbimdə yara bax oğlan
Ağlama qarabığ oğlan
Dünya sənin nəyindi ki?
***
Uzanıb sübhə qədər,
Çəkirəm ah gecələr.
Gedir yenə qayıdır
Mənə sabah gecələr.
Gecəyə yiyə durmur,
Sabahın sağ sahibi.
Qaralar ağı yedi
Hardadı ağ sahibi.
Ulduzlar ulduz deyil,
Səbrim dara çəkilir.
Neçə bəyaz duyğunun
Üstündən qara çəkilir.
Görsəniz yoxam, deyin
Ay tək batmağa getdi.
Öldü deməyin, dostlar
Akif yatmağa getdi.
***
Məni dostlarım öldürdü,
Düşmən dirildər, inşallah!
Baxma, ölüb gedib pələng,
Bir də nərildər, inşallah!
Azadlıq — dam dolu toyum,
Uyu, könlüm, rahat uyu.
Uzanar bir arpa boyum,
Ötən hər ildə, inşallah!
İzsiz-tozsuz öləcəyəm,
Elə demə, çiyələyim.
Uçub gedər kəpənəyim,
Qalar zər əldə, inşallah!
***
Namərdinsən, mərdinsən,
Mənim döyülsən, ömrüm.
Ya quşunsan, qurdunsan,
Mənim döyülsən, ömrüm.
Sultansan, qulun hanı?
Yolçusan, yolun hanı?
Bülbülsən, gülün hanı?
Mənim döyülsən, ömrüm.
Sərkərsən, qoşun hanı?
Atansan, daşın hanı?
Ağlarsan, yaşın hanı?
Mənim döyülsən, ömrüm.
Çölləri gəzəmmədim,
Gülləri üzəmmədim,
Əyildin, dözəmmmədin
Mənim döyülsən, ömrüm.
Akif Səməd qocadı,
Haqqı görən xocadı,
Haqqın yeri ucadı,
Mənim döyülsən, ömrüm.
***
Məni görüb yaxın ağlar, yad ağlar,
Ağıl ağlar, yaddaş ağlar, yad ağlar,
Ya bərələr, ya dərələr, ya dağlar.
Mən Bakıya oxumağa gəlmişdim.
Köç-ulaqlı aran yolu, dağ yolu,
Oğru yolu, doğru yolu, haqq yolu,
Kəhkəşanda unutduğum ağ yolum,
Mən Bakıya oxumağa gəlmişdim.
Ay qatarçı, ay maşınçı, ay adam,
Bu şəhərə siz doğmasız, mən yadam.
Burax gedim, ay gözəlim, ay qadam,
Mən Bakıya oxumağa gəlmişdim.
Genişiydim səma boyda, çöl boyda,
Ürək verdim, diplom aldım əl boyda,
Ürəyimdə yara açdı gül boyda –
Mən Bakıya oxumağa gəlmişdim.
Mən Bakıya oxumağa gəlmişdim.
- Prezident İlham Əliyev Əl-Ərəbiyə kanalına müsahibə verib: ölkə başçısından mühüm mesajlar (CANLI)
27 avqust 2025 16:53
- İlham Əliyev: Tramp Afrikada, Asiyada və Cənubi Qafqazda möcüzə yaratdı
24 avqust 2025 09:20
- Küçədən tapdığı 8 yaşlı uşağı zorla diləndirdi - Məhkəmədən ağır cəza
23 avqust 2025 19:51
- Məhəmmədtağı müəllim və Qurgen ( hekayə ) - KÖNÜL AYDIN
23 avqust 2025 13:11
- Putin-Zelenski görüşünə hazırlıq başladı: Harda olacaq və tələblər nədir?
19 avqust 2025 09:41
- Vətəndə vətənsizlik harayı: Evsiz-eşiksiz qalmışıq, nə edəcəyimizi bilmirik!
18 avqust 2025 22:03
- Balakəndə camış sahibini vurub öldürdü
17 avqust 2025 17:18
- Çilingərin milyarder oğlu: -Razin uşağı- dünyanı necə fəth etdi?
15 avqust 2025 17:13
- Xalq artisti Elmira Rəhimova - 88 YAŞ
14 avqust 2025 11:35
- Ermənistanın ilk prezidenti İranı xeyli TƏRİFLƏDİ ....
13 avqust 2025 09:48
- Ballıqaya qətliamından 33 il ötür
28 avqust 02:33
- Tramp : Soros və oğlu məsuliyyətə cəlb edilməlidir
28 avqust 00:47
- Kürü istehsalı son 5 ildə 13 dəfə artıb
27 avqust 23:44
- QARABAĞ Çempionlar Liqasında! VİDEO
27 avqust 23:12
- Prezident İlham Əliyev Əl-Ərəbiyə kanalına müsahibə verib: ölkə başçısından mühüm mesajlar (CANLI)
27 avqust 16:53
- Azərbaycanda REKTORSUZ universitetlər....
27 avqust 14:06
- İlham Əliyev Maya Sandunu təbrik etdi
27 avqust 12:06
- Ramiz Mehdiyevin arvadının ŞƏRAB ZAVODU
27 avqust 11:12
- İlham Əliyev: Azərbaycan torpağında bir nəfər də rus əsgəri yoxdur
27 avqust 10:31
- Lotu Quli belə ÖLDÜRÜLÜB: Rusiya kanalı görüntüləri YAYDI
27 avqust 10:01
- Bu, Rusiya üçün pis olacaq - Tramp
27 avqust 09:53
- Daha 104 ailə Xıdırlıya köçür
27 avqust 09:44
- Ruslar Səfərov qardaşlarını öldürüb, cinsiyyət orqanlarını kəsiblər – vəhşi və əxlaqsız mesaj
27 avqust 03:13
- ABŞ bu şəxslərə ölüm hökmü tələb edəcək - Trampdan açıqlama
27 avqust 01:31
- 35 hərbçi TƏZMİNAT üçün bir-birini YALANDAN güllələyib - Rusiya ordusunda qalmaqal
27 avqust 01:02
- Bu sərnişinlər təyyarəyə iki yerə bilet alacaqlar - Aviaşirkətdən yeni qərar
27 avqust 00:45
- Veysəloğlu Distribusiya şirkəti -Dəyərlərimizin izi ilə- devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
26 avqust 21:33
- 8 aydır boksçuların MAAŞI VERİLMİR - Məşqçi şikayət etdi
26 avqust 20:37
- Nəsiminin məzarı Suriyadan Azərbaycana gətirilə bilər
26 avqust 12:29
- Bu gün tanınmış rəssam Yusif Mirzənin Laçında -31 İL SONRA- fərdi sərgisi açılır
26 avqust 10:34
- Məhərrəmlik bitdi, toylar başladı - qiymətlərdəki fərq...
26 avqust 10:20
- Daha bir ölkə dördgünlük iş rejiminə keçir - bəs bizdə?
26 avqust 10:07
- Bu gün Laçın Şəhəri Günüdür
26 avqust 09:37
- Arzu Əliyevadan anasına təbrik - Foto
26 avqust 09:26
- Cahangir Novruzov ölkədən kimə görə getdi? - VİDEO
26 avqust 02:10
- Bu gün Mehriban Əliyevanın doğum günüdür
26 avqust 00:34
- DƏHŞƏT: 5 ildə Azərbaycanda ABORT-un SAYI - 300000, Gürcüstanda, Ermənistanda ?
25 avqust 23:54
- İbtidai siniflərdə dərs vaxtı qısaldılacaq?
25 avqust 22:05
- Prezident Stiven Doutini qəbul etdi (FOTO)
25 avqust 14:43
- Putin DALA VERİR – Trampın xəbərdarlığı Moskvanı silkələdi
25 avqust 09:05