Hərbi müstəntiq ərim başıma silah dirəmişdi - deyən qadın cəzalandırıldı
Hərbi Prokurorluğun böyük müstəntiqi, ədliyyə müşaviri Ceyhun Hüseynovun həyat yoldaşına şiddət göstərməsi və başına silah dirəyərək videoya çəkməsi ilə bağlı iddialar ötən ilin mart ayında səs-küyə səbəb olmuşdu.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ceyhun Hüseynovun keçmiş həyat yoldaşı Nərgiz Hüseynova barəsində Qaradağ Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında etdiyi şikayətə baxılıb. O, Nərgizin Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsi üzrə cəzalandırılmasını tələb edib.
C.Hüseynov iddiasında bildirib ki, Nərgiz Hüseynova sosial media səhifələrinə müsahibə verərək barəsində həqiqətə uyğun olmayan şeylər danışıb: “Nərgiz verdiyi müsahibədə “Ceyhun Hüseynov 21 fevral 2023-cü il tarixində axşam saat 10-11 radələrində arası evə gəlib dövlətin ona verdiyi silahı başıma dayayaraq dostu Mübariz videoya çəkərək zorla mənə dedirtdi ki, de ki mən sənə xəyanət eləmişəm”, “sonra ayaqlarımı bağladı, əlimi bağladı mən xahiş elədikdən sonra əlimi ayağımı açdı və bu arada üstümə bıçaq çəkdi” məzmununda ifadələr işlədib. Nərgiz Hüseynova həmin müsahibəsində mənim ona fiziki işgəncələr verdiyimi, azadlığını məhdudlaşdırdığımı, dövlətin mənə verdiyi odlu silahı onun başına tuşlayıb öldürməklə hədələdiyimi söyləyib. Qeyd olunan müsahibədə odlu silahdan istifadə edərək onu qəsdən öldürməyə cəhd etməyi barədə yalan və böhtan xarakterli məlumatlar yayıb. Barəmdə yalan olduğunu bilə-bilə ağır cinayətdə ittiham etməklə böhtan xarakterli məlumatları kütləvi informasiya vasitələrində yaymaqla şərəf və ləyaqətimi alçaldaraq barəmdə böhtan xarakterli məlumatlar verib”.
Təqsirləndirilən şəxs isə Ceyhun Hüseynovun dediklərini inkar edib və müsahibəsindəki fikirlərin hamısının reallıqda baş verdiyini deyib: “Mən irəli sürülmüş ittihamla razı deyiləm. Belə ki, 21 fevral 2023-cü il tarixdə keçmiş həyat yoldaşım Ceyhun evə gələrək məni xəyanətdə ittiham etdi və uşaqlardan imtina etməyimlə bağlı məktub yazmağımı bildirdi. Lakin Ceyhuna ona xəyanət etmədiyimi bildirdim. Bundan sonra Ceyhun müxtəlif zorakı hərəkətlər edib, əlimi-qolumu bağlayıb və əlində olan silahı başıma dayayaraq dediklərini etməm məni öldürəcəyini bildirib. Mən də bu hallara bağlı patrul.az saytına müsahibə vermişəm. Düşünürəm ki, hərəkətlərimdə cinayət tərkibi yoxdur. Belə ki, patrul.az saytına verdiyi müsahibədə qeyd etdiyim halların hamısı baş verib”.
Məhkəmədə sənəd və sübutların araşdırılması zamanı məlum olub ki, qadının verdiyi müsahibəinin böyük hissəsi həqiqətə uyğun olmayıb. Belə ki, onun patrul.az saytına verilmiş müsahibədə qeyd etdiyi hallar, yəni, başına silah dayılması və qanunsuz azadlıqdan məhrum edilməsi ilə bağlı faktlar Baş Prokurorluq tərəfindən aparılmış araşdırmada öz təsdiqini tapmayıb.
Qaradağ Rayon Məhkəməsi N.Hüseynovanı Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilib. Ona 1000 manat cərimə cəzası təyin edilib.
Qeyd edək ki, N.Hüseynovanın müraciəti ictimailəşəndən sonra geniş müzakirələrə səbəb olmuşdu. Daha sonra C.Hüseynov vəzifədən azad edilərək prokurorluq sıralarından xaric edilmişdi.
- Məhkumlar yaxın qohumlarının DƏFN mərasimində iştirak etsin - TƏKLİF
6 dekabr 2024 11:51
- Mehriban Xanlarova verdiyi dəhşətli qərarın SƏBƏBİNİ AÇIQLADI
6 dekabr 2024 11:09
- Bir ayda NEÇƏ NƏFƏR DƏM QAZINDAN ÖLÜB ?
