Fərhad Xəlilov hamını aldatdı - Pənahəlini xanın heykəlini hazırlayan memar...
Müsahibə3 may 2023 22:35
"Bu məsələnin tarixçəsi 30 il qabağa gedir. Heydər Əliyev cənablarının göstərişi, Nazirlər Kabinetinin 7 aprel 1985-ci il 5 sayı qərarı ilə Şuşada Pənahəli xanın heykəli qoyulmalı idi. Amma heykəl hələ də yerinə qoyulmayıb”.
Bunu Qaynarinfo-ya açıqlamasında heykəltəraş-rəssam Cümşüd İbrahimli Mədəniyyət Nazirliyi ilə "Azərbaycan Rəssamlar İttifaqı” İctimai Birliyini məhkəməyə verməsi səbəblərindən danışarkən deyib.
Onun sözlərinə görə, sözügedən qərarın icrası Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqının İstehsalat yaradıcılıq kombinatı arasında 1990-ci il 12 oktyabır tarixli müqavilyə əsasında ona həvalə olunub:
"Müqavilə bağlanıb, smeta dəyəri təsdiq olundu. Dünya şöhrətli memar Mikayıl Hüseynovla birlikdə layihəni işlədik və layihə qəbul olundu. O zaman mədəniyyət naziri Polad Bülbüloğlu idi. Layihənin qəbul olunması ilə bağlı sənədi nazirlikdən istəyəndə onu mənə vermədilər, gizlətdilər. O zaman mən mədəniyyət nazirinin birinci müavini Ədalət Vəliyevə 3 dəfə məktub yazdım. Cavab verdilər ki, nazirlik 1985-ci ilə kimi olan sənədləri verir, ondan sonrakı sənədlər nazirliyin öz arxivindədir”.
Rəssam həmin sənədləri bu günə kimi ala bilmədiyini vurğulayıb: "30 il gözlədim və Qarabağ bizə qayıtdı. Bu gün Şuşanın azad olması - 8 noyabr qeyd edilir. Müharibəyə görə dayanan layihəmi davam etdirmək üçün dəfələrlə Mədəniyyət Nazirliyinə getdim-gəldim, heç nəyin xeyri olmadı”.
Cümşüd İbrahimli məsələ ilə bağlı Rəssamlar İttifaqının sədri Fərhad Xəlilova müraciət edib:
"Fərhad Xəlilov mənə dedi ki, bu layihə ilə bağlı eks nazir Anar Kərimovla görüşüb. Anar Kərimov layihəyəni bəyəndiyini deyib və bu məsələyə aidiyyatı qurumlar baxacağını da vurğulayıb. Guya nazir deyib ki, ikinci layihəni də hazırlansın ki, aidiyyatı qurumlar baxanda seçilm imkanı edə bilsin. Deyilən layihəni hazırlayıb Fərhad Xəlilovun yanına gəldim. Baxdı, çox bəyəndiyini dedi. Mən onun otağından çıxanda Fərhad Xəlilov arxamca gəldi və dedi ki, "bax ha, bunu sənin üçün edirəm”. Bunu 3 dəfə dedi. Baxdım ki, məndən nəsə umur. Ona müsbət cavab vermədiyimdəm incimiş halda otağına qayıtdı. Fərhad müəllimdən bir xəbər çıxmadığını görəndə həmin lahiyəni köməkçisi vasitəsi ilə Anar müəllimə çatdırdım. Üstündən bir az keçəndən sonra mənə cavab gəldi ki, qaldırdığınız məsələ Şuşanın bərpası və abadlaşdırılması planı çərçivəsində baxıla bilər”.
Rəssam deyir ki, bundan sonra Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimova məktubla müraciət edib:
"Onlar bu məsələlərə nazirliyin baxdığını bildirdi. Mənim layihəm, müraciətlərimin heç bir ünvanına çatmır. İndi baxıram ki, layihəni əlimdən almaq istəyirlər. Mədəniyyət Nazirliyinin nəzdində abidələrin hazırlanması və sökülməsi ilə bağlı komissiya var. Həmin komissiyanın sədri Fərhad Xəlilovdur. Komissiya deyir ki, Nazirlər Kabinetinin bununla bağlı qərarı qüvvədən düşüb”.
Cümşüd İbrahimli bu səbəbdən hər iki qurumu məhkəməyə verdiyini deyib:"O vaxt Polad Bülbüloğlu Nazirlər Kabinetinə xəbər verib ki, lahiyə işi tamamlanıb, qonararlar da ödənilib. Amma biz bu günə kimi həmin qonararı ala bilməmişik. Bu, cinayətdir. Mədəniyyət Nazirliyində baş verən prosesləri hamı görür. Sonradan öyrəndim ki, bizim əvəzimizdən imza atıb qonararı götürüblər. Bunu bilib məhkəməyə müraciət elədim”.
Oxşar xəbərlər
- Prezident təqaüdü nə qədərdir (SİYAHI) - Fəlsəfə DOXTURU 200 m, Qarabağ veteranı 80 manat
10 may 2026 17:34
- Pensiyaya çıxanları təhlükə gözləyir - Çıxış yolu açıqlandı
7 may 2026 00:54
- Minillik tarixə malik Bakı bu gün estetik baxımdan deqradasiyaya uğrayır. - Tanınmış memar
4 may 2026 16:02
- Naziri öldürən erməniyə niyə bəraət verilmişdi?- Gecə ilə Amerikaya qaçırıldı
3 may 2026 15:04
- Güney azərbaycanlı siyasilər Berlində: Almaniya XİN-də mühüm görüş, Rza Pəhləviyə etirazlar - FOTO
24 aprel 2026 23:00
- 2 MANATLIQ şirkətin 1,6 MİLYON vergi BORCU var
21 aprel 2026 21:08
- Fərhad Xəlilov: Əsərlərimi Bakıda satmıram, bilirəm ki, o qiymətə heç kəs almayacaq
20 aprel 2026 20:19
- Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə xanım Sadıxova haqqında…
16 aprel 2026 11:59
- Bundan sonra da savaş davam etdirilsə, ABŞ və İsrail istədikləri heç bir nəticəni əldə edə bilməyəcək…
8 aprel 2026 22:36
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
Xəbər lenti
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
- Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
11 may 22:48
- Azərbaycanda hər gün bu qədər insan ÖLÜR - RƏSMİ
11 may 18:21
Video & Fotoqalereya
Video
Fotoqalereya
