Tovuz döyüşlərindən 5 il ötür
Bu gün Tovuz döyüşlərinin növbəti ildönümüdür.
Qaynarinfo xatırladır ki, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan döyüşlərdən beş il ötür.
2020-ci ilin iyulun 12-dən günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Düşmən daha sonra mövqelərimizi iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutmaqda davam edib.
İyulun 12-də Ermənistan silahlı qüvvələrinə aid zirehli texnika və canlı qüvvələrin yerdəyişmələr etdiyi müşahidə olunub. Həmin günü düşmən dövlət sərhədində irimiqyaslı təxribata əl atıb. Amma düşmənin bu təxribatının qarşısı alınıb və dayaq nöqtələri, yüzlərlə hərbi qulluqçusu məhv edilib.
Tovuz döyüşlərinin ilk günündə düşmən təxribatının qarşısı alınarkən Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu - çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov, əsgər Xəyyam Daşdəmirov şəhidlik zirvəsinə yüksəlib, daha 5 nəfər yaralanıb. Yaralı əsgərlərdən biri daha sonra aldığı xəsarətlərdən dünyasını dəyişib. Döyüşlər zamanı Ermənistan ordusunun şəxsi heyəti çoxsaylı itki verib.
Tovuz istiqamətində gərginlik iyulun 13-nə keçən gecə də davam edib. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Ordusunun dəqiq atəşi ilə qarşı tərəfin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Amma düşmən öz itkilərini gizlətməyə cəhd göstərib. Həmin gün Tovuz istiqamətində ağır artilleriya qurğuları yenidən işə düşüb. Döyüş zamanı Ermənistan artilleriyası toplarla Tovuzun Dondar Quşçu və Ağdam kəndlərini də atəşə tutub.
Tovuz döyüşləri iyulun 14-də də davam edib. Belə ki, düşmən iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub. Düşmənin təxribat xarakterli hücumu nəticəsində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev, həmçinin hücumun qarşısını alarkən daha 5 hərbi qulluqçu şəhid olub. Ermənistanın hücumları nəticəsində rayonun Ağdam kənd sakini, 76 yaşlı Əziz Əzizov qətlə yetirilib.
Həmin gün axşam saatlarında döyüşlər səngiyib və cəbhədə nisbi sakitlik yaranıb. İyulun 15-də toqquşmalar səngisə də, iyulun 16-sı səhər saatlarında döyüşlər yenidən başlayıb. Həmin günü Azərbaycan Ordusunun bir hərbi qulluqçusu şəhid olub. Düşmənin isə xeyli sayda hərbçisi və texnikası məhv edilib.
Tovuz döyüşləri iyulun 17-də Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşıb və heç bir ərazi itkisi olmayıb. Döyüşlərdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş Vüqar Sadıqov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, baş əsgər Elşad Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Elçin Mustafazadə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nazim İsmayılov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid olub.
Tovuz döyüşləri zamanı böyük insan izdihamı ilə Azərbaycan Ordusuna dəstək aksiyaları keçirilib. İyulun 14-də Bakıda Silahlı Qüvvələrə və Ali Baş Komandana çoxminlik dəstək yürüşü baş tutub. Yürüşdə xalq Azərbaycan Ordusunun və Ali Baş Komandanının yanında olduğunu, onu dəstəklədiyini yüksək səviyyədə bəyan edib. Prezident İlham Əliyevin çağırışına səs verən on minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları şöbələrinə müraciət edərək könüllü olaraq döyüşlərdə iştirak etmək arzularını bildiriblər.
Beləliklə, qələbə ilə yekunlaşan 5 günlük Tovuz döyüşləri Azərbaycanın uzun illər işğal altında olan torpaqlarının azad edilməsinə yol açıb. Avqust ayında isə Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant 1989-cu il təvəllüdlü Qurgen Alaverdiyan Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən edilərək saxlanılıb.
Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 9-da imzaladığı sərəncamlarla Polad Həşimov və İlqar Mirzəyevə Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Ermənistan silahlı qüvvələrinin intensiv atəşə tutması nəticəsində Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Vahidli, Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə Azərbaycanın 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə 1 milyon manat vəsait ayrılıb. Düşmənin Tovuzda dağıtdığı evlər və digər obyektlər bərpa edilib.
2020-ci ilin sentyabrın 27-dən etibarən Azərbaycan Ordusu tərəfindən düşmənin təxribatlarına qarşı əks-hücum əməliyyatlarına başlanılıb. 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycanın 30 ilə yaxın işğal altında olan torpaqları azad edilib.
2023-cü il sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib.
Oxşar xəbərlər
- QAZİ Hacı Vəliyevə hökm oxundu
6 may 2026 13:52
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 2026 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
3 may 2026 13:23
- Şahdağa 87 sm qar yağdı
21 aprel 2026 12:32
- Erməni əsirliyindəki tovuzlu Tamaranın qardaşına MƏKTUBU - Canım sənə qurban, nə olar məni...
12 aprel 2026 16:27
- Azərbaycanda 80 manat pensiya alan Qarabağ veteranlarının sayı açıqlandı
11 aprel 2026 23:34
- Azərbaycanda boşanma xəritəsi: Hansı rayonlarda ailələr daha çox dağılır? - RƏSMİ STATİSTİKA
9 aprel 2026 11:00
- Ağdaban soyqırımından 34 il ötür
8 aprel 2026 00:37
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
2 aprel 2026 12:31
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 2026 00:29
Xəbər lenti
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
- Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
11 may 22:48
- Azərbaycanda hər gün bu qədər insan ÖLÜR - RƏSMİ
11 may 18:21
- 12 may dünyada Beynəlxalq Tibb Bacıları Günüdür
11 may 17:43
- Daha 8 azərbaycanlı Ukraynada həlak oldu - ADLAR
11 may 17:24
- Məktəbli qızı nişanlısı öldürdü: məzun geyiminə görə
11 may 14:51
- Ana sevgisi günü : dünyanın ən səmimi bayramı 10 mayda qeyd olunur - xarici media
11 may 13:37
- Elə İlham Əliyev özü də mənimlə birgə kövrəldi... - Fotolar
11 may 13:13
- Nərgiz Məhəmmədi azadlığa buraxıldı, Tehrandakı xəstəxanaya aparıldı
11 may 12:56
- 29 yaşlı azərbaycanlı alim Tehranda edam edildi
11 may 11:03
- Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər bilindi
11 may 10:49
- Sevil Əliyevadan atası ilə bağlı paylaşım - Foto
11 may 00:55
- İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
11 may 00:48
- Prezident : Şuşa əldən gedərsə, başıma güllə çaxaram deyən namərd orada-burada sülənir
11 may 00:27
- Serbiyada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
11 may 00:10
- Qəbir yerləri ilə bağlı biabırçı vəziyyət – Bakıda 15 minə...
10 may 23:26
- bu gün Ağdamda qəzada ölənlər hərbçilər imiş - FOTO
10 may 23:09
- Heydər Əliyevin şəxsi FOTOQRAFI : Əsəbiləşdi, dedi ki, səninlə Bakıda danışacağıq
10 may 21:59
- Ayaqyalın gəzməyin faydaları və ZƏRƏRİ - Həkim danışdı
10 may 21:40
- Portağal min bir dərdin dərmanı imiş...
10 may 21:23
- Babaları ilə uşaqlıq şəkillərini paylaşdılar - Fotolar
10 may 21:14
- Heydər Əliyevin şəxsi mühafizəçisi: Dünyanın hər yerində bütün çıxışlarını Qarabağla başlayırdı
10 may 19:40
- Qarabağ bizim yox, orada buğda əkən bir neçə generalın nəzarətində idi -Paşinyan
10 may 19:13
- Mehriban Əliyeva Zəngilanda çay kənarından paylaşım etdi - FOTOLAR
10 may 18:50
- Vasif Talıbov görün NƏ PAYLAŞDI - FOTO
10 may 17:59
- Prezident təqaüdü nə qədərdir (SİYAHI) - Fəlsəfə DOXTURU 200 m, Qarabağ veteranı 80 manat
10 may 17:34
- Nə üçün 8 noyabr 9 maydan yüksəkdə dayanır?
10 may 16:10
- Bu, Rusiyanın sonunun başlanğıcıdır...- Və yeni Ukraynanın başlanğıcı...
10 may 15:53
Video & Fotoqalereya
Video
Fotoqalereya
