Dərc edilib: 03-05-2023

https://www.nuh.az/34479-.html

Fərhad Xəlilov hamını aldatdı - Pənahəlini xanın heykəlini hazırlayan memar...

03.05.2023 22:35:45

Müsahibə

"Bu məsələnin tarixçəsi 30 il qabağa gedir. Heydər Əliyev cənablarının göstərişi, Nazirlər Kabinetinin 7 aprel 1985-ci il 5 sayı qərarı ilə Şuşada Pənahəli xanın heykəli qoyulmalı idi. Amma heykəl hələ də yerinə qoyulmayıb”. 

Bunu Qaynarinfo-ya açıqlamasında heykəltəraş-rəssam Cümşüd İbrahimli Mədəniyyət Nazirliyi ilə "Azərbaycan Rəssamlar İttifaqı” İctimai Birliyini məhkəməyə verməsi səbəblərindən danışarkən deyib. 
Onun sözlərinə görə, sözügedən qərarın icrası Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqının İstehsalat yaradıcılıq kombinatı arasında 1990-ci il 12 oktyabır tarixli müqavilyə əsasında ona həvalə olunub:
"Müqavilə bağlanıb, smeta dəyəri təsdiq olundu. Dünya şöhrətli memar Mikayıl Hüseynovla birlikdə layihəni işlədik və layihə qəbul olundu. O zaman mədəniyyət naziri Polad Bülbüloğlu idi. Layihənin qəbul olunması ilə bağlı sənədi nazirlikdən istəyəndə onu mənə vermədilər, gizlətdilər. O zaman mən mədəniyyət nazirinin birinci müavini Ədalət Vəliyevə 3 dəfə məktub yazdım. Cavab verdilər ki, nazirlik 1985-ci ilə kimi olan sənədləri verir, ondan sonrakı sənədlər nazirliyin öz arxivindədir”. 
Rəssam həmin sənədləri bu günə kimi ala bilmədiyini vurğulayıb: "30 il gözlədim və Qarabağ bizə qayıtdı. Bu gün Şuşanın azad olması - 8 noyabr qeyd edilir. Müharibəyə görə dayanan layihəmi davam etdirmək üçün dəfələrlə Mədəniyyət Nazirliyinə getdim-gəldim, heç nəyin xeyri olmadı”. 
Cümşüd İbrahimli məsələ ilə bağlı Rəssamlar İttifaqının sədri Fərhad Xəlilova müraciət edib: 
"Fərhad Xəlilov mənə dedi ki, bu layihə ilə bağlı eks nazir Anar Kərimovla görüşüb. Anar Kərimov layihəyəni bəyəndiyini deyib və bu məsələyə aidiyyatı qurumlar baxacağını da vurğulayıb. Guya nazir deyib ki, ikinci layihəni  də hazırlansın ki, aidiyyatı qurumlar baxanda seçilm imkanı edə bilsin. Deyilən layihəni hazırlayıb Fərhad Xəlilovun yanına gəldim. Baxdı, çox bəyəndiyini dedi. Mən onun otağından çıxanda Fərhad Xəlilov arxamca gəldi və dedi ki, "bax ha, bunu sənin üçün edirəm”. Bunu 3 dəfə dedi. Baxdım ki, məndən nəsə  umur. Ona müsbət cavab vermədiyimdəm  incimiş halda otağına qayıtdı. Fərhad  müəllimdən bir xəbər çıxmadığını görəndə həmin lahiyəni köməkçisi vasitəsi ilə Anar müəllimə çatdırdım. Üstündən bir az keçəndən  sonra mənə cavab gəldi ki, qaldırdığınız məsələ Şuşanın bərpası və abadlaşdırılması planı çərçivəsində baxıla bilər”. 
Rəssam deyir ki, bundan sonra Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimova məktubla müraciət edib:
"Onlar bu məsələlərə nazirliyin baxdığını bildirdi. Mənim layihəm, müraciətlərimin heç bir ünvanına çatmır. İndi baxıram ki, layihəni əlimdən almaq istəyirlər. Mədəniyyət Nazirliyinin nəzdində abidələrin hazırlanması və sökülməsi ilə bağlı komissiya var. Həmin komissiyanın sədri Fərhad Xəlilovdur. Komissiya deyir ki, Nazirlər Kabinetinin bununla bağlı qərarı qüvvədən düşüb”. 
Cümşüd İbrahimli bu səbəbdən hər iki qurumu məhkəməyə verdiyini deyib:"O vaxt Polad Bülbüloğlu Nazirlər Kabinetinə xəbər verib ki, lahiyə işi tamamlanıb, qonararlar da ödənilib. Amma biz bu günə kimi həmin qonararı ala bilməmişik. Bu, cinayətdir. Mədəniyyət Nazirliyində baş verən prosesləri hamı görür. Sonradan öyrəndim ki, bizim əvəzimizdən imza atıb qonararı götürüblər. Bunu bilib məhkəməyə müraciət elədim”. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib