Prezident Qəbələdə qəbullar keçirdi (FOTO)
SiyasətBu gün, 12:59

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımı qəbul edib.
Qaynarinfo xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Binəli Yıldırımla görüşləri, həmçinin onun ölkəmizə səfərləri məmnunluqla xatırlandı.
Qonaq Türk Dövlətləri Təşkilatının fəaliyyətinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək vurğuladı ki, Təşkilatın Ağsaqqallar Şurası bundan sonra da Türk dövlətləri arasında əməkdaşlığın inkişafı prosesinə öz töhfəsini verməyə davam edəcək.
Görüşdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün əhəmiyyətinə toxunuldu, ölkəmizdə təşkil edilmiş digər beynəlxalq tədbirlər kimi, bu sammitin də yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə olundu.
Söhbət zamanı Azərbaycan və Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə daha da genişlənməsi qeyd edildi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.
Söhbət zamanı dövlətimizin başçısı ilə qonağın görüşləri məmnunluqla xatırlandı.
Baş katib Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə bağlı Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın şahidliyi ilə Vaşinqtonda əldə olunmuş nəticələr münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.
Dövlətimizin başçısı təbriklərə görə təşəkkür etdi.
Kubanıçbek Ömüralıyev Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun daha da artması, üzv və müşahidəçi ölkələr arasında əməkdaşlığın gücləndirilməsi işinə Azərbaycanın verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Görüşdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə görüşünün "Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunduğu vurğulanaraq, tədbir çərçivəsində təşkilatın gündəliyində duran aktual məsələlərin müzakirə ediləcəyi bildirildi.
Dövlətimizin başçısı bu Zirvə Görüşünün Türk dünyasında dostluq, həmrəylik və tərəfdaşlığın möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.
Söhbət zamanı ölkəmizlə təşkilat arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
Oxşar xəbərlər
- Oqtay Şirəliyevin övladları: Moskvanın eks-naziri, sabiq bank işçisi (FOTO)
6 oktyabr 2025 15:34
- İlham Əliyevin bacısı oğlunun toyundan - FOTO
6 oktyabr 2025 01:17
- Ərdoğan və Mirziyoyev də Azərbaycana gəlir
6 oktyabr 2025 00:08
- Müəllimə dərs zamanı öldü (FOTO)
5 oktyabr 2025 14:30
- Allahşükür Paşazadə ABŞ-də - FOTO
4 oktyabr 2025 18:13
- Ukraynada dron azərbaycanlının avtomobilinin üzərinə düşdü və HƏLAK oldu - Foto
4 oktyabr 2025 17:30
- 102 tələbə Prezident təqaüdü alacaq
4 oktyabr 2025 12:24
- Gəncə terrorundan 5 il ötür
4 oktyabr 2025 03:48
- Cəbrayıl şəhərinin azad olunmasından 5 il ötür
4 oktyabr 2025 01:13
- Prezident İlham Əliyev 3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı paylaşım etdi
3 oktyabr 2025 21:53
Xəbər lenti
- Oqtay Şirəliyevin övladları: Moskvanın eks-naziri, sabiq bank işçisi (FOTO)
06 oktyabr 15:34
- NAR-ın dəstəyi ilə Bütün Vücudlar Danışır layihəsinin hesabat tədbiri - Fotolar
06 oktyabr 13:34
- Orban da Azərbaycana gəlir
06 oktyabr 13:26
- Prezident Qəbələdə qəbullar keçirdi (FOTO)
06 oktyabr 12:59
- Mikayıl İsmayılovun obyektlərində YOXLAMALAR BAŞLADI...
06 oktyabr 11:42
- AYNA-nın sədri 1 MİLYONA VİLLA ALDI
06 oktyabr 09:46
- Bal və kişmiş möcüzəsi: Quru öskürəyi kəsir, qıcıqlanmanı aradan qaldırır
06 oktyabr 09:31
- Bakı Dövlət Sirkinin DİREKTORU olmaq istəyən Murad Abdullayev KİMDİR ?
06 oktyabr 01:35
- İlham Əliyevin bacısı oğlunun toyundan - FOTO
06 oktyabr 01:17
- Türklərlə sərhəd olmaq istəmirik, çünki... - Orban
06 oktyabr 01:12
- Ərdoğan və Mirziyoyev də Azərbaycana gəlir
06 oktyabr 00:08
- Altı ölkədə hələ də it əti yeyilir
05 oktyabr 23:43
- 16 İLDİR Şuşanın icra başçısı işləyən Bayram Səfərov NƏHAYƏT GÖRÜNDÜ - Fotolar
05 oktyabr 16:13
- Noutbukunuz PARTLAYA bilər: 90 faiz bu səhvi edir
05 oktyabr 16:02
- Müəllimə dərs zamanı öldü (FOTO)
05 oktyabr 14:30
- Müəllim bir işıqdır…
05 oktyabr 10:39
- Ermənistanın Bərdəni raket atəşinə tutmasından 5 il ötür
05 oktyabr 02:11
- FORBES Türkiyənin ən zəngin- MİLYARDER insanlarını açıqladı - SİYAHI
05 oktyabr 00:26
- Soydaşımız İsmayılov Marneulinin MERİ seçildi
05 oktyabr 00:07
- Kimlər qazi, kimlər yalnız müharibə veteranıdır? - ARAŞDIRMA
04 oktyabr 23:29
- Allahşükür Paşazadə ABŞ-də - FOTO
04 oktyabr 18:13
- Əlisəmid Kürün vəziyyəti ağırlaşdı
04 oktyabr 18:00
- Kolumbiyada ildırım vuran qadını basdırdılar, 4 saat sonra DİRİLDİ
04 oktyabr 17:53
- Ukraynada dron azərbaycanlının avtomobilinin üzərinə düşdü və HƏLAK oldu - Foto
04 oktyabr 17:30
- Xəzərdə əməliyyat – Sərhəddə 510 KQ narkotik aşkarlandı
04 oktyabr 14:04
- Elçin Şıxlının doğum günüdür - T Ə B R İ K
04 oktyabr 12:37
- 102 tələbə Prezident təqaüdü alacaq
04 oktyabr 12:24
- Gəncə terrorundan 5 il ötür
04 oktyabr 03:48
- Cəbrayıl şəhərinin azad olunmasından 5 il ötür
04 oktyabr 01:13
- Bakıda 50 qəpiyə limon satır, amma hesabında 1 MİLYONU VAR - VİDEO
03 oktyabr 23:35
Video & Fotoqalereya
Video
Fotoqalereya