6 dekabr 2024 10:26
- Lavrov Ukrayna ilə sülhün ŞƏRTLƏRİNİ DEDİ
6 dekabr 2024 09:57
- MAFİYA ilə əlbir olan RAHİBƏ tutuldu
6 dekabr 2024 09:30
- Mərkəzi Bank sədrinə yeni təyin olunan müavinlər kimlərdir? - DOSYE
5 dekabr 2024 22:19
- Eldar Sabiroğlunun SENSASİON səs yazısı yayıldı: Yaxın qohumuna əxlaqsız təkliflər iddiası
5 dekabr 2024 21:05
- 2024-cü ildə vəfat edən tanınmış simalar- Namiq Abbasov, Hadı Rəcəbli, Dudaş Rzayev və s...
5 dekabr 2024 12:43
- Əfqan qadınlara həkim olmaq QADAĞAN OLDU
5 dekabr 2024 10:51
- 57 yaşlı qadın ona hücum edən aslanı yalın əllə BOĞDU
4 dekabr 2024 22:56
- PARTİYA sədri HƏBS EDİLDİ
06 dekabr 15:40
- Ramin İsayevin işində yenilik - Sıfırdan başlayacaq
06 dekabr 14:50
- YAP-dan İSTEFA VERDİ - ŞOK
06 dekabr 13:41
- Bu küçəyə xalq artistinin adı verildi
06 dekabr 13:29
- İrandan Rusiyaya ALMA daşıyan yükmaşınından 36 KİLO NAKOTİK çıxdı -Astarada
06 dekabr 12:52
- Məhkəmə AZADLIQ PARTİYASI-nı LƏĞV ETDİ
06 dekabr 12:33
- AZADLIQ PARTİYASI-nın AÇIQLAMASI
06 dekabr 12:02
- Məhkumlar yaxın qohumlarının DƏFN mərasimində iştirak etsin - TƏKLİF
06 dekabr 11:51
- Əfqanıstanın yeraltı ehtiyatları Rusiyanı heyrətləndirib - 3 TRİLYON DOLLAR
06 dekabr 11:34
- İngiltərədə uşaqlara ən çox Məhəmməd adı qoyulub – Siyahı
06 dekabr 11:18
- Mehriban Xanlarova verdiyi dəhşətli qərarın SƏBƏBİNİ AÇIQLADI
06 dekabr 11:09
- Ermənilər də, gürcülər də axmaqdırlar, çünki… - AVETİSYAN
06 dekabr 10:38
- Bir ayda NEÇƏ NƏFƏR DƏM QAZINDAN ÖLÜB ?
06 dekabr 10:26
- Ağdam-Füzuli yolundan ən son - Fotolar - VİDEO
06 dekabr 10:12
- Lavrov Ukrayna ilə sülhün ŞƏRTLƏRİNİ DEDİ
06 dekabr 09:57
- Bələdiyyə seçkiləri ilə bağlı SON DƏQİQƏ MƏLUMATI - BAŞLANILIR...
06 dekabr 09:45
- MAFİYA ilə əlbir olan RAHİBƏ tutuldu
06 dekabr 09:30
- Bakı Bulvarında TÜLKÜ GƏZİR VİDEO
06 dekabr 01:40
- İrəvan xanının Almaniyada yaşayan varisindən təklif:
06 dekabr 01:27
- Bakıda milyonlarla manat vergidən yayınan MTK-lar hansılardır? - SİYAHI+SAHİBLƏRİ
06 dekabr 01:06
- Bakıda 2 min manatlıq samovar oğurlanıb
06 dekabr 00:41
- Zeynəb Xanlarovanın yeni ildə çıxışı olacaq
06 dekabr 00:18
- 9 yaşlı uşaq plov qazanına düşüb YANDI
05 dekabr 23:56
- Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədrini DÖYDÜLƏR
05 dekabr 23:37
- Bu gün şəhid General Məhəmməd Əsədovun doğum günüdür...
05 dekabr 23:11
- İcra başçısı öldü
05 dekabr 23:05
- Reabilitasiya mərkəzində ölüm - Elgiz Alxanov həbs olundu
05 dekabr 22:43
- Mərkəzi Bank sədrinə yeni təyin olunan müavinlər kimlərdir? - DOSYE
05 dekabr 22:19
- Hüseyn Cavidin anım günüdür. Cavidin baş hissəsini məzardan çıxarıb alnından öpdüm.. - Fotolar
05 dekabr 21:53
- Kadırov Rusiyanın NAZİR-lərini hədəf aldı
05 dekabr 21:26