Bakı Dövlət Sirkinin DİREKTORU olmaq istəyən Murad Abdullayev KİMDİR ?
Bakı Dövlət Sirki ( BDS ) ölkəmizin ən böyük mədəniyyət müəssisələrindən biridir. Eyni zamanda sirkin binası unikal memarlıq abidəsidir.
Çox təəssüf ki, baxımsızlıq səbəbindən bina yararsız vəziyyətə düşüb. Və təmir-bərpa, üstəlik texniki təhlükəsizlik səbəbindən Bakı Dövlət Sirki 2 ildir fəaliyyətini MÜVƏQQƏTİ dayandırıb.
Və hər dəfə BDS-nin direktor əvəzi Nahid Ağayev mətbuata açıqlamasında sirkin yaxın zamanda fəaliyyətə başlayacağını deyir.
Yeri gəlmişkən, BDS-nin direktorları az qala hər il yenilənir.
Belə ki, 18 il (2003-2021-ci illər ) BDS-nin direktoru olmuş Əməkdar mədəniyyət işçisi Vaqif Bağırzadə 2021-ci ildə dünyasını dəyişəndə o zamankı mədəniyyət naziri Anar Kərimovun əmri ilə 2021-ci ildə Elmir Hüseynov BDS-ə direktor təyin olundu.
Qeyd edək ki, yeni direktor Elmir Hüseynov bu vəzifəyədək “Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstandakı səlahiyyətli nümayəndəsi olub.
İstər-istəməz sual doğur: Dəmir yolu hara, Sirk hara ?
Yəni BDS bəzi məmurların özəl obyektinə çevrilmişdi.
Bir il keçmədən BDS-nin təzə direktoru Elmir Hüseynov 2022-ci ildə iyun ayında vəzifəsilə vidalaşdı. Yəni 1-cə il işlədi. Niyəsini bilmirik.
Məlumat üçün qeyd edək ki, artıq mədəniyyət naziri ( 2020-2022) Anar Kərimov vəzifəsindən çıxarılmışdı. Və
yeni mədəniyyət naziri Adil Kərimli ( 2023-cü ildən ) fəaliyyətə başlamışdı.
Beləliklə 2022-ci ildən Bakı Dövlət Sirki başsız qalıb, lap BAŞSIZ ATLI kimi. Daha doğrusu, Nahid Ağayev 3 ildir BDS-nin DİREKTOR ƏVƏZİ-dir. Bəs bu boyda mədəniyyət müəssisəsi nə vaxtadək DİREKTOR-suz qalacaq ?
İndi isə keçək əsas məsələyə.
Redaksiyamıza daxil olan məlumata görə, mədəniyyət naziri hörmətli Adil Kərimli yaxın zamanda Rusiyada sirkdə meymunları döydüyünə görə Rusiyadan qovulmuş heyvan təlimçisi Murad Abdullayevi Bakı Dövlət Sirkinə direktor təyin edəcək.
Bəs Murad Abdullayev kimdir, Rusiyаdа Heyvan hüquqlarını qoruyan “VİTА” təşkilatı Murаd Аbdullаyevin əməlləri ilə bаğlı Rusiyа Baş Prokurorluğuna niyə şikayət ediblər ?
Rusiyada çalışan tanınmış heyvan təlimçiləri, sirk rəhbərləri Murad Abdullayevin barəsində nələr dedilər.
Bu barədə növbəti yazıda.
Bizi izləyin.