Cənab Prezident! Pirverdiyev Mingəçevir SES-i partladacaq
Cənab Prezident!
Mən hələ illər öncə yazmışdım ki, müstəqil Azərbaycan dövlətinə təhlükə Şərqdən, Qərbdən, mifik İrandan-Turandan-Rusiyadan, vəhabidən-sələfidən-yevangelistdən öncə Azərbaycan məmurundan gəlir.
Möhtərəm Prezident!
Sözün qısası, mən Mingəçevir SES-in Azərbaycan dövləti üçün əhəmiyyətini və təhlükəsini anlayıram.
Bilirəm ki, əgər bənd yarılarsa, 18 rayon tam və ya qismən su altında qalır. İlkin dalğanın hündürlüyü 70 m-ə çatır. Mingəçevirin özü 4 dəqiqədən sonra relyefindən asılı olaraq 10-11 m suyun altında qalır.
1997-ci ildə də oxşar hadisə baş vermişdi.
Cənab Prezident!
Bu gün kimlərsə bu məsələdə xarici kəşfiyyat-filan izini axtarır. O da ola bilər. Amma əsas problem Sizin ətrafınızdır.
Cənab Prezident !
İllərdir Azərbaycanda “Mazut mafiyası” deyilən cinayətkar şəbəkə fəaliyyət göstərir.
Siz özünüz peşəkar kommersant olduğunuz üçün bunu uzun-uzadı izah etməyə ehtiyac yoxdur.
Bilirsiniz ki, mazut və su enerjisi arasında milyonlarla fərq var. Azərnerji-nin istehsal etdiyi enerjinin yetərli hissəsi kağız üzərində mazut göstərilsə də, əsilində Mingəçevir SES-in hesabına bu milyonlar silinir, yəni SES istehsal gücündən dəfələrlə artıq zorlanır. Ortada Etibar Pirverdiyev 100 milyonlar qazanır. Mütəxəssislər bunu açıq deməyə qorxur. SES-in platinaları lərzəyə gəlir və hər dəqiqə partlaya bilər.
Möhtərəm Prezident!
Çox vaxt Mingəçevir SES-in ermənilər tərəfindən təhlükəyə məruz qalacağı ilə bağlı fikirlər mətbuatda yer alır.
Mən əminəm ki, şanlı Azərbaycan Ordusu Mingəçevir SES-i ermənilərdən qorumaq gücündədir.
Düşünürəm ki, Mingəçevir SES-i ermənilər deyil, bizim məmurlar , daha doğrusu, Etibar Pirverdiyev partladacaq.
NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli